Kosta-Rikada iqtidar dəyişmədi
KOSTA Rikada keçirilən prezident seçkisində iqtidar partiyasının namizədi qələbəsini elan edib. "Associated press" agentliyinin verdiyi məlumata görə, səslərin 60%-nin hesablanmasından sonra Laura Çinçillanın 49% səslə üstünlük qazandığı məlum olub. Yurddaş Hərəkat Partiyasının namizədi Otton Solis isə səsələrin 23%-ni qazana bilib. Qeyd edək ki, Çinçillaya hazırkı prezident, Nobel mükafatçısı Oskar Arias da dəstək verib. Seçkinin ikinci turunun keçirilməməsi üçün Çinçillaya ən azı 40% səs lazımdır.