
ABŞ və Rusiya arasında strateyi hücum silahlarının ixtisarına dair müzakirələr davam etdiriləcək. "İTAR-TASS"ın məlumatına görə, müzakirələr Cenevrədə aparılacaq. ABŞ və Rusiya arasında strateji hücum silahlarının azaldılması ilə bağlı aparılacaq danışıqlar ərəfəsində açıqlama verən Rusiya prezidenti Dmitri Medvedyev bildirib ki, tərəflər razılığa gəlmək üçün yaxınlaşma əldə ediblər. O, yeni razılaşmanın strateyi hücum silahlarının qarşılıqlı şəkildə ixtisarını nəzərdə tutduğunu söyləyib. Xatırladaq ki, tərəflər arasında bu sahədə son illər qüvvədə olmuş razılaşmanın müddəti ötən ilin dekabrında sona çatıb.