
Rusiyanın pop kraliçası sayılan Alla Puqaçova kiçik nəvəsi Deni Baysarovu öz mirasından məhrum edib. "Dni.ru"nun məlumatına görə, 60 yaşı olan məşhur müğənninin heç də az varidatı yoxdur. Lakin o, mirası ilə bağlı sənəddə qızı Kristina Orbakaytenin oğlu Deni Baysarovun adını xatırlatmayıb. Bunun Puqaçova ilə Baysarov ailəsi arasında Deninin kimin yanında qalması ilə bağlı uzunsürən qalmaqalla bağlı olduğu bildirilir. Qeyd edək ki, Alla nəvəsinin qızının yanında qalması üçün çox çalışsa da, bu alınmayıb. Səbəb isə nəvəsinin birbaşa efirdə anası ilə yox, atasıyla qalmaq istəməsini bildirməsi olub. Allanın Denin adını mirasının varisləri sırasına salmaması nəvəsini bu etirafa görə cəzalandırması kimi dəyərləndirilir. Deninin atası Ruslan Baysarov müğənninin bu qərarını şərh etmək istəməyib. "Ekspress qazeta"ya açıqlamasında vurğulayıb ki, Allanın nə zaman nəvəsi ilə görüşməsi yadına gəlmir. Müğənninin yaxınları isə bildirirlər ki, pop kraliça qalmaqaldan sonra keçən 5 ayda nəvəsini görmək istəmir. Allanın əsas varisi isə qızı Kristinadır. Ona Allanın bütün evləri, zinət əşyaları, avtoparkı, pul vəsaitləri çatacaq.