Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
05 Fevral 2010-cu il Prezident Almaniyadadır             Müdafiə naziri Türkiyəyə gedib            Atəşkəs pozulub             "İranın davranışı ən çox Rusiyanı narahat edir"            İranın keçmiş səfirindən şok açıqlama            Səhiyyə nazirləri Bakıya toplaşdılar             Medvedyev və Kirill Bülbüloğlunu təbrik edib            Baş redaktor polislərin iddiası əsasında cəzalandırılıb             "Nazir olanda tənqidlərə məruz qalırdım"             Avropa Şurası bələdiyyə seçkilərini müzakirə edəcək     N 045(1946)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırıq"
    "İnsanların şərlənməsi aradan qaldırılmalıdır"
    Azərbaycanın Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun "Trend"ə müsahibəsi

    - Avropa Şurasının "Aqo qrupu"nun Azərbaycana dair son hesabatını necə dəyərləndirirsiniz?
       
       
    - Avropa Şurası ilə Azərbaycan arasındakı əlaqələr, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin monitorinqi ilə bağlı vəziyyət, son zamanlar bu qurumun müxtəlif strukturları ilə Azərbaycan arasında müxtəlif sahələrdə - qanunvericilik, praktik fəaliyyət, seçki, mətbuat və insan hüquqları sahələrində həyata keçirilən münasibətlər kifayət qədər dinamikdir. Burda ciddi konstruktivlik ruhu duyulmaqdadır. Bilirsiniz ki, uzun müddət Avropa Şurasının Azərbaycan üzrə monitorinq qrupuna münasibətlərə ciddi müdaxilə edən və təsir göstərən Andreas Qross və onun həmfikirlərinin rəhbərlik etməsi bu münasibətləri xeyli kəskinləşdirirdi, qeyri-konstruktiv məcraya yönəldirdi. Burada subyektiv məqamlar, yanaşmalar, ayrı-ayrı qüvvələrin münasibətlərə əsassız müdaxiləsi var idi. Azərbaycanın milli dövlət haqlarına müdaxilə məsələləri münasibətlərə mənfi təsir göstərirdi. Son zamanlar bu praktika əsaslı şəkildə aradan qalxıb.
       
       Avropa Şurası və onun strukturları Azərbaycanın öz öhdəliklərinə ciddi yanaşmasını, layiqincə yerinə yetirməsini, eyni zamanda Azərbaycanın müstəqil dövlətçilik iradəsinin tələblərini real şəkildə nəzərə alaraq bu münasibətlərə ahəngdarlıq gətiriblər. Ona görə də "Aqo qrupu"nun bu hesabatını da məhz bu dinamik münasibətlər fonunda qiymətləndiririk və müsbət yanaşırıq.
       
       - Əli müəllim, bildiyiniz kimi Mətbuat Şurası bu ili "Diffamasiya ili" elan edib. Bu, diffamasiya ilə bağlı ictimai müzakirələrin intensivləşdirilməsinə və qanunun qəbuluna nə kimi təsir göstərəcək?
       
       
    - Mümkündür. Biz bu sahədə Avropa Şurasından daha çox ATƏT-lə birgə iş aparırıq. Bilirsiniz ki, Azərbaycan Avropa Şurası və ATƏT-ə üzv olandan bəyan edib ki, Azərbaycan söz, mətbuat azadlığını, siyasi plüralizmi cəmiyyət həyatının və dövlət quruculuğunun ayrılmaz tərkib hissəsi kimi qəbul edir və bu istiqamətdə səylərini yönəltməyə hazırdır. Lakin "Diffamasiya haqqında" qanunun qəbul edilməsi birdən-birə baş verə bilməz. Bunun üçün cəmiyyət ciddi hazırlıq mərhələsi keçməlidir. Cəmiyyətdə insanların məsuliyyəti artırılmalı, əlində qələm olan, ictimai həyatın davranış normalarına təsir imkanı olan insanların vətəndaş hüquqlarına hörmətlə yanaşması prinsipləri formalaşdırılmalıdır. Ümumiyyətlə, cəmiyyətdə məsuliyyətli davranış, nizam-intizam formalaşdırılmalıdır. Bundan sonra qanunun qəbuluna getmək olar. Sözsüz ki, Mətbuat Şurası və digər yurnalist qurumları diffamasiya müzakirələrini intensivləşdiriblər. Buna dövlət müəyyən mənada əsas verib. Dövlət strukturları da dəfələrlə bəyan edib ki, Azərbaycan "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırdır. Lakin Azərbaycan cəmiyyəti buna hazırlıq mərhələsinə ciddi diqqət yetirməlidir. Həm yurnalistlər, həm də informasiya mənbəyinə malik olan dövlət qurumları, bütövlükdə insanlar diffamasiya qayda-qanunlarına alışmalıdır. İnsanların şərlənməsi, onların üzərinə böhtan atılması kimi praktika aradan qaldırılmalıdır. Düşünürük ki, 2010-cu il bu sahədə həlledici il ola bilər. Bunun üçün bütün tərəflər, həm beynəlxalq institutlar, həm Azərbaycanın media ictimaiyyəti, Mətbuat Şurası, baş redaktorlar, həm də mətbuatla işləyən dövlət qurumları ciddi səy ortaya qoymalıdırlar.
       
       - Azərbaycanın müxalifət partiyaları parlament seçkisi öncəsi bir-birlərini iqtidarla əməkdaşlıqda ittiham edirlər. Bu cür ittihamlara, mövqelərə münasibətinizi bilmək istərdik?
       
       
    - Bu, təbii haldır. Başqa ölkələrdə də seçkiqabağı proseslərdə partiyalarda aktivləşmə gedir. Bu aktivləşmə müxtəlif istiqamətlərdə həyata keçirilir. O cümlədən partiyalar bir-birinin əsas müxalifət olub-olmama, bunun üçün nə etmə məsələlərini müzakirə edirlər. Mən açıq deyim ki, dəfələrlə iqtidarla əməkdaşlıq məsələləri olub. İqtidarla əməkdaşlıq hər bir partiya üçün şərəf məsələsidir. İqtidar hazırda Azərbaycan dövlətini təmsil edən, onun ali daxili və xarici siyasətini reallaşdıran bir institutdur. Bu institutu da xalq və onun iradəsi formalaşdırıb. Xalqın iradəsi ilə formalaşan iqtidarla əməkdaşlığı az qala şərəfsizlik kimi dəyərləndirmək bizim müxalifətə qətiyyən başucalığı gətirmir. Onlar bundansa, xarici kəşfiyyat orqanları ilə, xarici antiazərbaycan qüvvələri ilə əməkdaşlıq edən partiyaları arasınlar və bu sahə üzərində ittihamlarını qursunlar. İqtidarla əməkdaşlıq nə zamandan siyasi partiyalar üçün mənfi amilə, onların nüfuzuna mənfi təsir göstərən meyara çevrilib? Ancaq bu cür yanaşmalar keçmişin qalığıdır. Bu, 90-cı illərdən qalma, ovaxtkı sovet xəfiyyə orqanları ilə əməkdaşlığı indiki milli dövlətlə əməkdaşlıqla eyniləşdirmək məntiqi ilə yaşayan insanların xəstə təxəyyülünün məhsuludur. Belə şeylər aradan qaldırılmalıdır və Azərbaycanda cəmiyyət inkişaf etdikcə, daxili institutların inkişafı dünya standartlarına yaxınlaşdıqca belə ittihamlar aradan qalxacaq.
       
       - Azərbaycanda soyadların milliləşdirilməsi məsələsi ictimai marağa səbəb olub. Bununla bağlı müzakirələr hansı mərhələdədir və hansısa konsepsiyanın qəbulu nəzərdə tutulubmu?
       
       
    - Bu, ictimaiyyətdə müzakirə olunmağa haqlı olan məsələlərdən biridir. Hər bir millətin soyadı və onun sonluğu milli domendir. Milli domen üzərində də millətin mənsubiyyətini müəyyən etdirmək texnologiyaları qurulur. Dünyada hər bir soyad sonluğuna müvafiq olaraq bu soyad daşıyıcısı olanın hansı millətə mənsubluğunu müəyyən etmək olur. Bəzi millətlərdə bunu müəyyən etmək mümkündür. Bu anlamda, əlbəttə, soyadların milliləşdirilməsi məsələsi ciddi ictimai müzakirəyə çıxarılmalıdır. Bununla bağlı mənim öz məxsusi fikrim var. Hesab edirəm ki, milli səviyyədə, bütün ölkə əhalisi üçün vahid soyad sonluğu düşünülməli və bu sonluq yalnız azərbaycançılığa, Azərbaycan xalqına, dövlətinə mənsubluğu göstərməlidir. Məsələn, mən təklif edərdim ki, Azərbaycanda bütün soyadların sonu "az" sonluğu ilə bitsin. Əlbəttə, soyadın son iki hərfi heç bir ciddi məna kəsb etmir. Deyək ki, ruslarda "ov", farslardakı "an", "yan", gürcülərdəki "ze" sonluğunun heç bir mənası yoxdur. Ancaq müəyyən milli domen göstəricisidir. Azərbaycanlıların soyad sonluqları "az"la qurtarsaydı, daha yaxşı olardı. "Az" Azərbaycanın həm internet domenidir, həm də xalqın, ölkənin adının ilk hecasıdır. Sözsüz ki, bu mənim fikrimdir və əlbəttə, hər bir fikir kimi, bunun da ictimai müzakirəyə çıxarılmaq haqqı var.
    Bu yazı 2243 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Digər müsahibələr
    "Mirəlioğlunun təklifi ölü doğulmuşdu" (7)
    Sərdar Cəlaloğlu: "Ona görə də bu birlik baş tutmadı"
    "Yanukoviç Qarabağ məsələsindən uzaq duracaq" (7)
    Vladimir Kornilov: "Kiyev və Tbilisi Bakını avantürist layihələrə cəlb etmək istəyirdilər"
    "Qərb Qarabağda vəziyyəti gərginləşdirir" (76)
    İnal Pliyev: "Siz bizə yad deyilsiniz"
    "Həll olunmamış münaqişələr baha başa gəlir" (45)
    Qoran Lenmarker: "Mən nikbin əhvali-ruhiyyədəyəm"
    ABŞ-ın son qərarı türk milli qürurunu yenidən dirçəldib (50)
    Mehmet Şahin: "Türk xalqı Qarabağ münaqişəsini özünün problemi kimi görür"
    "Azərbaycanda universal televiziya yoxdur" (33)
    Qulu Məhərrəmli: "AzTV"də işləmək mənim üçün heç vaxt rahat olmayıb"
    "Uğurlarımız bir qisim insanı qısqandırır" (284)
    Ənvər Özərən: "Bəs bu illər ərzində siz nə iş gördünüz?"
    "Türkmənistan və Özbəkistanı da TürkPA-da görəcəyik" (326)
    İlham İsmayılov: "Mehmet Əli Şahin bu dövlətlərin quruma cəlb olunmasına səy göstərəcəklərini bildirib"
    Loğman da təbiətdədir, dərman da... (396)
    Süleyman Qaradağlı: "Elə bir dərd yoxdur ki, onun təbiətdə müalicəsi olmasın"
    "Milli fəaliyyət planının qəbulunu alqışlayıram" (403)
    Tomas Hammarberq: "Bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə hazıram"
    "Qarşımızda çox böyük işlər durur" (393)
    Hüseyn Bağırov: "Bu ilin "Ekologiya ili" elan olunması dövlət başçısının əməyimizə verdiyi yüksək qiymətdir"
    "Bu ordeni mənə Fransa dövləti verib" (537)
    Larisa Reyxrudel: "Ramiz Mehdiyev bizi Bakıda yerlə təmin etdi"
    Ermənistan müstəmləkəyə çevriləcək (640)
    Ağasəf İmran: "İraqın təklənməsi İran üçün ibrət dərsi olmalıdır"
    "ATƏT separatçı reyimlər tərəfindən keçirilmiş seçkiləri tanımayıb" (633)
    Bahar Muradova: "Növbəti dəfə də təşkilatdan belə rəy gözləyirik"
    "Dağlıq Qarabağda müharibə uzun sürə bilər" (663)
    Sergey Mixeyev: "Münaqişə hazırda Rusiya üçün mərkəzi problem deyil"
    "İran Azərbaycandakı casuslarının sayını artıra bilər" (1277)
    Abdulla Amir Haşimi: "Rəsmi Tehran hizbullahçıları Azərbaycana, Əfqanıstana göndərir"
    "Uşaq bətnimdə olanda DNT analizi aparılıb" (850)
    Şəmsiyyə Bəylərqızı: "Əfşar Süleymani cərrahi əməliyyatdan sonra normal cinsi həyat yaşayıb"
    "Müxalifəti Rauf Arifoğlu parçalayıb" (938)
    Nurəddin Məmmədli: "Bu gün baş verən qarşıdurmaları qınayırıq"
    "Reketçilik Mətbuat Şurasını da özünə bağlayıb" (930)
    Yadigar Məmmədli: "Hər yerindən duran bir mükafat, diplom düzəldir"
    "Budapeşt Ramil Səfərovu azad etməyi düşünmür" (1235)
    Jeno Boros: "Bakı bizi inandırmalıdır ki, gələcəkdə məhkumun cəzasında dəyişiklik etməyəcək"
    1   2   3   4   5   6   7   8   9   10   11   12   13   14   15   16   17   18   19   20   21   22   23   24   25   26   27   28   29   30   31   32   33   34   35   36   37   38   39   40   41   42   43   44   45   46   47   48   49   50   51   52   53   54   55   56   57  
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "İrandakı vəziyyət beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur"

    - Ermənistan indiyədək BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Daqlıq Qarabağ regionunun azad olunması üzrə 4 qətnaməsini yerinə yetirməyib. Fikrinizcə, təşkilat çərçivəsində problemin nizamlanmasının yeni mexanizmlərinə müraciət etməyə dəyərmi? - BMT Dağlıq Qarabağ



    "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırıq"

    - Avropa Şurasının "Aqo qrupu"nun Azərbaycana dair son hesabatını necə dəyərləndirirsiniz? - Avropa Şurası ilə Azərbaycan arasındakı əlaqələr, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin monitorinqi ilə bağlı vəziyyət, son zamanlar bu qurumun


    2010-01-28 "Nənəm Perə ərə getməyimi istəmirdi" (2279)

    2010-01-27 1580 qanunsuz REV aşkarlanıb (2254)

    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (2251)

    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (2246)

    2010-02-05 "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırıq" (2243)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17