Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
12 Mart 2010-cu il Qəbul            Bakı şəhərində boş torpaq sahəsi yoxdur            İsveç parlamentində "soyqırım" müzakirələrinə soydaşlarımız da qatılıb            Şeyxülislam "Aypara və ulduz" ordeni ilə təltif olunub             Azərbaycan və Türkiyə dindarları etiraz tədbirləri keçirəcəklər            "Bomba elə İsa bəyin bir addımlığında "partladı""            Tələbələr ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirdilər            Ədliyyə Nazirliyi qanvermə aksiyası keçirib            ABŞ azərbaycanlıları bəyanat yayıblar            Konqresin qərarı təxribat xarakterli sənəddir     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Nikolay Azarov Ukraynanın yeni baş naziridir
    Ukraynada hökumətin istefasından sonra parlamentdə yeni siyasi qüvvələrin birliyinin yaradılması istiqamətində aparılan danışıqlar artıq öz nəticəsini verməyə başlayıb. Belə ki, Ukrayna Ali Radasında, nəhayət, yeni koalisiya yaradılıb. "İTAR-TASS"ın məlumatına görə, bunu parlamentin spikeri Vladimir Litvin bəyan edib. Onun sözlərinə görə, yeni koalisiyada Regionlar Partiyası, Litvinin bloku, Kommunist Partiyası və heç bir fraksiyaya daxil olmayan deputatlar birləşib. Yeni koalisiyanın yaradılmasını nəzərdə tutan sənədi 235 deputat imzalayıb. Qeyd edək ki, bu razılaşmanın qüvvəyə minməsi üçün minimum 226 deputat imzası tələb olunurdu. Ukrayna parlamenti namizədliyi parlament koailisiyası tərəfindən bir neçə saat əvvəl irəli sürülmüş Nikolay Azarovu baş nazir vəzifəsinə təsdiqləyib. Onun lehinə 242 nəfər səs verib. Yeni koalisiyanın baş nazir postuna namizədinin adı da açıqlanıb. Bu, Regionlar Partiyasının sədri səlahiyyətlərini icra edən Nikolay Azarovdur. "İTAR-TASS"ın məlumatına görə, artıq onun namizədliyi prezident Viktor Yanukoviçə göndərilib. Yeni koalisiyada təmsil olunan Litvinin blokundan olan deputat İqor Şarov yurnalistlərə bildirib ki, dövlət başçısı namizədi dəstəkləyərsə, Ali Radanın iclasına qatılmalı və Azarovu deputatlara təqdim etməlidir. Son məlumatlara görə, Yanukoviç onun namizədliyinə müsbət rəy verib və parlament Azarovu baş nazir kimi təsdiqləyib. Xatırladaq ki, Ali Radada yeni koalisiya dünən yaradılıb. Oraya Regionlar Partiyası, Litvinin bloku, Kommunist Partiyası və heç bir fraksiyada təmsil olunmayan deputatlar daxildir. Onu da bildirək ki, parlamentdə Yuşşenkonun və Timoşenkonun tərəfdarları artıq müxalifətə keçdiklərini rəsmən açıqlayıblar.
    Bu yazı 68 dəfə oxunmuşdur.
    Livan müharibə poliqonuna dönə bilər
    Yaxın Şərqdə müharibə olacağı təqdirdə Livan İsrail və İranın yeni növ silahlarının sınaqdan çıxarılacağı poliqona dönəcək. Belə bir təhlükə ilə bağlı ölkənin keçmiş prezidenti, Xristian Partiyası sayılan "Kataib"in lideri Amin Jmayel xəbərdarlıq edib. "İTAR-TASS"ın məlumatına görə, o bildirib ki, bu, livanlılar üçün ölümə bərabər bir ssenaridir:
       
       "Bu müharibə özü ilə Livanın aradan qaldıra bilməyəcəyi katastrofik nəticələr gətirəcək. Mən "Hizbullah"ın mövqeyindən də ciddi narahatlıq hissi keçirirəm. Çünki bu mövqe ilə sözügedən qruplaşma Livanı yeni münaqişəyə doğru aparır. Mən prezident Mişel Süleymanın Livandakı müxtəlif qruplaşmalar arasında dialoqu konstruktiv şəkildə apara biləcəyinə inanıram".
       
       Bu arada isə prezident Mişel Süleyman ölkədəki bütün siyasi qüvvələri İsraildən gələn təhlükə və Yaxın Şərqdəki qeyri-sabit vəziyyətlə əlaqədar birliyə dəvət edib. Ölkədəki müxtəlif xristian və müsəlmanları birləşdirən siyasi partiyalar, parlamentdəki fraksiyalar və bölgələrdəki qruplaşmaların 19 liderinin Baabda sarayında "dəyirmi masa" ətrafında bir araya gəlməsi zamanı ölkənin daxili cəbhəsini gücləndirəcək müdafiə strategiyası müzakirə olunub. Prezident vurğulayıb ki, işğalçıların hücumu zamanı Livan ordusu əsas vəzifəni öz üzərinə götürəcək: "Danışıqların keçən raundunda biz razılığa gəldik ki, əgər işğalçılar Livanın içərilərinə doğru irəliləsələr və ordu bunun qarşısını ala bilməsə, silahlı müqavimət yardımçı rol oynayacaq". Lakin "dəyirmi masa" iştirakçıları ölkədəki şiə milislərinin əlində olan silahların taleyi ilə bağlı eyni mövqe nümayiş etdirə bilməyiblər. Baş nazir Səad Həririni dəstəkləyən qərbyönümlü fraksiyanın tərəfdarları tələb ediblər ki, bu silahlar dövlətin nəzarətinə verilsin. Kəskin keçən müzakirələrin fonunda prezident dialoqun yeni raundunun aprelin 15-də keçirilməsi barədə qərar qəbul edib.
       
       Ölkədə siyasi gərginlik fevralın ortalarında Dəməşqdə Suriya və İran prezidentlərinin "Hizbullah" lideri Həsən Nəsrulla ilə üçtərəfli görüşündən sonra əhəmiyyətli dərəcədə artıb. Baş nazir Səad Həriri bildirib ki, Livan artıq regional güclərin qarşıdurma meydanına çevrilməyəcək. O, ümummilli dialoqda Ərəb Dövlətləri Liqasının təmsilçisinin də iştirakını vacib sayıb: "Livanın müharibəsi tək onun yox, həm də ərəblərin işidir". Lakin baş nazirə müxalif qüvvələr ümummilli dialoqda ƏDL-in baş katibi Əmir Musanın iştirakına qarşı çıxıblar.
       
       Bununla yanaşı, "Naxarnet" agentliyi xəbər verir ki, İsrail ABŞ-ın təzyiqləri nəticəsində Livan və Suriya sərhədlərinə yaxın ərazilərdə keçirdiyi hərbi təlimlərin miqyasını əhəmiyyətli dərəcədə azaldıb. Vaşinqton təmsilçiləri İsrail tərəfini Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirə biləcək addımlar atmamağa inandıra biliblər. Onların qənaətincə, İsrailin böyük güc nümayiş etdirməsi onun yeni müharibəyə hazırlaşdığı təəssüratını yaradır. Bununla yanaşı, İsrailin müdafiə naziri Ehud Barak bildirib ki, İsrail şimal sərhədlərində heç bir silahlı qarşıdurmaya getməyəcək. Lakin o, Livan hökumətini "Hizbullah" qruplaşmasının istənilən silahlı təxribatının nəticələri barədə xəbərdar da edib. Qeyd edək ki, İsraillə Livan arasında vəziyyət fevralın əvvəllərindən etibarən yenidən gərginləşməyə başlayıb. Bunun başlıca səbəbləri isə İsrail təyyarələrinin Livanın hava məkanına icazəsiz daxil olaraq kəşfiyyat aparmalarıdır. Sonuncu belə olay fevralın 14-də qeydə alınıb. Livanın Hava Hücumundan Müdafiə Qüvvələri İsrail təyyarələrini atəşə tutublar. "Əl-Vətəniyyə" agentliyinin məlumatına görə, İsrail təyyarələri Raşayə şəhəri üzərində alçaqdan uçaraq kəşfiyyat işləri aparıblar. Daha sonra isə onlar İklim-Tuffax şəhərinin üzərində görünüblər. Qeyd edək ki, 2006-cı ildəki hərbi əməliyyatdan sonra "Hizbullah"ın əsas tərəfdarları məhz bu bölgəyə toplaşıb. Livandakı BMT qüvvələrinn komandanlığı İsrailin Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin bu ölkənin səmasına daxil olmasının sülhməramlıların işini çətinləşdirdiyini deyib. Lakin İsrail hərbçiləri bu addımlarını "Hizbullah"ın hərbi fəaliyyətinə nəzarət etməyin vacibliyi ilə əsaslandırıblar.
       
       
    Azad Əliyev
    Bu yazı 77 dəfə oxunmuşdur.
    Türklər konqresmenləri ələ alacaqlar
    Rusiya prezidenti isə Ankaraya səfərə hazırlaşır
    Ötən həftə ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində qondarma erməni soyqırımının qəbul olunması türklərin məğlubiyyəti, ermənilərin isə qələbəsi kimi yozuldu.
       
       
       
       Amma "CNN-Türk"ün məlumatına görə, Amerika - Türkiyə Şurasının sədri Linkoln Makkurd əks fikirdədir. Onun qənaətincə, bu olayın baş verməsi nəticəsində Birləşmiş Ştatlarda yaşayan türklər siyasi baxımdan təşkilatlana bildilər.
       
       Türkiyə - Amerika Dərnəkləri Şurasının sədri Günay Evincə görə də məlum olay ABŞ-da fəaliyyət göstərən türk lobbisi üçün dönüm anıdır. Onun fikrincə, türk lobbisi 2007-ci ildən bu yana 3 istiqamətdə fəaliyyət sərgiləyir. Burada siyasi reaksiya vermək, lazım olanda vəsait xərcləmək və bunların ikisi də olmayınca, hüquqi müstəvidə mübarizə aparmaq kimi məqsədlər yer alır: "Fəaliyyətin ilk başlanğıcında türklər öz ərazilərindən seçilmiş konqresmenlərlə görüşərək onlardan yardım istədilər. Amma amerikalı qanunvericiləri yola gətirmək o qədər də asan deyildi və bu üzdən də onlara pul xərcləmək lazım oldu. Amma türklər erməni lobbisi ilə müqayisədə çox cüzi miqdarda pul sərf etdilər". L.Makkurd bu yardımın türk tərəfinin istəklərinin daha çox dinlənməsinə yardım etdiyini bildirib: "Sistem bu şəkildə çalışır. Konqres üzvləri seçilmək üçün pula ehtiyac duyurlar. Düzdür, bu yola getmək doğru deyil, amma məcburiyyət yaranır".
       
       G.Evinc əlavə edib ki, qarşıda reallaşdırmaq istədikləri bir neçə planları var. Bunlardan biri komitənin iclasında məlum qərar layihəsinə "yox" deyənlərə yazılı surətdə təşəkkür bildiriləcək, "hə" deyənlərə isə bu qurumun rəhbəri Bermanın onları necə aldatdığı başa salınacaq".
       
       Bu arada Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin müavini Onur Öymən Türkiyənin Vaşintondakı səfiri Namiq Tanın geri çağrılımasını doğru saymadığını bildirib. Onun fikrincə, baş verənləri bu qədər də şişirtmək lazım deyil. İzmirdə jurnalistlərin suallarını cavablandıran O.Öymən bildirib ki, bəli, qərar layihəsinin komitənin iclasında qəbul edilməsi mənfi haldır, amma ona qarşılıqlı cavabı ağılla vermək lazımdır. Onun fikrincə, ümumiyyətlə, hansısa ölkənin soyqırım suçu işləyib-işləmədiyini ayırd etmək dünyanın heç bir parlamentinin səlahiyyətinə aid deyil. O.Öymən buna misal olaraq BMT-nin 1948-ci il tarixli soyqırımla mübarizə anlaşmasını göstərib. Həmin sənəddə isə bu cür məsələlərin beynəlxalq məhkəmələrdə araşdırıldığı göstərilib: "Həmin sənədin qəbuluna cavab olaraq Türkiyənin Ermənistanla imzaladığı protokollar Böyük Millət Məclisinin gündəliyindən çıxarılmalıdır. Səfiri geri çağırmaqla isə düşmənlərimiz düşünəcəklər ki, Ankaranın ABŞ-a, nə Ermənistana qarşı tədbir görəcək gücü qalmayıb".
       
       Bu arada isə ABŞ prezidenti Barak Obama Yunanıstanın martın 25-də keçiriləcək Müstəqillik günü münasibətilə Ağ Evdə təşkil etdiyi ziyafətdə yenidən Ankaranın "bostanına daş atıb". "Yeni Şəfəq" qəzetinin yazdığına görə, Yunanıstanın baş naziri Yorgo Papandreunu xeyli tərifləyən Obama Osmanlı imperiyasından müstəqilliyini alan qanlı yunan üsyanını tərifləyərək "189 il öncə xalq dağlardakı monastırda ayağa qalxdı, yunan bayrağını dalğalandıraraq müstəqilliyini elan etdi" deyib. Tədbirə qatılmış yunan ortodoks kilsəsinin Amerika təmsilçisi Demetrios da Osmanlı ordusunu "qəddarlıqda" suçlayıb.
       
       Hadisələrin bu cür qəlizləşdiyi bir vaxtda Ermənistan prezidenti Serj Sarkisyan Ankaraya xəbərdarlıq edib ki, İsveçrədə imzalanmış protokollara atdığı imzanı geri götürə bilər. "CNN-Türk"ün məlumatına görə, Parisə rəsmi səfəri çərçivəsində "Le Figaro" qəzetinə müsahibə verən Sarkisyan deyib ki, Türkiyə prosesi başqa məqsədlərə yönəldərsə, Ermənistan həmin sazişlərdən imtina edəcək.
       
       Sarkisyan iddia edib ki, Ankara ilə normal münasibətlər qurmaqda çox maraqlıdır, amma Türkiyənin son açıqlamaları məlum protokolların taleyinə şübhə gətirir. Türkiyəni Dağlıq Qarabağ münaqişəsi və başqa məsələləri sürəkli gündəmə gətirməkdə günahlandıran Sarkisyan bildirib ki, Türkiyə Böyük Millət Məclisi protokolları ratifikasiya edərsə, Ermənistan da eyni addımı atacaq: "XXI əsrdə hər hansı sərhədin qapalı olması və onun açılması üçün şərtlərin qoyulması qəbul edilə bilməz. Öncə əlaqələri quraq, sonra isə bütün mövzuları müzakirə edək".
       
       Eyni zamanda, dünən məlum olub ki, ABŞ Konqresinin məlum komitəsində "soyqırım" layihəsinin qəbul edilməsinin ardınca yüksəkçinli türk dövlət nümayəndələrinin Moskvaya səfəri öz bəhrəsini verib. Belə ki, bu ölkənin prezidenti Dmitri Medvedyev mayın 11-13 tarixlərində Ankarada rəsmi səfərdə bulunacaq.
    Vüsal Tağıbəyli
    Bu yazı 80 dəfə oxunmuşdur.
    Məhəmməd peyğəmbərə ən yaxşı şeri rus şair yazdı
    Rusiya Müftilər Şurasının bu il düzənlədiyi "Alemlərə rəhmət: peyğəmbər Hz. Məhəmməd" adlı şeir yarışmasında olduqca sevindirici sürpriz yaşanıb. "Zaman" qəzetinin məlumatına görə, 112 şairin qatıldığı yarışmanı rus şair Nikolay Pereyaslov qazanıb. Jürinin qənaətincə, əslində birinciliyə layiq əsər ortaya qoyulmayıb, ona görə də ikinci yerdə qərar tutan N.Pereyaslovun "Məhəmməd peyğəmbərin vida xütbəsi" adlı əsərinə verilib. Sonrakı yerləri isə "Örtük" şeri ilə Marat Safiulin və "Məkkə yağmuru" şeriylə Qalina Emikova tutub. Hər üç qalib mükafatla təltif olunub. Ziyafətdən sonra jurnalistlərin suallarını cavablandıran N.Pereyaslov ona mükafat qazandıran şerin macərasının Antalyada istirahət edərkən başladığını deyib. Türkiyəyə düzənlənən ekskursiya sayəsində Rusiyada çox sevilən Əziz Nikolayın qəbrini ziyarət etdiklərini ifadə edən Pereyaslov "Orada Türkiyənin müsəlman ölkə olmasına rəğmən Nikolaya duyduğu böyük saygını görərək çox təəccübləndik" deyib. Ölkəsinə döndükdə islama maraq duyduğunu, Hz. Məhəmmədin həyatını oxuduğunu və xüsusilə də "Vida xutbəsi"ndən çox təsirləndiyini bildirən rus şair "Onu oxuyarkən ilham gəldi və mən də duyğularımı kağıza köçürdüm. Məhəmməd aləmlərə nur saçan peyğəmbərdir" deyib.
       
       
    Vüsal
    Bu yazı 79 dəfə oxunmuşdur.
    Sanksiyalar qüvvədə qaldı
    ABŞ İrana qarşı sanksiyalarını qüvvədə saxlayıb. Prezident Barak Obama Vaşinqtonun İrana tətbiq etdiyi birtərəfli iqtisadi sanksiyaların müddətini daha 1 il uzadıb. RİA "Novosti"nin məlumatına görə, Konqresə göndərilmiş sənədddə Tehranın "əvvəlkitək ABŞ-ın milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına ciddi təhlükə yaratdığı" bildirilir. Xatırladaq ki, bu sanksiyanın tətbiqi haqda qərar 1995-ci il martın 15-də Bill Klinton administrasiyası tərəfindən qəbul edilib. Sənədə əsasən, ABŞ şirkətlərinin Tehranla praktik və iqtisadi-maliyyə əməliyyatları aparması qadağan edilib. Amerika şirkətləri İranın neft-qaz yataqlarının işlənməsində də iştirak edə bilməz.
       
       
    Bu yazı 61 dəfə oxunmuşdur.
    Yunanıstan etiraz aksiyaları ilə üz-üzə
    YUNANISTANDA hökumətin maliyyə böhranının nəticələrini aradan qaldıra bilməməsi ölkədə genişmiqyaslı etiraz aksiyalarının başlanmasına səbəb olub. "Reuters"in məlumatına görə, artıq dünən səhər saatlarından başlayaraq aviareyslər, dəmir yolu və ictimai nəqliyyatın fəaliyyəti dayanıb. Digər sahələrdə çalışan insanlar da hökumətin iqtisadi siyasətinə etiraz olaraq elan edilmiş tətilə qoşulublar. Həmkarlar İttifaqı təşkilatları bildirir ki, bu gün ölkədə, demək olar ki, bütün sahələrdə çalışan qurumlar fəaliyyətini saxlayacaq. Demək olar ki, bütün banklar, məktəblər, hətta polis və xəstəxanalar da tətilə qoşulub. Xatırladaq ki, Yunanıstan iqtisadi böhrandan ciddi əziyyət çəkir. Hazırda ölkənin dövlət borcu təxminən 300 milyard avrodur. Bu, ölkənin ümumi daxili məhsulundan artıqdır. Günorta saatlarında isə polislə nümayişçilər arasında yeni toqquşmalar yaşanıb.
       
       
    Bu yazı 66 dəfə oxunmuşdur.
    Britaniyalı jurnalist azad edildi
    FƏLƏSTİNİN Qəzza bölgəsində hakimiyyətdə olan "Həmas" qruplaşması fevralın ortalarında əsir götürülmüş britaniyalı jurnalist Pol Martini azadlığa buraxmaq qərarına gəlib. Qeyd edək ki, bu jurnalist İsrail lehinə casusluqda ittiham edilirdi. Yerli hökumətin sözçüsü Tahir ən-Nunu bildirib ki, bu addım Cənubi Afrika Respublikasının səfiri və Böyük Britaniyanın Yerusəlimdəki konsulunun mehriban davranışlarına yönələn adekvat addımdır. Qərarda bildirilir ki, bu jurnalist həmin ölkələrin məhkəmələri qarşısında dayanacaq və bir daha Qəzzaya qaayıtmayacaq.
       
       
       
       
    Bu yazı 64 dəfə oxunmuşdur.
     


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "Mirəlioğlunun təklifi ölü doğulmuşdu"

    Müxalifət bu dəfə də birləşə bilmədi. Qarşıdan gələn parlament seçkisi öncəsi ümumi müxalifətin birliyinə nail olunacağı



    "Yanukoviç Qarabağ məsələsindən uzaq duracaq"

    Ukraynada Regionlar Partiyasının sədri Viktor Yanukoviçin prezident seçilməsindən sonra bölgədə geosiyasi baxımdan ümumi vəziyyətə dair müxtəlif fikirlər


    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (4697)


    2010-02-05 "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırıq" (4380)


    2010-02-05 "İrandakı vəziyyət beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur" (4290)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17