Ermənistan ordusu döyüş hazırlığı
vəziyyətinə gətirilib
Bu ölkənin "Aykakan jamank" qəzetinin yazdığına görə, müdafiə naziri Seyran Ohanyanın daxili əmri ilə erməni ordusunda hərbi vəziyyət elan edib. Bununla yanaşı, qəzet qeyd edir ki, Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şahsuvaryan bu informasiyanı təsdiq etməyib. Onun sözlərinə görə, bu şayiələr siyasi dairələr arasında yayılıb və şişirdilib. "Biz adi reyimdə işləyirik", - deyə o bildirib. Buna baxmayaraq qəzetin müdafiə idarəsindəki mənbəyə əsasən verdiyi məlumata görə, erməni ordusunda fövqəladə vəziyyət elan edilib. "Son vaxtlar hərbi əməliyyatların bərpa olunacağına dair danışıqlar fəallaşıb. Bununla belə, ekspertlər qeyd edirlər ki, Azərbaycan hücum edərsə, separatçı Dağlıq Qarabağ Respublikasının köməyinə heç kim gəlməyəcək və o, məğlub olacaq" mənbə qəzetə bildirib.
Elnur