Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
09 Fevral 2010-cu il "Səylərimiz davam edir"            Dəm qazının qurbanları            Azərbaycan iqtisadi, humanitar sahələrdə də Avropaya töhfəsini verməkdədir            Nazir norveçli həmkarını qəbul edib            Azərbaycanlı güllələndi            Konqresdəki işçi qrupun sayı artıb             Hindistan əczaçıları qonağımızdır            Milli Məclisin növbəti iclası fevralın 12-də olacaq             Nyu-Yorkda ABŞ-ın Azərbaycan, yəhudi və türk icmaları arasında dialoq olub             TBSAM rəhbəri Azərbaycana səfər edəcək     N 045(1946)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    "Səylərimiz davam edir"
    Mirmahmud Mirəlioğlu: "Hələlik danışıq apardıqlarımız mövqelərini açıqlamayıblar"

    Qarşıdan gələn parlament seçkilərində müxalifətin ümumi birliyini təmin etmək məqsədi ilə Demokratiya Uğrunda İttifaqın (DUİ) səyləri, deyəsən, nəticə vermir. Bunu DUİ-nin birliyi yaratmağa cəhd etdiyi "Azadlıq" bloku ilə Müsavat Partiyası arasında mətbuat vasitəsilə davam edən söz atışmasında da görmək olar.
       
       
       
       Bunları kənardan müşahidə edən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu ilə DUİ-nin keçirilən son toplantısından sonra əlaqə saxladığımızdan elə ilk olaraq ittifaqın Sədrlər Şurasında nələrin müzakirə edildiyini öyrənməyə çalışdıq.
       
       - Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasında ilk olaraq Bakıda və bütün Azərbaycanda qarın yağması ilə meydana gələn problemlərə münasibət bildirdik. Həmçinin Azərbaycan Respublikasının prezidenti tərəfindən Milli Məclisə "Kütləvi informasiya vasitələri haqqında" qanun göndərilib. Jurnalistlərin hüquqlarını qorumaq məqsədi ilə həmin qanun layihəsinə münasibət bildirdik və parlament nümayəndəmizdən istədik ki, bu qanunun geri qaytarılması ilə bağlı iş görsün. Bildiyiniz kimi, DUİ seçkiöncəsi müxalifətin birliyinin yaradılması istiqamətində bir sıra görüşlər keçirib. Bu görüşlərlə bağlı ötən həftə müzakirələr aparmışdıq. Bu dəfə isə Pənah Hüseyn aparılan danışıqlarla bağlı fikir bildirdi və bəyan etdi ki, müxalifətin birliyinin yaradılması ilə bağlı DUİ tərəfindən irəli sürülən təklif geri çəkilsin. Pənah bəyin təklifini müzakirə etdik və həmin təklif qəbul edilmədi. İrəli sürülən təşəbbüsün davam etməsi üzərində dayandıq. Baxmayaraq ki görüşdüyümüz adamlar görüşlərimizin nəticəsi olaraq məsələyə münasibət bildirməyiblər. Bundan əlavə, DUİ-yə daxil olan partiyaların rəhbərləri ilə birlikdə fevralın sonu - martın əvvəli müşavirə keçirmək fikrindəyik. Həmin müşavirədə də dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, ayın 25-də bizim növbəti Qarabağ forumumuz olacaq.
       
       - Maraqlıdır, Pənah Hüseyn hansı səbəblərdən təşəbbüsün geri çəkilməsini istədi? Millət vəkilinin arqumentləri nə idi?
       
       - Mən məsləhət görürəm ki, bununla bağlı onun özündən açıqlama alasınız.
       
       - Müxalifətin ümumi birliyinə nail olmaq üçün keçirdiyiniz görüşlərdən sonra danışıq apardığınız qüvvələrin birliyə razılıq verəcəyinə nə dərəcədə əminsiniz?
       
       - İnanıram ki, bizim təşəbbüsümüz reallaşacaq.
       
       - Siz reallaşacağına inanırsınız. Amma müzakirələr apardığınız "Azadlıq" bloku ilə Müsavat Partiyası arasında bir gərginlik var. Bunu Lalə Şövkətin İsa Qəmbərə qarşı ittihamlarında da görmək olar. Bu qədər gərginlikdən sonra həmin ittifaq necə yaranacaq?
       
       - Mən öz təşəbbüsümüzə, öz qərarlarımıza cavabdehəm. Ona görə də bununla bağlı nəsə demək istəmirəm.
       
       - Hansı səbəblərdən DUİ bu ittifaqa parlamentdə təmsil olunan BAXCP və BQP-ni, eyni zamanda Ümid Partiyasını qoşmaq istəmir?
       
       - Kimlərlə əməkdaşlıq edə, bir yerdə ola biləriksə, kimlərlə bu ittifaqı qura biləriksə, bunlar hamısı bizim müzakirəmizdən keçib. Adını çəkdiyiniz partiyalarla bağlı isə fikir müxtəlifliyi olub.
       
       - Danışıq apardığınız partiyalarla necə, yaranacaq birlikdə hansı partiyaların olması məsələsi də müzakirə edilibmi?
       
       - Biz bu məsələləri birgə müzakirə edəcəyik.
       
       - Son olaraq qarşıdan gələn seçkilərdə namizədliyinizi verəcəyiniz dairəni müəyyənləşdirmisinizmi?
       
       - İnşallah, Sumqayıtdan namizədliyimi verəcəyəm. Hələlik dairə müəyyənləşməyib, onu da müəyyənləşdirəcəyik.
       
       
    Nahid Canbaxışlı
    Bu yazı 52 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Digər xəbərlər
    Bolqarlar "soyqırım"ı tanımadı (41)
    ABŞ "qarışıq model" tərəfdarıdır (43)
    Polislərlə azərbaycanlılar arasında dava (44)
    Həmməruzəçilər görüşlərinə start veriblər (43)
    "Kürdcə - rusca" lüğətində gerbimiz yoxdur (41)
    Kamil Həsənov: "Bizə desəydilər, bunu nəzərə alardıq"
    Müsavat kompromisə meyilli deyil (40)
    "Azərintellekt" yaradılıb (41)
    "Prescient Worldwide"ə etiraz edildi (48)
    ALDP partiyalara təklif göndərib (44)
    Uydurma "erməni soyqırımı" təzyiqi qarşısında Türkiyə geri çəkilməyəcək (48)
    Milli QHT Forumu Xocalı ilə bağlı tədbirlər planı hazırlayıb (41)
    Azərbaycanda Ukrayna vətəndaşları Yanukoviçi seçib (43)
    "Səylərimiz davam edir" (52)
    Mirmahmud Mirəlioğlu: "Hələlik danışıq apardıqlarımız mövqelərini açıqlamayıblar"
    3 prokuror cinayətə cəlb olunub (47)
    Korrupsiya ilə bağlı məhkəmələrə göndərilən işlərin sayı isə artıb
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb

    Sözün doğrusu, onun barəsində daha çox tərifli yazılara rast gəlmişəm. Düşünürdüm ki, bunun səbəbi ya jurnalistlərin onunla olan köhnə həmkar münasibətlərinə kölgə salmamasıdır, ya da.... Amma onunla olan müsahibədən sonra bu gəncin özünün və çoxlarına örnək olacaq


    2010-01-28 "Nənəm Perə ərə getməyimi istəmirdi" (2287)

    2010-01-27 1580 qanunsuz REV aşkarlanıb (2263)

    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (2263)

    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (2255)

    2010-02-05 "İrandakı vəziyyət beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur" (2248)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17