
İnsanlarda xərçəng xəstəliyinə yol açan daha bir vasitə aşkarlanıb. Britaniya mətbuatının məlumatına görə, həftədə 2 banka qazlı şirəli içkilər qəbul edən şəxslərdə mədəaltı vəzinin xərçənginə yoluxmaq ehtimalı 87 faiz artır. Minnesota universiteti alimlərinin apardığı araşdırmalara görə, alkoqolsuz şirəli içkilər qanda şəkərin miqdarını artırır. Bunun nəticəsində mədəaltı vəzi güclü stressə məruz qalır. Qeyd edək ki, bu xəstəlik ildə milyonlarla insanın həyatına son qoyur. Bu araşdırmalar 14 il ərzində 60 mindən artıq qadın və kişinin üzərində aparılıb.