Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
05 Mart 2010-cu il Sərəncam            Başsağlığı            Atəşkəs pozulub             Bu gün yeni ombudsmanın adı bəlli olacaq            Pilotun meyidinin məhkəmə-tibbi ekspertizası keçirilib            Hammarberq hesabat hazırlayacaq            GUAM çərçivəsində qeyri-formal məsləhətləşmələr aparılıb            Astana yeni neft kəməri istəyir             Xəzər sammiti keçirilə bilər            "N" saylı hərbi hissədə yanğın olub     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    "Uğurlarımız bir qisim insanı qısqandırır"
    Ənvər Özərən: "Bəs bu illər ərzində siz nə iş gördünüz?"

    "Azərbaycan - Türkiyə təhsil əlaqələri" deyərkən öncə "Çağ" Öyrətim İşlətmələri yada düşür. Fəaliyyəti nümunəvi təhsil modeli kimi dəfələrlə nüfuzlu insanlar tərəfindən dəyərləndirilən "Çağ" Öyrətim İşlətmələri məhdud məsuliyyətli müəssisəsi strukturuna ümumtəhsil mərhələsində Azərbaycan - Türkiyə özəl liseyləri, ali təhsilə hazırlıq mərhələsində "Araz" kursları, ali təhsil mərhələsində isə Qafqaz Universiteti daxildir.
       
       
       
       Fəaliyyət sahəsi əsasən təhsil və tərbiyəvi işdən ibarət olan şirkətin təhsil müəssisələrində düzgün və uğurlu pedaqoji fəaliyyəti öz bəhrəsini verməkdədir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, son 16 il ərzində dünya bilik olimpiadalarında iştirak edən liseylərin şagirdləri 75 qızıl, 117 gümüş və 166 bürünc olmaqla cəmi 358 medal qazanıblar.
       
       Müsahibimiz sözügedən təhsil kompleksinin İdarə Heyətinin sədri Ənvər Özərənlə rəhbəri olduğu şirkətin fəaliyyəti və bu kimi məsələlər ətrafında söhbətləşdik. Qeyd edək ki, həmsöhbətimiz 1992-ci ildən ölkəmizdə fəaliyyət göstərən "Çağ" Öyrətim İşlətmələrinə 10 ildən artıqdır rəhbərlik edir.
       
       - "Çağ" Öyrətim, adından göründüyü kimi, olduğu zamana xitab edə bilən, hər zaman şəraitini o çağa uyğunlaşdırıb tabeliyində olan tələbəsini, müəllim kollektivini yüksəldən bir şirkətdir. Bizim pedaqoji kollektiv yalnız bu günün insanlarını deyil, zamanı 25 - 30 il qabaqlayacaq nəsillər yetişdirmək əzmindədir. Təhsil ümumbəşəri dəyərlərə əsasən həyata keçirilir. Dünya təhsil sistemindəki yenilikləri öz fəaliyyətimizə gətirməklə yanaşı, özümüz də olanları dünyayla paylaşırıq. Dünyaya sürətli inteqrasiya və bununla bərabər, Azərbaycanın milli-mənəvi dəyərlərini qorumaq işimizin qayəsini təşkil edir.
       
       - Hər il ali məktəblərə qəbul göstəricilərinə görə lider olmağınız və digər üstünlükləriniz ölkənin nüfuzlu insanları tərəfindən həmişə vurğulanır. Uğurunuzun hər hansı formulu varmı?
       
       
    - Hər uğurun təməlində qarşılıqlı anlaşma dayanır. Biz Türkiyə təhsil modelini bura gətirdik, eyni zamanda sovet və Qərb təhsil sistemindən də nümunələr götürdük. Digər bir üstünlüyümüz ondadır ki, biz şagirdləri də, müəllimləri də imtahandan keçirərək qəbul edirik. Liseylərimizi bitirənlərin 98 faizi ali məktəblərə daxil olur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının göstəricilərinə görə, Azərbaycanın nümunəvi universiteti olaraq "Qafqaz" təhsil mərkəzi hər zaman fərqlənir. Hər nailiyyətimizdə dövlətimizin bizə olan dəstəyi məsuliyyəti daha da artırır. Məqsədimiz insanı hərtərəfli yetişdirməkdir. Yaxşı bir riyaziyyatçının torpağını, bayrağını da sevməsi bizim üçün önəmlidir. Həmin uşaqlar ailəsinin və məktəbin dəyəri, hamımızın milli sərvətidir. Yaxşı insanın cəmiyyətdə hər kəsə faydası var.
       
       - Ənvər bəy, amma bu qədər uğurlarınıza baxmayaraq, sizi qəbul etməyənlər və fəaliyyətinizin arxasında başqa məqsədlərin olduğunu deyənlər də var...
       
       
    - Bu məsələyə iki cür münasibətin müdaxiləsi olduğunu vurğulamaq istərdim. Birincisini daxili, ikincisini isə xarici paxıllıqla izah edərdim. Əldə etdiyimiz müvəffəqiyyətlər bir qisim insanı qısqandırır. Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasında salınmış ən möhkəm əlaqə təhsil körpüsüdür. Biz "Bir millət - iki dövlət" deyiminin özünü doğrultması üçün təhsilin köməyimizə gələcəyinin fərqindəyik. Təəssüf ki, xarici paxıllıq edənlər, yəni Azərbaycanla Türkiyənin qardaşlığını istəməyən insanların haqqımızda uydurduğu yalanlar bu cür məlumatların yayılmasına səbəb olur. 20 ilə yaxındır fəaliyyət göstəririk, dövlətimiz gördüyümüz bütün işlərdən xəbərdardır. Mən bu sözləri danışan insanlardan soruşmaq istəyirəm: bəs bu illər ərzində siz nə iş gördünüz?
       
       Bu insanlar bizim kimi vətəninə layiq insanlar yetişdirə bilmədikləri üçün belə yersiz söz-söhbətlərlə məşğuldurlar. İstər Azərbaycanda, istərsə də ölkədən kənarda iki ölkənin qardaşlığına zərər gəlsin deyə, xeyirliyə doğru edilən bir işə dini don geyindirərək bu cür iftiralar söyləyirlər. Bu həm dinin özünə, həm də görülən işə təhqirdir. Bizim təhsil ocaqlarının hamısı dünyəvi məktəblərdir və Təhsil Nazirliyinin proqramı əsasında dərs keçilir. Biz, sadəcə, əxlaqi dəyərlərə sahib müasir insan yetişdiririk ki, onlar da yalan danışmamalı, siqaret çəkməməli, mənəviyyatına sahib olmalıdır. Şagirdlərimiz dünyanın harasına gedir-getsin, üzərlərində götürdükləri vacib bir əşya da Azərbaycan bayrağı olur.
       
       - Şirkətə rəhbərlik etmək üçün hansısa zaman müddəti varmı?
       
       
    - Əgər səhhətlə, ailə vəziyyəti və digər səbəblərə görə problem yaranmazsa, işləmək olur. Mən də həmçinin. Biz ömrümüzün ən gözəl illərini Azərbaycanın təhsil sistemində bu gənclər üçün sərf etdik. Əgər insan ömrünü belə bir xeyirli işə sərf edirsə, bundan böyük zənginlik ola bilərmi?
       
       "Çağ" Öyrətim kollektiv düşüncənin, ağlın paylaşıldığı və buna görə iş görülən şirkətdir. Bizim şirkət daxilində apardığımız kadr dəyişiklikləri keyfiyyəti aşağı sala bilməz. Müvəffəqiyyəti yaxalamaq üçün hamımız səy göstəririk. Burada yalnız bir nəfərin özünü bacarıqlı sayması kollektivin digər üzvlərinin haqqını tapdaması deməkdir. İstənilən bir işə məhz bu prizmadan yanaşdığımız üçün bütün uğurlara da hər birimiz imza atmış sayılırıq. Bu bir fədakarlıqdır və görülən işlərin əvəzində hər hansı qarşılığı istənilmir.
       
       - Pedaqoji kollektivdə çalışanlardan türklər daha çoxdur, yoxsa azərbaycanlılar?
       
       
    - İlk illərdə müəllimlərin 85 faizini Türkiyədən dəvət edirdik. Çünki o zaman əksər fənləri ingiliscə deyəcək müəllimlərimiz yox idi. Amma indi həmin faizlə azərbaycanlı müəllimlər çalışır. "Araz" kurslarında isə müəllimlərin 90 faizini azərbaycanlılar təşkil edir.
       
       - Əməkhaqları hansı qaydalarla verilir?
       
       
    - Əməkhaqqının məbləği əməkdaşlarımızın evli, yaxud subay, uşaqlarının olması, çalışdığı fəaliyyət müddətindən asılıdır. Bu məsələdə türkiyəli müəllimlərin burada yaşayanlardan 2 fərqi var. Onlar ildə 1 dəfə Türkiyəyə gedirlər və o zaman onlara yolxərci veririk. Digər bir məsələ isə onların Türkiyədəki sosial müdafiəsi ilə bağlı sığorta xərclərini ödəməyimizdir. Bizə oradan müəllim gətirmək maddi baxımdan sərfəli deyil. Çünki biz onun üçün həm də 1500 manat miqrasiya rüsumu ödəyirik.
       
       - Bəs lisey şagirdlərinin təhsilhaqları hansı mexanizmlə toplanır? Bölgələrdə fəaliyyət göstərən liseylərlə paytaxtdakı arasında fərq olur?
       
       
    - Bizdə təhsilhaqları rayonların inzibati ərazisinə görə dəyişir və fərqlənir. Hər rayonun əhalisinin sosial-iqtisadi vəziyyətinə görə təhsilhaqları da dəyişir. Bakı isə rayonlardan daha fərqlidir. Çünki burada 4 milyondan çox əhali yaşayır və buradakı həyat standartları daha yüksəkdir. Onun üçün paytaxtdakı təhsilhaqqı bölgələrdəkindən yüksəkdir. Amma rayonlardakı liseylərdə təhsilhaqqı oradakı tələbənin illik təhsil xərcləri ilə uzlaşmır. Yəni məktəbin əlavə təmir-tikintiyə, avadanlıq alınmasına ehtiyacı olsa, mütləq biz şirkətimizin sponsorlar şurasına müraciət edirik. Biz bölgələrdə təhsilhaqlarının məbləğini qaldırsaq, həmin pulu ödəyəcək çox az sayda valideyn olar.
       
       - Qarşıdan növbəti bilik yarışı gəlir və sizin şagirdlər hər zaman bu sahədə fərqləniblər. Yəqin, hazırlıq işləri gedir?
       
       
    - Hazırda dünyanın 140 ölkəsində türk məktəbləri var və bu məktəblərdə şagirdlərə türkcə öyrədilir. Bu il 8-ci dəfə keçiriləcək türkcə olimpiadalarda 135 ölkə iştirak edəcək. Bu ölkələrin iştirakçıları arasında mahnı, şeir, inşa və digər kateqoriyalar olmaqla ümumilikdə 6 sahə üzrə müsabiqə keçirilir. Elə ötənilki olimpiada mahnı müsabiqəsində 1-ci yerə Azərbaycan layiq görüldü. Xədicə Əlizadə adlı bir şagirdimiz bu yeri qazandı. Keniyalı şagird isə Azərbaycan mahnısı "Sən gəlməz oldun"u oxudu. Bu mahnını ona Keniyadakı türk liseylərindən birində çalışan azərbaycanlı müəllim öyrətmişdi və həmin mahnı ilə 3-cü yeri qazandı. Dünya türkcə olimpiadalarının bu il Türkiyədə keçiriləcək finalına artıq biz də hazırlaşırıq. Bu il həm də olimpiada keçirilən məkanda hər ölkənin stendləri qurulacaq. Biz bir ölkə təmsilçisi olaraq iki ölkəyə veriləcək qədər stend götürəcəyik. Orada Azərbaycanın milli mətbəxi və folkloru ilə çıxış edəcəyik. Sabah isə iyun ayında keçiriləcək olimpiadanın son seçim mərhələsi olacaq.
       
       
    Naibə Qurbanova
    Bu yazı 2480 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Digər müsahibələr
    Ən çox bal toplamış abituriyentlərimiz (4)
    Dövlət onların xaricdə təhsillə bağlı bütün xərclərini ödəyəcək
    İsa Qəmbərə ağır ittiham (35)
    Əli Əliyev: "Onun oynadığı oyunlar bütün Azərbaycanın əleyhinə yönəlib"
    Borçalının xaç problemi (59)
    Fəxri Hacıyev: "Bu məsələ səfirliklə yanaşı, ictimai təşkilatlar tərəfindən də qaldırılıb"
    AMİP heç kimə satılmayıb (68)
    Yusif Bağırzadə: "AXCP-Müsavat birliyi uğursuz layihədir"
    11.159 nəfər işlə təmin edilib (168)
    Elnur Kələntərli: "51 əcnəbiyə verilmiş fərdi icazə ləğv edilib, 340 əcnəbiyə isə fərdi icazə verilməyib"
    "Televiziya, sadəcə, əyləndirməməli, həm də öyrətməlidir" (182)
    Hüseyn Dinləməz: "Türkiyədə bir televiziyadan digərinə 1 milyon dollara işçi transfer edilir"
    "Güneyin istiqlalına bütün variantlarda baxmalıyıq" (192)
    Sabir Rüstəmxanlı: "Bu istiqamətdəki müxtəlif ideyaları qarşı-qarşıya qoymamalıyıq"
    Bizim üçün ikiqat bayramdır (355)
    Bu gün "Həftə içi"nin 12 yaşı tamam olur
    Müşfiq Əmirov: "Əslində, 22 iyul bütün peşə işçilərinin bayramıdır" (198)
    "Qaynar xətt"ə daxil olan müraciətlər cənab nazirə məruzə olunur və tədbir görülür"
    "Reket" qəzetlər "Azərbaycan" nəşriyyatından çıxarılacaq (204)
    Bəsti İsmayılova: "Mətbuatda təmizlənmə və islahatlar hökmən aparılmalıdır"
    "Ermənilər müharibədən daha çox çəkinir" (224)
    Arif Əliyev: "Ermənistanda nadir ailə tapmaq olar ki, kənardan gələn yardımdan həyat səviyyəsini qaldırmaq üçün istifadə etməsin"
    "Azərbaycan muğamına vurğunam" (231)
    Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiçin "Həftə içi"nə eksklüziv müsahibəsi
    "Ali media" mükafatının qalibləri artıq bəllidir (205)
    Əflatun Amaşov: "Güman edirəm ki, bu seçimdən çoxları razı qalacaq"
    Həmsədrlər münaqişənin həllində maraqlı deyillər (221)
    Eldar İbrahimov: "Beynəlxalq təşkilatların nümayəndələri bizə deyirlər ki, ermənilər yazıqdır, onlara kömək edin"
    "Ali media" mükafatının qalibləri artıq bəllidir (197)
    Əflatun Amaşov: "Güman edirəm ki, bu seçimdən çoxları razı qalacaq"
    "Qurdlar vadisi"nin nəhəng üçlüyü (278)
    "Tamaşaçıları ən çox maraqlandıran qırmızı kitabın içində KPSS imtahanlarının sual kitabçası var idi"
    İmkanım olsaydı, azərbaycanlıların ruhu qarşısında diz çökərdim (288)
    Vladimir Mixayloviç Litvin: "Biz ədalətin zəfər çalması üçün əlimizdən gələni etməyə hazırıq"
    "Azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb" (332)
    Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iyulun 22-də qeyd ediləcək milli mətbuatın yaranmasının 135 illik yubileyi ilə bağlı "Trend"ə müsahibəsi
    "Jurnalist üçün iş günü və iş otağı olmur" (338)
    Bəxtiyar Sadıqov: "Mərhum Heydər Əliyevin bu fikirlərində doğrudan da həqiqət var"
    "Nazirlikdəkilərin əksəriyyətinin teatr haqda təsəvvürləri belə yoxdur" (332)
    "Pro-Sent"in rəhbəri Ələkbər Tağızadə hesab edir ki, Rusiyadan dəvət olunanlar arasında bizə istehza ilə yanaşan rejissorlar var
    1   2   3   4   5   6   7   8   9   10   11   12   13   14   15   16   17   18   19   20   21   22   23   24   25   26   27   28   29   30   31   32   33   34   35   36   37   38   39   40   41   42   43   44   45   46   47   48   49   50   51   52   53   54   55   56   57   58   59   60   61   62   63   64   65   66  


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "Uğurlarımız bir qisim insanı qısqandırır"

    "Azərbaycan - Türkiyə təhsil əlaqələri" deyərkən öncə "Çağ" Öyrətim İşlətmələri yada düşür. Fəaliyyəti


    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (4699)


    2010-02-05 "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırıq" (4380)


    2010-02-05 "İrandakı vəziyyət beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur" (4292)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17