Konqresin qərarı təxribat
xarakterli sənəddir
Dünya Azərbaycanlıları Konqresi (DAK) 2010-cu il martın 4-də Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin Nümayəndələr palatasının xarici əlaqələr komitəsində qondarma erməni soyqırımı ilə bağlı qəbul edilmiş qərarı pisləyən bəyanat verib.
DAK-dan "Həftə içi"nə verilən məlumata görə, sənəddə bildirilir ki, 1915-ci ilin aprelində Osmanlı imperiyasında baş verən hadisələri ermənilərə qarşı soyqırım aktı kimi qəbul etmək yalnız Türkiyəyə deyil, bütövlükdə türk dünyasına qarşı haqsızlıqdır. Ermənilərin uydurması olan bu soyqırım aktı heç bir halda siyasi vasitəyə çevrilməməli, yalnız tarixçi-alimlərin öhdəsinə buraxılmalıdır. Bəyanatda qeyd olunur ki, ABŞ Konqresinin nümayəndələr palatasının xarici əlaqələr komitəsinin qərarı bölgədə sülhə və əmin-amanlığa ciddi təhlükə yaradan təxribat xarakterli sənəddir: "Eyni zamanda, ABŞ Konqresinin nümayəndələr palatasının xarici əlaqələr komitəsində qəbul edilən "erməni soyqırımı" adlı saxta sənəd Azərbaycan cəmiyyətinin Qərb və ABŞ dəyərlərinə etimadını azaldır, ABŞ-ın bölgədəki nüfuzunu ciddi şəkildə sarsıdır və ABŞ - Azərbaycan münasibətlərinə kölgə salır. Ona görə də DAK olaraq dünya ictimaiyyətini bölgədə münasibətlərin gərginləşməsinə xidmət edən bu qərarı pisləməyə, Azərbaycan ictimaiyyətinin bütün təbəqələrini isə Türkiyə ictimaiyyətindən daha çox fəallıq nümayiş etdirməyə və etirazlarını daha qabarıq şəkildə bildirməyə çağırırıq. Çünki bu qərar işğalçı Ermənistanla sərhədlərini açmayan Türkiyəyə qarşı təzyiq xarakteri daşıyır".
Əli