Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
09 Fevral 2010-cu il "Səylərimiz davam edir"            Dəm qazının qurbanları            Azərbaycan iqtisadi, humanitar sahələrdə də Avropaya töhfəsini verməkdədir            Nazir norveçli həmkarını qəbul edib            Azərbaycanlı güllələndi            Konqresdəki işçi qrupun sayı artıb             Hindistan əczaçıları qonağımızdır            Milli Məclisin növbəti iclası fevralın 12-də olacaq             Nyu-Yorkda ABŞ-ın Azərbaycan, yəhudi və türk icmaları arasında dialoq olub             TBSAM rəhbəri Azərbaycana səfər edəcək     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    DİN rəhbərliyinin mühafizənin polislə təmin olunmasında marağı yoxdu
    Mədət Quliyev: "Əksinə, bu xidmətdə polisin sayını azaldırıq"
    Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Mədət Quliyevin "Trend"ə müsahibəsi

    - Baş Mühafizə İdarəsi tərəfindən nə qədər obyekt mühafizə olunur?
       
       
    - Baş Mühafizə İdarəsi tərəfindən 10 mindən artıq obyekt mühafizə olunur. Ötən il ərzində 450-dən artıq obyekt mühafizəyə götürülüb. Obyektlərin mühafizəsinin təşkili üçün müraciətlər hər il artır. Həm şirkət və müəssisələr, həm də mülki vətəndaşlar evlərinin, qaraylarının və digər obyektlərinin mühafizəsi üçün müraciət edir. Biz dövlət mühafizəsiyik. Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş 41-S saylı tərkibə düşən obyektlərlə yanaşı, digər obyektlərin - ticarət mərkəzləri, mağaza, ofislər, valyutadəyişmə məntəqələrinin də mühafizəsini həyata keçiririk.
       
       - Son illər mənzillərdə oğurluqlar çoxalıb. Vətəndaşlar tərəfindən mənzillərin mühafizəsi ilə bağlı sizin quruma müraciətlər edilirmi?
       
       
    - Əfsuslar olsun ki, Azərbaycanda vətəndaşlar tərəfindən mənzillərin mühafizəsinə meyil o qədər də çox deyil. Bu, Daxili İşlər Nazirliyinin rəhbərliyini də narahat edir.
       
       - Əvvəlki illərlə müqayisədə vətəndaşlar tərəfindən mənzillərinin mühafizəsi ilə bağlı müraciətlərin sayı artsa da, qaneedici səviyyədə deyil. Tərəfimizdən mühafizə olunan mənzillərin sayı 2000-ə yaxındır. Amma bu bizi qane etmir. Biz "Yarasa" firması ilə paralel işləyirik. Mənzillərin mühafizəsi xüsusi texnika ilə tərəfimizdən təmin olunur. İstərdik ki, mənzillərin hamısının mühafizəsini təmin edək. Qonşu Rusiyada vətəndaşlar mənzillərini mühafizəyə götürmək üçün 2-3 ay növbəyə dururlar. Baxmayaraq ki Azərbaycanda bununla bağlı maarifləndirmə aparırıq, sahə inspektorları da mənzillərin mühafizəsi üçün vətəndaşlara müraciət edirlər, amma vətəndaşlar tərəfindən buna maraq yoxdur.
       
       - Bu nə ilə bağlıdır - maarifləndirmənin olmaması, yoxsa mühafizə üçün ödənilməli olan məbləğin çox olması ilə?
       
       
    - Araşdırmalara görə, yol-nəqliyyat hadisələri zamanı təhlükəsizlik kəmərindən istifadə edənlərin 60 faizi sağ qalır. Amma təhlükəsizlik kəmərindən yalnız yol polisinin əməkdaşlarının təkidi ilə istifadə edirik. Müqayisə təxmini belədir. Vətəndaşlar mənzillərdə oğurluq olandan sonra mühafizə üçün müraciət edirlər. Bir qayda olaraq hadisə baş verəndən sonra nəticə çıxarırıq.
       
       - Bir mənzilin mühafizəsi üçün nə qədər vəsait tələb olunur?
       
       
    - Qiymət çox sərfəlidir. Texniki avadanlıq, siqnalizasiya sistemi təqribən 300-500 manat məbləğində xərc tələb edir. İllik mühafizə üçün isə təqribən 250-300 manatdır. Mühafizə üçün ödəyəcəyimiz məbləğ il ərzində telefon danışıqlarımız üçün xərclədiyimiz məbləğdən azdır. Biz "Yarasa" firmasına müraciət etdik ki, bəzi vətəndaşlar bu pulu birdəfəyə ödəyə bilmədiyi üçün lizinq üsulu ilə ödəsinlər. Şirkət də bu şərti qəbul etdi. DİN rəhbərliyi üçün vacib olan mənzillərin mühafizəsi, mənzillərdə və digər obyektlərdə oğurluqların baş verməməsidir. Mənzillərin mühafizəsinin təşkili zamanı İsrail və ABŞ-dan alınan texnika və avadanlıqlar tətbiq olunur. Həmin texnikanın köməyi ilə vətəndaş qapısını döyən şəxsi tanımadığı halda, mühafizə xidmətinə xəbər verir və bizim əməkdaşlar 5 dəqiqə ərzində həmin mənzildə olur. Yaxud evdə nə isə mübahisəli məsələ yaranarsa, texnikanın köməyi ilə mühafizəçini çağırmaq mümkündür. Bizim əməkdaşlar ən geci 6-7 dəqiqə ərzində hadisə yerində olur. Biz buna nəzarət edirik və operativliyi təmin edirik. Əməkdaşlarımız tərəfindən minlərlə cinayətin, yanğın hadisəsinin, gecə saatlarında baş verə biləcək hadisələrin qarşısı qabaqcadan alınıb. Təkcə bizim tərəfimizdən quraşdırılan kameraların köməyi ilə yüzlərcə cinayət hadisəsi açılıb.
       
       - Azərbaycanda çoxlu sayda xarici ölkə vətəndaşları yaşayır, xarici firmalar fəaliyyət göstərir. Onlar tərəfindən Mühafizə İdarəsinə müraciətlər çoxdurmu?
       
       
    - Onlar arasında mühafizə üçün müraciət edənlər çoxdur. Əksəriyyəti də xarici ölkələrin respublikamızdakı səfirliklərində işləyənlərdir. Onlar ölkəmizə gələndə ilk olaraq mənzillərinin mühafizəsi üçün bizə müraciət edirlər. Biz mühafizəni təmin edəndən sonra mənzillərində yaşamağa başlayırlar. Tərəfimizdən mühafizə olunan 10 mindən artıq obyektin 0,5 faizi xarici vətəndaşlara məxsusdur.
       
       - Azərbaycan Dövlət Neft Akademiyasında baş verən məlum hadisədən sonra təhsil müəssisələrinin mühafizə məsələsi aktuallaşdı. Bu hadisə təhsil müəssisələrində mühafizənin təşkili işinə təsir göstərdimi?
       
       
    - Məlum hadisədən sonra mühafizə üçün müraciətlər artıb. 60-a yaxın təhsil ocağı mühafizəsinin təşkili üçün bizə müraciət edib və əməkdaşlarımız tərəfindən həmin müəssisələrin təhlükəsizliyi təmin olunur. Həmin müəssisələrdə tərəfimizdən xüsusi texnika, kameralar qurulub, 24 saat ərzində videomüşahidələr aparırıq. Təhsil Nazirliyi ali təhsil müəssisələrinin rəhbərliyinə mühafizənin təmin olunması üçün tapşırıq verib. Bu xidmət ödənişli olduğundan, bütün təhsil müəssisələri bizə müraciət etməyib. Ali və orta təhsil müəssisələrinin rəhbərləri bu məsələni diqqətdə saxlamalıdırlar. Texnikanın alınması üçün 2000 manata yaxın xərci tələb olunur. Univeristet rəhbərləri üçün bu məbləğ problem olmamalıdır. Sadəcə, təhsil müəssisələrinin rəhbərliyi bu işdə maraqlı olmalıdır. Mühafizənin təşkili üçün müraciət etməyən təhsil müəssisələrinin ətrafında bizim post-patrul xidməti əməkdaşları günün müəyyən saatlarında nəzarət aparırlar.
       
       - "Əbu-Bəkr" məscidində baş vermiş hadisədən sonra məscidlərin, dini obyektlərin mühafizəsi ilə bağlı Baş Mühafizə İdarəsinə müraciətlər olubmu?
       
       
    - Bizə dini obyektlərin mühafizəsi ilə bağlı müraciətlər daxil olmayıb. Onların əksəriyyəti özəl mühafizə xidmətlərinə müraciət edir.
       
       - Respublikanın regionlarında idarənin şöbələri fəaliyyət göstərirmi?
       
       
    - Bakıda, Sumqayıtda, Abşeronda, Lənkəranda, Şəkidə, Mingəçevirdə, Qubada idarənin şöbələri var. Gəncədə yeni fəaliyyətə başlamışıq. Regionlarda ilk olaraq banklar, valyutadəyişmə məntəqələri və mənzillərdə mühafizə təmin olunub. Daxili İşlər Nazirliyinin rəhbərliyinin mühafizənin polislə təmin olunmasında marağı yoxdu, əksinə, bu xidmətdə polisin sayını azaldırıq. Mülki şəxslərin və texnikanın köməyi ilə mühafizəni təmin etməyə üstünlük veririk. DİN-in tərkibində yeganə qurumuq ki, özünümaliyyələşdirmə ilə işləyirik və vergi ödəyicisiyik. Xidmətdə polis əməkdaşlarının sayı azalır, mülki mühafizənin əməkdaşları isə artır. Bizim xidmətin 9 minə yaxın əməkdaşı var.
       
       - Bəzən özəl mühafizə qurumlarının fəaliyyətindən şikayətlər olur. Özəl mühafizə qurumları ilə aranızda hansısa problemlər olurmu?
       
       
    - Biz onlarla sağlam rəqabət aparırıq. Vətəndaşlar mühafizənin təmin olunması üçün özləri seçim etməlidir. 2007-ci ildə özəl mühafizə xidmətləri barədə qanun qəbul edilib. Bir müddət əvvəl onlar öz geyimlərini polisin geyiminə bənzətmişdilər. Bu isə problem yaradırdı. Bir tərəfdən biz mühafizədə polisin sayını azaldırıq, digər tərəfdən isə özəl mühafizə xidmətləri qanun çərçivəsindən çıxaraq polis geyiminə bənzər geyimlərdən istifadə edirdilər. Polis əməkdaşı qüsurlu geyimdə olmamalıdır. Polisin geyimində hər bir atribut öz yerində olmalıdır. Artıq məlum qanunun qəbulundan sonra bu məsələ həllini tapıb. Problemlərdən biri də özəl mühafizə xidmətlərinin əməkdaşlarının oyuncağa bənzər silah gəzdirməsi idi. Belə faktlar polis əməkdaşları tərəfindən aşkarlanır və qarşısı alınır.
    Bu yazı 3261 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Digər müsahibələr
    Ən çox bal toplamış abituriyentlərimiz (3)
    Dövlət onların xaricdə təhsillə bağlı bütün xərclərini ödəyəcək
    İsa Qəmbərə ağır ittiham (31)
    Əli Əliyev: "Onun oynadığı oyunlar bütün Azərbaycanın əleyhinə yönəlib"
    Borçalının xaç problemi (55)
    Fəxri Hacıyev: "Bu məsələ səfirliklə yanaşı, ictimai təşkilatlar tərəfindən də qaldırılıb"
    AMİP heç kimə satılmayıb (61)
    Yusif Bağırzadə: "AXCP-Müsavat birliyi uğursuz layihədir"
    11.159 nəfər işlə təmin edilib (164)
    Elnur Kələntərli: "51 əcnəbiyə verilmiş fərdi icazə ləğv edilib, 340 əcnəbiyə isə fərdi icazə verilməyib"
    "Televiziya, sadəcə, əyləndirməməli, həm də öyrətməlidir" (177)
    Hüseyn Dinləməz: "Türkiyədə bir televiziyadan digərinə 1 milyon dollara işçi transfer edilir"
    "Güneyin istiqlalına bütün variantlarda baxmalıyıq" (185)
    Sabir Rüstəmxanlı: "Bu istiqamətdəki müxtəlif ideyaları qarşı-qarşıya qoymamalıyıq"
    Bizim üçün ikiqat bayramdır (335)
    Bu gün "Həftə içi"nin 12 yaşı tamam olur
    Müşfiq Əmirov: "Əslində, 22 iyul bütün peşə işçilərinin bayramıdır" (193)
    "Qaynar xətt"ə daxil olan müraciətlər cənab nazirə məruzə olunur və tədbir görülür"
    "Reket" qəzetlər "Azərbaycan" nəşriyyatından çıxarılacaq (199)
    Bəsti İsmayılova: "Mətbuatda təmizlənmə və islahatlar hökmən aparılmalıdır"
    "Ermənilər müharibədən daha çox çəkinir" (217)
    Arif Əliyev: "Ermənistanda nadir ailə tapmaq olar ki, kənardan gələn yardımdan həyat səviyyəsini qaldırmaq üçün istifadə etməsin"
    "Azərbaycan muğamına vurğunam" (224)
    Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiçin "Həftə içi"nə eksklüziv müsahibəsi
    "Ali media" mükafatının qalibləri artıq bəllidir (201)
    Əflatun Amaşov: "Güman edirəm ki, bu seçimdən çoxları razı qalacaq"
    Həmsədrlər münaqişənin həllində maraqlı deyillər (218)
    Eldar İbrahimov: "Beynəlxalq təşkilatların nümayəndələri bizə deyirlər ki, ermənilər yazıqdır, onlara kömək edin"
    "Ali media" mükafatının qalibləri artıq bəllidir (196)
    Əflatun Amaşov: "Güman edirəm ki, bu seçimdən çoxları razı qalacaq"
    "Qurdlar vadisi"nin nəhəng üçlüyü (278)
    "Tamaşaçıları ən çox maraqlandıran qırmızı kitabın içində KPSS imtahanlarının sual kitabçası var idi"
    İmkanım olsaydı, azərbaycanlıların ruhu qarşısında diz çökərdim (284)
    Vladimir Mixayloviç Litvin: "Biz ədalətin zəfər çalması üçün əlimizdən gələni etməyə hazırıq"
    "Azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb" (330)
    Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iyulun 22-də qeyd ediləcək milli mətbuatın yaranmasının 135 illik yubileyi ilə bağlı "Trend"ə müsahibəsi
    "Jurnalist üçün iş günü və iş otağı olmur" (337)
    Bəxtiyar Sadıqov: "Mərhum Heydər Əliyevin bu fikirlərində doğrudan da həqiqət var"
    "Nazirlikdəkilərin əksəriyyətinin teatr haqda təsəvvürləri belə yoxdur" (332)
    "Pro-Sent"in rəhbəri Ələkbər Tağızadə hesab edir ki, Rusiyadan dəvət olunanlar arasında bizə istehza ilə yanaşan rejissorlar var
    1   2   3   4   5   6   7   8   9   10   11   12   13   14   15   16   17   18   19   20   21   22   23   24   25   26   27   28   29   30   31   32   33   34   35   36   37   38   39   40   41   42   43   44   45   46   47   48   49   50   51   52   53   54   55   56   57   58   59   60   61   62   63   64   65   66  


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb

    Sözün doğrusu, onun barəsində daha çox tərifli yazılara rast gəlmişəm. Düşünürdüm ki, bunun səbəbi ya jurnalistlərin onunla olan köhnə


    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (4698)


    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (4482)


    2010-01-30 "Azərbaycan hər zaman ürəyimdədir" (4439)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17