
MüğƏnni Samirə toy məclislərinə getməkdən imtina edib. "ANS-press"ə bu haqda müğənni özü məlumat verib. "Bir çox toy məclislərinə getdikdən sonra insan peşman olur. Ona görə ki, müəyyən xoşagəlməz hadisələrlə üzləşməli olursan. Bunu şou-proqramlara aid etmirəm. Adətən belə hallar toy məclislərində olur. Hamı çox gözəl bilir ki, mən estrada ifaçısıyam. Estrada ifaçısının da yeri səhnədir", - deyə o əlavə edib. Söhbət əsnasında Samirə yerli restoranlarda olan qiymətlərdən də söz açıb. "Müğənnilərə restoranda verilən qonorar artırılmalıdır. Çünki ifaçıya mahnı almaq baha başa gəlir. Bura aranyiman, studiyada olan xərclər də daxildir. Əvvəllər müğənnilər mahnı hazırlayarkən onların bütün xərclərini dövlət özü çəkirdi. Müğənni hər gün eyni mahnını oxuya bilməz ki..." - deyə o əlavə edib.