Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
09 Fevral 2010-cu il "Səylərimiz davam edir"            Dəm qazının qurbanları            Azərbaycan iqtisadi, humanitar sahələrdə də Avropaya töhfəsini verməkdədir            Nazir norveçli həmkarını qəbul edib            Azərbaycanlı güllələndi            Konqresdəki işçi qrupun sayı artıb             Hindistan əczaçıları qonağımızdır            Milli Məclisin növbəti iclası fevralın 12-də olacaq             Nyu-Yorkda ABŞ-ın Azərbaycan, yəhudi və türk icmaları arasında dialoq olub             TBSAM rəhbəri Azərbaycana səfər edəcək     N 045(1946)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    "Antiqona" əsəri tamaşaya hazırlanır
    AzƏrbaycan Dövlət Akademik Milli Dram Teatrından "Həftə içi"nə verilən məlumata görə, görkəmli dramaturq Yan Anuyun "Antiqona" tamaşası üzrə məşqlər gedir. Tamaşanın quruluşçu reyissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.
       
       Tamaşanın qısa məzmunu.
       
       Böyük Edipin ölümündən sonra övladları Etokl və Polinik növbə ilə ölkəni idarə etməli idilər. Etokl şahlıq müddətini qurtardıqdan sonra hakimiyyəti qardaşı Polinika verməkdən imtina edir. Polinik öz tərəfdarlarını yığıb qiyam qaldırır. Hər ikisi döyüşdə həlak olur. Əmiləri Kreon şah elan olunur. Kreon Etoklı böyük təntənə ilə dəfn etdirir. Qiyamın başında dayanan Polinikin cəsədini isə meydanın ortasına ataraq qurd-quşlara yem edir. Onun dəfninə cəhd göstərən hər bir kəsi ölüm hökmü gözləyir! Bu cəhdi Polinikin kiçik bacısı Antiqona həyata keçirmək istəyir. O, keşikçilər tərəfindən tutularaq şah Kreonun yanına gətirilir. Kreon Antiqonanı iki seçim qarşısında qoyur: ya o, ölümü qəbul etməli, ya da bu işi etməməyini bəyan edib, yaşamaq haqqı qazanmalıdır. Antiqona isə şah Kreonun qanununu pozaraq mərdliklə ölümü seçir. Antiqona öz ölümü ilə azadlıq carçısına çevrilir. Tamaşada əməkdar artistlər Münəvvər Əliyeva, Əli Nur, Əsgər Məmmədoğlu, aktyorlar Əminə Babayeva, Aslan Şirinov, Şəlalə Şahvələdqızı, Rəşad Bəxtiyarov, Sərdar Rüstəmov iştirak edirlər.
    Bu yazı 46 dəfə oxunmuşdur.
    Regionlarda yaradılan ilk elektron kitabxana
    Bu gün Bərdə rayonunun mərkəzi kitabxanasında Azərbaycan regionlarında yaradılan ilk elektron kitabxananın açılış mərasimi keçiriləcək. Bu barədə "Həftə ici" qəzetinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib.
       
       
       
       Qeyd edək ki, məlum təbdir Azərbaycan Respublikası prezidentinin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008 - 2013-cü illərdə inkişafı üzrə dövlət proqramı"na uyğun olaraq həyata keçirilir.
       
       Mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətovun sözlərinə görə, Bərdə rayonunda ilk elektron kitabxana rayon mərkəzi kitabxanasında təşkil olunub: "Kitabxana üçün xüsusi avtomatlaşdırılmış kitabxana - informasiya sistemi alınmış, habelə kitabxananın veb-saytı (http://www.barda-mks.az) yaradılaraq oxucuların istifadəsinə təqdim edilmişdir. Kitabxananın binası əsaslı təmir olunub, müasir inventar və avadanlıqlarla təchiz edilib...". Qeyd edək ki, veb-saytda elektron kataloq və elektron kitabxana vasitəsilə oxuculara kitabxananın resursları, habelə kitabların tam mətni təqdim olunur. Elektron kitabxana bölməsində yüzlərcə müasir, latın qrafikalı kitabın tam mətni yerləşdirilmişdir. Onlardan Azərbaycan və dünya ədəbiyyatından seçmələr, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan və xarici müəlliflərin nəşrlərini qeyd etmək olar. Bərdə rayon mərkəzi kitabxanasının saytında kitabxana və onun şöbələri, habelə kitabxanada oxucular tərəfindən ən çox oxunan kitablar haqqında məlumat verilir. Veb-saytda kitabxana tərəfindən keçirilən tətbirlər mütəmadi işıqlandırılır. Saytda həmçinin Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsinə dair linklərdə Qarabağ haqqında ətraflı məlumatlar əldə etmək mümkündür. Bundan başqa, veb-saytda "Qədim Bərdə və bərdəlilər" məlumat bazası yerləşdirilmişdir. Burada Bərdənin qədim dövrdən müasir dövrə qədər keçdiyi tarixi inkişaf mərhələsi, Bərdənin tarixi abidələri, habelə tanınmış bərdəlilər haqqında ətraflı məlumatlar yerləşdirilib. Sözügedən saytdan birbaşa Mədəniyyət və Turizm Nazirliyi, Prezident Kitabxanası, M.F.Axundov adına Milli Kitabxana, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının saytına daxil olmaq mümkündür. Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Bərdə rayon icra hakimiyyətinin başçısı İlham Ağayev, rayon ictimaiyyəti, ziyalılar, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edəcəklər.
       
       
    Sevda Babayeva
    Bu yazı 59 dəfə oxunmuşdur.
    Milli Kulinariya Mərkəzi bəyanat yayıb
    Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi (AMKM) və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) "Həftə içi"nə daxil olan bəyanatında əhalidən Azərbaycanda çalışan peşəkar yerli və xarici ölkələrin aşpazlarından "ATV" kanalındakı "Yağ kimi" verilişiylə bağlı daxil olan zənglərlə bağlı bildirilir: "Azərbaycan teleməkanında göstərilən "mətbəx" , "xörəkbişirmə" ilə bağlı göstərilən heç bir verilişlə AMKM-in (hökumət təşkilatı) və AMKA-nın (qeyri-hökumət təşkilatı) heç bir əlaqəsi yoxdur. Peşəkar təşkilat kimi bu verilişlərin əksəriyyətini zərərli və istehlakçıların düzgün informasiya almaq hüquqlarının pozulması kimi dəyərləndiririk.
       
       Hesab edirik ki, yaxşı müğənnidən, musiqiçidən onun sənətini istəyərlər, xörək bişirməyini seyr etməyi yox; məsələn: Maykl Cekson, Alla Puqaçova, Kirkorov kimi sənətkarların gündəmdə qalmaq üçün xörək verilişlərinə aparıcılıq etməyə zamanları belə olmayıb". Bəyanatda daha sonra qeyd olunur ki, "ATV" kanalının "Yağ kimi" verilişində peşəkar adlandırılan verilişlə bağlı olaraq bir daha bildiririk ki, bu verilişlə, burada göstərilənlərlə, reklam edilən qida məhsulları ilə burada çıxış edən aşpazlarla Azərbaycan Milli Kulinariya Mərkəzinin və Milli Kulinariya Assosiasiyasının heç bir əlaqəsi yoxdur. Nə AMKM, nə AMKA bu verilişlərin hazırlanmasında heç bir səviyyədə iştirak etməyib. Azərbaycanın peşəkar təşkilatları olan AMKM və AMKA burada peşəkar adlandırılan "aşpazların", həmin aşpazların çalışdıqları restoranların heç birisi ilə heç bir əlaqədə olmayıb. Göstərilən şəxslərin əksəriyyətinin peşəkarlıq üçün tələb edilən baza peşə təhsili yoxdur.
       
       Veriliş zamanı bu "aşpaz"ların danışdıqları, mətbəxdə işləmələri, hərəkətləri onların restoran biznesindən, kulinariyadan, aşpazlıq sənətindən uzaq olduqlarını göstərir.
       
       Qəti şəkildə bildiririk ki, bu " aşpazlar " və onların çalışdıqları restoranlar AMKA-nın üzvləri deyillər. Buna görə də AMKA onların hərəkətləri, gördükləri işlər barədə heç bir maddi, mənəvi məsuliyyət daşımadığını bildirir, bu şəxslərin hamısını peşəkarlıqdan uzaq hesab edir və verilişdə göstərilənləri kulinariya mədəniyyətimizə zərərli sayır. Reklam edilən ərzaqları, adları çəkilən yeməklər barədə verilən məlumatları, hərəkətləri istehlakçıların düzgün informasiya almaq hüququnun pozulması kimi qiymətləndiririk.
       
       Aparıcının aparıcı, aktyor və insani keyfiyyətlərini yüksək qiymətləndirməklə bərabər, " bütün aşpazlar "Ankor" yağını bəyənir " ifadəsi ilə bağlı bildiririk ki, bütün aşpazlar adından çıxış etmək, nəsə söyləmək Azərbaycan Respublikasının qanunlarına əsasən AMKM-ə və AMKA-ya həvalə edilib. Belə zərərli, bayağı, qeyri-qanuni , qeyri-etik hadisələrin ölkəmizin mədəniyyətinə, xalqımıza zərərli olduğunu düşündüyümüzdən Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası belə hadisələrdən uzaq olduğunu, bu hadisələri pislədiyini bəyan edir. Bizim loqotipimiz, adımız göstərilməyən verilişlərə görə bizi günahlandırmamağı xahiş edirik".
       
       Bəyanat redaksiyamıza AMKM-in baş direktoru, AMKA prezidenti Tahir Əmiraslanovun imzası ilə daxil olub.
    Bu yazı 54 dəfə oxunmuşdur.
    Səs salma, yatan var...
    Ezop dilində, yəni üstüörtülü, ariflərin başa düşəcəyi formada işarəylə, eyhamla deyilən sözləri, söhbətləri çox sevirəm. "Div yuxusu"na gedənlərlə, "fil qulağı"nda yatanlarla bağlı deyilənlər isə yaddaşıma ömürlük həkk olunub; məsələn, mərhum şairimiz Mirzə Ələkbər Sabir yazıb ki, səs salma, yatanlar qoy hələ yatsın, yatmışları razı deyiləm kimsə oyatsın. Yaxud bir xalq mahnısında deyilir ki, qalada yatmış idim, top atdılar, oyanmadım, saz ilə, söhbət ilə oyatdılar, oyanmadım. Budəfəki söhbətim də top səsinə oyana bilməyən məmurlar barədədir. Fevralın 5-də Bakıda son illərdə görmədiyimiz və eşitmədiyimiz ayazlı-şaxtalı, çovğunlu-küləkli, qarlı-boranlı hava şəraitinin və xoşagəlməz olayların şahidi olduq. Yollar qarladığından və buz bağladığından müxtəliftutumlu nəqliyyat vasitələrinin sərbəst hərəkətləri məhdudlaşdı. Nəqliyyat sektoru iflic vəziyyətə düşdüyündən maşın tapa bilməyənlər arasında işə getməyənlər və işə gecikənlər oldu. İşə gedə bilməyənlər 1 günlük çörəkpulundan məhrum oldular. Bakının əksər yaşayış məntəqələrinə təbii qaz verilmədi. Elektrik xətlərində və transformatorlarda qəzalar baş verdiyindən, ağaclar və budaqlar elektrik xətlərinin üstünə düşərək onları qırdığından, yaxud zədələdiyindən bəzi məkanlara elektrik enerjisinin verilməsi uzun müddətə dayandırıldı. Kəmərlər buz bağladığından içməli su kəsildi. Kəmərləri don vurmuş kanalizasiya sistemi də "buz bağladı". Elektrik enerjisi verilmədiyindən "zaryadka" yığa bilməyən mobil telefonlar susdu, rabitə əlaqəsi kəsildi. Ağaclar köklərindən qoparaq, budaqlar isə sınaraq evlərin, yolların və səkilərin üstünə düşdü. Hələ soyuqdan xəstələnən, bədənləri qıc olan, buzlu yollarda sürüşüb qol-qıçlarını, qabırğalarını sındıranlardan, qılınc kimi kəsən, adamın ciyərini çəkib çıxaran şaxtanın təsirindən o dünyanı görüb-qayıdanlardan danışmıram. Qanımızı qaraldan, əsəblərimizi tarıma çəkən, səbir kasamızı daşdıran xoşagəlməz olaylarla bağlı siyahını artırmaq da olar. Əgər Bakı şəhər və rayon icra hakimiyyətləri, rayon mənzil-kommunal təsərrüfatı birlikləri, mənzil-istismar sahələri, təmizlik departamentləri, bələdiyyələr və icra nümayəndəlikləri qar yağmazdan öncə yollara qum və duz səpsəydilər, "Bakıelektrikşəbəkə" ASC və rayon elektrik şəbəkələri elektrik xətlərinə və trasnformatorlara, "Azəriqaz" ASC və onun müvafiq idarələri qaz kəmərlərinə və qazpaylayıcı stansiyalara vaxtlı-vaxtında nəzarət etsəydilər, qar-boran nədi, qasırğa, tufan qopsaydı, bu qədər problem yaşanmazdı. İstəyirəm hay-həşir qoparam, səs-küy salam ki, bəlkə sözügedən orqanların rəhbərləri yuxudan duralar. Amma 3 gündür papağımı qabağıma qoyub fikirləşirəm: görəsən, qalada yatıb top səsinə oyanmayan aidiyyəti qurumların rəhbərləri mənim səsimə "div yuxusu"ndan oyanacaqlar, ya yox?.. Deyirəm, bəlkə sınaqdan keçirək: tutar qatıq, tutmaz ayran; fərq etməz, deyilmi...
    Təbriz VƏFALI
    Bu yazı 48 dəfə oxunmuşdur.
     
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb

    Sözün doğrusu, onun barəsində daha çox tərifli yazılara rast gəlmişəm. Düşünürdüm ki, bunun səbəbi ya jurnalistlərin onunla olan köhnə həmkar münasibətlərinə kölgə salmamasıdır, ya da.... Amma onunla olan müsahibədən sonra bu gəncin özünün və çoxlarına örnək olacaq


    2010-01-28 "Nənəm Perə ərə getməyimi istəmirdi" (2283)

    2010-01-27 1580 qanunsuz REV aşkarlanıb (2260)

    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (2260)

    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (2253)

    2010-02-05 "İrandakı vəziyyət beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur" (2246)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17