Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
04 Mart 2010-cu il Qəbul            Bavariyanın dövlət naziri Bakıya gələcək             Parlamentdə "Tvinninq" layihəsinə dair seminar keçirilib            Qatilin yerini deyənə 10 min manat veriləcək            Avropa Birliyi Azərbaycana 122,5 milyon avro ayırıb            Misirin xarici işlər naziri Bakıya səfər edəcək            Polad Bülbüloğluna "İlin adamı" mükafatı təqdim olundu            Bakı MDB-nin saxlanılmasına tərəfdardır            Qorbaçov özünü günahkar saymır            Almaniya "erməni soyqırımı"nı rədd etdi     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    "Türkmənistan və Özbəkistanı da TürkPA-da görəcəyik"
    İlham İsmayılov: "Mehmet Əli Şahin bu dövlətlərin quruma cəlb olunmasına səy göstərəcəklərini bildirib"

    Bu gün türkdilli ölkələr arasında milli birliyin möhkəmləndirilməsində, xalqlar arasındakı münasibətlərin qardaşlıq zəmininə keçməsində ictimai təşkilatların rolu böyükdür. Bu məqsədlə Türkdilli Ölkələrin Parlament Assambleyası da yaradılıb. Bununla belə, Orta Asiyada yerləşən türk respublikalarında milli məsələlərlə bağlı problemlərin olduğu bildirilir.
       
       
       
       Bu və digər məsələlərə "Həftə içi"nə müsahibəsində Azərbaycanlıların və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov aydınlıq gətirdi.
       
       - Son bir neçə ilə nəzər salsaq, istər 2006-cı ilin sentyabrında Antalyada keçirilən türkdilli dövlətlərin və topluluqların X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı, istərsə də 2007-ci ilin dekabrında Bakıda keçirilmiş türkdilli dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı türk dövlətləri arasında birliyin və qarşılıqlı anlaşmanın əldə olunmasına təkan verib. Məhz bu qurultaylarda əldə edilən nəticələrin davamı idi ki, yola saldığımız 2009-cu ildə də bu proses daha da sürətlənib, türk birliyi yolunda atılan addımların reallaşdığı bir il olub. Belə ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının 1-ci sammitinin sentyabr ayında Bakıda keçirilməsi və Türk dili ölkələrin Parlament Assambleyasının baş katibliyinin Bakıda yerləşməsi, daha sonra 2009-cu ilin oktyabr ayında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilmiş IX zirvə görüşü ölkəmizin Türkiyə və Orta Asiyanın türkdilli ölkələriylə münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından çox mühüm addım olub. Bu zirvə toplantısında türk dövlətləri arasında hərtərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin, eyni zamanda yaxın perspektivdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması ideyası da türk dövlətlərinin birliyinin vacibliyini bir daha təsdiq edib. Bütün bu tədbirlərin isə Azərbaycanda keçirilməsi, təbii ki, ölkəmizin türk dünyası üçün yalnız iqtisadi deyil, eyni zamanda bir düşüncə mərkəzinə çevrildiyini də sübut edir.
       
       - Ümumiyyətlə, bu istiqamətdə hansı işlər görülür?
       
       
    - ATXƏM artıq 2 ildən çoxdur fəaliyyət göstərir. Təşkilatımızın ən çox önəm verdiyi məsələlərdən biri də bütün türkdilli xalqlarla əməkdaşlıq məsələsidir. Mərkəzimiz Azərbaycan, eləcə də bütün türk dünyası üçün faydalı olan müxtəlif təşəbbüslərlə çıxış edərək, türkdilli xalqlar arasında hərtərəfli inteqrasiyanın təmin olunmasına, habelə iqtisadi-siyasi və mədəni əməkdaşlığın dərinləşməsinə çalışmaqdadır. Əsas məqsədimiz türkdilli dövlətlərin bölgədə yalnız sülh, iqtisadi tərəqqi və inkişaf, habelə demokratik idealların təntənəsi naminə birləşmək niyyətinin olduğunu nümayiş etdirməkdir. Bu istəyin nəticəsidir ki, yarandığımız 2 il ərzində türk dünyasının böyük yazarı Çingiz Aytmatovun xeyir-duası ilə açılışını etdiyimiz mərkəzimiz türk dünyasının bir ocağına çevrilib. Bu vaxt ərzində Azərbaycan - Türkiyə akademik tibb toplantısını keçirib, Dünya Türk Gəncləri Birliyinin başkanlarını mərkəzdə bir araya gətirib, türk dünyası QHT-lərinin birliyinə nail olmaq üçün aktiv fəaliyyətə başlamışıq. Çalışırıq ki, Azərbaycanın ümummilli problemlərinin həllində türkdilli xalqlarla daha yaxından əməkdaşlıq edək, onların bu prosesdə aktivliyini artıraq.
       
       - Türkdilli ölkələrin Parlament Assambleyasının fəaliyyəti sizi qane edirmi?
       
       
    - Biz buna ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın nəticəsi kimi baxırıq. Sammitin yekun nəticəsi olaraq Türk dilli ölkələrin Parlament Assambleyasının baş katibliyinin Bakıda yerləşməsi isə ölkəmizin bu sahədə oynadığı müstəsna rola verilən adekvat qiymət idi. Mən bu yaxınlarda Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənovla da görüşdüm, çox faydalı fikir mübadiləsi apardıq. TürkPA yenicə yaradılmış bir qurumdur. Bizim 1 - 2 ay ərzində onun fəaliyyətinə qiymət verməyimiz düzgün olmazdı. Hesab edirəm ki, yaxın vaxtlarda biz hamımız bu qurumun türk birliyi uğrunda çox ciddi işlər gördüyünün şahidi olacağıq.
       
       - Özbəkistan və Türkmənistanın Assambleyaya üzv olmamasına münasibətiniz necədir?
       
       
    - Türkdilli Ölkələrin Parlament Assambleyası yaradılarkən quruma Türkiyə, Qazaxıstan, Qırğızıstan və Azərbaycan parlament nümayəndələri qatıldılar. Türkmənistan və Özbəkistan isə açıqlanmayan səbəblərə görə iclasa qatılmamışdı. Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin 2010-cu ilin oktyabrında Qazaxıstanın paytaxtı Astanada keçirilən növbəti sessiya vaxtı Türkmənistan və Özbəkistanın da quruma cəlb olunması üçün səy göstərəcəklərini bildirmişdi. Biz də ümid edirik ki, bu ilin oktyabr ayında Türkmənistan və Özbəkistanı da TürkPA-nın tərkibində görəcəyik.
       
       - Orta Asiyada yerləşən türk dövlətlərində türkçülük zəifdir. Həmin ölkələrin təşkilatları ilə əlaqələriniz varmı? Bu yöndə hansı işlər görürsünüz?
       
       
    - Mən Orta Asiya Respubilkalarında türkçülüyün zəif yox, əlaqələrimizin Türkiyəyə nisbətən bir az zəif olduğunu deyərdim. Bilirsiniz ki, Qazaxıstan bu ildən başlayaraq ATƏT-ə sədrlik edir. Adıçəkilən ölkə ATƏT-ə rəhbərlik edəcək Mərkəzi Asiyanın və postsovet məkanının ilk ölkəsidir. Qazaxıstan bu il ərzində ATƏT-dən başqa, bir neçə beynəlxalq quruma da rəhbərlik edir. Məhz bunu nəzərə alaraq rəhbərlik etdiyim ATXƏM də 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həyata keçirəcəyi layihənin əhatə dairəsində Türkiyə Cümhuriyyəti ilə yanaşı, Qazaxıstanın olmasını da vacib sayaraq sentyabr ayında Almatı şəhərində beynəlxalq konfrans keçirməyi planlaşdırıb.
       
       - Fevralın 26-da təşkilatınızın Strasburqda Xocalı ilə bağlı keçirdiyi tədbirlərdə ermənilər mitinqinizi pozmağa cəhd göstəriblərg
       
       
    - Bəli, biz ATXƏM olaraq Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı fevralın 24 - 28-də Avropanın paytaxtı Strasburq şəhərində silsilə tədbirlər həyata keçirdik. Tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində mənimlə birgə Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Milli Məclisin komitə sədri Arif Rəhimzadə, Milli Məclisin üzvü Əkrəm Abdullayev, "Kür-Xəzər" Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov və ziyalılardan Nadir Orucov da iştirak edirdi. Biz Strasburq şəhərində türk və Azərbaycan diaspor təmsilçiləri ilə görüşdük. Fevralın 27-də isə Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar Strasburqun mərkəzi Kleber meydanında ATXƏM və Strasburq "Azərbaycan Evi"nin birgə təşkil etdiyi mitinqə qatıldıq. 300 nəfərdən çox nümayəndənin qatıldığı mitinqə ermənilər müdaxilə etməyə cəhd göstərdilər. Lakin münaqişənin böyüməsinə Strasburq hüquq-mühafizə orqanları imkan vermədi, təxribatçıları Kliber meydanından uzaqlaşdırdılar. Bundan sonra mitinqimiz daha da möhtəşəm keçdi və sonunda dünya ictimaiyyətinə müraciət qəbul etdik.
       
       
    Əli Zülfüqaroğlu
    Bu yazı 2322 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Digər müsahibələr
    Ən çox bal toplamış abituriyentlərimiz (4)
    Dövlət onların xaricdə təhsillə bağlı bütün xərclərini ödəyəcək
    İsa Qəmbərə ağır ittiham (31)
    Əli Əliyev: "Onun oynadığı oyunlar bütün Azərbaycanın əleyhinə yönəlib"
    Borçalının xaç problemi (55)
    Fəxri Hacıyev: "Bu məsələ səfirliklə yanaşı, ictimai təşkilatlar tərəfindən də qaldırılıb"
    AMİP heç kimə satılmayıb (61)
    Yusif Bağırzadə: "AXCP-Müsavat birliyi uğursuz layihədir"
    11.159 nəfər işlə təmin edilib (164)
    Elnur Kələntərli: "51 əcnəbiyə verilmiş fərdi icazə ləğv edilib, 340 əcnəbiyə isə fərdi icazə verilməyib"
    "Televiziya, sadəcə, əyləndirməməli, həm də öyrətməlidir" (177)
    Hüseyn Dinləməz: "Türkiyədə bir televiziyadan digərinə 1 milyon dollara işçi transfer edilir"
    "Güneyin istiqlalına bütün variantlarda baxmalıyıq" (186)
    Sabir Rüstəmxanlı: "Bu istiqamətdəki müxtəlif ideyaları qarşı-qarşıya qoymamalıyıq"
    Bizim üçün ikiqat bayramdır (335)
    Bu gün "Həftə içi"nin 12 yaşı tamam olur
    Müşfiq Əmirov: "Əslində, 22 iyul bütün peşə işçilərinin bayramıdır" (193)
    "Qaynar xətt"ə daxil olan müraciətlər cənab nazirə məruzə olunur və tədbir görülür"
    "Reket" qəzetlər "Azərbaycan" nəşriyyatından çıxarılacaq (199)
    Bəsti İsmayılova: "Mətbuatda təmizlənmə və islahatlar hökmən aparılmalıdır"
    "Ermənilər müharibədən daha çox çəkinir" (217)
    Arif Əliyev: "Ermənistanda nadir ailə tapmaq olar ki, kənardan gələn yardımdan həyat səviyyəsini qaldırmaq üçün istifadə etməsin"
    "Azərbaycan muğamına vurğunam" (224)
    Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiçin "Həftə içi"nə eksklüziv müsahibəsi
    "Ali media" mükafatının qalibləri artıq bəllidir (201)
    Əflatun Amaşov: "Güman edirəm ki, bu seçimdən çoxları razı qalacaq"
    Həmsədrlər münaqişənin həllində maraqlı deyillər (218)
    Eldar İbrahimov: "Beynəlxalq təşkilatların nümayəndələri bizə deyirlər ki, ermənilər yazıqdır, onlara kömək edin"
    "Ali media" mükafatının qalibləri artıq bəllidir (196)
    Əflatun Amaşov: "Güman edirəm ki, bu seçimdən çoxları razı qalacaq"
    "Qurdlar vadisi"nin nəhəng üçlüyü (278)
    "Tamaşaçıları ən çox maraqlandıran qırmızı kitabın içində KPSS imtahanlarının sual kitabçası var idi"
    İmkanım olsaydı, azərbaycanlıların ruhu qarşısında diz çökərdim (284)
    Vladimir Mixayloviç Litvin: "Biz ədalətin zəfər çalması üçün əlimizdən gələni etməyə hazırıq"
    "Azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb" (330)
    Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iyulun 22-də qeyd ediləcək milli mətbuatın yaranmasının 135 illik yubileyi ilə bağlı "Trend"ə müsahibəsi
    "Jurnalist üçün iş günü və iş otağı olmur" (337)
    Bəxtiyar Sadıqov: "Mərhum Heydər Əliyevin bu fikirlərində doğrudan da həqiqət var"
    "Nazirlikdəkilərin əksəriyyətinin teatr haqda təsəvvürləri belə yoxdur" (332)
    "Pro-Sent"in rəhbəri Ələkbər Tağızadə hesab edir ki, Rusiyadan dəvət olunanlar arasında bizə istehza ilə yanaşan rejissorlar var
    1   2   3   4   5   6   7   8   9   10   11   12   13   14   15   16   17   18   19   20   21   22   23   24   25   26   27   28   29   30   31   32   33   34   35   36   37   38   39   40   41   42   43   44   45   46   47   48   49   50   51   52   53   54   55   56   57   58   59   60   61   62   63   64   65   66  


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "Türkmənistan və Özbəkistanı da TürkPA-da görəcəyik"

    Bu gün türkdilli ölkələr arasında milli birliyin möhkəmləndirilməsində, xalqlar arasındakı münasibətlərin qardaşlıq zəmininə keçməsində


    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (4698)


    2010-02-05 "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırıq" (4380)


    2010-02-05 "İrandakı vəziyyət beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur" (4291)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17