
HaitidƏ keçən ay baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı inanılmaz həddə çatıb. Lakin bu rəqəmlər hələ də artmaqda davam edir. "İTAR-TASS"ın məlumatına görə, bu ölkənin baş naziri Jan Maks Belriv təbii fəlakət qurbanlarının sayının artıq 200 mini ötdüyünü açıqlayıb. O, bunun son rəqəm olmadığını da söyləyib. Ölkədə epidemiyanın qarşısını almaq da mümkün olmur. Xəstəliklər əsasən uşaqlar arasında yayılır. Ərzaq, su və tibbi ləvazimatların çatışmaması vəziyyəti daha da çətinləşdirir.