Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
09 Fevral 2010-cu il "Səylərimiz davam edir"            Dəm qazının qurbanları            Azərbaycan iqtisadi, humanitar sahələrdə də Avropaya töhfəsini verməkdədir            Nazir norveçli həmkarını qəbul edib            Azərbaycanlı güllələndi            Konqresdəki işçi qrupun sayı artıb             Hindistan əczaçıları qonağımızdır            Milli Məclisin növbəti iclası fevralın 12-də olacaq             Nyu-Yorkda ABŞ-ın Azərbaycan, yəhudi və türk icmaları arasında dialoq olub             TBSAM rəhbəri Azərbaycana səfər edəcək     N 044(1945)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Səs salma, yatan var...

    Ezop dilində, yəni üstüörtülü, ariflərin başa düşəcəyi formada işarəylə, eyhamla deyilən sözləri, söhbətləri çox sevirəm. "Div yuxusu"na gedənlərlə, "fil qulağı"nda yatanlarla bağlı deyilənlər isə yaddaşıma ömürlük həkk olunub; məsələn, mərhum şairimiz Mirzə Ələkbər Sabir yazıb ki, səs salma, yatanlar qoy hələ yatsın, yatmışları razı deyiləm kimsə oyatsın. Yaxud bir xalq mahnısında deyilir ki, qalada yatmış idim, top atdılar, oyanmadım, saz ilə, söhbət ilə oyatdılar, oyanmadım. Budəfəki söhbətim də top səsinə oyana bilməyən məmurlar barədədir. Fevralın 5-də Bakıda son illərdə görmədiyimiz və eşitmədiyimiz ayazlı-şaxtalı, çovğunlu-küləkli, qarlı-boranlı hava şəraitinin və xoşagəlməz olayların şahidi olduq. Yollar qarladığından və buz bağladığından müxtəliftutumlu nəqliyyat vasitələrinin sərbəst hərəkətləri məhdudlaşdı. Nəqliyyat sektoru iflic vəziyyətə düşdüyündən maşın tapa bilməyənlər arasında işə getməyənlər və işə gecikənlər oldu. İşə gedə bilməyənlər 1 günlük çörəkpulundan məhrum oldular. Bakının əksər yaşayış məntəqələrinə təbii qaz verilmədi. Elektrik xətlərində və transformatorlarda qəzalar baş verdiyindən, ağaclar və budaqlar elektrik xətlərinin üstünə düşərək onları qırdığından, yaxud zədələdiyindən bəzi məkanlara elektrik enerjisinin verilməsi uzun müddətə dayandırıldı. Kəmərlər buz bağladığından içməli su kəsildi. Kəmərləri don vurmuş kanalizasiya sistemi də "buz bağladı". Elektrik enerjisi verilmədiyindən "zaryadka" yığa bilməyən mobil telefonlar susdu, rabitə əlaqəsi kəsildi. Ağaclar köklərindən qoparaq, budaqlar isə sınaraq evlərin, yolların və səkilərin üstünə düşdü. Hələ soyuqdan xəstələnən, bədənləri qıc olan, buzlu yollarda sürüşüb qol-qıçlarını, qabırğalarını sındıranlardan, qılınc kimi kəsən, adamın ciyərini çəkib çıxaran şaxtanın təsirindən o dünyanı görüb-qayıdanlardan danışmıram. Qanımızı qaraldan, əsəblərimizi tarıma çəkən, səbir kasamızı daşdıran xoşagəlməz olaylarla bağlı siyahını artırmaq da olar. Əgər Bakı şəhər və rayon icra hakimiyyətləri, rayon mənzil-kommunal təsərrüfatı birlikləri, mənzil-istismar sahələri, təmizlik departamentləri, bələdiyyələr və icra nümayəndəlikləri qar yağmazdan öncə yollara qum və duz səpsəydilər, "Bakıelektrikşəbəkə" ASC və rayon elektrik şəbəkələri elektrik xətlərinə və trasnformatorlara, "Azəriqaz" ASC və onun müvafiq idarələri qaz kəmərlərinə və qazpaylayıcı stansiyalara vaxtlı-vaxtında nəzarət etsəydilər, qar-boran nədi, qasırğa, tufan qopsaydı, bu qədər problem yaşanmazdı. İstəyirəm hay-həşir qoparam, səs-küy salam ki, bəlkə sözügedən orqanların rəhbərləri yuxudan duralar. Amma 3 gündür papağımı qabağıma qoyub fikirləşirəm: görəsən, qalada yatıb top səsinə oyanmayan aidiyyəti qurumların rəhbərləri mənim səsimə "div yuxusu"ndan oyanacaqlar, ya yox?.. Deyirəm, bəlkə sınaqdan keçirək: tutar qatıq, tutmaz ayran; fərq etməz, deyilmi...
    Təbriz VƏFALI
    Bu yazı 47 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Digər xəbərlər
    Səs salma, yatan var... (47)
    Milli Kulinariya Mərkəzi bəyanat yayıb (50)
    Regionlarda yaradılan ilk elektron kitabxana (57)
    "Antiqona" əsəri tamaşaya hazırlanır (45)
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb

    Sözün doğrusu, onun barəsində daha çox tərifli yazılara rast gəlmişəm. Düşünürdüm ki, bunun səbəbi ya jurnalistlərin onunla olan köhnə həmkar münasibətlərinə kölgə salmamasıdır, ya da.... Amma onunla olan müsahibədən sonra bu gəncin özünün və çoxlarına örnək olacaq


    2010-01-28 "Nənəm Perə ərə getməyimi istəmirdi" (2263)

    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (2247)

    2010-01-27 1580 qanunsuz REV aşkarlanıb (2243)

    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (2234)

    2010-02-05 "İrandakı vəziyyət beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur" (2234)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17