Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
09 Fevral 2010-cu il "Səylərimiz davam edir"            Dəm qazının qurbanları            Azərbaycan iqtisadi, humanitar sahələrdə də Avropaya töhfəsini verməkdədir            Nazir norveçli həmkarını qəbul edib            Azərbaycanlı güllələndi            Konqresdəki işçi qrupun sayı artıb             Hindistan əczaçıları qonağımızdır            Milli Məclisin növbəti iclası fevralın 12-də olacaq             Nyu-Yorkda ABŞ-ın Azərbaycan, yəhudi və türk icmaları arasında dialoq olub             TBSAM rəhbəri Azərbaycana səfər edəcək     N 044(1945)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Bakı qardan "üzü qara" çıxdı
    Daha 2 nəfər dondu, 57-si isə xəsarət aldı
    Ötən həftə paytaxt ərazisinə yağan qar Bakını bir daha sınağa çəkdi. Ancaq bu dəfə də çoxsaylı problemlərin olması şəhərin qardan üzü ağ çıxmasına imkan vermədi. Bir neçə gün iflic vəziyyətinə düşən şəhər artıq özünə gəlməkdədir. Bu arada isə sinoptiklərin havanın isinəcəyi ilə bağlı verdiyi proqnoz insanlarda isti bir ümid yaratdı. Çünki arxada qoyduğumuz şaxta çoxlarına baha başa gəldi və çətin ki indən sonra kim isə qarlı günləri arzulaya...
       
       
       
       Şaxtalar ölümlə
       
       nəticələndi
       
       
       
       Qarlı günlərin ən acı xəbəri Qaradağ rayonu ərazisində 2 nəfərin donaraq dünyasını dəyişməsi oldu. Qaradağ rayon Prokurorluğundan aldığımız məlumata görə, rayonun "Çənlibel" daş karxanaları adlanan düzənlikdə Balakən rayonunun Qaysa kənd sakinləri - 1970-ci il təvəllüdlü Hudunov Şəmşir Əli oğlu və 1974-cü il təvəllüdlü Əhmədilov Hüseyn Tamaşa oğlunun donmuş vəziyyətdə cəsədi tapılıb: "Onlar fevralın 4-də karxanadan evə qayıdarkən çovğuna düşüblər. Meyitlər isə bir neçə gün sonra aşkarlanıb".
       
       Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından aldığımız məlumata görə isə soyuq hava şəraiti və yolların buz bağlaması nəticəsində xəsarət alanların sayı 57 nəfər olub: "Xəsarət alanların 27-si qadın, 26-sı kişi, 4 nəfəri isə azyaşlıdır. Onlara əsasən aşağı və yuxarı ətrafların zədələnməsi, sınıq və burxulma diaqnozu qoyulub. Şaxtalı günlərdə "təcili yardım" maşınlarının hərəkətində məhdudiyyət yaranmayıb. Yollar təmizləndiyi üçün çağırış olan ünvanlara xidmətin maşınları vaxtında çatıb. Hazırda da iş öz axarı ilə gedir. "103" xidmətinə gün ərzində 1200 - 1300 çağırış daxil olur".
       
       Yolların hələ də buz bağlaması səbəbindən dünən də bədbəxt hadisələr olmadan ötüşmədi. Dövlət Yol Polisi İdarəsindən aldığımız məlumata görə, "Sədərək" ticarət mərkəzinin yaxınlığında "Nissan-tiida" markalı maşın buzlu yolda sürüşərək dərəyə düşüb: "Avtomobildə olan şəxslərin çıxarılması üçün yol polisinin əməkdaşları hadisə yerinə yollanıb. Onların ölməsi və ya xəsarət alması ilə bağlı məlumat yoxdur. Aeroport yolunda 2 sərnişin avtobusu toqquşub. Hava limanı istiqamətində hərəkət edən fəhlə avtobusu əks istiqamətdən hərəkət edən 66 saylı marşrutla toqquşub. Nəticədə 8 nəfər xəsarət alıb".
       
       
       
       Dərslər bərpa olunub
       
       
       
       Şaxtalardan sonra dünən havanın hərarətinin nisbətən yüksəlməsi nəticəsində vəziyyət nisbətən sabitləşməyə başlayıb. Bakı şəhər İcra Hakimiyyətindən bildirildi ki, son 2 gündə paytaxtdaxili yollara 100 tona yaxın qum səpilib: "Hazırda yolların qardan və buzdan təmizlənməsi respublika əhəmiyyətli magistral yollarda davam etdirilir".
       
       Qarlı hava şəraiti səbəbindən ötən həftənin sonunda birgünlük tətilə çıxan məktəblərdə dünəndən dərslər bərpa olunub. Artıq ölkənin bütün şəhər və rayonlarında yerləşən təhsil müəssisələri adi rejimdə işləyir. Təhsil Nazirliyindən verilən məlumata görə, respublikanın bütün təhsil müəssisələrində dərslər yaranmış vəziyyətlə bağlı 1 günlük dayandırılmışdı: "Hava şəraitinin qismən də olsa, mülayimləşməsi nəticəsində şəhər və rayon təhsil şəbəkələrinə məktəblərin adi qaydada işləməsini təmin etmək tapşırığı verilib. Hazırda Bakıda bütün təhsil müəssisələrinin fəaliyyəti bərpa olunub. Ancaq hələ də dağlıq ərazilərə qar çox yağdığından ucqar kəndlərdə məktəblərin normal fəaliyyət göstərməsi mümkün deyil. Buna görə də şakirdlərin məktəbə gedə bilməsi çətinləşib".
       
       Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı məktəblərdə tədrisin adi günlərdə olduğu kimi davam etdirildiyini bildirdi: "Dərslərin dayandırılması üçün heç bir əsas yoxdur.
       
       Ancaq bəzi məktəblərdə dərsə davamiyyət adi günlərdəkinə nisbətən xeyli aşağıdır. Bu isə təbiidir. Çünki hələ bəzi ərazilərdə yollarda hərəkət təhlükəlidir. Ona görə də valideynlər uşaqları məktəbə buraxmaq istəmirlər. Hava şəraiti yenidən pisləşməsə, Bakıdakı bütün təhsil müəssisələri qısa müddət ərzində yenidən normal qaydada fəaliyyət göstərəcək".
       
       
       
       Gediş-gəliş bərpa
       
       olunub
       
       
       
       Bakı Baş Dövlət Yol Polisindən verilən məlumata görə, sürüşkən vəziyyətdə olduğu üçün bölgələrə gedən yollarda avtomobillərin hərəkəti hələ tam normallaşmayıb: "Bu səbəbdən də yollarda nəqliyyat qəzası hadisələri qeydə alınır. Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar müvəqqəti bağlanmış "Ağsu aşırımı"nda nəqliyyatın hərəkəti bərpa edilib. Hazırda Dövlət Yol Polis İdarəsi gücləndirilmiş rejimdə işləyir. Ağır texnikanın köməyi ilə yollardan təmizlənmiş qar və buz yığılaraq kənar ərazilərə daşınır".
       
       Artıq rayonlara gedən avtobus marşrutlarının hərəkəti bərpa olunub. Belə ki, hərəkətinə məhdudiyyət qoyulan Naxçıvan - Bakı - Naxçıvan (İran ərazisi ilə) avtobus marşrutu üzrə gediş-gəlişə başlanılıb və reyslər əvvəlki qrafik üzrə işləyir. Gün ərzində 2 - 3 reys həyata keçirilir.
       
       Artıq Gəncə - Bakı marşrutu üzrə də avtobusların hərəkəti bərpa edilib.
       
       Dünəndən "AzAL"da da hava nəqliyyatına verilən qısa fasilə bərpa olunub. Qurumun məlumatına görə, şaxtalı hava şəraiti ilə bağlı beynəlxalq reyslər təxirə salınmışdı: "Bununla belə, paytaxt ərazisinə uçuş edən təyyarələr qeyri-sabit hava şəraiti ilə bağlı Gəncə şəhərinə eniş etdilər. Artıq bu kimi problemlər aradan qaldırılıb və təxirə salınmış bütün reyslər həyata keçirilib. "AzAL" əvvəlki iş qrafiki ilə fəaliyyətini davam etdirir".
       
       
    Mirvari
    Bu yazı 54 dəfə oxunmuşdur.
    Dəm qazının qurbanları
    Bədbəxt hadisələrin əksəriyyəAnkaradan Vaşinqtona sərt mesajti paytaxt ərazisində qeydə alınıb
    Dəm qazından zəhərlənmə halları ara vermir. Bu günlərdə 3 nəfərlik ailə də belə bir hadisənin qurbanı oldu. Ötən gün isə bəd xəbər Gəncədən gəldi. Gəncə şəhər sakini - 16 yaşlı Fəxrəddin Əsəd oğlu Əsgərov yaşadığı evin hamamında dəm qazından zəhərlənərək dünyasını dəyişib. Zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
       
       Dünən paytaxtda dəm qazından daha 1 boğulma hadisəsi isə Əzizbəyov rayonunda qeydə alınıb. Rayonun polis idarəsindən verilən məlumata görə, hadisə Qala qəsəbəsində baş verib: "Qəsəbə sakini - 16 yaşlı Ülvi Şəkərli atası Ədalət Şükürlüyə məxsus "Mercedes" markalı avtomobili yolların buz bağlaması səbəbindən qaraja sala bilməyib. Gecəni maşında keçirmək qərarına gələn yeniyetmə dəm qazından boğularaq ölüb".
       
       Statistik məlumatlara görə, ötən il dəm qazından 1223 nəfər zəhərlənib. Onlardan 16 nəfər dünyasını dəyişib. Bununla belə, dəm qazının sızması nəticəsində bir çox yaşayış mənzilində və obyektlərdə də partlayış hadisələri baş verdi. Bədbəxt hadisələrin əksəriyyəti isə paytaxt ərazisində qeydə alınıb. Bu il də oxşar vəziyyət davam edir. Artıq insanlarda qaza qarşı xof yaranıb.
       
       Soyuq günlərdə nə qazsız qalmaq olur, qazdan istifadə isə həyatı bahasına başa gəlir. Bəs nə etməli?
       
       
       
       Kimdir günahkar?
       
       
       
       Son vaxtlar az qala hər gün eşitdiyimiz bu hadisələrdə tez-tez əlaqədar qurumlar suçlu bilinir. Belə ki, təbii qazın tərkibinə hava vurulması ilə bağlı narazılıqlar dilə gətirilir. Ehtimallara görə, qaza hava vurulduğundan mənzilləri qızdırmaq çətinləşib. Belə ki, əvvəlki təyziqlə qaz verilsə də, qaz ancaq sobanı qızdırır. O da bildirilir ki, mənzillərdə baş verən partlayışlara və dəm qazından boğulmaya səbəb də bu amildir. Ancaq "Azəriqaz"dan bildirildi ki, bütün bu fikirlər əsassızdır: "Partlayışların mütləq əksəriyyəti abonentlərin qazla ehtiyatsız davranması üzündən baş verir. Mənzillərə çəkilən qaz xətlərində çox vaxt rezin birləşmə olur. Həmin birləşmələrdən mənzilə qaz sızır və nəticədə partlayış törənir. O ki qaldı qazın tərkibində hava olmasına, "mavi yanacaq"ın tərkibinə müəyyən miqdarda oksigen vurulmalıdır ki, qaz yansın. Ona görə də qazpaylayıcı stansiyalarda qaza oksigen vurulur. Amma bu o demək deyil ki qaz bütünlüklə oksigenləşdirilir. Hazırda əhaliyə verilən qaz bütün standartlara cavab verir".
       
       
       
       Nəticəsiz mübarizə
       
       
       
       Bəzi mütəxəssislər problemin həlli kimi ilk növbədə tüstü bacalarının təmizlənməsini göstərirlər. Ancaq bu gün əksər paytaxt sakini bu məsələdən xəbərsiz olduğunu və ya bunu əlaqədar qurumların etməli olduğunu deyirlər: "Bu prosesi fərdi şəkildə həyata keçirmək mümkün deyil. Çünki binalarda tüstü bacaları bir-biri ilə əlaqədardır: məsələn: ikinci mərtəbədə təmizlənmə aparılsa da, üçüncü mərtəbədə bu iş görülməsə, heç bir nəticəsi olmayacaq".
       
       Məsələ ilə bağlı Mənzil-Kommunal Təsərrüfat Departementinə müraciət etdik. Həmin qurumdan bu məsələnin problem olduğu bildirilsə də, təmizlənmənin aparılıb-aparılmayacağı ilə bağlı dəqiq məlumat verilmədi.
       
       Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən isə bildirildi ki, mənzillərdə dəm qazının yaranmasına səbəb xarici ölkələrdən gətirilən standartlara cavab verməyən qaz sobalarıdır: "Bu istiqamətdə aparılan tədbirlərə baxmayaraq hələ evlərində həmin cihazlardan istifadə edənlər var. Həmin sobaların keyfiyyətsizliyi və düzgün istifadə olunmaması bədbəxt hadisələrlə nəticələnir. Əhalinin diqqətinə çatdıraq ki, bu cür cihazların satışı qadağan edilib. Ancaq hələ də satışda keyfiyyətsiz məişət cihazlarına rast gəlinir. Əhalinin diqqətinə çatdırırıq ki, qaz sobaları alarkən uyğunluq sertifakatı olan cihazlara üstünlük verilsin. Qeyd edək ki, sertifakat verilməyən cihazların satışı qadağandır və belə hallar aşkarlandıqda müvafiq tədbirlər görülür".
       
       
       
       Qadınlar daha tez
       
       zəhərlənir
       
       
       
       1 saylı xəstəxananın toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə deyir ki, dəm qazı qadınlara daha tez təsir göstərir: "Bu səbəbdən də zəhərlənənlərin çoxu qadındır. Dəm qazı boğulmaları əsasən qapalı mühitlərdə, o cümlədən vanna otağında baş verir. Bu zaman zərif cinsin nümayəndələrinə həmin qaz daha tez təsir edir və onlar qısa zamanda huşsuz vəziyyətə düşür. Ona görə də köməyə adam çığırmağa belə güc tapmırlar. Kişilərin orqanizmi daha möhkəm olduğundan lazım gəldikdə qapını aça bilirlər. Qeyd edim ki, dəm qızı zəhərlənməsinin spesifikasında yaş həddi və zərərçəkənin hər hansı xəstəlik keçirməsi də mühüm rol oynayır. Bu qaz 5 - 10 yaşlı uşaqlara və 60 - 65 yaşlı insanlara daha çox təsir göstərir. Orta və cavan yaşlı insanların isə qaza müqaviməti daha güclüdür".
       
       Mütəxəssis əhalinin diqqətinə çatdırdı ki, hamam otağında və digər qapılı yerlərdə mütləq nəfəslik və yelçəkən qoymadan ordan istifadə etməsinlər. Eləcə də qazla işləyən cihazlar olan evlərdə və obyektlərdə maqnittəsirli spesifik qurğular quraşdırmaq zəruridir. Sözügedən cihazlar həmçinin siqnal və ya işıq da verirlər ki, insan dəm qazından xəbərdar olur".
       
       Mütəxəssis həmçinin əhalinin nəzərinə çatdırır ki, qaz sobaları yandırılan otaqlarda dəm qazının xaric olması üçün otaqların havası tez-tez dəyişdirilməlidir: "Dəm qazı iysiz və rəngsiz olduğu üçün onun otaqda mövcudluğu hiss edilmir. Ona görə də tüstü bacaları təmizlənməli, qaz sobası olan otaqlarda plastik qapı-pəncərələr qoyulmamalıdır. Çünki onlar otağa havanın daxil olmasına maneədir. Zəhərlənmə baş verdikdə isə zəhərlənənə süni nəfəs vermək, soyuq su ilə çimdirmək və dərhal həkimə müraciət etmək lazımdır".
       
       
    Mirvari
    Bu yazı 47 dəfə oxunmuşdur.
    Ankaradan Vaşinqtona sərt mesaj
    Əhməd Davudoğlu: "Sarkisyan Soçi görüşündə bir daha qeyri-konstruktivlik göstərdi"
    Aprel ayı yaxınlaşdıqca ABŞ-dakı erməni lobbisi Konqresdə qondarma erməni soyqırımının tanınması istiqamətində səylərini gücləndirib.
       
       Artıq sözügedən məsələ rəsmi Ankaranı da narahat etməyə başlayıb. "Hürriyyət" qəzetinin yazdığına görə, məsələyə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu münasibət açıqlayıb. O bildirib ki, qondarma erməni soyqırımının tanınması ilə bağlı qərar layihəsinin ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin gündəminə daxil edilməsi yolverilməzdir: "Ermənilərin saxta soyqırımın ildönümü kimi qeyd etdikləri 24 aprel tarixindən əvvəl - martın 4-də layihənin müzakirəyə çıxarılması heç də təsadyfi deyil. Mən siyasətdə və diplomatiyada təsadüflərə inanmıram. Təbii ki, indiki halda konqresmenlərin qondarma erməni soyqırımını Konqresin müzakirəsinə çıxartması təzyiq elementidir...
       
       "...Lakin hamı bilməlidir ki, Türkiyə təzyiq dilində danışıla biləcək bir dövlət deyil". Nazirin sözlərinə görə, son həftələrdə baş verənlər - Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarı, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündə Sery Sarkisyanın destruktiv mövqedən çıxış etməsi və son olaraq "soyqırım" layihəsinin Konqresdə gündəmə gətirilməsi onu göstərir ki, erməni tərəfi bunları qabaqcadan planlaşdırıb". Türkiyənin XİN başçısı vurğulayıb ki, məsələ ilə bağlı narahatlığını Münhendə ABŞ dövlət katibinin müavini Ceyms Steynberqə çatdırıb: "Onlara dedik ki, Konqresdə baş verənləri siz təsadüf saya bilərsiniz, amma biz bunun təsadüf olmadığını düşünürük. Son həftələrdə ardıcıl baş verən hadisələr bizi ciddi şəkildə narahat edib. Öncə Ermənistan Konstitusiya Məhkəməsi imzaladığımız protokollar haqqında bizim qəbul etməyəcəyimiz şərhlər verdi. Sonra Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Sery Sarkisyan arasında keçirilən görüşdə erməni tərəf konstruktiv mövqeyindən geri addım atdı. İndi də Amerika Konqresinə bu cür qərar layihəsi gətirilir. Bu üç olayın bir-birinin ardınca baş verməsi bizdə bunun təsadüf olmadığı qənaətini yaradır". Ə.Davudoğlunun sözlərinə görə, indi isə sual yaranır. Bu hadisələrin hamısı niyə indiki mərhələdə baş verir: "Biz Ermənistanla protokolları imzalayarkən siyasi iradə nümayiş etdirdik və könüllü şəkildə bu dövlətlə yaxınlaşmağa getdik. Bizi 24 aprellə şantaj etməyin. Kimsə bizə təzyiq etməyə çalışsa bunun mənasız olacağını indidən anlamalıdır. Türkiyə qərarlarını milli maraqlarından çıxış edərək verir. Niyə bu layihə indi gündəmə gəlir? 24 apreldən təzyiq faktoru kimi istifadə edərək bizdən doğruluğuna inanmadığımız addımı atacağımızı gözləməsinlər". Nazirin sözlərinə görə, bu layihənin gündəmə gətirilməsi nə ABŞ, nə Türkiyə, nə də Ermənistanın mənafeyinə uyğundur. Bu proses ABŞ - Türkiyə ikitərəfli əlaqələri ilə yanaşı, böyük əziyyətlə bu səviyyəyə gətirilən Ankara - İrəvan münasibətlərinin normallaşdırılması prosesinə də mənfi təsir göstərə bilər. Vaşinqton Ankaranın həssaslıq duyduğu məsələlərdə diqqətli olmalıdır. Ə.Davudoğlu Münhendə olarkən Ankara - İrəvan danışıqlarına da münasibət bildirib. Vurtulayıb ki, iki ölkə arasında münavsibətlərin normallaşması Türkiyə ilə Ermənistanın ticarət dövriyyəsinin artması deməkdir. Lakin Ankara əvvəlcədən bilirdi ki, bu prosesdə müəyyən eniş və qalxış nöqtələri ola bilər: "Bizim məsələ ilə bağlı narahatlıqlarımız aydındır. Biz Ermənistan Konstitusiya Məhkəməsinin qərarından sonra yaranmış vəziyyəti bütün maraqlı tərəflərlə açıq müzakirə edirik. Ümid edirik ki, proses düşündüyümüz kimi davam edəcək və sonda həm türklərlə ermənilərin, həm də azərbaycanlıların maraqlarına uyğun bölgədə sülh və sabitlik əldə edəcəyik". Ə.Davudoğlu onu da vurğulayıb ki, prezident İlham Əliyevlə Münhendəki görüşündə Soçi görüşünün nəticələri müzakirə olunub.
       
       Qeyd edək ki, qondarma erməni soyqırımının tanınmasını nəzərdə tutan layihə 137 konqresmen tərəfindən imzalanıb. martın 4-də Xarici Əlaqələr Komitəsində təsdiqləndikdən sonra Nümayəndələr Palatasının müzakirəsinə təqdim olunacaq. Bu arada ABŞ mətbuatı jda sözügedən məsələyə xüsusi diqqət ayırıb. "Los Anceles Times" qəzeti Leyspiq Universitetinin professoru Henri Barklinin türk - erməni münasibətlərinin normallaşdırılması və qondarma erməni soyqırımının tanınması ilə bağlı məqaləsini dərc edib. Ekspert vurğulayır ki, qondarma soyqırım faktı münasibətlərin normallaşdırılması prosesinə qara kölgə salır. ABŞ-ın Sürix protokollarını dəstəkləməsi isə Vaşinqtonda güclü erməni lobbisinin olması, Türkiyənin isə Ağ Evin ən yaxın müttəfiqi sayılması ilə bağlıdır: "Ankaranın protokolları imzalamasının başlıca səbəbi qondarma soyqırım faktının Konqresdə tanınmasının qarşısını almaqdır. Lakin Türkiyə bu məsələdə Dağlıq Qarabağ müharibəsinin birinci mərhələsini uduzmuş Azərbaycanın güclü etirazları ilə üzləşdi. Türkiyə rəsmiləri hesab edirdilər ki, bu proses Dağlıq Qarabağ münaqişəsinin həllində də irəliləyiş yaradacaqdı. Lakin onun ümidləri özünü doğrultmadı. Baş nazir Ərdoğan isə protokolların ratifikasiyasının işğal altındakı Azərbaycan torpaqlarından erməni silahlılarının çıxmasından sonra baş tutacağını söyləməklə özünə güclü zərbə vurdu". Məqalədə Ermənistan hakimiyyəti ilə diaspora arasındakı gərgin münasibətlərə də toxunulur. Bildirilir ki, Dağlıq Qarabağ məsələsində güzəştə getmək Ermənistan prezidenti Serj Sarkisyan üçün özünəqəsdə bərabərdir. Ekspertin sözlərinə görə, türk - erməni münasibətlərinin normallaşdırılması prosesinin iflasa uğraması fonunda Vaşinqton qondarma soyqırımla bağlı siyasətinə yenidən baxa bilər. Bu isə Türkiyə ilə münasibətlərin kəskin pisləşməsi deməkdir.
       
       
    Azad Əliyev
    Bu yazı 48 dəfə oxunmuşdur.
    Azərbaycan iqtisadi, humanitar sahələrdə də Avropaya töhfəsini verməkdədir
    Parlamentin deputatı hesab edir ki, Azərbaycan Münhen təhlükəsizlik konfransında öz problemlərini dünyanın təhlükəsizlik problemlərinin sırasında göstərə bilib. "Azərbaycan Avropanın eneryi təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Azərbaycan prezidenti İlham Əliyevin Münhen təhlükəsizlik konfransında iştirakı, şübhəsiz dünya təhlükəsizlik sisteminə Azərbaycanın töhfə verməsi ilə xarakterizə olunur". Dünən Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib. Mirzəzadənin sözlərinə görə, Münhen təhlükəsizlik konfransında, ilk növbədə, Əfqanıstandakı vəziyyət, NATO-nun rolu, qlobal problemlərin sıralanması kimi ciddi məsələlər müzakirə olunub. "Bununla yanaşı, Azərbaycan prezidentinin qaldırdığı məsələlər də tədbir iştirakçılarının diqqətini xüsusilə cəlb edib" - millət vəkili əlavə edib. Onun fikrincə, Münhen təhlükəsizlik konfransı hər il ənənəvi olaraq keçirilir və dünyanın təhlükəsizlik problemlərinin müzakirə edildiyi bir forumdur. Bu daha çox ictimai müzakirə tribunasıdır. "Ölkəmiz özünü yalnız eneryi resursları ilə zəngin olan ərazi kimi Avropaya təqdim etmir. Azərbaycanın Avropa dəyərlərinə üstünlük verməsi və bu məkana inteqrasiyaya maraqlı olması da qarşı tərəfin diqqətindən qaçmır. Çünki ölkəmiz özünü yalnız eneryi resursları ilə zəngin olan ərazi kimi Avropaya təqdim etmir" - Siyasi Şura üzvü vurğulayıb. Millət vəkili deyib ki, Azərbaycan iqtisadi, humanitar, mədəni sahələrdə də Avropaya töhfəsini verməkdədir. "Eyni zamanda Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ məsələsi də dünyanın diqqətinə çatdırılıb. Prezident İlham Əliyevin çıxışı bu baxımdan konfransda böyük maraqla qarşılanıb. Prezident eneryi təhlükəsizliyi məsələsində Azərbaycanın Avropa ilə əməkdaşlığa hazır olduğunu bəyan etdi. Hazırda Azərbaycan üçün ən vacib problem Ermənistanın təcavüzüdür. Müzakirələrdən aydın oldu ki, dünya bu problemin həllində maraqlıdır. Ölkəmizin rəhbəri konfransda bir daha vurğuladı ki, Azərbaycan Dağlıq Qarabağın müstəqil olmasına heç vaxt razılıq verməyəcək", - Mirzəzadə xatırladıb. Mirzəzadə hesab edir ki, bütövlükdə Münhen konfransı Azərbaycanın mövqeyini çox dərindən qəbul etdi. "Ümumiyyətlə, Azərbaycan öz problemlərini dünyanın təhlükəsizlik problemlərinin sırasında göstərə bildi. Bu, İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir" - o deyib.
       
       
    Elnur
    Bu yazı 44 dəfə oxunmuşdur.
    Nazir norveçli həmkarını qəbul edib
    GörüşdƏ əməkdaşlığa dair müzakirələr keçirilib, məişət zorakılığına qarşı qlobal mübarizənin gücləndirilməsi, birgə tədbirlərin təşkili, insan hüquqlarının etibarlı müdafiəsi və ədliyyənin təkmilləşdirilməsi üzrə digər məsələlərə dair faydalı fikir və təcrübə mübadiləsi aparılıb. Bu barədə "Həftə içi"nə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Nazir Fikrət Məmmədov ötən ilin iyununda Norveçdə məişət zorakılığına qarşı mübarizəyə həsr olunmuş Avropa ədliyyə nazirləri konfransının yüksək səviyyədə təşkil olunduğunu və bu işdə həmkarının xüsusi rolunu qeyd edib. Görüşdə Norveç Krallığının ədliyyə və polis naziri Knut Storberget ölkəsi üçün aktual olan bir sıra məsələlərə toxunub.
       
       
    Bu yazı 45 dəfə oxunmuşdur.
    Azərbaycanlı güllələndi
    Moskvanın qərbində naməlum şəxs Azərbaycan vətəndaşını güllələyib. "Siti-FM"in yaydığı məlumata görə, döş nahiyəsindən bir neçə güllə yarası almış 30 yaşlı soydaşımızı xəstəxanaya dostları çatdırıb. Həkimlərin səylərinə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb. Azərbaycanlını xəstəxanaya çatdıran dostları istintaqa verdikləri ifadədə Platov küçəsindəki restoranlardan birində nahar etdiklərini bildiriblər. Bu zaman qonşu masalardan birində əyləşən naməlum şəxs silahını çıxaraq onlara tərəf atəş açmağa başlayıb. Soydaşımız ağır yaralanıb, atəş açan şəxs isə restorandan qaçıb. Hazırda qatilin axtarışı davam edir.
       
       
       
       
    Elnur
    Bu yazı 46 dəfə oxunmuşdur.
    Konqresdəki işçi qrupun sayı artıb
    ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayı daha bir nəfər artıb. Xarici İşlər Nazirliyindən "Həftə içi"nə verilən məlumata görə, konqresmen Mayk Mak-Mahon Azərbaycan üzrə işçi qrupuna qoşulub. 2008-ci ildə Nümayəndələr Palatasında Nyu-York ştatını təmsil edən demokrat konqresmen Mak-Mahon palatanın xarici məsələlər komitəsinin Avropa məsələləri üzrə alt komitəsinin üzvüdür. O, həmçinin palatanın nəqliyyat və infrastruktur komitəsinin də üzvüdür. Konqresmen Mak-Mahonun işçi qrupuna qoşulması ilə birlikdə qrupun üzvlərinin sayı yenidən 42-yə yüksəlib. Qeyd edək ki, cari ilin əvvəlində konqresmen Robert Vekslerin istefası ilə əlaqədar qrup üzvlərinin sayı 41-ə enmişdi.
       
       
    Azad
    Bu yazı 43 dəfə oxunmuşdur.
    Hindistan əczaçıları qonağımızdır
    Hindistanın əczaçılıq şirkətlərini təmsil edən 25 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səhiyyə Nazirliyinin xarici əlaqələr şöbəsinin rəhbəri Samir Abdullayevin "Həftə içi"nə verdiyi məlumata görə, Azərbaycanda Hindistanın 35 adda əczaçılıq şirkəti və 325 adda dərman qeydiyyata alınıb: "Azərbaycan yüksəkkeyfiyyətli dərman preparatlarını müvafiq qiymətlərlə almaqda maraqlıdır. Qeyd edim ki, Hindistanla Azərbaycan arasında bu sahədə yüksəksəviyyəli əməkdaşlıq mövcuddur. Səhiyyə və farmokoloji sahədə əməkdaşlıq davam etdiriləcək. Həmçinin biz bu sahənin genişləndirilməsinə də maraq göstəririk. Bu səbəbdən də hindli həmkarlarımızla bu istiqamətdə danışıqlar aparılır. Onu da deyim ki, Hindistanda istehsal edilən dərmanlar uzun illərdir Azərbaycanda satılır".
       
       
    Mirvari
    Bu yazı 46 dəfə oxunmuşdur.
    Milli Məclisin növbəti iclası fevralın 12-də olacaq
    Milli Məclisin növbəti iclasının gələn həftənin cümə günündə keçirilməsi planlaşdırılır. "SİA"nın Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib. "İstehsalatda bədbəxt hadisələr və peşə xəsarətləri nəticəsində peşə, əmək qabiliyyətinin itirildiyi hallarda icbari sığorta haqqında" qanun layihəsi və bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi müzakirəyə çıxarılacaq sənədlər içərisindədir. Verilən məlumata görə, iclas gününə qədər gündəliyə əlavələr olunacağı istisna edilmir.
       
       
    Bu yazı 52 dəfə oxunmuşdur.
    Nyu-Yorkda ABŞ-ın Azərbaycan, yəhudi və türk icmaları arasında dialoq olub
    AzƏrbaycan icmasının nümayəndələri Azərbaycan, türk və yəhudi icmaları arasında davam edən intellektual dialoqu müzakirə ediblər. Müzakirə zamanı Azərbaycan Amerika Şurası (AAC) və Azərbaycanın Amerika icmasının (ASA) iştirakı ilə 2009-cu ilin noyabr ayında Nyu-Yorkdakı yəhudi tarixi mərkəzində "Türk dünyasında yəhudilər" mövzusunda keçirilən simpozium xüsusi vurğulanıb. Bu barədə "U.S. Azeris Network" təşkilatının məlumatında deyilir. ASA, AAC, U.S. Azeris Network (USAN), Türkiyə-Amerika təşkilatının və Nyu Yorkun yəhudiAzərbaycan icmasının nümayəndələri Nyu Yorkda təşkil edilən yəhudi icması şurasının 31-ci illik səhər yeməyində iştirak ediblər. Tədbirdə senator Çarlz Şumer, konqresmenlər Nita Loui, Karolin Meloni, Qari Akerman, Çarlz Rangel, Yerald Nadler, Eliot Engel və Edolfus Touns çıxış ediblər. Amerikalı qanunvericilər ayrı-ayrı iclaslarda Azərbaycanın Birləşmiş Ştatlar üçün strateyi vacibliyi və İsraillə Azərbaycan arasında cari regional tərəfdaşlıq əlaqələri barədə məlumatlandırılıblar. Senator Şumer amerikalı azərbaycanlıların Nyu-Yorkda yəhudi şurasının tədbirlərində ənənəvi iştirakı ilə bağlı məmnunluğunu dilə gətirib. O, ABŞ-ın İranla çətin əlaqələri kontekstində azərbaycanlıların əhəmiyyətini xüsusi vurğulayıb. Tədbirdə çıxış edən konqresmen Loui büdcə məhdudlaşmaları və iqtisadi enişə görə İsrailə göstərilən cari köməyin çətinliyini xatırladıb. Onun sözlərinə görə, amerikalı azərbaycanlıların fikrincə, həqiqətən də Dağlıq Qarabağa Konqres tərəfindən 8 milyon dollarlıq birbaşa yardımın ayrılması bu məntiqə uyğun deyil ("Trend").
       
       
    Bu yazı 39 dəfə oxunmuşdur.
    TBSAM rəhbəri Azərbaycana səfər edəcək
    TürkiyƏnin Beynəlxalq Strateyi Araşdırmalar Mərkəzinin rəhbəri Celal Cem Oğuz Azərbaycana səfər edəcək. Səfər Azərbaycan Prezidenti yanında Strateyi Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə fevralın 8-11-də olacaq. Bu barədə SAM-ın məlumatında deyilir. Səfər çərçivəsində türkiyəli alim Azərbaycanın rəsmi şəxsləri, elm xadimləri, beynəlxalq məsələlər üzrə mütəxəssislər ilə bir sıra görüş keçirəcək. Avrasya regionu üzrə, Türkiyənin xarici siyasəti üzrə və Türkiyə - Rusiya əlaqələri üzrə tanınmış mütəxəssis Cem Oğuz 1997-2001-ci illərdə Strateyi Araşdırmalar Mərkəzinin məsləhətçisi və Türkiyə XİN-in nəzdində layihənin əlaqələndiricisi vəzifəsində işləyib, Rusiya, Almaniya, İsrail və digər ölkələrin arxivlərində "erməni soyqırımı"na dair bir sıra araşdırmalar aparıb.
       
       
       
       
       
       
       
       
       
       
    Elnur
    Bu yazı 47 dəfə oxunmuşdur.
    Təbrik
    AzƏrbaycan prezidenti İlham Əliyev dünən xalq artisti Əlibaba Məmmədova milli muğam sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə və anadan olmasının 80 illiyi münasibətilə təltif olunduğu "İstiqlal" ordenini təqdim edib. "AzərTAc"ın məlumatına görə, prezident muğam ustadını 80 illik yubileyi münasibətilə təbrik edib.
       
       
    Bu yazı 44 dəfə oxunmuşdur.
    Spikerin İrana səfəri tarixi müəyyənləşib
    AzƏrbaycan parlamentinin spikeri Oqtay Əsədov fevralın 20 - 22-si İrana rəsmi səfər edəcək. Bu barədə Azərbaycanın İrandakı səfirinin məsləhətçisi İlham Zamanov "Trend"ə məlumat verib. Əsədovun Tehrana iranlı həmkarı Əli Laricaninin dəvəti üzrə səfəri bu ölkənin eks-spikeri Qulaməli Həddat Ədilyanın ölkəmizə səfərinə cavab olacaq. Səfər zamanı Əsədovun İran prezidenti Mahmud Əhmədineyad, XİN rəhbəri Mənuçöhr Möttəki və digər rəsmi şəxslərlə görüşü gözlənilir.
       
       
    Bu yazı 42 dəfə oxunmuşdur.
    Atəşkəs pozulub
    ErmƏnistan Silahlı Qüvvələrinin bölmələri fevralın 8-də saat 05:20-dən 05:30-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur ("Trend").
       
       
       
       
    Bu yazı 44 dəfə oxunmuşdur.
     
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb

    Sözün doğrusu, onun barəsində daha çox tərifli yazılara rast gəlmişəm. Düşünürdüm ki, bunun səbəbi ya jurnalistlərin onunla olan köhnə həmkar münasibətlərinə kölgə salmamasıdır, ya da.... Amma onunla olan müsahibədən sonra bu gəncin özünün və çoxlarına örnək olacaq


    2010-01-28 "Nənəm Perə ərə getməyimi istəmirdi" (2276)

    2010-01-27 1580 qanunsuz REV aşkarlanıb (2250)

    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (2250)

    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (2241)

    2010-02-05 "İrandakı vəziyyət beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur" (2239)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17