Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
05 Fevral 2010-cu il Prezident Almaniyadadır             Müdafiə naziri Türkiyəyə gedib            Atəşkəs pozulub             "İranın davranışı ən çox Rusiyanı narahat edir"            İranın keçmiş səfirindən şok açıqlama            Səhiyyə nazirləri Bakıya toplaşdılar             Medvedyev və Kirill Bülbüloğlunu təbrik edib            Baş redaktor polislərin iddiası əsasında cəzalandırılıb             "Nazir olanda tənqidlərə məruz qalırdım"             Avropa Şurası bələdiyyə seçkilərini müzakirə edəcək     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    675 milyon manatlıq əmanət qorunmur
    Əmanətlərin Sığortalanması Fondunun yaydığı məlumata görə, Azərbaycanda adıçəkilən fonda üzv banklarda 5 milyon 200 min əmanətçinin 2,2 milyard manat pulu saxlanılır. Bu əmanətlərin 1,5 milyardı qorunur, qorunan əmanətçilərin sayı isə 5 milyon 80 min nəfərdir: "Başqa sözlə, qorunan hər bir əmanətin orta məbləği təqribən 300 manatdır. Qorunmayan əmanətlərin ümumi məbləği isə 675 milyon manat, əmanətçilərin sayı isə 120 min nəfərdən artıqdır. Burda hər bir əmanətin orta məbləği 5600 manat ətrafındadır". Qeyd edək ki, banka qoyulan əmanətlərin qorunması üçün onlar bəzi tələblərə cavab verməlidir. Ən əsası onların illik faiz dərəcəsi 15 faizdən yuxarı olmamalıdır. Sözügedən fond əmanətlərin bir hissəsinin qorunmamasının səbəblərini də açıqlayıb. Beləliklə, 675 milyon manatlıq qorunmayan əmanətin 308 milyon manatının illik faiz dərəcəsi 15 faizdən yuxarıdır: "182 milyon manat isə banklara əmanəti qorunmayacaq şəxslər tərəfindən qoyulub. Bunlar bankın idarəetməsində iştirak edən şəxslər, həmin bankdan kredit götürənlər və bankda sonuncu dəfə audit yoxlaması aparan şirkətin əməkdaşlarıdır. Qanunla belələrinin həmin banka qoyduğu əmanətlər sığortalanmır. Əmanətçilərin 5 milyon nəfər olmasına gəlincə isə onun 3 milyondan çoxu SSRİ dövrünün "Əmanətbank"ında pulu batanlardır, real əmanətçilərin sayı isə 1 milyon 700 min nəfər ətrafındadır". Azərbaycanla bağlı digər bir məlumatda isə vurğulanıb ki, ölkəmizdə 1 milyondan artıq plastik kart var. Lakin onların sahiblərinin əksəriyyəti sözügedən kartların imkanlarından xəbərsizdir. Çünki kartlardan daha çox bankomatdan pul çıxarmaq üçün istifadə edilir.
       
       
    Təbriz Vəfalı
    Bu yazı 87 dəfə oxunmuşdur.
    Korporativ qiymətli kağızlar bazarı artıb
    QiymƏtli Kağızlar üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına həsr olunmuş toplantı keçirilib. Toplantıda çıxış edən komitə sədri Rüfət Aslanlı ötən ilin dünya ölkələrinin iqtisadi dayanıqlığının və idarəetməsinin sınaq ili kimi tarixə düşdüyünü və ölkəmizin bu sınaqdan uğurla çıxdığını bildirdi. Habelə 2009-cu il ərzində ölkədə iqtisadi dinamikanın saxlandığını və makroiqtisadi sabitliyin hökm sürdüyünü, ölkənin beynəlxalq mövqelərinin gücləndiyini və sosial sferada qazanılmış uğurların inkişaf etdiyini söyləyib. R.Aslanlı 2010-cu il üzrə dünya iqtisadi inkişafının əsas gözləntiləri haqqında məlumat verərək qlobal və milli səviyyədə həyata keçirilən iqtisadi siyasət tədbirlərindən bəhs edib. Sonra komitənin tədqiqatlar və bazarın inkişafı şöbəsinin müdir əvəzi Natiq Mustafayev hesabat dövründə beynəlxalq və yerli bazarlarda baş vermiş mühüm hadisələr, qlobal və yerli iqtisadi göstəricilərin inkişaf tendensiyaları barədə məlumat verib. Toplantıda ötən il bazara yeni alətlərin çıxarıldığı, həm istiqraz, həm səhm buraxılışlarının artdığı bildirilib. Eyni zamanda il ərzində korporativ qiymətli kağızlar bazarının 10,3 faiz artaraq 457,3 mln. manata çatdığı, səhmlərin ilkin yerləşdirilməsinin isə 13,2 faiz artaraq məcmu dövriyyədəki səhmlərin həcminin nominal ifadədə 3,64 mlrd. manat olduğu, eləcə də ticarətin birjadankənar platformadan tədricən birjayadoğru istiqamətlənməsi nəticəsində BFB-də səhmlərin təkrar dövriyyəsinin həcminin 2,3 dəfə, əqdlərin sayının isə 4,9 dəfə artdığı vurğulanıb. Borc bazarında alətlərin ümumi həcminin 8 faizini korporativ istiqrazlar, 26 faizini Mərkəzi Bankın qısamüddətli notları, 48 faizini dövlət istiqrazları və 19 faizini isə veksellərin təşkil etdiyi bildirilib.
       
       
    Sevinc
    Bu yazı 94 dəfə oxunmuşdur.
    Torpaq kadastrı təkmilləşdiriləcək
    DÖvlƏt Torpaq və Xəritəçəkmə Komitəsi Koreyanın Kadastr Korporasiyası ilə birgə "Azərbaycanda torpaq kadastrı sisteminin təkmilləşdirilməsi" layihəsini həyata keçirir. Komitənin mətbuat xidmətindən "Həftə içi"nə daxil olan məlumata istinadən, proqramın məqsədi ölkəmizdə torpaq kadastr sisteminin təkmilləşdirilməsi, Bakının Əzizbəyov rayonunun Zirə ərazisində 1000 hektar sahədə pilot şəhər kadastrı layihəsinin icrası və müasir kadastr sisteminin yaradılması, torpaq kadastrı üçün münasib metodologiyanın öyrənilməsi və tətbiqi, işçi potensialının gücləndirilməsini dəstəkləməkdir. Qeyd edək ki, layihə Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin 1 milyon 500 min dollar məbləğində qrantı hesabına 18 ay ərzində həyata keçiriləcək. Proqram bu ilin dekabrında yekunlaşacaq.
       
       
    Bu yazı 115 dəfə oxunmuşdur.
    Hüquqi və fiziki şəxslərə lisenziya verilib
    DÖvlƏt Şəhərsalma və Arxitektura Komitəsi martın ortalarından başlayaraq hüquqi və fiziki şəxslərə "Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi" fəaliyyət növü ilə məşğul olmaq üçün xüsusi lisenziyaların verilməsini həyata keçirəcək. Komitədən "Həftə içi"nə verilən məlumata istinadən, 30 dekabr 2009-cu il tarixinədək qeyd edilən fəaliyyət növü ilə məşğul olmaq üçün 50 hüquqi və 4 fiziki şəxsə xüsusi razılıq verilib. Lisenziya verilməsinə başlanan tarixdən etibarən 40-a yaxın hüquqi və fiziki şəxs qeyd edilən fəaliyyət növü ilə məşğul olmaq üçün müraciət etsə də, onlar müvafiq kadr potensialına malik olmadıqlarından lisenziya ala bilməyiblər.
       
       
    Sevinc
    Bu yazı 91 dəfə oxunmuşdur.
    Əlaqələrə yardım edəcək proqram
    İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Yunanıstanın məşhur Aristotel universiteti və Gürcüstanın Gənc İqtisadçılar Assosiasiyası ilə birlikdə "Şərqi tərəfdaşlıq proqramı: Azərbaycanın xarici ticarət qaydalarının beynəlxalq standartlara uyğunlaşdırılması" proqramının icrasına başlayır. Mərkəzdən "Həftə içi"nə verilən məlumata görə, Azərbaycan - Avropa ölkələrinin əlaqələrinin yaxşılaşdırılmasına yardım edəcək proqram Avropa Beyin Mərkəzləri Assosiasiyası (PASOS) tərəfindən maliyyələşdirilir. Proqramın məqsədi "Şərqi tərəfdaşlığı" prinsipləri çərçivəsində Avropa Birliyinə daha sıx iqtisadi inteqrasiya etmək üçün imkanların artırılması, siyasi təhlil və qarşılıqlı məsləhətləşmələrin təklif edilməsini təmin etməkdir. Bu prioritetlər 4 istiqamət üzrə (nəqliyyat, ticarət, sərhəd-keçid əməkdaşlığı və telekommunikasiya) həyata keçiriləcək. Proqram çərçivəsində dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi, iki media kampaniyasının təşkili, iqtisadi inteqrasiya ilə bağlı siyasət sənədinin hazırlanması və bu kimi tədbirlərin reallaşdırılması nəzərdə tutulur. Bundan əlavə, İSİM-in ekspertləri yunanıstanlı və gürcüstanlı tərəfdaşları ilə Bakıda təlimlər təşkil edəcəklər. Xarici ekspertlərin iştirakı ilə hazırlanacaq təkliflər paketində Azərbaycanın ticarət standartlarının Avropa standartlarına uyğunlaşdırılması məsələləri əks etdiriləcək. Təkliflər paketi aidiyyəti dövlət qurumlarına təqdim ediləcək. Xatırladaq ki, İSİM yerli iqtisadi və sosial məsələlər üzrə aparılan təhlil və araşdırma işlərinin önə çəkilməsi, bu məsələlər üzrə dövlət siyasətinə müsbət mənada dəstək vermək məqsədi ilə yaradılıb. Mərkəz iqtisadi və sosial-siyasət məsələlərində həm hökumət, həm də vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edir, ölkə üzrə 24 təşkilatla, beynəlxalq səviyyəli beyin mərkəzləri, maliyyə institutları və donorlarla əməkdaşlıq edir. Qurum həmçinin Avropa Birliyinin sektor layihələrində geniş ekspertizaya malikdir.
       
       
       
       
       
       
       
       
    Naibə
    Bu yazı 66 dəfə oxunmuşdur.
     


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "İrandakı vəziyyət beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur"

    - Ermənistan indiyədək BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Daqlıq Qarabağ regionunun azad olunması üzrə 4 qətnaməsini yerinə yetirməyib.



    "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırıq"

    - Avropa Şurasının "Aqo qrupu"nun Azərbaycana dair son hesabatını necə dəyərləndirirsiniz? - Avropa Şurası ilə Azərbaycan arasındakı


    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (4699)


    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (4483)


    2010-01-30 "Azərbaycan hər zaman ürəyimdədir" (4439)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17