Hüquqi və fiziki şəxslərə
lisenziya verilib
DÖvlƏt Şəhərsalma və Arxitektura Komitəsi martın ortalarından başlayaraq hüquqi və fiziki şəxslərə "Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi" fəaliyyət növü ilə məşğul olmaq üçün xüsusi lisenziyaların verilməsini həyata keçirəcək. Komitədən "Həftə içi"nə verilən məlumata istinadən, 30 dekabr 2009-cu il tarixinədək qeyd edilən fəaliyyət növü ilə məşğul olmaq üçün 50 hüquqi və 4 fiziki şəxsə xüsusi razılıq verilib. Lisenziya verilməsinə başlanan tarixdən etibarən 40-a yaxın hüquqi və fiziki şəxs qeyd edilən fəaliyyət növü ilə məşğul olmaq üçün müraciət etsə də, onlar müvafiq kadr potensialına malik olmadıqlarından lisenziya ala bilməyiblər.
Sevinc