Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
09 Fevral 2010-cu il "Səylərimiz davam edir"            Dəm qazının qurbanları            Azərbaycan iqtisadi, humanitar sahələrdə də Avropaya töhfəsini verməkdədir            Nazir norveçli həmkarını qəbul edib            Azərbaycanlı güllələndi            Konqresdəki işçi qrupun sayı artıb             Hindistan əczaçıları qonağımızdır            Milli Məclisin növbəti iclası fevralın 12-də olacaq             Nyu-Yorkda ABŞ-ın Azərbaycan, yəhudi və türk icmaları arasında dialoq olub             TBSAM rəhbəri Azərbaycana səfər edəcək     N 045(1946)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Bankomatların sayı 1694-ə çatıb
    "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb
    2010-cu il yanvarın 1-nə kimi bank əməliyyatları aparmaq üçün 142 kredit təşkilatı lisenziyaya malik olub. Bunlardan 96-sı bank olmayan kredit təşkilatıdır. Milli Bankın mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumata istinadən, bu müddətdə respublikada 46 bankın lisenziyası olub. Onlardan 1-i dövlət, 45-i isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərib. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50 faizdən 100 faizinə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50 faizdən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir. Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 626-ya bərabər olub. Bunların 38-i dövlət, 588-i isə özəl bankların payına düşür. Yerli filialları olan bankların sayı 40-a, bank şöbələrinin sayı isə 109-a bərabərdir. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 9-a bərabərdir. Bunlardan 6-sı nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır. Yeri gəlmişkən, qurumun mətbuat xidmətinin açıqlamasında Azərbaycanda bankomatların sayının 1694-ə çatdırıldığı bildirilir. Qeyd edək ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 179 ədəd çoxdur. Bankomatların 959-u Bakıda, 735-i isə digər şəhər və rayonlarda yerləşir. Bu dövrdə pos-terminalların sayı 8657 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 533 ədəd çoxdur. Pos-terminalların 7871-i Bakıda, 786-sı isə bölgələrdə yerləşir.
       
       
       
       
       
       
    Sevinc
    Bu yazı 47 dəfə oxunmuşdur.
    Əhalinin əmanətlərinin həcmi artıb
    2010-cu ilin yanvar ayının 1-nə iqtisadiyyatın sahələri üzrə cəmi kredit qoyuluşları 8407,5 milyon manat təşkil edib. Mərkəzi Bankın mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumata görə, kreditlərin 27,7 faizi və ya 2328,9 milyon manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 1834,0 milyon manat (21,8 faiz) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 520,4 milyon manatı (6,2 faiz), sənaye və istehsalın payına isə 536,9 milyon manatı (6,4 faiz) düşüb.
       
       Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 1522,0 milyon manatı və ya 18,1 faizi, kənd təsərrüfatı və emalına 394,8 milyon manatı və ya 4,7 faizi, inşaat və əmlak sahəsinə 576,5 milyon manat (6,9 faiz), digər sahələrə isə 57,5 milyon manatı və ya 0,7 faizi yönəldilib. Bankın digər bir məlumatına görə isə əhalinin əmanətlərinin həcmi 23 faiz artıb. Belə ki, cari ilin yanvar ayının 1-nə kredit təşkilatlarında yerəlşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4654,2 milyon manat təşkil edib. Bunun 2334,8 milyon manatı əhali tərəfindən yerləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5 faiz çoxdur. Depozitlərin 2319,3 milyon manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür. 2010-cu il yanvarın 1-nə banklara qoyulan əmanətlərin 965,6 milyon manatı (41,4 faiz) manatla, 1369,2 milyon manatı (58,6 faiz) isə xarici valyuta ilə cəlb edilib.
       
       
    Naibə
    Bu yazı 48 dəfə oxunmuşdur.
    Tonlarla məhsul satışdan çıxarılıb
    İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirliyin mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumata görə, monitorinq zamanı Binəqədi rayonunun Binəqədi qəsəbəsində "Venera" MMC-yə məxsus anbarda, Yasamal rayonunun N.Nərimanov prospekti - 522, ev 2 ünvanında Namiq Eynəliyevə məxsus mağazada, H.Məcidov küçəsi - 7 ünvanında Mirsahib Cəfərova məxsus mağazada, B.Bağırova küçəsi - 5, mənzil 2 ünvanındakı "Aygün-market"də, H.Cavid prospekti - 549-cu məhəllə, ev 91, mənzil 16 ünvanında Dəyanət İsayevə məxsus mağazada, M.Rahim - 22 ünvanında Nazim Osmanlıya məxsus mağazada, Ə.Əzizbəyov küçəsi - 1 ünvanında Elbrus Nəsirova məxsus "Kazbek-market"də ümumi çəkisi 10 tona yaxın saxlama müddəti ötmüş, mənşəyi naməlum və üzərində istehsal tarixi göstərilməyən ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, yağlar, süd və süd məhsulları, pivə, meyvə şirələri, sular, çay, kofe və bu kimi məhsullar aşkarlanaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati tədbirlər görüləcək.
       
       
    Naibə
    Bu yazı 45 dəfə oxunmuşdur.
    "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb
    Rüfət Abbasov: "Hazırda ölkədə bəzi bankların birləşməsi prosesi gedir"
    Sözün doğrusu, onun barəsində daha çox tərifli yazılara rast gəlmişəm. Düşünürdüm ki, bunun səbəbi ya jurnalistlərin onunla olan köhnə həmkar münasibətlərinə kölgə salmamasıdır, ya da....
       
       
       
       Amma onunla olan müsahibədən sonra bu gəncin özünün və çoxlarına örnək olacaq fəaliyyətinin həqiqətən tərifəlayiq olduğunu gördüm. Beləliklə, müsahibimiz vaxtilə daha çox jurnalistlərin tanıdığı, sonra isə çalışdığı digər sahələrdə kifayət qədər uğur qazanan "Bank of Azerbaijan"ın kommunikasiya şöbəsinin rəhbəri Rüfət Abbasovdur. Ali Diplomatiya kollecinin beynəlxalq jurnalistika fakültəsinin və Dövlət İqtisad Unversitetinin, eyni zamanda Amerika Dövlət Departamentinin "Gələcəyin liderləri" beynəlxalq proqramının məzunu olan R.Abbasov jurnalist fəaliyyətinə gənc yaşlarından başlayıb və bu sahə üzrə 10 illik təcrübəsi var. Peşəkar karyerasına "Olaylar" informasiya agentliyində və eyniadlı qəzetdə başlayan gənc jurnalist 2003 - 2006-cı illərdə "Reuters" beynəlxalq agentliyində müxbir işləyib. 2006 - 2009-cu illərdə "Azercell Telekom" MMC-də mətbuat katibi vəzifəsində çalışıb. 6 aydır "Bank of Azerbaijan"ın kommunikasiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub. Həmçinin "Qarant-sığorta" şirkətinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsini icra edir.
       
       - Jurnalistikaya gənc yaşlarımdan başlamışam. Azərbaycanda 11 yaşda bu sahədə fəaliyyət göstərən ilk şəxs olmuşam. Jurnalistikada fəəliyyətmin ən pik vaxtları "Reuters" agentliyində çalışdığım vaxtlar olub. 4 il həmin agentlikdə çalışmışam. Mən artıq Azərbaycanda jurnalistin əldə edə biləcəyi bütün uğurları əldə etmişdim. Dünyanın 1 nömrəli agentliyinin Azərbaycan üzrə müxbiri işləyirdim. Bundan sonra isə "Azercell"də işləməyə başladım ki, həmin dövrə də mənim karyeramın maraqlı vaxtları demək olar.
       
       - Belə bir təsəvvür yaranır ki, baxmayaraq ki, jurnalistika sahəsində 10 ildən artıq müddətdə çalışmısınız, amma bu sahəyə o qədər də bağlanmamısınız. Çünki mətbuat onu sevənləri və tanıtdıqlarını asanlıqla özündən uzaqlaşdırmır və uzaqlaşmaq olmur...
       
       
    - Əksinə, mən bu sahəni çox sevirəm və sonuncu "Sual" kitabımda da qazandıqlarıma görə özümü jurnalistikaya borclu hesab etdiyimi bildirmişəm. Mətbuatdan getməyimin səbəbinə gəlincə isə mən reportyor kimi çalışdım və ondan sonra özümü ya gərək jurnalistikanın başqa bir sahəsində sınayaydım, ya yerimdə addımlamalıydım, ya da ki getməliydim. Jurnalistika öz-özlüyündə mənimçün darıxdırıcı olmağa başladı. Hər halda, mən 2006-cı ildə dərk etməyə başladım ki, Azərbaycanda jurnalist olmaq çox darıxdırıcıdır. Əvvəlki aktivlik qalmamışdı. Mətbuatın cəmiyyətin həyatına təsir imkanları azaldığına görə mənim üçün bu sahə sanki maraqsızlaşdı və mən qərara gəldim ki, jurnalistikanı tərk edim. Belə olanda mənim üçün ən maraqlı təklif "Azercell"dən gəldi və mən ora mətbuat katibi vəzifəsinə getdim. O zaman şirkətin mətbuatla vəziyyəti o qədər də yaxşı deyildi, mətbuatda şirkət haqqında tənqidi yazılar gedirdi. Mən qurumda çalışdığım müddətdə mətbuatla münasibətləri yenidən qurdum, media nümayəndələri ilə daha aktiv ünsiyyətdə olmağa başladım. Nəticədə şirkət haqqında qəzetdə çıxan müsbətyönümlü materialların sayı 3 dəfə artdı. Neqativ yazıların sayı isə 4 dəfə azaldı. Medianın inkişafına yönələn iri layihələr reallaşdırıldı, beynəlxalq treninqlər təşkil olundu. Uzunmüddətli pulsuz ingilis dili kursları həyata keçirildi. O zaman mən ən yaxşı mətbuat xidmətinin rəhbəri və ən yaxşı PR mütəxəssis seçildim. Bütün bu mükafatlar uğurlu fəaliyyətimin göstəricisi olaraq verildi. Mən burada da 4 il çalışandan sonra "Bank of Azerbaijan"dan gələn təklif çox maraqlı oldu və burada işləməyə qərar verdim.
       
       - Bu təklifdə sizi özünə çəkən hansı özəlliklər idi ki?..
       
       
    - "Azercell"ə gələndə müəyyən struktur var idisə, hazırda işlədiyim yerdə hər şeyi sıfırdan başlamaq lazım idi. Bankın uzun bir tarixi olsa da, heç vaxt PR baxımından özünü tanıtmayıb, aktiv olmayıb. Departamentdən tutmuş ictimaiyyətlə əlaqalərədək bir çox şeyləri sıfırdan qurmaq lazım idi və bu mənə çox maraqlı gəldi.
       
       - Hələ bankda fəaliyyətə başlamazdan öncə burada görəcəyiniz işlər, yeniliklər barədə məlumatlar vermişdiniz. Artıq yeni vəzifənin icrasına başlamağınızdan kifayət qədər zaman ötüb. Bu müddət ərzində hansı işlər görülüb?
       
       
    - Mən avqust ayından etibarən bu vəzifənin icrasına başlamışam. Bu müsahibəyə mənim 6 aylıq fəaliyyətimin hesabatı da demək olar. Əvvəlcə departament formalaşdırdıq. Bankın korportiv mədəniyyət qaydalarından tutmuş hər bir işçinin vəzifə öhdəliklərinə qədər bir strukturda olacaq müəyyən proseslərin qaydalarını hazırladıq. İndi isə bankın yeni rəsmi internet saytı üzərində çalışırıq və yaxın günlərdə təqdimatı olacaq. Bu dövr ərzində bankın media ilə ələqələrində müəyyən işlər görülüb, təkmilləşdirmələr aparılb. Əvvəllər bank haqqında mətbuatda çox az yazılar dərc edilirdisə, avqustdan bəri Azərbaycandakı banklar arasında PR aktivliyə görə "Bank of Azerbaijan" birinci yerdədir. Bankın yeni korporativ sosial məsuliyyət siyasətini hazırladıq. Bu, ölkənin bank sektorunda ilk dəfə idi və "Cəmiyyətimizə sevginizi dəstəkləyirik" şüarı altında xeyli sosial layihələr həyata keçirdik ki, bunlardan 1-i də "Bakı beynəlxalq kino festivalına dəstək", digəri "Gənc marketoloqlara dəstək" adlı layihə, Yazıçılar Birliyi ilə birgə xanım yazarların kitablarının dərci və digər bu kimi layihələr idi. Hazırda iki böyük layihə üzərində iş gedir. Yeni planlarımız var və 2010-cu ildə bu işlərin reallaşdırılmasına çalışırıq.
       
       - Bir müddət əvvəl qəzetlərdə "Bank of Azerbaijan"ın yerli filiallarının bağlanması barədə məlumatlar yazıldı...
       
       
    - Bəzi qəzetlərdə ya bilərəkdən, ya da bilməyərəkdən yanlış məlumatlar getmişdi. Əslində isə hələ 2009-cu ilin əvvəllərindən etibarən bankda müsbətyönümlü böyük dəyşikliklər baş verirdi. Bankda yeni departamentlər yaradıldı, kadr dəyişikliyi ilə bərabər, struktur dəyişikliyi də oldu, eyni zamanda yeniliklərin davamı olaraq bankın filial şəbəkələri optimallaşdırıldı. Yəni çoxlu sayda kiçik filiallar əvəzinə yeni üslubda, yeni dizaynda müasir standartlara cavab verən böyük filiallar yaradıldı. Bunlardan birinin - metronun "Elmlər Akademiyası" stansiyasının ətrafında yerləşən filialın rəsmi açılışı oldu. Digəri isə metronun "Gənclik" stansiyasının yaxınlığında açılacaq. Təbii ki, bu filiallara bir neçə filial cəmləşib və digərləri ləğv edilib. Bu, əslində, yüksək xidmətin və hər hansı bank üçün inkişafın göstəricisidir. Amma təəsssüf ki, bəzi qəzetlər buna başqa don geyindirdilər. Bankda kadr dəyişikliyi də baş verir və İdarə Heyətinə yüksək peşəkar işçilər cəlb edilir. Bankın İdarə Heyətinə də yeni rəhbər təyin olunub. Bu, Türkiyə bank sistemində yüksək təcrübəsi olan Nedim Kaşkal adlı bank mütəxəssisidir. Əvvəlki sədr Xəyal Şərifzadə də bankın inkişafı istiqamətində xeyli iş görüb, uğurlar əldə edib və bunun nəticəsidir ki o, daha yüksək vəzifəyə təyin olundu.
       
       - Bank üzrə mütəxəssis olmasanız da artıq bir müddətdir bu sahədə çalışırsınız və odur ki bu sahədə baş verənlər barədə az məlumatlı deyilsiniz. Sizcə, hər hansı bankın etibar qazanması üçün hansı tələbləri nəzərə alması vacibdir?
       
       
    - Bank sektoru telekommunikasiya ilə yanaşı, rəqabətin çox güclü olduğu sahədir və banklar PR baxımından olmasa da, marketinq baxımından çox aktivdirlər. Müştərilərin etibarını qazanmaq üçünsə bazara yeni məhsullar çıxarırlar, yeniliklər edirlər, axtarışlar aparırlar və sair. Hazırda ölkədə bəzi bankların birləşməsi prosesi gedir və bu bir müddət davam edəcək. Ümumiyyətlə, Azərbaycanda 40-dan artıq bankın olması çoxdur və labüd prosesdir ki, getdikcə banklar birləşəcək və bazarda təxminən sayı 20 ətrafında olacaq qədər bank qalacaq. Kiçiklər birləşib böyük və sağlam banklar olacaq. Belə olarsa, təbii ki, bankların aktivliyi də yüksələr. Bu zaman cəmiyyətin bank setoruna inamını artırmaq üçün Mərkəzi Bankın üzərinə böyük iş düşür. Əhalinin inamını qazanması üçün qarşıda banklar arasında gedən proses buna zəmin yaradacaq.
       
       - Bəs "Bank of Azerbaijan"ın özünün bu yöndə hansısa mexanizmi varmı?
       
       
    - Bizim son zamanlarda apardığımız islahatlar, yeniliklər müştərilərin cəlb olunmasına yönəlib. Başqa bankların mövcud müştərilərini özümüzə cəlb etməklə yanaşı, heç bir bankın müştərisi olmayanları da bizim banka inanmağa, etibar etməyə çalışırıq.
       
       - Həm bank işçisi, həm yaradıcılıq işi, həm də PR menecer. Bunların üçünü bir araya necə gətirə bilirsiniz?
       
       
    - Mən hələ uşaqlıqdan bir neçə işi eyni vaxtda görməyi bacarırdım. Dərs oxuyan yerdə musiqiyə qulaq asırdım. Ümumiyyətlə, deyirlər ki, enerjili insanam. Vaxt və enerji baxımından problem olmur. Çətin deyil, əksinə maraqlıdır. Mən həm də vaxtın düzgün idarə olunması qaydalarına riayət edirəm. Özümə qarşı çox tənqidiyəm. Mən bunu heç yerdə deməmişəm. Dünyada Benəlxalq PR Assosiasiyası var və mən həmin qurumun Azərbaycandan olan yeganə üzvüyəm. Yayda assosiasiyanın Peruda beynəlxalq sammiti olacaq və mən orada iştirak edəcəm. Eyni zamanda BMT yanında dünya kommunikasiya şəbəkəsinin idarə heyətinin üzvüyəm. Martda isə həmin qurumun idarə heyətinin İtaliyada iclası keçiriləcək ki, mən orada təmsil olunacağam. Bu günlərdə Davosda keçirilən dünya iqtisadi forumundan qayıtmışam. Çalışıram beynəlxalq fəaliyyətimdə daha aktiv olum. Hazırda isə yeni bir kitab üzərində işləyirəm. Bu, Azərbaycanda PR sektorunun gələcəyi haqqındadır. Düzdür, bizdə kitab çapına sərf olunan vəsait özünü doğrultmayan sərmayə sayılır. Mən həmin ona sərf etdiyim vaxtı başqa işə sərf edib gəlir əldə edə bilərəm. Amma yenə də bundan zövq alıram. Mənə elə gəlir ki, insan yaradıcılıqla məşğul olanda özünü ifadə edir. Sırf mənəvi baxımdan mənə zövq verdiyi üçün yazıram.
       
       - Bir neçə gün öncə ölkədə "Gənclər günü" qeyd edildi. Bir gənc olaraq bu günün sizə nə dərəcədə təsiri oldu?
       
       
    - Mənim bayramlar və əlamətdar günlər mövzusunda konservativ mövqeyim var və bunları tam ciddiliyi ilə qəbul etmirəm. Bizdə hər hansı əlamətdar gün yalnız evdə qalmaqla qeyd olunursa, ciddi sayılır. Yalnız qeyri-iş günü faktoru adama bayram əhvali-ruhiyyəsi verir. Gənclər arasında maraqlı, aktiv, innovativ gənclər var - hansı ki nəsə etməyə çalışırlar. Amma ümumi götürəndə gəncliyimiz passivdir, hadisələrə müdaxiləsi, cəmiyyətin həyatındakı rolu baxımından zəifdirlər. Hər şey istəyə bağlıdır. Gənclərdə ictimai həyata təsiretmə istəyi yoxdur. İstək olmayanda isə durğunluq yaranır.
       
       - "Sual" kitabından danışaq...
       
       
    - Bu kitab haqqında kifayət qədər yüksək fikirlər eşitdim. Təbii ki, bəzi tənqidlər də oldu. Amma bu sahəyə bələd olan insanların kitab haqqında yüksək sözlər söyləməsi məni daha da ruhlandırdı və ikinci kitabı yazmağa sövq elədi.
       
       - Müsahibələrinizdə xeyli vaxt çalışdığınız jurnalistika sahəsini tənqid etmişdiniz...
       
       
    - Səmimi deyirəm ki, jurnalistikada durum getdkcə pisləşir. Jurnalistikadan uzaqlaşdığım 2006-cı ilin mediası ilə indikini müiqayisə etdikdə proseslərin mənfiyə doğru getdiyini müşahidə etmək olar. Jurnalistlər özlərinə qarşı çox tənqidi olurlar. Bu, yaxşı haldır. Biz cəmiyyətin güzgüsü olduğumuza görə bütün sahələrdəki çatışmazlıqları tənqid edirik. Xüsusən də özümüzü. Bir sözlə, problemləri çox qabardırıq. Bu, normaldır, amma problem var və getdikcə dərinləşir. Əgər bunun həllinə dair tədbirlər görülməsə, bu, davam dəcək. Bu xəstəliyin dərmanı bir müsahibəyə sığmaz. Resept çox genişdir. Yaxşı reklam, kapital, maliyyə olmadan qəzet buraxmaq, yaxşı yazı hazırlamaq mümkün deyil. Həmçinin də maraqlı yazını yazmaq üçün yaxşı jurnalist, onun sayəsində oxucu kütləsini əldə saxlamaq lazımdır. Qəzetin çoxlu sayda oxucusu olmadan ictimai rəyə təsir etmək mümkün deyil. Bunlarsız da reklam cəlb etmək çətin olacaq. Bütün bunlar hamısı bir-birinə bağlıdır.
       
       - İlk qonorarın nə qədər idi?
       
       
    - Mən işə krossvord yazmaqdan başlamışam və ilk qazancım da oradan olub - ayda 150 - 200 dollar idi. Ümumilikdə ayda əvvəllər 20 min manat, sonra isə 50 min manat alırdım. Amma bir şeyi bilirdim ki, bu sahənin gələcəyi var.
       
       - Diktofonunu saxlayırsan?
       
       
    - Nəinki diktofonumu, məqalələrimi, krossvordlarımı belə saxlayıram.
       
       - Ola bilər ki, nə vaxtsa yenidən jurnalistikaya qayıdasan?
       
       
    - Çətin. İnanmıram. Amma dünyanın işini bilmək olmaz. "Reuters"dən çıxanda mənə xaricdən zənglər gəlirdi, deyirdilər ki, sən çox səhv addım atırsan. Adam bu cür işini tərk etməz. 4 il əvvəl Amerikanın "Blomberg" agentliyi bizim region üzrə büro açırdı və məni ora rəhbər dəvət edirdilər, amma mən getmədim. Xaricdə jurnalistika çox nüfuzlu bir peşədir. Bəlkə Azərbaycanda da nə zamansa belə olarsa, qayıdaram.
       
       
       
       
    Naibə Qurbanova
    Bu yazı 2254 dəfə oxunmuşdur.
     
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb

    Sözün doğrusu, onun barəsində daha çox tərifli yazılara rast gəlmişəm. Düşünürdüm ki, bunun səbəbi ya jurnalistlərin onunla olan köhnə həmkar münasibətlərinə kölgə salmamasıdır, ya da.... Amma onunla olan müsahibədən sonra bu gəncin özünün və çoxlarına örnək olacaq


    2010-01-28 "Nənəm Perə ərə getməyimi istəmirdi" (2279)

    2010-01-27 1580 qanunsuz REV aşkarlanıb (2255)

    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (2254)

    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (2248)

    2010-02-05 "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırıq" (2243)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17