Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
04 Fevral 2010-cu il İsrailin xarici işlər naziri Bakıya gəlir            Kərbəlaya gedəndə sevinirdi...            Rail Rzayevin yaşadığı binanın mühafizəçisinə hökm oxunub            Spiker İrana dəvət olunub            QMİ qanvermə aksiyası keçirəcək            İndoneziya Bakıda səfirlik açacaq             "Müharibə başlana bilər"             ABŞ dövlət katibinin müavini Ceyms Steynberq regiona səfərə gəlir            Eynulla Fətullayevin qan analizinin nəticələri təsdiqləndi            "Rüstəmxanlı ilə heç bir problemimiz yoxdur"     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Çin masaj salonları bağlanır
    Fəaliyyətdə olanlar isə ciddi nəzarətə götürülməlidir

    Son vaxtlar paytaxtın əksər hissəsində Çin masaj salonlarına rast gəlinməkdədir. Həmin salonlarla bağlı müxtəlif fikirlər də səslənməkdədir. Kimi salonların digər məqsədlər üçün istifadə edildiyini, kimi bu obyektlərin insan alveri üçün şərait yaratdığını, kimi də kriminal məqsədlər üçün fəaliyyət göstərdiyini deyir. Bir sözlə, indi az adam tapılar ki, həmin salonların işinin sırf müalicəvi əhəmiyyət daşıdığına inana. Məsələnin nə yerdə olduğunu öyrənmək məqsədi ilə ilk olaraq yolumuzu metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında fəaliyyət göstərən belə salonlardan birindən saldıq.
       
       Üzərində "Çin masaj salonu" sözləri yazılan böyük lövhə vurulan qapıdan içəri keçirik. Yarıqaranlıq otaqlardan həzin musiqi sədaları eşidilir. Dəhlizdə isə bir neçə çinli qadın gözə dəyir. Bizim müştəri olduğumuzu zənn edən qadınların biri yaxınlaşaraq özünü salonun administratoru kimi təqdim edir və yarıazərbaycan dilində nə ilə maraqlandığımızı xəbər alır.
       
       "Masajın qiymətinin neçəyə olduğunu öyrənmək istəyirik" dedikdə çinli bildirdi ki, burada qiymətlər müxtəlifdir. Belə ki, 1 saatlıq qiymət 20 - 25 manat, 45 dəqiqəsi 15 manat, yarım saatı isə 10 manat dəyərindədir. Onun dediyinə görə, "çjen-sznyu-terapiya" masaj xidmətinə iynəterapiyası, yandırma üsulu və xüsusi balzam vasitəsilə masaj daxildir. Bu vaxt müştəri gəldiyini zənn edən çinli qızlar digər otaqlardan dəhlizə çıxmağa başladılar. Administrator masajistin sifarişçinin istəyindən asılı olaraq seçildiyini bildirdi. "1 saat ərzində masaj qəbul etmək üçün pul çatmırsa, yarım saatlıq masaj edilə bilərsiniz".
       
       Qızlardan öyrəndik ki, onlar ölkəmizdə əmək miqrantı kimi fəaliyyət göstərirlər. Ancaq bəziləri sauna-masaj salonlarında müvəqqəti xidmət göstərməklə məşğuldur. Administrator burada yalnız masaj xidmətinin göstərildiyini və digər mövzuların onlara aid olmadığını da əl hərəkətləri ilə başa salmağa çalışırdı. Görünür, buraya başqa məqsədlə gələnlərin sayı da az deyil. "Hansı masaj xidmətindən istifadə etmək istəyirsiniz" sualının cavabsız qalması isə, deyəsən, çinli xanımın xoşuna gəlmədi. Bayaqdan gülər üzlə bizi qarşılayan çinli qadının qaşları çatıldı və bizə bildirdi ki, lazım deyilsə, qapını çöldən bağlayaq. Bizi maraqlandıran digər suallara da cavab tapa bilmədik.
       
       
       
       Qeyd edək ki, salonda olduğumuz müddət ərzində orada müştəri gözə dəymədi. Elə administratorun canfəşanlıq etməsindən də hiss olunurdu ki, onlar müştərini əldən buraxmaq istəmirlər.
       
       Masaj salonunun yaxınlığında yerləşən dönərxana işçisi isə bildirdi ki, salon əsasən axşam saat 4 - 5-dən sonra fəaliyyətə başlayır: "Bir gün müştəriləri olur, bir gün isə 1 nəfər də olsun qapını açmır. Gələnlər isə bəzən geri qayıdırlar. Onlar çinli qızlardan qoxu gəldiyi üçün iyrəndiklərini deyirlər. Həm də insanları çinlilərin yoluxucu xəstəliklər daşıyıcısı ola bilmələri çəkindirir. Şəhərdə o qədər belə yerlər var ki, bizimkilər bura niyə gəlirlər ki, elə azərbaycanlıların xidmət göstərdikləri yerlərə gedərlər də".
       
       Məsələ ilə bağlı apardığımız araşdırma zamanı əldə etdiyimiz digər məlumatlara görə, hazırda paytaxt ərazisində fəaliyyət göstərən Çin masaj salonlarında qiymətlər təxminən eynidir. Belə ki, 1 saatıq masajın qiyməti 40 - 60 manat arasında dəyişir.
       
       
       
       Şübhəli məqamlar
       
       üzə çıxa bilər
       
       
       
       Məsələyə münasibət bildirən "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, ölkədə əmək fəaliyyəti ilə məşğul olan istənilən əcnəbi, yaxud əcnəbinin işlətdiyi hər hansı obyekt aidiyyəti qurumların daim nəzarətində olmalıdır: "Həmin obyektlərdə sanitariya vəziyyətindən tutmuş bütün məqamlar yoxlanılmalıdır. Dünyada yoluxucu xəstəliklərin (hepatit C, AİDS, "donuz qripi") tüğyan etdiyi bir vaxtda bu cür salonların fəaliyyəti ciddi nəzarətə götürülməlidir. Məsələn, masaj salonlarının nə dərəcədə gigiyenik olması, masaj kabinetlərində çalışanların peşəkarlığı, sanitar-gigiyenik normalara riayət edilib-edilməməsi yoxlanmalıdır. Çin masajı Azərbaycan üçün ənənəvi deyil. Ona görə də belə masaj kabinetlərinin fəaliyyətinin zəruri ehtiyacdan doğduğunu söyləmək mümkün deyil. Belə görünür ki, bu salonlar süni şəkildə artırılır. Bunun hansı səbəbdən artdığı isə şübhələr yaradır".
       
       M.Zeynalova dünyadakı iqtisadi böhran ölkəmizdə o qədər də hiss olunmadığından əcnəbilərin buraya marağının artdığını da dedi: "Ola bilər ki, miqrant axını daha da güclənsin. Miqrant isə özüylə problemlər də gətirir. Bu səbəbdən də həmin məsələyə ciddi nəzarət edilməlidir. Masaj salonlarında baş verənlər diqqətdən kənarda qalarsa, burada insan alverinə və digər problemlərə yol açıla bilər. O da məlumdur ki, bu salonlarda "masaj" adı ilə digər xidmətlər də göstərilir. Həmin məsələ ilə bağlı biz də salonlarda monitorinq aparmağı nəzərdə tutmuşuq. Əgər masaj salonları həqiqətən də müalicə ilə məşğul olur və onların tətbiq etdiyi üsul effektlidirsə, buna nə demək olar. Yox, əgər digər məqamlar üzə çıxarsa, onda qanunamüvafiq şəkildə tədbirlər görmək lazımdır".
       
       
       
       Çin masajı olmasa da olar
       
       
       
       Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə də müraciət etdik. Qurumdan bildirildi ki, bu məsələyə ayrı-ayrı rayonların gigiyena və epidemiologiya mərkəzləri nəzarət edir. Bir neçə rayonun mərkəz rəhbərləri iş başında olmadığı üçün sualımızı cavablandıran tapılmadı. Nəhayət, Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi İsgəndər Axundov həmin rayon ərazisində bu məsələyə ciddi yanaşıldığını və artıq 2 masaj salonunun bağlandığını dedi: "Masaj salonlarında mütəmadi olaraq araşdırmalar aparılır. Məlum olub ki, onların fəaliyyətində tamamilə gigiyenik qaydalara riayət edilmir. Bu səbəbdən də rayon ərazisində Fətəli xan Xoyski prospekti - 113 və Aşıq Molla Cümə küçəsi - 32 ünvanında yerləşən Çin masaj salonlarının fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət etmişik. Sözügedən obyektlərdə apardığımız araşdırmalar zamanı məlum oldu ki, bu salonlar sanitar orqanlardan heç bir razılıq alınmadan fəaliyyət göstərir. Həmçinin orada dezinfeksiya işləri aparılmır, işçilər ilkin tibbi müayinədən keçirilməyib, işlətdikləri hər hansı preparat və ya dərmanın sertifikatı yoxdur. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, çinlilərin biz sadaladıqlarımızdan xəbəri yoxdur və bu tələbləri başa da düşmürlər. Bu səbəbdən də sözügedən obyektlərin fəaliyyəti qanunsuzdur".
       
       Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirildi ki, sözügedən məsələnin nazirliyə heç bir aidiyyəti olmadığı üçün suallarımızı cavablandıra bilməyəcəklər. Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, Bakıda miqrantların əmək fəaliyyəti ilə məşğul olmaları üçün çox az müraciətlər daxil olur: "Qeyd edim ki, hazırda ölkədə 100-ə yaxın miqrant var. Bu isə sonda ölkədə kriminogen vəziyyətin ağırlaşmasına səbəb ola bilər. Ancaq hesab edirəm ki, çinlilərin "bir pəncərə" sistemi ilə masaj salonu açıb orada fəaliyyət göstərərək vergi ödəməsində heç bir pis məqam yoxdur. Vəziyyət o vaxt pis ola bilər ki, ölkədə olan miqrantlar heç bir fəaliyyət göstərməyərək kriminal əməllərlə məşğul olsunlar. Bu vaxt tədbir görülməsi vacibdir".
       
       Miqrantların Hüquqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Əlövsət Əliyev də hesab edir ki, ölkədə əmək miqrantlarının olması lazımlıdır: "Bu təcrübə bütün ölkələrdə mövcuddur. Ancaq Rusiyadakı kimi, bu, sonda kriminogen durumun ağırlaşmasına səbəb ola bilər. Bildirim ki, bizim özümüzdə də kifayət qədər yüksəkixtisaslı masajistlər var. Çin masajının olması o qədər də vacib deyil".
       
       
    Mirvari
    Bu yazı 149 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Digər xəbərlər
    Yeni fəvvarə sıradan çıxıb (60)
    İndi onun içərisi boş şüşələr və zibillə doludur
    Qırğızıstanla memorandum imzalanacaq (51)
    Vahid məktəbli geyimi müəyyənləşdi (79)
    4804 ailəyə yardım təyin edilib (54)
    Milli standartlar hazırlanacaq (61)
    "Qaynar xətt"ə az məlumat daxil olub (55)
    Misir Mərdanov: "Məcburi köçkünlərin yataqxanalardan köçürülməsi mərhələli şəkildə həyata keçirilməlidir"
    Üçmərtəbəli oteldə yanğın (63)
    Rəqəmsal televiziya bölgələrdə də yayımlanacaq (94)
    Amerikalı rəssamların əsərləri Bakı muzeyində (68)
    Gənclər təşkilatları əməkdaşlıq edəcəklər (64)
    Bu gün dünya xərçənglə mübarizə aparacaq (82)
    Onkoloji xəstələrin sayı 2 dəfə artacaq
    Nazir nəyə inanmır? (65)
    TQDK sədri isə məzunların 30 faizdən çoxunun biliyinin "2"yə layiq olduğu qənaətindədir
    Kərbəlaya gedəndə sevinirdi... (95)
    Hacı Cavanşir: "Düzdür, ağır itkidir, Kərbəlaya gedəndə sevinirdi...amma bu, əslində, bir gözəllikdir"
    Çin masaj salonları bağlanır (149)
    Fəaliyyətdə olanlar isə ciddi nəzarətə götürülməlidir


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "Növbəti zirvə toplantısı Bakıda keçiriləcək"

    - Cənab Qaşqavi, Azərbaycan və İran arasında mövcud münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? - Bilirsiniz, Azərbaycan və



    46 sahibkar cərimələnib

    Müsahibimiz Kənd Təsərrüfatı Nazirliyinin (KTN) ərzaq məhsullarının keyfiyyəti, standartlar və lisenziya şöbəsinin baş məsləhətçisi, respublika



    "Qarabağ münaqişəsi Rusiya üçün təhlükəli sayılmır"

    ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev fevralın 14-də Azərbaycana ikigünlük səfərə gələcək. Cənubi


    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (4699)


    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (4483)


    2010-01-30 "Azərbaycan hər zaman ürəyimdədir" (4439)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17