Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
05 Fevral 2010-cu il Prezident Almaniyadadır             Müdafiə naziri Türkiyəyə gedib            Atəşkəs pozulub             "İranın davranışı ən çox Rusiyanı narahat edir"            İranın keçmiş səfirindən şok açıqlama            Səhiyyə nazirləri Bakıya toplaşdılar             Medvedyev və Kirill Bülbüloğlunu təbrik edib            Baş redaktor polislərin iddiası əsasında cəzalandırılıb             "Nazir olanda tənqidlərə məruz qalırdım"             Avropa Şurası bələdiyyə seçkilərini müzakirə edəcək     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Hafiz Hacıyevə sui-qəsd oldu
    "Qarşımızı kəsənlər polislər idi"

    Dünən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevə sui-qəsd olub. Belə ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinin mayoru Firdovsi Quliyev Azadlıq prospekti - 189 ünvanında partiya sədrinin xidməti maşınının qarşısını kəsərək ona hədə-qorxu gəlib. MMP sədri H.Hacıyevin "Həftə içi"nə verdiyi açıqlamaya görə, hadisə saat 11 radələrində baş verib: "İşə gələrkən qarşımızı 10-BU-050 dövlət nömrə nişanlı "Cip" kəsdi. Maşının içərisində sürücü ilə birlikdə 3 nəfər vardı, hamısı da mülki geyimli. Maşından düşüb üstümüzə gələnlər bizə hədə-qorxu gəldilər. Dedilər ki, sizi öldürəcəyik. Heç nə anlamadıq. Sürücüdən başqa, maşınımızda digər şəxs vardı. Sürücümə dedim ki, sakit olsun, məsələni gərginləşdirməyək". Partiya sədri onu da dedi ki, onlara hücum edənlərin polis olduqlarını sonradan öyrəniblər. Özü də hadisə yerinə gələn polislərdən. H.Hacıyevin sözlərinə görə, MMP-nin qərargahı 4-cü polis bölməsinin 50 metrliyində yerləşir: "Səs-küyə polislər gəldilər, sonradan öyrəndik ki, bizə hücum edənlərin elə özləri polisdirlər. Bölmənin rəisi Natiq müəllim də gəldi.
       
       Baş aça bilmirəm ki, bu nə məsələdir". Partiya sədri hadisə ilə bağlı daxili işlər nazirinə, Prezident Administrasiyasına məlumat verdiyini dedi: "Araşdırma aparılır. Hadisə ilə bağlı bir çox səfirliklər mənə zəng vurublar". Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinin rəisi Natiq Qasımov isə "Həftə içi"nə bildirdi ki, hadisə heç də H.Hacıyevin söylədiyi kimi baş verməyib: "Mən istəməzdim ki, bu məsələ şişirdilsin, burada heç nə baş verməyib. Bölməmizlə Hafiz müəllimin sədri olduğu partiya bir həyətdə yerləşir. Mayor Firdovsi Quliyev əməliyyat tapşırığı yerinə yetirərkən maşını həyətdən çıxarmaq istəyəndə arxadan Hafiz müəllimin maşını ilə üz-üzə gəlib". Bölmə rəisi dedi ki, bu zaman Hafiz müəllim F.Quliyevə onlara yol vermələrini deyib: "Bizim əməkdaş da onu tanımayıb, lap tanısaydı da, burada nə baş verəcəkdi ki? Əməkdaşımız ona yol vermədiyindən Hafiz müəllim hirsləndig Çıxıb onları sakitləşdirdim". N.Qasımov onu da dedi ki, partiya sədrinə heç bir sui-qəsd və yaxud da hədə-qorxu gəlinməyib: "Mən Hafiz müəllimə dedim ki, biz qonşuyuq, məsələni şişirtmək lazım deyil, anlaşılmazlıq olub, bu da keçdi. Amma o bu məsələni şişirdərək müəyyən rəsmi dairələri məlumatlandırdı".
       
       Məsələ ilə bağlı DİN-in mətbuat xidməti məlumat yayıb. Verilən məlumatda bildirilib ki, MMP-nin qərargahı ilə Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinin inzibati binası yaxın məsafədə yerləşir: "Dünən səhər Firdovsi Quliyev avtomobilini yerləşdirdikdən sonra Hafiz Hacıyev də maşınını onun yaxınlığında saxlamaq istəyib. Bu zaman partiya sədri polis mayorundan "maşınının yerini bir qədər dəyişməsini", konkret olaraq bölmənin qabağında saxlamasını istəyib. Mayor isə onun bu istəyinə gec əməl edib. "Belə olan halda onlar arasında anlaşılmazlıq yaranıb". Məsələdən xəbər tutan bölmə rəhbərliyi onların hər ikisini çağıraraq söhbət edib. Beləliklə də anlaşılmazlıq aradan qalxıb və onlar sakitləşərək barışıblar. Polisin partiya sədrinin həyatına guya qəsd etməyə cəhd etməsi barədə deyilənlərsə həddən artıq şişirdilmiş və təəccüb doğuran məlumatdır".
       
       Həm 4-cü bölmənin rəisinin "Həftə içi"nə verdiyi açıqlamasından, həm də DİN-in məlum məlumatından sonra bir daha MMP sədri ilə əlaqə saxladıq. Partiya sədri dedi ki, həm bölmə rəisi, həm də DİN-in yaydığı məlumatların heç bir əsası yoxdur: "Barışıqdan da söhbət gedə bilməz. Onlardan soruşan lazımdır ki, mən barışmışammı?". MMP sədri onu da dedi ki, bu hadisədən sonra DİN-in şöbə rəisi Asif müəllim də ona telefon açıb: "Mən bilirəm ki, bu məlumatların ötürülməsi haradan qaynaqlanır. Parlament seçkiləri öncəsi mənim nüfuzuma xələl gətirə biləcək belə hadisələrin müəlliflərini də müəyyənləşdirmişəm. Vaxtı çatanda onlar da ifşa olunacaqlar. Mən həmişə özümü qorumağı bacarmışam. Bu, adi bir hadisə deyil. Polis mayoru günün günorta vaxtı mənim üstümə silah çəkmək istəyib. Kim onu mənim üstümə göndərib? Bunlar hamısı açıqlanacaq". H.Hacıyev onu da dedi ki, DİN gözdən pərdə asmaq üçün belə məlumat yayıb: "Mən artıq cangüdənlərimin sayını artırmağı düşünürəm. Eyni zamanda dövlət başçısının Almaniyadan səfərdən qayıtmağını gözləyirəm. Bu hadisənin arxasında dayananlar cəzalarını alacaqlar, buna şübhələri olmasın".
       
       
    Elnur
    Bu yazı 115 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Digər xəbərlər
    Müxalifət qapalı müzakirələr aparır (72)
    Qarabağ problemi Almaniyada müzakirə edilib (77)
    "Biz konstruktiv siyasət aparacağıq" (74)
    Nemət Pənahlı: "Milli dövlətçiliyə radikal mövqedə dayana bilmərəm"
    DADP-nin maliyyə problemi (82)
    Məmməd Əlizadə: "Buradan çıxsaq, yerlə təmin olunacağıq"
    Həmməruzəçilər Bakıya gələcəklər (76)
    Ukraynanın Qarabağla bağlı mövqeyi dəyişməyəcək (90)
    Ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur (82)
    Partiyalar xalqa və dövlətə xidmət etməlidir (82)
    Avropa Şurası bələdiyyə seçkilərini müzakirə edəcək (104)
    "Nazir olanda tənqidlərə məruz qalırdım" (102)
    Baş redaktor polislərin iddiası əsasında cəzalandırılıb (106)
    "İrandakı vəziyyət beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur" (4291)
    "Trend"in Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munla eksklüziv müsahibəsi
    Hafiz Hacıyevə sui-qəsd oldu (115)
    "Qarşımızı kəsənlər polislər idi"
    "Cameni muzeyə çevirmək olmaz" (95)
    Müzəffər Şahin: "Heç kim düşünməsin ki, əlimizi qoynumuza qoyub oturmuşuq"


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "İrandakı vəziyyət beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur"

    - Ermənistan indiyədək BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Daqlıq Qarabağ regionunun azad olunması üzrə 4 qətnaməsini yerinə yetirməyib.



    "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırıq"

    - Avropa Şurasının "Aqo qrupu"nun Azərbaycana dair son hesabatını necə dəyərləndirirsiniz? - Avropa Şurası ilə Azərbaycan arasındakı


    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (4698)


    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (4482)


    2010-01-30 "Azərbaycan hər zaman ürəyimdədir" (4439)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17