Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
09 Fevral 2010-cu il "Səylərimiz davam edir"            Dəm qazının qurbanları            Azərbaycan iqtisadi, humanitar sahələrdə də Avropaya töhfəsini verməkdədir            Nazir norveçli həmkarını qəbul edib            Azərbaycanlı güllələndi            Konqresdəki işçi qrupun sayı artıb             Hindistan əczaçıları qonağımızdır            Milli Məclisin növbəti iclası fevralın 12-də olacaq             Nyu-Yorkda ABŞ-ın Azərbaycan, yəhudi və türk icmaları arasında dialoq olub             TBSAM rəhbəri Azərbaycana səfər edəcək     N 044(1945)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Ukraynanın yeni prezidenti yenə Viktordur
    Ukraynada keçirilən prezident seçkisinin ikinci turundan sonra ölkə daxilində siyasi gərginlik hökm sürməkdədir. İlkin nəticələr namizədlər arasında çox az bir fərqlə mübarizə getdiyini göstərir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə protokolların 95,76 faizi hesablanıb. Prezidentliyə namizədlərdən Viktor Yanukoviç 48,28, Yuliya Timoşenko isə 46,11 faiz səs toplayıb. Ukraynanın yeni prezidenti yenə Viktordur
       
       MSK tərəfindən ölkədə keçirilən prezident seçkisinin nəticələrinə lazım olarsa, məhkəmədə baxılacağı ilə bağlı fikirlər səsləndirilməkdədir. Komissiyanın məsul şəxsi Mixail Oxendovski jurnalistlərə açıqlamasında bildirib ki, seçkidə hər hansı qanun pozuntusuna yol verilməyib. Lakin Timoşenkonun tərəfdarları bu açıqlamalarla razı deyillər. Ölkənin hazırkı baş naziri Yuliya Timoşenkonun seçki kampaniyası tərəfindən bildirilib ki, 1000-dən çox seçki məntəqəsində seçkilərin nəticəsi hesaba alınmayacaq. Timoşenkonun kampaniya sədri bunu ölkənin bir çox bölgələrində, xüsusən də şərq regionları olan Donetsk, Luqansk və digər regionlarda Yanukoviçin hakim olduğu seçki məntəqələrində Timoşenko tərəfdarlarının seçkiyə buraxılmaması ilə izah edib. Bu arada ATƏT, Avropa Şurası Parlament Assambleyası, NATO Parlament Assambleyası və digər Qərb təşkilatları seçkinin beynəlxalq demokratik standartlara uyğun şəkildə keçdiyini təsdiqləyiblər. Avropa Şurası Parlament Assambleyasının seçkini müşahidə missiyasının rəhbəri Matiaş Erşi səsvermənin gedişini sakit və professional adlandırıb, saxtakarlıqla bağlı heç bir faktın qeydə alınmadığını bildirib. Regionlar Partiyasının tərəfdarları isə liderləri Viktor Yanukoviçin seçkidə qələbəsini qeyd etmək üçün artıq Ukrayna Mərkəzi Seçki Komissiyasının binası qarşısına toplaşıblar. Onların sayının getdikcə artdığı bildirilir. Viktor Yanukoviçin tərəfdarlarının sayının axşamadək 10 mindən çox olacağı xəbər verilir. Onlar kütləvi mitinqin təşkili ilə bağlı Kiyev rəhbərliyini əvvəlcədən məlumatlandırıblar. Hüquq-mühafizə orqanı əməkdaşları isə paytaxt Kiyevdə nəzarəti gücləndirib.
       
       Ukraynanın baş naziri, prezidentliyə namizəd Yuliya Timoşenko opponentlərini son protokol sayılana qədər özlərini qalib edib bayram keçirməməyə çağırıb. "UNİAN"ın məlumatına görə, Y.Timoşenko keçirdiyi brifinqdə ona səs verən seçicilərə təşəkkür edib: "Əminəm ki, bu insanlar çoxluqdadır. Tarixdə belə nümunələr var ki, kimsə prezident elan olunur, ona vəsiqə verilir, lakin sonra hər şey başqa cür olur". Baş nazirin fikrincə, hər şey onun komandasının yerlərdə nəticələri necə müdafiə edəcəyindən asılı olacaq: "Mən onların hamısını hər protokol, hər yekun akt, hər səs uğrunda mübarizə aparmağa çağırıram. Bir dəqiqə belə arxayınlaşmaq olmaz. Bir səs Ukraynanın taleyini həll edə bilər".
       
       Ukraynada prezident seçkilərinin ikinci turunda rəqibindən öndə olan Regionlar Partiyasının lideri Viktor Yanukoviç isə xalqı qələbə münasibətilə təbrik edib. "Ukrainskya pravda"nın məlumatında vurğulanır ki, V.Yanukoviç "5-ci kanal"da yayımlanan müraciətində ikinci turda ona səs verən bütün seçicilərə təşəkkür edib: "Biz bu günün gəlib çatması üçün sizinlə bərabər inadla çalışdıq. Mən bizim ümumi işimizə - dəyişikliklər uğrunda mübarizəyə verdiyiniz dəstəyə görə sizə minnətdaram. Bu gün dünya sizin azad və ədalətli seçkilər vasitəsilə ifadə olunan səsinizi eşitdi. Mən sizin etimadınızı doğruldacağam". V.Yanukoviç seçkilərdə Yuliya Timoşenkonu və digər namizədləri dəstəkləmiş və məyus olmuş seçicilərə vəd edib ki, onların da etimadını qazanmağa çalışacaq: "Hesab edirəm ki, Ukraynada istənilən prezidentin vəzifəsi ölkənin şərqinin, qərbinin, şimalının və cənubunun birləşdirilməsi, vətəndaşlarımızın vahid xalq kimi bir araya gətirilməsidir. Bu məqsədə nail olunması mənim başlıca vəzifəmdir". V.Yanukoviç "İnter" telekanalına müsahibəsindən isə Y. Timoşenkoya baş nazir vəzifəsində istefa verməyə hazırlaşmağı tövsiyə edib: "Bu seçkilərdə Yuliya Timoşenko göstərdi ki, güclü namizəd və opponent olub. Onun məğlubiyyətini ləyaqətlə qəbul etməsi, bu yolu sona qədər getməsi vacibdir. Vaxtilə mən bunu etmişdim və o, baş nazir olmuşdu". V.Yanukoviç parlamentdə yeni koalisiya yaratmağa çalışacağını açıqlayıb: "Hesab edirəm ki, Yuliya Vladimirovna istefaya hazırlaşmalıdır. O bunu yaxşı anlayır". Qeyd edək ki, MSK rəsmi nəticələri fevralın 17-si açıqlayacaq.
       
       
    Azad Əliyev
    Bu yazı 39 dəfə oxunmuşdur.
    İran atom bombası hazırlayır
    İRANIN Müdafiə Nazirliyi yanında yaradılan gizli qrup atom bombasının hazırlanması ilə məşğuldur. Bu məlumatı İtaliyanın "Corrierre della Sera" qəzeti yayıb. Məlumatda vurğulanır ki, məhz bu qrup nüvə proqramına rəhbərplik kdir. Rəsmi strukturların rəhbərləri isə sadəcə formal fəaliyyətlə məşğuldurlar. Qeyd edək ki, İran prezidenti Mahmud Əzhmədinejatın nüvənin zənginləşdirilməsi barədə qərarından sonra bu işə fevralın 9-dan başlanılacağı bildirilir.
       
       
    Bu yazı 42 dəfə oxunmuşdur.
    Kosta-Rikada iqtidar dəyişmədi
    KOSTA Rikada keçirilən prezident seçkisində iqtidar partiyasının namizədi qələbəsini elan edib. "Associated press" agentliyinin verdiyi məlumata görə, səslərin 60%-nin hesablanmasından sonra Laura Çinçillanın 49% səslə üstünlük qazandığı məlum olub. Yurddaş Hərəkat Partiyasının namizədi Otton Solis isə səsələrin 23%-ni qazana bilib. Qeyd edək ki, Çinçillaya hazırkı prezident, Nobel mükafatçısı Oskar Arias da dəstək verib. Seçkinin ikinci turunun keçirilməməsi üçün Çinçillaya ən azı 40% səs lazımdır.
       
       
    Bu yazı 38 dəfə oxunmuşdur.
    Hindistan yeni raketlərin sınağını keçirdib
    HİNDİSTAN nüvə raketinin sınağını həyata keçirib. "İtar-Tass"ın məlumatına görə, sınaq uğurlu alınıb. Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Mərkəzinın açıqlamasında bildirilir ki, həmin raketlər Asiyanın və Yaxın Şərqin böyük bir hissəsini vura bilmək imkanına malikdir. Açıqlamada sınağın uzun mənzilli "Agni III" raketlərinin 4-cü sınağı olduğu bildirilir. Qeyd edək ki, sözügedən raketlərin 2006-cı ildə keçirilən ilk sınağı uğursuz alınsa da, sonrakı iki sınaqda istənilən nəticə əldə olunub. "Agni III" raketləri 3000 kilometrdəki hədəfi vura biləcək keyfiyyətlərə malikdir.
       
       
    Bu yazı 41 dəfə oxunmuşdur.
    Rusiya Serbiyanı hədələdi
    SERBİYA NATO-ya üzv olarsa, Rusiya Kosovonun müstəqilliyini tanıyacaq. "Ria Novosti"nin məlumatına görə, bunu ölkənin NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin bildirib. "Əgər Serbiya NATO-ya üzv olsa, o, Kosovonu tanımalı olacaq. Bu halda, Rusiya da öz siyasətini dəyişmək məcburiyyətində qalacaq", - deyə Roqozin bildirib. Qeyd edək ki, hazırda NATO dövlətləri Kosovonun müstəqilliyinin tanınmasının konpensasiyası kimi Serbiyanın Alyansa üzvlüyü məsələsinə baxır. Serbiyanın daxilində də bu təklifə loyal yanaşan aqüvvələr mövcuddur.
       
       
       
       
       
       
    Bu yazı 32 dəfə oxunmuşdur.
     
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb

    Sözün doğrusu, onun barəsində daha çox tərifli yazılara rast gəlmişəm. Düşünürdüm ki, bunun səbəbi ya jurnalistlərin onunla olan köhnə həmkar münasibətlərinə kölgə salmamasıdır, ya da.... Amma onunla olan müsahibədən sonra bu gəncin özünün və çoxlarına örnək olacaq


    2010-01-28 "Nənəm Perə ərə getməyimi istəmirdi" (2263)

    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (2247)

    2010-01-27 1580 qanunsuz REV aşkarlanıb (2243)

    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (2234)

    2010-02-05 "İrandakı vəziyyət beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur" (2234)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17