Konqresdəki işçi qrupun sayı artıb
ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayı daha bir nəfər artıb. Xarici İşlər Nazirliyindən "Həftə içi"nə verilən məlumata görə, konqresmen Mayk Mak-Mahon Azərbaycan üzrə işçi qrupuna qoşulub. 2008-ci ildə Nümayəndələr Palatasında Nyu-York ştatını təmsil edən demokrat konqresmen Mak-Mahon palatanın xarici məsələlər komitəsinin Avropa məsələləri üzrə alt komitəsinin üzvüdür. O, həmçinin palatanın nəqliyyat və infrastruktur komitəsinin də üzvüdür. Konqresmen Mak-Mahonun işçi qrupuna qoşulması ilə birlikdə qrupun üzvlərinin sayı yenidən 42-yə yüksəlib. Qeyd edək ki, cari ilin əvvəlində konqresmen Robert Vekslerin istefası ilə əlaqədar qrup üzvlərinin sayı 41-ə enmişdi.
Azad