
Rusiya yığma komandasına görmədiyi günləri bəxş etmiş Qus Hiddink yaxın günlərdə növbəti milli komandanın "sükanı arxası"nda peyda ola bilər. Livesport.az saytının Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, bazar ertəsi Cənubi Koreya ilə dünya üçüncüsü, Rusiya ilə isə Avropa çempionatının bürünc medalçısı olmuş Hiddink Türkiyə Futbol Federasiyası (TFF) ilə rəsmi müqaviləyə imza atacaq. Doğrudur, hələ ki TFF rəsmiləri bu xəbəri təsdiqləmirlər. Amma nəzərə alsaq ki onlar bu informasiyanı təkzib də etmirlər, hollandiyalının həqiqətən Türkiyə millisini çalışdıracağı olduqca real görünür.