Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
09 Fevral 2010-cu il "Səylərimiz davam edir"            Dəm qazının qurbanları            Azərbaycan iqtisadi, humanitar sahələrdə də Avropaya töhfəsini verməkdədir            Nazir norveçli həmkarını qəbul edib            Azərbaycanlı güllələndi            Konqresdəki işçi qrupun sayı artıb             Hindistan əczaçıları qonağımızdır            Milli Məclisin növbəti iclası fevralın 12-də olacaq             Nyu-Yorkda ABŞ-ın Azərbaycan, yəhudi və türk icmaları arasında dialoq olub             TBSAM rəhbəri Azərbaycana səfər edəcək     N 045(1946)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Geriyə yol yoxdur!
    Bu gün "Simurq" bu mövsüm premyerliqa klubları arasında indiyədək heç vaxt məğub etmədiyi yeganə komandanı - "Xəzər-Lənkəran"ı qəbul edir. 7 oyunluq qələbəsiz seriyanı qırmaq üçün əla stimuldur.
       
       
       
       Amma bir maraqlı məqam var: bu komandaların ölkə çempionatlarındakı duellərində lənkəranlılar mövsüm ərzində, bir qayda olaraq, 4 xal toplayıblar. Oyunların biri heç-heçə başa çatıb, digərində isə "Xəzər" qalib gəlib. Deməli, bu xoşagəlməz tendensiyaya da son qoymaq vaxtıdır. "Xəzər-Lənkəran"la oyunun hazırlıqlarına dünəndən başlayan "Simurq" ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti və növbəti turun təxirə salınması ilə əlaqədar hazırlıq planında müəyyən dəyişikliklər edib. Zaqatalaya yağan güclü qar üzündən komandanın məşqi baş tutmayıb. Dünən axşam saatlarında Zaqatala Olimpiya stadionunun meydançasına çıxan komanda 1 saatdan bir qədər artıq sürən məşqlə kifayətlənib. Hazırda şəhərdə -3° şaxta müşahidə olunur. Sinoptiklər oyun saatına qədər havaların bir qədər mülayimləşəcəyini proqnozlaşdırırlar. Xatırladaq ki, fevralın 7-də keçirilməli olan "Simurq" - "Xəzər-Lənkəran" matçı 19-cu turun bütün oyunları kimi fevralın 9-na təxirə salınıb.
       
       
       
       9 fevral - 17:00.
       
       "Unibank" premyerliqası,
       
       19-cu tur.
       
       "Simurq" - "Xəzər-Lənkəran"
       
       Zaqatala. Olimpiya Kompleksinin stadionu.
       
       
       
       Görüşün referisi: Əfqan Həmzəyev.
       
       Xətt hakimləri: Eldar Nağıbəyov və Roman Vasilyev.
       
       Dördüncü hakim: Ceyhun Haşımov.
       
       "Simurq" və "Xəzər-Lənkəran" 2006/07 mövsümündən rəqabət aparırlar və indiyədək 7 dəfə qarşılaşıblar. Sonuncuların mütləq üstünlüyü var: 4 qələbə, 3 heç-heçə. Maraqlıdır ki, əksər görüşlərdə maraqlı mübarizə və bol qol qeydə alınıb. Bəs 2 gün sonra Zaqatalada nə olacaq? Təəssüflər olsun ki, statistika "heç-heçə" deyir.
       
       
       
       2006/07. Premyerliqa. "Simurq" - "Xəzər-L." - 0:1 (Zaur Ramazanov).
       
       
       
       "Xəzər-L." - "Simurq" - 1:1 (Zaur Ramazanov - Ramin Nəsibov).
       
       
       
       2007/08. Premyerliqa. "Xəzər-L." - "Simurq" - 2:1 (Rəşad Abdullayev, Zaur Ramazanov - Andrey Danayev - pen).
       
       
       
       "Simurq" - "Xəzər-L." - 1:1 (David Bolkvadze - Zaur Ramazanov).
       
       
       
       2008/09. Premyerliqa. "Simurq" - "Xəzər-L." - 2:2 (David Bolkvadze, Sergey Artyux - İvan Svetkov, Emin Quliyev).
       
       
       
       "Xəzər-L." - "Simurq" - 3:1 (Romulo Silvano - 2, İvan Svetkov - Vladimir Mazyar).
       
       
       
       2009/10. Premyerliqa. "Xəzər-L." - "Simurq" - 3:0 (Allan Lalin, Denis Kalinkov, İvan Svetkov).
       
       
       
       Bütün statistik və tarixi məqamları bir kənara qoyaq. "Xəzər-Lənkəran"la qarşılaşma "Simurq"un bəlkə də son şansıdır. Komanda mövsümün ortasında yığdığı fantastik sürətini itirib və nəinki medal, hətta "altılıq" şanslarını da özü öz əli ilə azaldıb. "Sarı-qaralar" indi "altılıq"dan kənarda qalıb və ora dönmək üçün lənkəranlılar mütləq məğlub edilməlidir. Bunun üçün tribunaları ağzına qədər dolduracaq azarkeşlərin dəstəyinin xüsusi əhəmiyyəti olacaq. Hamı stadiona, "Xəzər-Lənkəran"ı məğlub yola salmağa! Artıq geriyə yol yoxdur!
    Bu yazı 38 dəfə oxunmuşdur.
    Yığmamız növbəti qələbəsini qazanıb
    TürkiyƏnin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın "Kazaxmıs" klubu ilə yoldaşlıq oyunu keçirərək 3:1 hesabı ilə qalib gəlib. Orxan Həsənov dubl edib, Şəhriyar Xəlilov isə 1 qola imza atıb. Xatırladaq ki, yığmamız hazırlıq prosesi çərçivəsində ilk yoldaşlıq oyununu fevralın 4-də İsveçrənin "Sent Marqrethen" klubuna qarşı keçirmiş və 12:0 hesabı ilə qalib gəlmişdi.
       
       19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bü gün - fevralın 9-da Bakı vaxtı ilə 17:00-da Rusiyanın "Terek" klubunun əvəzedici heyəti ilə yoxlama oyunu keçirəcək.
       
       
    Bu yazı 32 dəfə oxunmuşdur.
    "Ən yüksək nəticəni qazanmağa çalışacağıq"
    Polşanın paytaxtı Varşavada AÇ-2012-nin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Milli komandamız "A" qrupunda bu komandalarla qarşılaşacaq:
       
       Almaniya, Türkiyə, Avstriya, Belçika, Qazaxıstan.
       
       Oyunların təqvimi isə Frankfurtda müəyyənləşəcək. AÇ-2012-nin seçmə mərhələsinin millimizin daxil olduğu "A" qrupunun oyunlarının təqvimi fevralın 18-də Almaniyanın Frankfurt şəhərində müəyyənləşəcək. AÇ-2012-nin seçmə mərhələsində millimizin püşkatmanın nəticələrinə əsasən "A" qrupunda Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan komandaları ilə qarşılaşacağı ilə bağlı milli komandamızın baş məşqçisi Berti Foqts fikirlərini AFFA-nın saytına açıqlayıb: "Çox maraqlı və güclü qrupda mübarizə aparmalı olacağıq. Almaniyanın favorit hesab olunduğu qrupda Türkiyə yığması da güclü komandadır. Bu komanda ilə yoldaşlıq oyunu keçirmişik və qüvvəsinə bələdik. Bütün komandamla, o cümlədən klub məşqçiləri ilə birlikdə bu qarşılaşmalara ciddi hazırlaşmalı, təlim-məşq toplanışlarını yüksək səviyyədə keçirməliyik. Ən yüksək nəticəni qazanmaqla azarkeşlərə baxımlı oyun nümayiş etdirməyə çalışacağıq. Milli komandaya dəstək olacaqlarına görə onların hər birinə əvvəlcədən dərin minnətdarlığımı bildirir və "çox sağ olun" deyirəm".
       
       
    Bu yazı 39 dəfə oxunmuşdur.
    U-15 qalib gəlib
    Almaniyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Bayer" (Leverkuzen) komandasının həmyaşıdlarından olan heyəti ilə qarşılaşaraq 3:1 hesabı ilə qalib gəlib. Yığmamızın futbolçularından Kamran Abdullazadə, Nurlan Əhmədov və Qurbanəli Əliyev fərqləniblər.
       
       
       
       
    Bu yazı 33 dəfə oxunmuşdur.
    Buzadırmanma üzrə yarışlarda ilk uğurlarımız
    AzƏrbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekstremal idman növlərinin inkişafı sahələrində həyata keçirdiyi tədbirlər öz müsbət nəticələrini verməkdədir. Ekstremal idman növlərinin ölkəmizdə yayılmasının qeyri-mümkünlüyü barədə bəzi bədxah proqnozların əksinə olaraq federasiyanın bilavasitə təşkilatçılığı ilə görülmüş işlər nəticəsində qısa müddətdə Bakıda "Ekosport", "Qərb Universitetinin idman klubu", "A+A", "Dağ hazırlığı məktəbi", "Memarlıq və İnşaat Universiteti", hətta respublikanın rayonlarında - Qusarda "Salavat", Qaxda "Ekstrim", Zaqatalada "Mountain Bee", Ağcabədidə "Çöl bəbirləri" idman klubları yaradıldı və ekstremal idman növünə meyilli gənclər bu klublarda birləşərək məşqlərə başladılar. Təbiətin yaratdığı maneələrə baxmayaraq, gərgin və səmərəli məşqlər öz nəticələrini çox gözlətmədi. Qusar rayonunun Ləzə kəndi ətrafındakı donmuş şəlalələrdə, soyuq və şaxtalı hava şəraitində keçirilən açıq Azərbaycan kuboku uğrunda beynəlxalq yarışların I mərhələsində "Ən tez dırmanma" üzrə yarışlarda Azərbaycan idmançıları Kubarov və Dadaşov müvafiq olaraq II və III yerləri tutmuşlar. Bu, ekstremal şəraitdə ekstremal idman növləri ilə məşğul olan idmançılarımızın buzadırmanma üzrə yarışlarda ilk uğurlarıdır. Yeri gəlmişkən, yarışların ilk nəticələri belədir: I mərhələdə "Ən tez dırmanma" üzrə yarışlarda Cənubi Koreya idmançısı Çoy Von İl -1 d.10 san(26 saniyə və 44 saniyə) nəticə ilə I yeri, Azərbaycan idmançıları Kübarov Ruslan ("Salavat") - 1 d.30 san (27saniyə və 63 saniyə), Dadaşov Rauf ("Ekosport") isə 1 d.32 san.(35 saniyə və 57 saniyə) nəticə ilə müvafiq olaraq II və III yerləri tutmuşlar. Yarışlar davam edir.
       
       
    Bu yazı 40 dəfə oxunmuşdur.
    "Qarabağ" Ağdamdadır
    ÖlkƏ ərazisində kəskin hava şəraiti üzündən premyerliqanın 18-ci turu təxirə salınsa da, bu gün - fevralın 9-u müvafiq tur baş tutacaq. Bu məqsədlə "Qarabağ" artıq bu gün səhər oyunun baş tutacağı Quzanlı qəsəbəsinə gəlib. Qar səbəbindən stadionların yararsız vəziyyətdə olmasına baxmayaraq, çalışmalarını davam etdirən komandamız dünən axşam oyunun keçiriləcəyi Ağdam Olimpiya-İdman Kompleksində məşq keçib. Xatırladaq ki, "Qarabağ" - "Karvan" oyunu saat 14:15-də baş tutacaq və "AzTV" vasitəsilə Ağdam rayon Quzanlı qəsəbə Olimpiya-İdman Kompleksinin stadionundan canlı olaraq yayımlanacaq. Qarşılaşmanın hakimləri: Rövşən Əhmədov, İlham Əliyev, Elşən Durmuşov, Hacıəli Ağayevdir. AFFA nümayəndəsi Vaqif Məmmədovdur. Hakim-inspektor isə Asif Namazovdur.
    Bu yazı 41 dəfə oxunmuşdur.
     
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb

    Sözün doğrusu, onun barəsində daha çox tərifli yazılara rast gəlmişəm. Düşünürdüm ki, bunun səbəbi ya jurnalistlərin onunla olan köhnə həmkar münasibətlərinə kölgə salmamasıdır, ya da.... Amma onunla olan müsahibədən sonra bu gəncin özünün və çoxlarına örnək olacaq


    2010-01-28 "Nənəm Perə ərə getməyimi istəmirdi" (2279)

    2010-01-27 1580 qanunsuz REV aşkarlanıb (2255)

    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (2254)

    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (2248)

    2010-02-05 "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırıq" (2243)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17