Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
11 Mart 2010-cu il Qəbul            VİP qərargahsız qala bilər            Diaspor təşkilatları komitəni ittihamladılar            Qarabağ probleminin həlli imkanları azalıb            42 cinayət, 27 həbs            Atəşkəs reyimi pozulub            Təyyarə Bakı səmasında yanıb             Daxili Qoşunların şəxsi heyəti asayişin qorunmasına yüksək səviyyədə hazırdır            ATƏT PA sədri "soyqırım" abidəsini ziyarət edib            Qadınlar da qətnaməni pislədilər     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Baydenin səfəri qalmaqalla yadda qaldı
    ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Yaxın Şərq münaqişəsinin nizamlanması ilə bağlı İsrailə ilk səfər günü qalmaqalla yadda qalıb. ABŞ-ın etirazına səbəb yaradan amil isə İsrailin Yerusəlimin ərəblərə aid hissəsində 1600 yeni ev tikmək planlarıdır. Bu plan haqqında ABŞ prezidentinin Yaxın Şərq problemi üzrə xüsusi nümayəndəsi Cozef Mitçellin İsrail və Fələstin tərəfinin sonradan birbaşa dialoqlara başlanılması üçün indiki mərhələdə yalnız vasitəçilərlə danışıqlar aparmağa razılıq verməsini açıqlamasından sonra məlumatlar verilib.
       
       RİA "Novosti"nin məlumatına görə, ABŞ-ın vitse-prezidenti Təl-Əvivin bu qərarını tənqid edib. Vaşinqtonun mövqeyini açıqlayan Bayden vurğulayıb ki, ABŞ sülh naminə risqi göz altına alan münaqişə tərəfini dəstəkləyəcək. Lakin İsrail başqa risqə getməyi qərara alıb. Baydenin Yerusəlimə gəlişi zamanı İsrailin Daxili İşlər Nazirliyi şəhərin ərəblərə məxsus hissəsində 1600 yəhudi evinin tikilməsi barədə planı təsdiqləyib. "Bu qərarın indi, yəni birbaşa danışıqların başlaması ərəfəsində verilməsi hazırda ən çox ehtiyac duyulan etimadın zəifləməsinə atılan addımdır. Bu addım mənim İsraildə olarkən apardığım konstruktiv müzakirələrə tamamilə ziddir", - deyə Bayden vurğulayıb. İsrailin baş naziri isə özünə haqq qazandırmağa çalışıb. "Heç kim sizin səfərinizi pozmaq və ya sizi çətin vəziyyətə salmaq niyyəti güdməyib. Siz İsrailin əsl dostusunuz", - deyə Netanyahu bildirib. O, daxili işlər nazirindən Ramot Şlomo rayonunda vaxtsız başlanılan tikinti işlərinin dayandırılmasını istəyib.
       
       İsrail tərəfinin bu qərarı Fələstin rəhbərliyində də ciddi etiraz yaradıb. Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasın köməkçisi Nabil Əbu Rudeyna bildirib ki, bu qərar artıq tərəflərin razılığını da verdiyi birbaşa olmayan sülh danışıqlarının başlanmasını təhlükə altında qoyur: "Yerusəlimin işğal edilmiş rayonlarında 1600 yəhudi evinin inşası ABŞ-ın tərəflər arasında əlaqələrin qurulması cəhdlərini də heçə endirir. Məlum olur ki, İsrail sülh danışıqlarının başlanmasında maraqlı deyil. Biz ABŞ-ı İsrailin bu təxribatına kəskin reaksiya verməyə çağırırıq. İsrailə bu tikinti işlərini dayandırmaq və ədalətli sülhə nail olmaq üçün təzyiqlər göstərilməlidir".
       
       "Yerusəlim böhranı"nın baş nazir Netanyahunu çətin vəziyyətə saldığı bildirilir. Lakin baş nazir və vitse-prezidentin xanımları ilə birgə qeyri-rəsmi naharı zamanı Netanyahu Baydendən üzr istəyib. Qeyd edək ki, Bayden Yerusəlimdən sonra Rəmallaha yollanıb və orada Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasla da danışıqlar aparıb. Bu danışıqlarda Fələstin rəhbərliyinin "Yerusəlim böhranı"ndan yararlanaraq tikinti davam etdiriləcəyi təqdirdə Baydenə danışıqların baş tutmayacağını söyləyəcəyi bildirilir. Lakin Bayden "Həmas" liderləri ilə görüşməyəcək. Bu səbəbdən "Həmas" "Fəth"i İsraillə danışıqlara razılıq verməkdə ittihamlayıb. "Biz elə bir mühit yaratmalıyıq ki, danışıqlar dəstəklənsin, onları çətinləşdirməyək. ABŞ Yerusəlim ətrafında yaranmış problemin yəhudilər, müsəlmanlar və xristianlar üçün nə dərəcədə əhəmiyyətli olduğunu etiraf edir. Biz inanırıq ki, yalnız danışıqlar yolu ilə bütün tərəfləri razı salan həll variantı tapmaq və şəhəri bütün dünya insanları üçün qorumaq mümkündür. Birtərəfli addımlar şəhərin statusu ilə bağlı danışıqları yerindən tərpətməyəcək", - deyə Bayden bildirib.
       
       Bu arada yəhudi tərəfinin birtərəfli qərarını BMT baş katibi Pan Gi Mun da pisləyib. Onun sözlərinə görə, Yerusəlimdə belə evlərin inşası qeyri-qanunidir: "Beynəlxalq hüquq baxımından bu yolverilməzdir və "Yol xəritəsi"ndə İsrailin üzərinə götürdüyü öhdəliklərə ziddir. Bu addım sülh prosesinə də mənfi təsir göstərir". Qeyd edək ki, BMT-nin baş katibi Moskvada Yaxın Şərq münaqişəsinin həlli ilə məşğul olan "dördlük" nümayəndələri ilə görüşdən sonra İsrailə gedəcək. Oradan Qəzza zolağına və İordan çayının qərb sahillərinə də baş çəkəcək. Qeyd edək ki, Moskvada Sergey Lavrov, Hillari Klinton və Ketrin Eştonun görüşünün keçirilməsi İsraillə Fələstin arasında sülh danışıqlarının yenidən başlanmasına ümiddlərin yaranması ilə bağlıdır. Artıq tərəflərin bu danışıqlara başlanması ilə bağlı razılıq verdikləri də rəsmi şəkildə açıqlanıb.
       
       
    Azad Əliyev
    Bu yazı 62 dəfə oxunmuşdur.
    Türkiyənin konsulluğu yandırıldı
    TÜRKİYƏNİN Almaniyanın Münster şəhərindəkı baş konsulluğunun binası naməlum şəxslər tərəfindən yandırılıb. "DPA"nın yerli polisə istinadən verdiyi məlumatına görə, bu hadisənin arxasında kürdlərin dayandığını güman etmək üçün kifayət qədər əsas var. Məlumata görə, hadisə ötən bazar günü baş verib. Hücum edən şəxslər Türkiyənin baş konsulluğunun binasına yandırıcı vasitələr atmağa başlayıblar. Polis hadisə yerində araşdırma aparan zaman məktəblə üzbəüz yerləşən binada əldəqayırma yandırıcı bombalar aşkar edib. Bundan əlavə, binada benzinlə isladılmış avtomobil təkərləri aşkar olunub. Yanğın nəticəsində binanın fasadına ziyan dəyib. Baş konsulluq əməkdaşlarından heç kim xəsarət almayıb. Türkiyənin Xarici İşlər Nazirliyi araşdırmaların diqqətdə saxlanılacağını açıqlayıb. Qeyd edək ki, son günlərdə Avropa dövlətlərində PKK tərəfdarlarının kütləvi həbsləri həyata keçirilir.
       
       
    Bu yazı 65 dəfə oxunmuşdur.
    Yanukoviçin baş nazirliyə namizədi
    UKRAYNADA prezident Viktor Yanukoviçin baş nazir postunda görmək istədiyi şəxsin adı açıqlanıb. Bu, Regionlar Partiyasının Radadakı fraksiyasının rəhbəri Nikolay Azarovdur. Artıq onun namizədliyi təsdiqlənməsi üçün parlamentə göndərilib. Bu arada isə Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko açıqlama verərək bildirib ki, baş nazir vəzifəsi onu maraqlandırmır. RİA "Novosti"nin məlumatına görə, bunu sabiq prezident yurnalistlərə açıqlamasında bildirib. Xatırladaq ki, prezident Viktor Yanukoviçin baş nazir postuna təyin edəcəyi namizədlər arasında Yuşşenkonun da adı çəkilir. "Hökumətə başçılıq etmək məni maraqlandırmır. Ölkəni Yuliya Timoşenkonun saldığı hazırkı durumdan çıxartmaq çox çətindir. Bu şəraitdə baş nazir kamikadze olmalıdır. Bunu isə ancaq patriot adam bacarar", - deyə Yuşşenko bildirib.
       
       
    Bu yazı 66 dəfə oxunmuşdur.
    Saakaşvili ABŞ-a gedəcək
    GÜRCÜSTAN prezidenti Mixail Saakaşvili bu ilin aprelində ABŞ-a səfər edəcək. "Qruziya online"ın məlumatına görə, rəsmi səfər çərçivəsində o, amerikalı həmkarı Barak Obama ilə də görüşəcək. Saakaşvilinin dövlət katibi Hillari Klinton və Birləşmiş Ştatların bir sıra rəsmiləri ilə görüşləri də nəzərdə tutulur. Rusiya mətbuatı isə yazır ki, səfər Saakaşviliyə 300 min dollara başa gəlib: "Səfər "Podesta Group" lobbi təşkilatının səyləri nəticəsində razılaşdırılıb. Bunun üçün Gürcüstan hökuməti təşkilata 300 min dollar ödəyib". Lakin bu vaəsaitin fonunda Saakaşvili Obama ilə görüşəcəyinə dair konkret bir vəd almayıb.
       
       
       
       
    Bu yazı 63 dəfə oxunmuşdur.
     


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "Qərb Qarabağda vəziyyəti gərginləşdirir"

    Dağlıq Qarabağ münaqişəsinin uzanması, rəsmi İrəvanın münaqişənin sülh yolu ilə həllindən yayınması, Minsk Qrupunun isə bu


    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (4698)


    2010-02-05 "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırıq" (4380)


    2010-02-05 "İrandakı vəziyyət beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur" (4292)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17