
Polşanın paytaxtı Varşavada AÇ-2012-nin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Milli komandamız "A" qrupunda bu komandalarla qarşılaşacaq:
Almaniya, Türkiyə, Avstriya, Belçika, Qazaxıstan.
Oyunların təqvimi isə Frankfurtda müəyyənləşəcək. AÇ-2012-nin seçmə mərhələsinin millimizin daxil olduğu "A" qrupunun oyunlarının təqvimi fevralın 18-də Almaniyanın Frankfurt şəhərində müəyyənləşəcək. AÇ-2012-nin seçmə mərhələsində millimizin püşkatmanın nəticələrinə əsasən "A" qrupunda Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan komandaları ilə qarşılaşacağı ilə bağlı milli komandamızın baş məşqçisi Berti Foqts fikirlərini AFFA-nın saytına açıqlayıb: "Çox maraqlı və güclü qrupda mübarizə aparmalı olacağıq. Almaniyanın favorit hesab olunduğu qrupda Türkiyə yığması da güclü komandadır. Bu komanda ilə yoldaşlıq oyunu keçirmişik və qüvvəsinə bələdik. Bütün komandamla, o cümlədən klub məşqçiləri ilə birlikdə bu qarşılaşmalara ciddi hazırlaşmalı, təlim-məşq toplanışlarını yüksək səviyyədə keçirməliyik. Ən yüksək nəticəni qazanmaqla azarkeşlərə baxımlı oyun nümayiş etdirməyə çalışacağıq. Milli komandaya dəstək olacaqlarına görə onların hər birinə əvvəlcədən dərin minnətdarlığımı bildirir və "çox sağ olun" deyirəm".