Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
09 Fevral 2010-cu il "Səylərimiz davam edir"            Dəm qazının qurbanları            Azərbaycan iqtisadi, humanitar sahələrdə də Avropaya töhfəsini verməkdədir            Nazir norveçli həmkarını qəbul edib            Azərbaycanlı güllələndi            Konqresdəki işçi qrupun sayı artıb             Hindistan əczaçıları qonağımızdır            Milli Məclisin növbəti iclası fevralın 12-də olacaq             Nyu-Yorkda ABŞ-ın Azərbaycan, yəhudi və türk icmaları arasında dialoq olub             TBSAM rəhbəri Azərbaycana səfər edəcək     N 046(1947)



B
C
C
C
C
S
B
1

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    "İnsan hüquqlarının öyrənilməsinə xüsusi diqqət ayrılır"
    Aytən Mustafayeva: "1 istiqamət, 6 problem, 6 mövzu və 8 iş üzrə araşdırmalar davam etdirilib"
    Aytən Mustafayeva AMEA-nın İnsan Hüquqları Elmi-Təqiqat İnstitutunun direktoru
    "Həftə içi" qəzetinin Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan ""İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" adlı layihə çərçivəsində həyata keçirdiyi "Hüquqlarımızı bilək" rubrikasının növbəti qonağı Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları Elmi-Təqiqat İnstitutunun direktoru, hüquq elmləri namizədi Aytən Mustafayevadır. Onunla Azərbaycanda insan hüquqlarının vəziyyəti, rəhbəri olduğu institutun bu sahədə gördüyü işlər və digər bu kimi məsələlər ətrafında söhbətləşdik:
       
       
       
       - İnsan Hüquqları Elmi-Tədqiqat İnstitutu özünün elmi-praktiki fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasında, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında, insan hüquqlarına dair digər beynəlxalq sənədlərdə təsbit olunmuş siyasi, mülki, iqtisadi, sosial və mədəni hüquqları tədqiq edir. Odur ki, fəaliyyətimizin əsas istiqamətini Azərbaycan cəmiyyətində demokratik proseslərin inkişafı kontekstində insan hüquqları və əsas azadlıqlar problemlərinin öyrənilməsi təşkil edir. Sona çatmaq üzrə olan 2009-cu il ərzində institutda 1 istiqamət, 6 problem, 6 mövzu və 8 iş üzrə araşdırmalar davam etdirilib. Onların sırasında 2 iş başa çatdırılıb. İşimizin əsas hisəsini isə bəşəriyyətin dinc şəraitdə yaşamasını təhlükəyə məruz qoymaqla yanaşı, insan azadlıqları və hüquqları sisteminə, bütövlükdə sivilizasiyaya qarşı ən ciddi və qlobal təhdid olan terrorçuluq təşkil edib. Hesabat dövründə "Beynəlxalq erməni terrorçu təşkilatların bəşəriyyətə qarşı törətdikləri cinayətlər" mövzusuna dair elmi tədqiqatlar, o cümlədən "Erməni terrorizminin formalaşmasında böyük dövlətlərin və erməni kilsəsinin rolu. Tarixi-siyasi aspektdə" adlı iş üzrə araşdırmalar aparılıb və tədqiqatlar "Erməni terrorizmi insan haqlarına təhlükədir" mərhələsinə daxil edilib. Hazırda bu mərhələ üzrə planlaşdırılmış tədqiqatlar başa çatdırılıb. Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun sənədləri əsasında erməni terror təşkilatlarının və Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün tarixi, bu təcavüz zamanı törədilmiş soyqırım, işgəncə, terror, vandalizm, əsir və girovlarla, itkin düşmüş şəxslərlə münasibətdə insan hüquqlarının kobud və qeyri-insani formada pozulmasını əks etdirən faktlar beynəlxalq hüquq normaları kontekstində təhlil edilib. Bununla yanaşı, erməni cinayətkarlarının İkinci Dünya müharibəsi illərində Hitler nasizmi bayrağı altında yəhudilərə qarşı törətdikləri soyqırım aktları geniş faktoloji materiallar əsasında araşdırılıb. Bununla bağlı olaraq, 2009-cu ildə institutun ilk direktoru, professor Rövşən Mustafayevin "Marşi smerti", "Tanqo smerti" kitabları rus dilində Moskvada dərc olunub, ingilis və yəhudi dillərində Yerusəlimdə, alman və ivrit dillərində isə Bakıda nəşr olunub. Eyni zamanda, "Daşnaksütyun" ideoloqlarının ermənilərin "ari" mənşəyinə və onların sami xalqlarına, xüsusən də yəhudilərə tarixi nifrətlərinə həsr olunmuş bir çox kitab və məqalələrin hazırlanmasında rolu açıqlanıb. Bununla da erməni legionerlərinin yəhudiləri, polyakları və qaraçıları məhv etməklə, ideoloji baxımdan Hitler Almaniyasına sadiq olmaları sübuta yetirilib. Tədqiqatlarda SS və SD sistemləri üzrə fəaliyyət göstərən erməni cəza strukturlarının kod açımı təqdim olunub. Həmçinin tədqiqatlarda 1944-1945-ci illərdə Macarıstanda hakimiyyəti qəsb edərək yarım milyona qədər yəhudinin məhvində və deportasiyasında birbaşa iştirak etmiş və sonradan bəşəriyyətə qarşı törətdiyi əməllərinə görə ittiham olunmuş erməni mənşəli Salaşinin cinayətkar fəaliyyətinə xüsusi yer ayrılıb.
       
       - Rəhbəri olduğunuz institut Qarabağ müharibəsi zamanı hüquqları pozulmuş insanların problemlərinə tez-tez toxunur. Məsələ ilə bağlı hansı tədqiqatlarınız olub?
       
       
    - Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanın işğal olunmuş ərazilərində yaşamış, həmin münaqişə nəticəsində müxtəlif məhrumiyyətlərə məruz qalmış insanların pozulmuş hüquqlarının bərpası qaydaları, məcburi köçkün problemi, onların öz torpaqlarına qaytarılması yolları, pozulmuş insan hüquqlarının bərpası üçün beynəlxalq mexanizmlərdən istifadə məsələləri, mülki əhali, o cümlədən qadın və uşaqlar, yaralı və xəstələr, hərbi əsirlər, girov götürülmüş və itkin düşmüş şəxslərlə rəftarda beynəlxalq humanitar hüquq normalarının tələblərinin pozulmasına görə məsuliyyətin hüquqi əsasları və subyektlərinin müəyyənləşdirilməsi, törədilmiş beynəlxalq cinayətlərə görə Ermənistan dövlətinin və fiziki şəxslərin məsuliyyət məsələləri apardığımız tədqiqatlarda öz əksini tapıb. Müharibə zamanı mülki əhalinin müdafiəsinə dair Cenevrə konvensiyalarının müddəalarının tədqiq edilməsi bu hesabat dövründə bitib. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş normaların icrasına nəzarət mexanizminin olmaması, eyni zamanda, beynəlxalq paktlarda, müqavilələrdə, konvensiyalarda öz əksini tapmış prinsiplərə, xüsusilə humanitar hüquq prinsiplərinə riayət edilməməsi münaqişələr zamanı mülki əhalinin, o cümlədən uşaq və qadın hüquqlarının pozulması hallarının genişlənməsi ilə nəticələnib. Problemlə bağlı aparılmış tədqiqat işləri ilə bağlı 3 məqalə nəşr edilib, 1 namizədlik dissertasiyasının ilkin müdafiəsi keçirilib.
       
       - Münaqişələr zamanı mülki əhalinin hüquqlarının müdafiəsi məsələləri hansı sənədlərlə tənzimlənir və bu məsələ institutun faliyyətində əks olunubmu?
       
       
    - İnstitutda "Cenevrə konvensiyaları kontekstində Cənubi Qafqazda baş vermiş etnik münaqişələr zamanı mülki əhalinin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpası məsələləri" mövzusuna dair elmi tədqiqatlar, o cümlədən "Silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi beynəlxalq humanitar hüquqda və Azərbaycan Respublikasının qanunvericiliyində" adlı iş üzrə araşdırmalar aparılıb, həmin araşdırmalar "Etnik münaqişələr zamanı beynəlxalq hüquqda uşaqların müdafiəsi" mərhələsinə daxil edilib. Hazırda bu mərhələ üzrə tədqiqatlar başa çatdırılıb. Bu mövzu çərçivəsində Rusiya Federasiyasının Qafqazdakı münaqişələrin tənzimlənməsinə təsir mexanizmləri araşdırılıb. Göstərilib ki, Cənubi Qafqazda baş vermiş münaqişələrin tənzimlənməsi prosesi Sovet İttifaqının süqutundan sonra üç mərhələni əhatə edib. Birinci mərhələ 1991-ci ilin dekabrından 1994-cü ilin sentyabr ayına qədər müddəti əhatə edir ki, bu mərhələ Rusiya tərəfindən Cənubi Qafqazda Azərbaycan və Gürcüstanda baş vermiş etnik münaqişələrin faktiki olaraq ABŞ və Avropa ölkələrinin müdaxiləsi olmadan inhisar şəklində idarə edilməsi ilə xarakterizə edilir. İkinci mərhələ 1994-2001-ci illəri əhatə edir ki, bu dövr ərzində Azərbaycanın həyata keçirdiyi transmilli layihələr ABŞ və bir sıra Avropa ölkələrinin aktivləşməsi ilə nəticələndi. Bu dövlətlər Cənubi Qafqazda özlərinin strateji maraqlarının olmasını bildirdilər və bu regionun müstəsna olaraq Rusiyanın təsir zonası olmadığını ön plana çəkdilər. 11 sentyabr 2001-ci il terror aktlarından sonra Cənubi Qafqaz uğrunda təsir zonası kimi mübarizənin üçüncü mərhələsi başlandı. Bu mərhələdə ABŞ və Avropa İttifaqının əsas strateji məqsədləri bu regionda öz mövqelərini gücləndirmək, Xəzər neftinin dünya bazarına nəqlini təmin etməkdən ibarət idisə, Cənubi Qafqazda öz nəzarətini bərpa etmək Rusiyanın əsas məqsədinə çevrilib. Rusiya Federasiyası Qafqazda baş vermiş münaqişələrin tənzimlənməsinə təsir vasitəsi kimi "Böyük Qafqaz" layihəsini irəli sürür və bu layihəyə əsasən, regionun bütövlükdə iqtisadi, infrastruktur və humanitar sahələrin inkişafı məkanı kimi formalaşması nəzərdə tutulub.
       
       - Demokratik prinsiplərin geniş yayılmış olduğu ölkələrin insan hüquqlarına və azadlıqlarına dair normativ aktların araşdırılmasından sonra əldə olunan nəticələri necə səciyyələndirərdiniz?
       
       
    - Hazırda bu mərhələ üzrə planlaşdırılmış tədqiqatlar başa çatdırılıb. Hesabat dövründə bu mövzunu araşdıran zaman beynəlxalq hüquq normalarının dövlətdaxili hüquq sistemində yeri, beynəlxalq və dövlətdaxili hüquq normalarının qarşılıqlı əlaqəsi və bu sahədə əsas nəzəriyyələr, Avropa Birliyinə daxil olan dövlətlərdə beynəlxalq hüquq normalarının implementasiyasının xüsusiyyətləri tədqiq edilib. İnstitutda "Avropa dövlətlərinin qanunvericilik aktlarında insan hüquqlarının və əsas azadlıqların implementasiyası və müvafiq sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyində tətbiqinin xüsusiyyətləri" mövzusuna dair elmi tədqiqatlar, o cümlədən, "Mülki və siyasi hüquqlar sahəsində beynəlxalq standartlar və Azərbaycan Respublikasının qanunvericiliyi" adlı iş üzrə araşdırmalar aparılıb və həmin araşdırmalar "Avropa Sosial Xartiyası və Azərbaycan Respublikasının qanunvericilik bazasının müqayisəli təhlili" mərhələsinə daxil edilib. Həmçinin Avropa Sosial Xartiyası və Azərbaycanın qanunvericilik bazası müqayisəli təhlil edilib və göstərilib ki, ölkəmizdə xartiyanın bir sıra maddələri üzrə götürülmüş öhdəliklərin yerinə yetirilməsi üçün lazımi qanunvericilik bazası var. Qeyd etmək lazımdır ki, Azərbaycanın bütün sosial-əmək infrastrukturu üçün Avropa Sosial Xartiyasının mühüm əhəmiyyəti var. Xartiyanın qəbul edilməsi nəticəsində həm Avropa məkanında, həm də milli dövlətdaxili səviyyədə geniş hüquqşünaslıq sistemi yaradılıb ki, bu sistemin köməyi ilə insan hüquqları, xüsusilə sosial və əmək hüquqları sahəsində beynəlxalq təminatlar təfsir olunur və tətbiq edilir.
       
       - İnsan Hüquqları İnstitutunda həm də İnsan hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyəti öyrənilir...
       
       
    - İnsan hüquqlarının pozulmasına görə zərərin ödənilməsinin beynəlxalq və milli hüquqi əsasları, o cümlədən insan hüquqlarının pozulması nəticəsində vurulan zərərin xüsusiyyətləri və növləri tərəfimizdən hazırlanan "İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının milli qanunvericilikdə implementasiyası mövzusunda" və "İnsan Hüquqlarına dair Avropa Məhkəməsində fərdi şikayətlərə baxılma mexanizmi" adlı monoqrafiyada əksini tapıb. İnsan hüquqlarının pozulması zamanı həmin pozuntulardan zərər çəkmiş şəxslərin beynəlxalq öhdəlikləri pozulmuş dövlətlərə qarşı iddia qaldırmaq imkanını, hüquq pozuntularının qurbanı olmuş şəxslərə dəymiş zərərin ödənilməsini və digər hüquqi müdafiə vasitələrini nəzərdə tutan yüzə yaxın beynəlxalq müqavilə universal və regional səviyyədə hüquqi əsas qismində çıxış edir. Regional müqavilələr içərisində İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası insan hüquqlarının qorunması üçün beynəlxalq məhkəmə yaradan və insan hüquqlarının pozulmasına görə mühakimə icraatı nəzərdə tutan ilk və ən səmərəli sistemdir. İnsan Hüquqlarına dair Avropa Məhkəməsi hüquq pozuntusu qurbanı olan tərəfə həm maddi, həm də mənəvi zərərə görə kompensasiyanın ödənilməsi üzrə mühakiməni də həyata keçirir. Odur ki, tərəfimizdən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının hüquqi təbiəti araşdırılıb, məhkəmə tərəfindən maddi və mənəvi zərərin hesablanması qaydaları və məhkəmə xərclərinin hesablanması öyrənilib. Belə bir nəticəyə gəlinib ki, insan hüquqları sahəsində beynəlxalq öhdəliklərin pozulmasına görə zərərin dövlətlərin məsuliyyətinin zəruri şərtini təşkil etməsi haqqında məsələnin həlli onun fərdi şikayətlərə uyğun və ya dövlətlərarası şikayətlərə görə nəzərdən keçirilməsindən asılıdır.
       
       - Bəs kompensasiya hansı qayda ilə ödənilir?
       
       
    - İnsan Hüquqlarına dair Avropa Məhkəməsi zərərçəkmiş şəxslərə vurulmuş maddi və mənəvi zərərləri hesablayarkən, kompensasiya müəyyən edərkən müxtəlif qiymətləndirmə üsullarından istifadə edir. Avropa Məhkəməsi işin mahiyyətinə dair yalnız iki cür qərarlar qəbul edir. Bunlar deklarator qərarlar və ya müəyyən maddi və prosessual şərtləri nəzərə almaqla zərərçəkmiş tərəfə əvəzin ədalətli ödənilməsi haqqında qərarlardır. Bununla bağlı dövlətlər məhkəmənin konkret qərarını icra edərkən öz qanunvericiliyinin və inzibati praktikasının İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına uyğunlaşdırılmasına dair ümumi tədbirlər görməyə borcludur. Avropa Məhkəməsi qərarlarının hüquqi təbiəti araşdırılıb, onlardan irəli gələn beynəlxalq-hüquqi öhdəliklər müəyyənləşdirilib. Bununla bərabər, Avropa Məhkəməsi qərarlarının icrası üzərində nəzarətin həyata keçirilməsinin normativ əsasları və praktikası təhlil edilib. Hesabat dövründə Avropa Şurasının üzvü olan dövlətlərin insan hüquqları sahəsindəki qanunvericiliyinin unifikasiyasında İnsan Hüquqlarına dair Avropa Məhkəməsinin presedent hüququnun rolu və Avropa məhkəməsinin qərarlarından milli məhkəmə praktikasında istifadə olunması haqqında məsələlər tədqiq edilib, habelə Avropa Məhkəməsi qərarlarının Azərbaycan Respublikasının hüquq sistemində implementasiyası perspektivləri araşdırılıb.
       
       - Bir müddət əvvəl "Milli təhlükəsizlik və dini etiqad azadlığı" mövzusunda keçirdiyiniz elmi-praktik konfransda islam bayrağı altında çıxış edən terrorçu birləşmələrin ənənəvi islam dini ilə heç bir əlaqəsi olmadığını vurğulayaraq bu yöndə araşdırmalar aparıldığını qeyd etmişdiniz...
       
       
    - İslam dinində humanizm məsələlərinə xüsusi önəm verilir. Milli təhlükəsizlik və dini etiqad azadlığı ilə bağlı apardığımız araşdırmalar zamanı da İslam dinində insan hüquqları məsələsi, sülh və müharibə problemləri öyrənilib, islam dinində insan hüquqları mövzusuna mühüm yer ayrılıb. Çünki İslam dininin insan hüquqları, müharibə və sülh məsələləri ilə bağlı müddəaları müasir beynəlxalq hüququn prinsip və normalarının tələblərinə uyğundur. İslam dinində zorakılıq əməllərini, insanların girov götürülməsi, öz həyatına qəsdetmə nəinki qadağan edilir, habelə cinayət sayılır. İslam dini insanların həyatına son qoyulmasını bəşəriyyətə qarşı törədilmiş və bağışlanılmaz cinayət hesab edir. İslam dininin guya terrorizmin genişlənməsində aparıcı rol oynaması kimi iddialar reallıqdan uzaqdır və müasir dövrə qədər baş vermiş münaqişələrin böyük əksəriyyəti sivilizasiyadaxili münaqişələr olub. Araşdırmalarımızın nəticəsi olaraq təsdiq edilib ki, islam bayrağı altında və islam dini altında çıxış edən terrorçu birləşmələrin ənənəvi islam dini ilə heç bir əlaqəsi yoxdur. Odur ki, elmi ədəbiyyatda "islam terrorçuluğu", "şəhid", "şəhid kəməri" kimi terminlərin işlədilməsi yolverilməzdir. Belə qənaətə gəlinib ki, müvafiq terminlərin işlədilməsi ya problemi dərindən bilməmək, ya da islam dünyasını Qərb ölkələri ilə münaqişələrə sürükləmək məqsədi daşıyan hərəkatdir.
       
       Biz "Milli təhlükəsizlik və dini etiqad azadlığı" mövzusunda keçirdiyimiz elmi-praktik konfransda da milli birliyə qarşı yönələn totalitar və destruktiv təşkilatların, din pərdəsi altında gizlənən radikal meylli siyasi hərəkatların, qeyri-ənənəvi dinlərin Azərbaycan Respublikasında fəaliyyətinin milli dövlətçiliyə, Azərbaycan xalqının milli maraqlarına ciddi təhdid olduğunu qeyd etdik. Düzdür, Azərbaycan Konstitusiyasında təsbit edilmiş dini etiqad azadlığına dair müddəalara əsasən, hər kəsin qanun çərçivəsində istənilən din və ya təriqətə qoşulmaq, sərbəst şəkildə ibadət etmək hüququ var. Eyni zamanda, siyasi məqsədlər güdən saxta dini hərəkatlar tərəfindən bu hüquqdan sui-istifadə hallarını nəzərə alaraq ölkə ictimaiyyətinin diqqətini həmin arzuolunmaz proseslərə yönəltməyin vacibliyini xüsusilə qeyd edirik. Bununla yanaşı, Azərbaycanın da qoşulduğu Avropa İnsan Haqları Konvensiyasının 9-cu maddəsinin 2-ci hissəsinin tələblərini də diqqətə çatdırırıq. Həmin maddədə bildirilir ki, əgər istənilən dini təşkilat tərəfindən dini etiqad azadlığından sui-istifadə halları ictimai təhlükəsizliyə, ictimai asayişin müdafiəsinə, əhalinin sağlamlığına və mənəviyyatına, insanların hüquq və azadlıqlarının müdafiəsinə qarşı yönəldilirsə, belə fəaliyyət qanun çərçivəsində məhdudlaşdırılmalıdır.
       
       Biz müvafiq dövlət strukturlarını, ictimai təşkilatları, kütləvi informasiya vasitələrini milli dövlətçiliyimiz, vətəndaş birliyi və milli birlik üçün təhlükəli olan belə fəaliyyətin qarşısının alınmasında daha ayıq olmağa çağırırıq. Eyni zamanda, həmin tədbirlərin dövlət siyasəti səviyyəsində aparılması, mövcud qanunvericilik aktlarına yenidən baxılması, təsirli hüquq normalarının işlənib-hazırlanmasının vacibliyini vurğulayırıq. Ölkənin ali və orta təhsil müəssisələrində, dövlət idarələrində, ictimai obyektlərdə missionerlik fəaliyyətinin qanunla yolverilməzliyini bir daha diqqətə çatdırırıq.
       
       Totalitar və destruktiv dini-siyasi hərəkatların əsl mahiyyətinin ifşasında alim və mütəxəssislərin, hüquqşünasların, kütləvi informasiya vasitələrinin də üzərinə mühüm vəzifələr düşür. Onlar əhali arasında geniş əks-təbliğat və izahat işində fəaliyyətlərini gücləndirməlidirlər.
       
       Biz bu istiqamət üzrə insan hüquqlarının qorunması naminə hesabat dövründə "Beynəlxalq terrorizmə qarşı mübarizənin aktual problemləri" mövzusuna dair elmi tədqiqatlar, o cümlədən "Terrorizmə qarşı mübarizədə dövlətlərin özünümüdafiə hüququndan istifadəsinin beynəlxalq hüquqi problemləri" adlı iş üzrə araşdırmalar aparmışıq. Həmin araşdırmalar "Din pərdəsi altında fəaliyyət göstərən beynəlxalq terrorçu təşkilatlar" mərhələsinə daxil edilib. Hazırda bu mərhələ üzrə plan tədqiqatları başa çatdırılıb.
       
       - Müasir cəmiyyətdə insan hüquqları və korrupsiya məsələləri çoxlarını narahat edir. Prosesi necə xarakterizə edərdiniz?
       
       
    - Siyasi qərarvermə mexanizmində siyasətçilərin, məmurların, media mənsublarının, qeyri-hökumət təşkilatlarının və seçicilərin öz şəxsi mənfəətlərini təmin etmək məqsədilə cəmiyyətdə mövcud olan hüquqi, əxlaqi, mədəni və dini normalara uyğun olmayan davranışları korrupsiya kimi səciyyələndirilir. Rüşvət korrupsiyanın bir növü olaraq cəmiyyətdə hər hansı bir məqsədlə təşkilatlanmış qərar qəbuletmə səlahiyyətinə malik qərarına təsir edən vasitələrdəndir. İnstitutda bu istiqamətdə aparılan araşdırmalar nəticəsində rüşvətin iki növü müəyyənləşdirilib. Bunlardan birincisi, dövlət idarələrində qanuna uyğun bir işin sürətləndirilməsi məqsədilə verilən və alınan rüşvət, ikincisi, dövlət idarələrində qanunauyğun olmayan bir işin görülməsi üçün verilən və alınan rüşvət. Sosial sistemin pozulmağa başladığı dövrdə rüşvət əməlləri sürətlə artır, başqa sözlə, cəmiyyətdəki dəyişiklik sürəti ilə rüşvət arasında əlaqə mövcuddur. Çünki cəmiyyətdə mövcud balansı pozan iqtisadi böhran və müharibə nəticəsində iqtisadi vəziyyətin ağırlığı rüşvət hadisəsinin meydana gəlməsinə şərait yaradır. Lakin böhranlar zamanı rüşvət hadisələrinin çoxalma ehtimalı ilə bərabər, sosial rifah halının yüksək olduğu zamanlarda isə maddi bərabərsizlik hissi, mənfəət əldəetmə istəyi rüşvət alınması və verilməsi hadisələrinin ortaya çıxmasına gətirib-çıxarır.
       
       - Bioetika və insan hüquqları hazırda dünyada maraq doğuran məsələlərdəndir. Bu barədə hər hansı araşdırmalar olubmu?
       
       
    - Bu gün bioetikanın vacibliyi cəmiyyətdə, eləcə də elm aləmində şübhə doğurmur. Xüsusilə gen diaqnostikasının sürətlə inkişaf etdiyi bir məqamda insan geni ilə manipulyasiya proseslərini tənzimləyən qanunvericilik normalarının işlənib-hazırlanması və tətbiqi aktualdır. Ən yeni biotexnologiyaların inkişafı, o cümlədən genetik baxımdan modifikasiya olunmuş məhsulların mövcudluğu bir daha sübuta yetirir ki, bəşəriyyətin tərəqqisində yardım məqsədi daşıyan bu qlobal proqramlar heç də inkişaf etməkdə olan dövlətlərin ehtiyaclarını nəzərə almır. Molekulyar biologiya, biokimya, biomühəndislik və genetika sahəsində nailiyyətlərin tətbiqi, gen terapiyası, klonlaşdırma, embrion üzərində tədqiqatların məqsədəuyğunluğu, genom və insan hüquqları məsələləri bioetika elmi qarşısında duran vəzifələrdən biri kimi bilavasitə insan həyatına və onu əhatə edən canlı aləmə müdaxilə ilə bağlıdır. Bu mənada biotika elminin insan hüquqları ilə bağlı olması və elmi biliklər və texnologiyaların tətbiqi zamanı insan hüquqlarının müdafiəsi sahəsində tədqiqatlar vacibdir. Bunu nəzərə alaraq institutda "İnsan hüquqları kontekstində bioetikanın aktual məsələləri" mövzusuna dair elmi tədqiqatlar, o cümlədən "Məhkəmə-tibbi ekspertizasında insan hüquqları problemləri" adlı iş üzrə araşdırmalar aparılıb, həmin araşdırmalar "Azərbaycan Respublikasının qanunvericiliyində məhkəmə-tibbi ekspertiza problemlərinin araşdırılması" mərhələsinə daxil edilib.
       
       
    Naibə Qurbanova
    Bu yazı 4385 dəfə oxunmuşdur.
    Arxiv
    Məhkəmə icraçısının vəzifəsi
    Əmək kitabçasını necə almaq olar?
    Sənədin əslinin məhkəməyə təqdimatına ehtiyac var?
    İstehlakçıların hüququ necə qorunur?
    Satılan məhsul haqqında məlumat almaq qanunidir?
    Boşanma üçün hansı hüquqlardan və sənədlərdən istifadə etməli?
    Nikah müqaviləsi nə zaman bağlanılır?
    Şəhadətnamə olmadan vərəsəlik hüququ necə tələb olunmalıdır?
    Bələdiyyə torpaqları necə sənədləşdirilməlidir?
    Məhkum ölkəsinə necə ekstradisiya oluna bilər?
    Birgə əmlak necə bölünməlidir?
    Boşanarkən uşaqlar kiminlə qalmalıdır?
    Kirayə müqaviləsi bağlanmalıdır?
    Miqrasiya üçün hansı sənədlər lazımdır?
    Qanun istənilən məlumatı almaq hüququ verir?
    Attestasiya kimlərə şamil olunmur?
    "Əhalinin sağlamlığının qorunması haqqında" qanun mükəmməldirmi?
    Təzminat hansı halda tələb olunur?
    Qanunvericilik mütəmadi olaraq təkmilləşdirilir
    Universitetlərdə hüquq klinikaları varmı?
    Sahibkarların hüquqları özləri tərəfindən də qorunur
    Erkən ailə qurmağa məcbur edilən şəxs hüquqlarını necə qorumalıdır?
    Hicablı şəkillə şəxsiyyət vəsiqəsi almaq olarmı?
    Sahibkarların fəaliyyəti hansı əsasla yoxlanılmalıdır?
    Əmlak payı nə zaman artırılır?
    Məhbus hüququ necə qorunmalıdır?
    İstirahət hüququnuz pozulubsa, nə etməli?
    Tibbi xidmət müqaviləsi necə hazırlanmalıdır?
    Avropa İnsan Haqları Məhkəməsinə necə müraciət etməli?
    Yetkinlik yaşına çatmayan qızlar "boşandıqda" hüquqlarını necə qorumalı?
    Milli azlıqların mədəni irsi qorunur
    Uşaqlar bizim gələcəyimizdir
    Qəzetlər insan hüquqlarına necə işıqlandırır?
    QHT-lər MFP-dən necə istifadə edir?
    Kompensasiya hansı əsaslarla verilməlidir?
    İnsan alveri qurbanlarına verilən birdəfəlik müavinətlər artırılacaq
    Ailədə əmlak üzərində sahiblik kimə məxsusdur?
    Uzunmüddətli borclar bağışlanmayıb
    Qan və qan komponentlərinin donorluğu pulludur, yoxsa pulsuz?
    Yaxın qohumlar kimlərdir?
    "İnsan hüquqlarının öyrənilməsinə xüsusi diqqət ayrılır"
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb

    Sözün doğrusu, onun barəsində daha çox tərifli yazılara rast gəlmişəm. Düşünürdüm ki, bunun səbəbi ya jurnalistlərin onunla olan köhnə həmkar münasibətlərinə kölgə salmamasıdır, ya da.... Amma onunla olan müsahibədən sonra bu gəncin özünün və çoxlarına örnək olacaq


    2010-01-28 "Nənəm Perə ərə getməyimi istəmirdi" (2297)

    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (2282)

    2010-01-27 1580 qanunsuz REV aşkarlanıb (2270)

    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (2261)

    2010-02-05 "İrandakı vəziyyət beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur" (2260)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17