Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
09 Fevral 2010-cu il "Səylərimiz davam edir"            Dəm qazının qurbanları            Azərbaycan iqtisadi, humanitar sahələrdə də Avropaya töhfəsini verməkdədir            Nazir norveçli həmkarını qəbul edib            Azərbaycanlı güllələndi            Konqresdəki işçi qrupun sayı artıb             Hindistan əczaçıları qonağımızdır            Milli Məclisin növbəti iclası fevralın 12-də olacaq             Nyu-Yorkda ABŞ-ın Azərbaycan, yəhudi və türk icmaları arasında dialoq olub             TBSAM rəhbəri Azərbaycana səfər edəcək     N 045(1946)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    3 prokuror cinayətə cəlb olunub
    Korrupsiya ilə bağlı məhkəmələrə göndərilən işlərin sayı isə artıb
    Azərbaycan Respublikasının Respublika Prokurorluğunda kollegiya iclası keçirilib. Kollegiya iclasında çıxış edən baş prokuror Zakir Qaralov, ilk növbədə, müstəqil inkişaf tarixinin müasir məzmunlu yeni yüksəliş mərhələsini yaşayan müstəqil respublikamızın həyatında 2009-cu hesabat ilinin müstəsna əhəmiyyəti olduğunu diqqətə çatdırıb.
       
       Hesabat dövründə ixtisaslaşdırılmış cinayət təqibi orqanı kimi baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən mütəşəkkil cinayətkarlığın korrupsiya kimi təhlükəli təzahürlərinə qarşı mübarizə sahəsində bir sıra səmərəli tədbirlərin həyata keçirildiyi, əvvəlki dövrlə müqayisədə 2009-cu ildə ibtidai araşdırması yekunlaşdırılmaqla məhkəmələrə göndərilən cinayət işlərinin sayının əhəmiyyətli dərəcədə - 33 fakt artması, ümumilikdə isə rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə, nüfuz alveri, talama və s. faktlar üzrə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Məhkəməsinə və digər məhkəmələrə aidiyyəti üzrə baxılması üçün 176 şəxs barəsində 103 cinayət işinin göndərilməsi müsbət iş göstəriciləri kimi dəyərləndirilib.
       
       2009-cu hesabat ilində xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilmiş, cari ilin yanvar ayının göstəriciləri də daxil olmaqla müxtəlif pozuntulara yol verdiklərinə görə 65 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuş, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 6 əməkdaş prokurorluq orqanlarından xaric edilmiş və onlardan 3-nün barəsində cinayət işi başlanılmışdır. Kollegiya iclasında vurğulanıb ki, prokurorluq orqanlarının vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili, mövcud çatışmazlıqların aradan qaldırılması ilə əlaqədar 2009-cu ildə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş, pozulmuş hüquqlarının bərpasını tələb edən vətəndaşlardan bütövlükdə prokurorluq orqanlarına daxil olan 38,5 mindən çox (2008-ci illə müqayisədə 7,4 faiz çox), o cümlədən Baş Prokurorluqda 28 min 172 ərizə və şikayətə baxılması, vətəndaşlarla ən operativ əlaqə vasitəsi olan "qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş 81 müraciətin müvafiq qaydada həlli təmin edilib. O da qeyd edilib ki, 2009-cu hesabat ilində istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən tədbirlər də öz müsbət nəticələrini verib, istintaq fəaliyyətini həyata keçirən prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən 15 min 339 cinayət işinin (2008-ci illə müqayisədə 962 iş çox) istintaqı yekunlaşdırılıb, ittiham aktları təsdiq olunan 10 min 420 iş məhkəmələrə göndərilib, xitam edilən cinayət işlərinin sayı keçən illə müqayisədə 852 iş azalmış, müddət pozuntusu ilə istintaq olunma faizi bütün istintaq orqanları üzrə 4,7 faizə bərabər olub. İbtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması və istintaq üzərində prokuror nəzarətinin daha da gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb. Hesabat dövründə şəxsiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizə sahəsində xüsusi istintaq-əməliyyat tədbirlərinın görülməsinə baxmayaraq, 11 qəsdən adam öldürmə cinayətinin, o cümlədən Bakı şəhərinin Sabunçu və Nərimanov rayonlarının hər birində 2, Nizami, Nəsimi, Suraxanı, Yasamal rayonlarında, Gəncə şəhər, Masallı və Tovuz rayonlarının hər birində isə 1 belə cinayətin bağlı qalması həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi göstərilib. Əvvəlki hesabat dövrü ilə müqayisədə hərbi xidmət əleyhinə, o cümlədən tabelik qaydaları əleyhinə, hərbi xidmətdən yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, fərarilik, qulluğa səhlənkar yanaşma, hakimiyyətdən sui-istifadə etmə cinayətlərinin sayının azalması, cinayətlərin 99,7 faizinin açılması Müdafiə Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə hərbi prokurorluq orqanları tərəfindən görülmüş işlərin nəticəsi kimi dəyərləndirilmiş, 74 korrupsiya faktının - rüşvət alma və rüşvət vermə cinayətlərinin aşkarlanması mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinə qarşı mübarizənin düzgün təşkilinin nəticəsi olub. Dağlıq Qarabağ və ona bitişik ərazilərdə erməni hərbi qüvvələri tərəfindən törədilən soyqırımı və digər ağır cinayətlərin istintaqı üzrə hesabat dövründə səmərəli istintaq hərəkətləri icra edilməklə ümumilikdə insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş 289 şəxsin cinayət məsuliyyətinə cəlb olunması və barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilməsi, habelə İnterpol xətti ilə axtarışları təmin olunub. Azərbaycanda ötən il korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilən cinayət işlərinin sayı artıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 2008-ci illə müqayisədə korrupsiya cinayətləri ilə bağlı məhkəməyə göndərilmiş cinayət işlərinin sayı 33 fakt artıb.
       
       
    Elnur
    Bu yazı 46 dəfə oxunmuşdur.
    "Səylərimiz davam edir"
    Mirmahmud Mirəlioğlu: "Hələlik danışıq apardıqlarımız mövqelərini açıqlamayıblar"
    Qarşıdan gələn parlament seçkilərində müxalifətin ümumi birliyini təmin etmək məqsədi ilə Demokratiya Uğrunda İttifaqın (DUİ) səyləri, deyəsən, nəticə vermir. Bunu DUİ-nin birliyi yaratmağa cəhd etdiyi "Azadlıq" bloku ilə Müsavat Partiyası arasında mətbuat vasitəsilə davam edən söz atışmasında da görmək olar.
       
       
       
       Bunları kənardan müşahidə edən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu ilə DUİ-nin keçirilən son toplantısından sonra əlaqə saxladığımızdan elə ilk olaraq ittifaqın Sədrlər Şurasında nələrin müzakirə edildiyini öyrənməyə çalışdıq.
       
       - Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasında ilk olaraq Bakıda və bütün Azərbaycanda qarın yağması ilə meydana gələn problemlərə münasibət bildirdik. Həmçinin Azərbaycan Respublikasının prezidenti tərəfindən Milli Məclisə "Kütləvi informasiya vasitələri haqqında" qanun göndərilib. Jurnalistlərin hüquqlarını qorumaq məqsədi ilə həmin qanun layihəsinə münasibət bildirdik və parlament nümayəndəmizdən istədik ki, bu qanunun geri qaytarılması ilə bağlı iş görsün. Bildiyiniz kimi, DUİ seçkiöncəsi müxalifətin birliyinin yaradılması istiqamətində bir sıra görüşlər keçirib. Bu görüşlərlə bağlı ötən həftə müzakirələr aparmışdıq. Bu dəfə isə Pənah Hüseyn aparılan danışıqlarla bağlı fikir bildirdi və bəyan etdi ki, müxalifətin birliyinin yaradılması ilə bağlı DUİ tərəfindən irəli sürülən təklif geri çəkilsin. Pənah bəyin təklifini müzakirə etdik və həmin təklif qəbul edilmədi. İrəli sürülən təşəbbüsün davam etməsi üzərində dayandıq. Baxmayaraq ki görüşdüyümüz adamlar görüşlərimizin nəticəsi olaraq məsələyə münasibət bildirməyiblər. Bundan əlavə, DUİ-yə daxil olan partiyaların rəhbərləri ilə birlikdə fevralın sonu - martın əvvəli müşavirə keçirmək fikrindəyik. Həmin müşavirədə də dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, ayın 25-də bizim növbəti Qarabağ forumumuz olacaq.
       
       - Maraqlıdır, Pənah Hüseyn hansı səbəblərdən təşəbbüsün geri çəkilməsini istədi? Millət vəkilinin arqumentləri nə idi?
       
       - Mən məsləhət görürəm ki, bununla bağlı onun özündən açıqlama alasınız.
       
       - Müxalifətin ümumi birliyinə nail olmaq üçün keçirdiyiniz görüşlərdən sonra danışıq apardığınız qüvvələrin birliyə razılıq verəcəyinə nə dərəcədə əminsiniz?
       
       - İnanıram ki, bizim təşəbbüsümüz reallaşacaq.
       
       - Siz reallaşacağına inanırsınız. Amma müzakirələr apardığınız "Azadlıq" bloku ilə Müsavat Partiyası arasında bir gərginlik var. Bunu Lalə Şövkətin İsa Qəmbərə qarşı ittihamlarında da görmək olar. Bu qədər gərginlikdən sonra həmin ittifaq necə yaranacaq?
       
       - Mən öz təşəbbüsümüzə, öz qərarlarımıza cavabdehəm. Ona görə də bununla bağlı nəsə demək istəmirəm.
       
       - Hansı səbəblərdən DUİ bu ittifaqa parlamentdə təmsil olunan BAXCP və BQP-ni, eyni zamanda Ümid Partiyasını qoşmaq istəmir?
       
       - Kimlərlə əməkdaşlıq edə, bir yerdə ola biləriksə, kimlərlə bu ittifaqı qura biləriksə, bunlar hamısı bizim müzakirəmizdən keçib. Adını çəkdiyiniz partiyalarla bağlı isə fikir müxtəlifliyi olub.
       
       - Danışıq apardığınız partiyalarla necə, yaranacaq birlikdə hansı partiyaların olması məsələsi də müzakirə edilibmi?
       
       - Biz bu məsələləri birgə müzakirə edəcəyik.
       
       - Son olaraq qarşıdan gələn seçkilərdə namizədliyinizi verəcəyiniz dairəni müəyyənləşdirmisinizmi?
       
       - İnşallah, Sumqayıtdan namizədliyimi verəcəyəm. Hələlik dairə müəyyənləşməyib, onu da müəyyənləşdirəcəyik.
       
       
    Nahid Canbaxışlı
    Bu yazı 51 dəfə oxunmuşdur.
    Azərbaycanda Ukrayna vətəndaşları Yanukoviçi seçib
    Azərbaycanda səs verən Ukrayna vətəndaşlarının yarısı müxalif Regionlar Partiyasının lideri olan Viktor Yanukoviçi dəstəkləyib. Bu barədə seçki komissiyasının sədri Mariya Saidova dünən "Trend"ə məlumat verib. Azərbaycanda yaşayan 237 Ukrayna vətəndaşının adı seçki siyahısına daxil edilib, onlardan 92 nəfər seçkilərdə iştirak edib. Seçki komissiyasından "Trend"ə verilən məlumata görə, seçicilərdən 46 nəfəri Viktor Yanukoviçə, 38 nəfəri - Yuliya Timoşenkoya, 8 nəfəri isə bütün namizədlərin əleyhinə səs verib. 3 saylı seçki məntəqəsi səhər saat 08:00-da açılıb, axşam saat 20:00-da isə bağlanıb. Səsvermə zamanı pozuntu qeydə alınmayıb. Ukrayna prezident seçkilərinin 17 yanvar tarixində keçirilən birinci turunda 18 namizəd iştirak edib. Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinin rəsmi nəticələrinə dair protokoluna əsasən, Viktor Yanukoviçə seçicilərin 35,32%, Yuliya Timoşenkoya 25,05% səs verib.
    Bu yazı 43 dəfə oxunmuşdur.
    Milli QHT Forumu Xocalı ilə bağlı tədbirlər planı hazırlayıb
    Milli Qeyri-Hökumət Təşkilatları Forumu 26 fevral - Xocalı faciəsinin ildönümü ərəfəsində bir sıra tədbirlər keçirməyi nəzərdə tutub. Bu barədə "Olaylar"a məlumat verən forumun prezidenti Rauf Zeyni deyib ki, bununla bağlı rəhbərlik etdiyi qurumda xüsusi tədbirlər planı hazırlanıb və həmin tədbirlər planına əsasən nəzərdə tutulan tədbirlər həyata keçiriləcək: "Milli Qeyri-Hökumət Təşkilatları Forumunun beynəlxalq əlaqələr və insan hüquqları sektorları bu istiqamətdə daha fəal olacaq. Adıçəkilən sektorlar tərəfindən beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlərin qeyri-hökumət təşkilatlarına Xocalı soyqırımı, ermənilərin törətdikləri vəhşiliklər barədə internet vasitəsilə materiallar göndəriləcək". Rauf Zeyni deyib ki, Milli QHT Forumunun üzvü olan ayrı-ayrı qeyri-hökumət təşkilatları da Xocalı faciəsi ilə bağlı konfrans və "dəyirmi masa"lar keçirəcəklər.
    Bu yazı 41 dəfə oxunmuşdur.
    Uydurma "erməni soyqırımı" təzyiqi qarşısında Türkiyə geri çəkilməyəcək
    Azərbaycanın hakim partiyası hesab edir ki, uydurma "erməni soyqırımı" təzyiqi qarşısında Türkiyə geri çəkilməyəcək. "Erməni lobbisi qondarma soyqırımın ABŞ Konqresi tərəfindən tanınması üçün bütün səylərini işə salıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi tərəfindən mart ayında uydurma "erməni soyqırımı" məsələsinin səsverməyə çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq Türkiyə geri çəkilməyəcək", - "Trend"in məlumatına görə, bazar ertəsi Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın internet saytına bildirib. Qurbanlının sözlərinə görə, "erməni soyqırımı"nın tanınması haqqında qətnamə layihəsi 2007-ci ilin yanvarında Kaliforniyadan olan demokrat-konqresmen Adam Şif tərəfindən Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinə təqdim edilib. "Həmin dövrdə ermənipərəst konqresmenlər bu qətnaməni komitədən keçirməyə nail olsalar da, prezident tərəfindən veto qoyulması nəticəsində ABŞ Konqresində və Senatda bütövlükdə səsverməyə çıxarılmamışdı" - millət vəkili xatırladıb. Onun fikrincə, ABŞ-da olan bədnam Erməni Milli Komitəsi bu istiqamətdə daha çox canfəşanlıq etməkdədir. "Bütün bu hərəkətlərin başlıca məqsədi Türkiyəyə təzyiq etməklə onu Ermənistanla sərhədləri açmağa sövq etməkdir. Lakin hadisələrin gedişi göstərir ki, uydurma "soyqırım" təzyiqi qarşısında Türkiyə geri çəkilməyəcək" - icra katibinin müavini vurğulayıb.
    Bu yazı 48 dəfə oxunmuşdur.
    ALDP partiyalara təklif göndərib
    "Müxalifətin parlament seçkilərində birgə iştirakı ilə bağlı təkliflərimizi Azərbaycan Demokrat, Vətəndaş və İnkişaf partiyalarına təqdim etmişik" - dünən "Trend"ə Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib. Əliyevin sözlərinə görə, əgər partiyalar təkliflərinə müsbət reaksiya verərlərsə, bu zaman müxalifətin parlament seçkilərində vahid siyahı ilə iştirakı üçün müzakirələr başlanacaq. "Biz partiyalara proporsional seçki sisteminin bərpası ilə bağlı eyni mövqedən çıxış etmək təklifini də irəli sürmüşük. Bundan başqa, Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi də müzakirəyə çıxarıla bilər", - partiya sədri əlavə edib. Onun fikrincə, bu həftə ərzində vahid siyahı ilə bağlı müzakirələrə başlamaq məqsədilə digər partiyalara da müraciət edəcəklər. "Məqsədimiz müxalifətin birgə fəaliyyəti nəticəsində seçki komissiyalarının yenidən formalaşdırılmasına nail olmaqdır", - Əliyev vurğulayıb.
    Bu yazı 44 dəfə oxunmuşdur.
    "Prescient Worldwide"ə etiraz edildi
    AzƏrbaycan Xarici İşlər Nazirliyinin müvafiq göstərişi əsasında, ABŞ-dakı səfirliyimiz "Prescient Worldwide" telefon şirkətinin rəsmi internet ünvanının beynəlxalq tariflər bölməsində Dağlıq Qarabağın Ermənistanın ərazisi kimi göstərilməsi ilə əlaqədar olaraq sözügedən şirkətin rəhbəri Riçard Minervinoya etiraz məktubu göndərib. XİN-in mətbuat xidmətinin "Həftə içi"nə məlumatına görə, məktubda həmin kobud səhvin düzəldilməsi və gələcəkdə belə səhvlərə yol verilməməsi tələb edilib. Cavab məktubunda R.Minervino adıçəkilən şirkətin internet ünvanında məlumatın düzəldilməsi üçün müvafiq tədbirlərin görüldüyünü və gələcəkdə belə səhvlərin təkrarlanmayacağını bildirib.
    Elnur
    Bu yazı 47 dəfə oxunmuşdur.
    "Azərintellekt" yaradılıb
    AzƏrbayCanda idman müsabiqələri və mərc oyunları keçirən "Azərintellekt" QSC yaradılıb. Vergilər Nazirliyində "Bir pəncərə" sistemi üzrə qeydiyyata alınmış şirkətin hüquqi ünvanı Bakının Nərimanov rayonundakı akademik Həsən Əliyev küçəsi - 24-dür. "Azərintellekt" QSC-nin nizamnamə kapitalı 100 min manat təşkil edir. Şirkətin təsisçiləri "Baltech İnvestment" MMC, "İdeal Construction" MMC, Türkiyənin "İntellekt İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret A.İ." ("Turkcell"in ortağı) şirkətidir.
       
       
    Naibə
    Bu yazı 41 dəfə oxunmuşdur.
    Müsavat kompromisə meyilli deyil
    Hazırda yaranmış vəziyyət müxalifətin birliyinin baş tutmayacağından xəbər verir. Belə bir açıqlama ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Nurəddin Məmmədli çıxış edib. AXCP rəsmisi deyib ki, ayrı-ayrı partiyalar tərəfindən kompromisə meyilli olmayan, reallaşdırılması mümkün görünməyən təkliflər irəli sürülür ki, belə şərtlər daxilində birlik mexanizmlərini reallaşdırmaq qeyri-mümkündür: "Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq istərdik ki, partiyalar arasında qarşılıqlı kompromis əldə edilsin. Əgər siyasi iradə olarsa, o zaman müxalifətin birliyi reallaşa bilər". Nurəddin Məmmədli deyib ki, təmsil etdiyi partiya daim qarşıdurma yaradan meyillərdən uzaq olub: "Ancaq təəssüflər olsun ki, digər siyasi partiyalarda bunu müşahidə etmirik. Müsavat Partiyasının digər partiyalar qarşısında qoyduğu şərti buna şamil etmək olar. Müsavatın yalnız AXCP ilə əməkdaşlığın mümkünlüyü barədə açıqlaması heç də kompromisə meyillilik deyil" ("Olaylar").
    Bu yazı 40 dəfə oxunmuşdur.
    "Kürdcə - rusca" lüğətində gerbimiz yoxdur
    Kamil Həsənov: "Bizə desəydilər, bunu nəzərə alardıq"
    Ötən il "Rohani" Kürd Mədəniyyət Mərkəzi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqədə "Kürd mədəni irsinin inkişafı" layihəsini təqdim edərək şuradan 5600 manat aldığı vəsaitlə "Kürdcə - rusca" lüğətini nəşr etdirib. Lakin nəşrdə şuranın tələblərinə riayət edilməyib. Belə ki, tələblərə görə, çap məhsulunun 1-ci səhifəsinin yuxarısında sol tərəfdə dövlət gerbinin rəngli təsvirinin altında "Bu kitab (buklet, broşur) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr edilmişdir" cümləsi yazılmalıdır. Lakin Kürd Mədəniyyət Mərkəzinin sədri Kamil Həsənovun rəhbərliyi ilə həyata keçirilən bu layihə çərçivəsində çap olunan məlum kitabda dövlət atributumuzun təsvir olunmaması müxtəlif aspektlərdən izah edilir. Bunlarda biri də odur ki kürdlər Azərbaycanın dövlət atributlarına hörmətsizlik edir. K.Həsənov isə "Həftə içi"nə əvvəlcə bildirdi ki, kefləri belə istəyir: "Çap olunan hansı kitabda atributlar göstərilib?". Məsələnin mahiyyətini ona açdıqdan sonra dedi: "Biz Azərbaycanın dövlət atributlarına böyük hörmət edirik. Amma Dövlət Dəstəyi Şurasının belə bir tələbindən xəbərimiz yoxdur. Olsaydı, yerinə yetirərdik. Burada nə var ki, Düzdür, bu məsələni bəzi qüvvələr şişirdib siyasətlə, kürd - azərbaycanlı münasibətləriylə bağlayacaqlar. Amma yanılırlar, Azərbaycanda yaşayan kürdlər dövlət və dövlətçiliyə xidmət edirlər, prezidentin siyasətini dəstəkləyirlər. Əgər bizim çap etdirdiyimiz 200-250 nüsxə bu lüğətdə Azərbaycanın gerbi yoxdursa, bunu faciə kimi qəbul etmək olmaz. Yenə də deyirəm, bizə bu barədə deməyiblər". Dövlət Dəstəyi Şurasından isə bildirdilər ki, hələlik onlara "Kürdcə - rusca" lüğəti təqdim olunmayıb, təqdim olunarsa məsələ araşdırılacaq. Amma o da bildirildi ki, şura ilə bağlanan müqavilənin şərtlərindən biri də budur ki, bütün çap məhsullarında şuranın adı və gerbi rəngli şəkildə təqdim edilməlidir. Belə olmayan nəşrlər qəbul edilmir. Bu, müqavilənin kobud şəkildə pozulmasıdır. Belə təşkilatlar ən azı 2 il şura tərəfindən elan edilən müsabiqələrdə iştirak etmək hüququndan məhrum edilirlər. Hətta o da deyildi ki, dövlət büdcəsində belə təşkilatlara ayrılan pul da geri qaytarılmalıdır. Pul məsələsini K.Həsənova xatırlatdıqda dedi: "Məndə o qədər pul hardandır ki, təzədən dövlətə qaytaram".
       
       
    Elnur
    Bu yazı 41 dəfə oxunmuşdur.
    Həmməruzəçilər görüşlərinə start veriblər
    "HƏftƏ iÇi"nə Avropa Şurasının Bakı ofisindən verilən məlumatda bildirilir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) həmməruzəçiləri Andres Herkel və Cozef Debono Qrex Azərbaycanda səfərdədirlər. Məlumatda qeyd olunur ki, məruzəçilər səfərlərinə Gəncədən başlayıblar. A.Herkel və C.Debono Gəncədə yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncə Apellyasiya Məhkəməsinin sədri ilə görüşüblər. Məlumatda qeyd olunur ki, rəsmi görüşlərə həmməruzəçilər fevralın 9-da başlayacaqlar. Bakıda Herkel və Debono prezident İlham Əliyev, ədliyyə naziri, milli təhlükəsizlik naziri, parlamentin spikeri, baş prokuror, MSK sədri, media nümayəndələri, ombudsman və Azərbaycannın AŞ PA-da nümayəndə heyətinin üzvləri ilə görüşəcəklər. Həmməruzəçilər səfərin yekunu olaraq "Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin icra vəziyyəti" adlı məruzə hazırlayacaqlar.
       
       
    Nahid
    Bu yazı 43 dəfə oxunmuşdur.
    Polislərlə azərbaycanlılar arasında dava
    Moskvadakı barlardan birində yol polisi əməkdaşı ilə azərbaycanlılar arasında silahlı insident baş verib. "Komsomolskaya pravda"nın yaydığı məlumata görə, yol polisi əməkdaşı bara daxil olaraq içki sifariş verib. İçdikdən sonra yaxınlıqdakı azərbaycanlının baxışları onun xoşuna gəlməyib və yol polisi ilə soydaşımız arasında dava düşüb. Barda olan digər azərbaycanlılar həmyerlilərinin köməyinə gəliblər. Bu zaman yol polisi əməkdaşı "Makarıç" travmatik silahını çıxararaq havaya bir neçə dəfə atəş açıb. Hadisə yerinə gələn milislər soydaşlarımızı həbs ediblər. Yol polis əməkdaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, onun həyatı üçün təhlükə olmadığı bildirilir. Həkimlər yol polisinin bir neçə həftədən sonra istintaqa ifadə verə biləcəyini qeyd ediblər.
       
       
    Elnur
    Bu yazı 44 dəfə oxunmuşdur.
    ABŞ "qarışıq model" tərəfdarıdır
    "Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsipinin qarışıq tətbiqi mümkündür" - bu fikirləri ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq səsləndirib. Ermənistanın İctimai Televiziyasına müsahibəsində amerikalı diplomat vurğulayıb ki, buna tamamilə əmindir. Dağlıq Qarabağdakı separatçı rejimiin danışıqlar prosesinə qoşulmasına gəldikdə isə Steynberq indiki mərhələdə müəyyənləşdirilmiş çərçivənin düzgün olduğunu deyib. Onun sözlərinə görə, öncə Azərbaycan və Ermənistan razılığa gəlməlidir: "Fikrimcə, Minsk Qrupu formatı da effektlidir və hələlik bu yolla irəliləməyimiz düzgündür". Steynberq deyib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara böyük əhəmiyyət verir. Bu cür ağır münaqişənin həllində irəliləyişin bölgənin bütün xalqlarının maraqlarına xidmət edəcəyini düşünür: "ABŞ Minsk Qrupunun həmsədri kimi münaqişənin həllinin tapılmasında tərəflərə yardım göstərməklə bağlı üzərinə götürdüyü öhdəliyə sadiq qalır. Bu, sadə deyil, bilirik ki, çox çətin prosesdir. Lakin əminik ki, bütün tərəflər həll variantını tapmağa çalışır. Ona görə də biz yardım göstərmək üçün burdayıq". Amerikalı diplomat bu gün münaqişənin həllinin yaxın və ya uzaq olduğunu söyləməyin mümkün olmadığını vurğulayıb. Onun sözlərinə görə, buna baxmayaraq həllini gözləyən məsələlər çoxdur: "Bu xüsusilə iki ölkə arasında etimad mühitinin formalaşdırılması və prosesin gələcək formatı ilə əlaqədardır. Vaşinqtonda hesab edirlər ki, münaqişə tərəfləri öz silahlanma proqramlarına və onların nəticələrinə diqqətlə yanaşmalıdır. Hər bir tərəfin müdafiə və təhlükəsizlik hüququ var, amma bunu təmin edən zaman digər tərəfin də təhlükəsizlik məsələsinə baxmaq lazımdır". Diplomat onu da bildirib ki, təhlükəsizliyin silahlı yolla yox, siyasi vasitələrlə təmininə dair razılaşmanın olması çox vacibdir: "Biz birmənalı olaraq diplomatik həll variantının tapılması üçün tərəfləri qərarlarının nəticələrinə diqqətlə yanaşmağa çağırırıq".
    Bu yazı 43 dəfə oxunmuşdur.
    Bolqarlar "soyqırım"ı tanımadı
    BOLQARISTAN parlamenti ATAKA partiyasının qanunverici orqana təqdim etdiyi qondarma erməni soyqırımının tanınmasını nəzərdə tutan qanun layihəsini rədd edib. "Panarmenian"ın məlumatına görə, bu partiya parlamentə Türkiyə ilə bağlı 3 təklif verib. Həmin qanun layihələrinə əsasən Türkiyə Osmanlı imperiyası zamanı 1396-1913-cü illərdə bolqarlara qarşı törətdiyi "soyqırım"a görə Bolqarıstana təzminat ödəməli, qondarma erməni soyqırımını tanımalıdır.
       
       
       
       
    Azad
    Bu yazı 41 dəfə oxunmuşdur.
     
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb

    Sözün doğrusu, onun barəsində daha çox tərifli yazılara rast gəlmişəm. Düşünürdüm ki, bunun səbəbi ya jurnalistlərin onunla olan köhnə həmkar münasibətlərinə kölgə salmamasıdır, ya da.... Amma onunla olan müsahibədən sonra bu gəncin özünün və çoxlarına örnək olacaq


    2010-01-28 "Nənəm Perə ərə getməyimi istəmirdi" (2279)

    2010-01-27 1580 qanunsuz REV aşkarlanıb (2254)

    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (2251)

    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (2246)

    2010-02-05 "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırıq" (2241)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17