Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
04 Fevral 2010-cu il İsrailin xarici işlər naziri Bakıya gəlir            Kərbəlaya gedəndə sevinirdi...            Rail Rzayevin yaşadığı binanın mühafizəçisinə hökm oxunub            Spiker İrana dəvət olunub            QMİ qanvermə aksiyası keçirəcək            İndoneziya Bakıda səfirlik açacaq             "Müharibə başlana bilər"             ABŞ dövlət katibinin müavini Ceyms Steynberq regiona səfərə gəlir            Eynulla Fətullayevin qan analizinin nəticələri təsdiqləndi            "Rüstəmxanlı ilə heç bir problemimiz yoxdur"     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Türkiyə Böyük Millət Məclisində dava düşdü
    Türkiyə Böyük Millət Məclisinin son iclasında artıq uzun illər müşahidə edilməyən ciddi qarşıdurma, dava baş verib. "Milliyyət"in məlumatına görə, yumruq davasına səbəb əmək və sosial təminat naziri Ömər Dinçərin vəzifədən kənarlaşdırılması haqqında Milliyyətçi Hərəkat Partiyasından (MHP) Osman Durmuş tərəfindən verilən təklifin müzakirəsi zamanı səsləndirilən bəzi fikirlər olub.
       
       Sabiq səhiyyə naziri O.Durmuş çıxışında baş nazir Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşının başı örtülü olması səbəbilə Gülhanə Hərbi Tibb Akademiyasında müalicə olunan məşhur aktyor Neyat Uyğuru ziyarət etmək istəyərkən oraya buraxılmamasını xatırlatması və məsələyə ironik tərzdə münasibət göstərməsi ilə qarşıdurmanın əsasını qoyub: "Neyat Uyğuru ziyarət etmək istəyən xanım əfəndiyə "Gülhanəyə gəlməyin" deyiblər. Axxx, bəyaz önlüklülər, siz özünüzü nə hesab edirsiniz? Peyğəmbər adlandırılan bir baş nazirin xanımını necə qəbul etmirsiniz? 3-5 quruş pulunuzamı güvənirsiniz? Sizin klinikalarınızı bağlayarlar, görərsiniz". Bu çıxışdan sonra baş nazir kürsüyə qalxaraq sabiq nazirə əsəbi tərzdə etirazını bildirib. O, O.Durmuşu dini bilməməkdə, peyğəmbərlərin sonuncusunun Məhəmməd peyğəmbər olduğunu unutmaqda ittihamlayıb. Partiyasında ona belə münasibət göstərənlərin dərhal kənarlaşdırılacağını söyləyib.
       
       Daha sonra isə həyat yoldaşına söz atıldığını deyərək bunu ədəbsizlik və əxlaqsızlıq adlandırıb. Ayağa qalxaraq buna etiraz edən MHP üzvləri ilə AKP üzvləri arasında əlbəyaxa dava başlayıb. Keçmiş səhiyyə nazirinə sələfinin "ədəbsizlik etmə, aşağı otur" söyləməsi "ədəbsiz sənin atandır" replikası ilə müşayiət olunub. Bundan sonra yumruq davası daha da qızışıb. Toplantıya sədrlik edən parlament sədrinin müavini, Cümhuriyyət Xalq Partiyasının üzvü Güldal Mumcu fasilə elan edib. R.T.Ərdoğan öz millət vəkillərinin əhatəsində salondan çıxıb. Kənarda baş nazir öz mühafizəçilərindən su istəyib. Qarşıdurma zamanı iki millət vəkilinin eynəyi sınıb, bəzi parlamentarlar həmkarlarından yumruq zərbələri alıblar. Bayılan AKP millət vəkili Əli Qoyunçu xəstəxanaya aparılıb. Onu səhhəti qənaətbəxşdir. Olay tək bununla yekunlaşmayıb. Fasilə zamanı G.Mumcunun kabinetinə daxil olan baş nazirin müavini, parlamentin keçmiş sədri Bülənt Arınç onu parlamenti idarə edə bilməməkdə günahlandırıb: "Bu cür parlament idarə edərlər?! Bu qədər tərəfkeşlik olmaz". G.Mumcu isə bu ittihamlarla razılaşmayıb. Daha sonra B.Arınç bu fikirlərini baş nazirin müavini kimi yox, millət vəkili kimi söylədiyini açıqlayıb.
       
       
    Azad
    Bu yazı 74 dəfə oxunmuşdur.
    Qazın qiyməti məxfi saxlanılır
    Taner Yıldız: "Elə bir rəqəm müəyyənləşdirmişik ki, tərəfləri razı salsın"
    Türkiyənin energetika naziri Taner Yıldız növbəti dəfə Azərbaycanla qaz alğı-satqısına dair aparılan danışıqlara toxunub. "Anadolu" agentliyinin məlumatına görə, nazir bildirib ki, Bakı və Ankara arasında "Şahdəniz" yatağından hasil olunan qazla bağlı heç bir problem yoxdur: "2008-ci il aprelin 15-dən biz Azərbaycandan normal sayıla bilməyən bir qiymətlə qaz almamışıq. Biz məqbul qiymətlə qaz alacağımızı açıqladıq, bunu ictimaiyyətə bildirdik və azərbaycanlı qardaşlarımıza bəyan etdik. Bu qiymətin mütləq hər iki tərəf üçün məqbul bir qiymət olmasını biz də istəyirik. Azərbaycandan aldığımız qazın qiyməti artırılarsa belə, təxmin olunan rəqəmləri əvvəlcədən hesablarımıza daxil etdiyimiz üçün bizim üçün bu məsələdə sürpriz bir şey yoxdur".
       
       T.Yıldız onu da vurğulayıb ki, aparılan danışıqlar zamanı azərbaycanlı tərəfdaşlarına bu yataqdan hasil olunacaq qazın qiymətinin hər iki tərəf üçün məqbul olacağını söyləyiblər: "Fikrimcə, biz bir-birimizi anladıq. Bizim verdiyimiz qiymətin uyğun olduğunu azərbaycanlılar da söylədilər. Biz həm özümüzə, ölkəmizin mənfəətlərinə uyğun olan, həm də Azərbaycana uyğun gələ biləcək bir qiyməti təklif etmişdik. Yəni bir tərəfi deyil, iki tərəfi də razı sala biləcək bir qiymətdən söhbət gedir". Türkiyəli nazir Azərbaycan qazının qiymətini artırmağa hazır olduqlarını da bildirib. Onun sözlərinə görə, Ankara bu varianta baxmağa hazırdır. Azərbaycanla aparılan danışıqlarda hətta Bakı Ankaranın təklif etdiyi qiymətin hər iki tərəfə məqbul olması ilə razılaşıb: "Biz elə bir qiymət müəyyənləşdirmişik ki, o nə Türkiyənin, nə Azərbaycanın maraqlarını təhrif etmir". Lakin nazir Türkiyənin Azərbaycandan alacağı qazın qiymətini açıqlamayıb. O həmçinin ödəmənin tərəflər arasında anlaşma imzalandıqdan sonra həyata keçiriləcəyini bildirib. T.Yıldız "Nabukko" layihəsi ilə bağlı da danışıb. Onun sözlərinə görə, bu layihə ilə bağlı işlər qrafikə uyğun aparılır. Təbii qazla bağlı danışıqlar Rusiya və İranla da "al-ödə" formulu əsasında aparılır.
       
       
    Azad
    Bu yazı 72 dəfə oxunmuşdur.
    Atəşkəs pozulub
    ErmƏnistan Silahlı Qüvvələrinin bölmələri fevralın 2-də fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Füzuli rayonunun Aşağı Seyidəhmədli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
       
       
    Bu yazı 81 dəfə oxunmuşdur.
    İsrailin xarici işlər naziri Bakıya gəlir
    Fevralın 9 - 11-də İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycanda rəsmi səfərdə olacaq. "Azadinform" xəbər verir ki, A.Liberman səfər çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə Azərbaycan - İsrail əlaqələrinin müxtəlif sahələrdəki inkişaf perspektivləri müzakirə olunacaq.
       
       
    Bu yazı 77 dəfə oxunmuşdur.
    Rail Rzayevin yaşadığı binanın mühafizəçisinə hökm oxunub
    Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayev qətlə yetirilən gün yaşadığı binanın mühafizəçisi olmuş Elşən Eyvazova hökm oxunub. "Trend"in məlumatına görə, Yasamal rayon Məhkəməsinin hökmü ilə Eyvazov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmü ilə onun ittihamındakı 320.1-ci maddə üzrə cinayət işinə xitam verilib. Eyvazov Azərbaycan Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.1), rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə (320.1), xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə (178.2.4) maddələri ilə ittiham edilirdi. İttiham aktında göstərildiyinə görə, Eyvazovun avtomobilindən tiryək tapılıb. Eyvazov 3 ilə yaxın Rail Rzayevin yaşadığı binada mühafizəçi kimi çalışıb. 2009-cu il fevralın 11-də Rail Rzayev qətlə yetirilənə qədər Eyvazov növbədə olub. Rzayevin qətlindən sonra - fevralın 17-də Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Eyvazov saxlanılıb.
    Bu yazı 81 dəfə oxunmuşdur.
    Spiker İrana dəvət olunub
    Milli Məclisin sədri Oqtay Əsədov İran xarici işlər nazirinin müavini Həsən Qaşqavinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisin mətbuat xidmətindən "Həftə içi"nə verilən xəbərə görə, görüş zamanı O.Əsədov ölkələr arasındakı əlaqələr, bu əlaqələrin intensiv xarakteri və inkişafına toxunub. Qeyd edilib ki, tarixən bir-birinə yaxın olan xalqlarımızın münasibətləri hərtərəfli xarakter daşıyır, iqtisadi, sosial, mədəni və həyatın digər sahələrində əməkdaşlığın daha da dərinləşməsi üçün böyük imkanlar mövcuddur. Spiker xüsusilə iqtisadi-ticarət əlaqələrinin daha da inkişafı üçün bütün imkanlardan istifadə olunmasının vacibliyini bildirib. Ölkələr arasındakı əlaqələrin yüksələn xətlə inkişafından danışan qonaq tarixi köklərə söykənən əlaqələrimizin daha da dərinləşməsi üçün bu gün geniş imkanlar olduğunu diqqətə çatdırıb: "İran Azərbaycanla iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə daha böyük önəm verir. İranın "Saderat" bankının dəstəyi ilə Azərbaycanda 27 mərtəbəli biznes mərkəzinin binasının inşasının nəzərdə tutulması bunun bariz nümunəsi hesab edilə bilər". Qəbulda qonaq İran parlament sədrinin öz ölkəsinə dəvət məktubunu Milli Məclisin sədrinə təqdim edib.
    Nahid
    Bu yazı 70 dəfə oxunmuşdur.
    QMİ qanvermə aksiyası keçirəcək
    Fevralın 4-5-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məhərrəm ayının 40-cı günü ilə əlaqədar Səhiyyə Nazirliyi ilə birgə qanvermə aksiyası keçirəcək. QMİ-dən aldığımız məlumata görə, qanvermə kampaniyası fevralın 4-ü Təzəpir, fevralın 5-də isə Əjdərbəy məscidində, Buzovnadakı Əliqədəmgahı ziyarətgahında və Şüvəlandakı Mirmövsüm ağa ziyarətgahında təşkil ediləcək. Kampaniya zamanı toplanacaq qanın talassemiya xəstəliyindən əziyyət çəkən xəstələr üçün tədarük ediləcəyi vurğulanıb. Qeyd edək ki, bu aksiyaya qoşulmaq istəyənlər könüllü şəkildə sözügedən məscid və ziyarətgahlara gedə bilərlər.
       
       
       
       
    Elnur
    Bu yazı 80 dəfə oxunmuşdur.
    İndoneziya Bakıda səfirlik açacaq
    İndoneziyanın Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, bu ölkənin hökuməti Azərbaycan və bir neçə digər dövlətdə səfirliklər təsis etmək qərarını qəbul edib. Səfirliklərin açılmasında məqsəd İndoneziyanın xarici ölkələrlə əlaqələrinin və əməkdaşlığının inkişaf etdirilməsi, İndoneziya diplomatiyasının fəaliyyətinin genişləndirilməsi, indoneziyalıların hüquqlarının qorunması, iqtisadi və ticarət sahəsində əməkdaşlığın möhkəmləndirilməsidir. Qeyd olunan məlumat İndoneziyanın Xarici İşlər Nazirliyinin rəsmi internet ünvanında yerləşdirilib. Məlumat "Həftə içi"nə Azərbaycanın Xarici İşlər Nazirliyindən daxil olub.
       
       
    Azad
    Bu yazı 79 dəfə oxunmuşdur.
    "Müharibə başlana bilər"
    Qafqazda və Balkanlarda vəziyyət hələ də stabil deyil. "Trend"in xəbərinə görə, bu barədə dünən Vaşinqtonda ABŞ Milli Kəşfiyyatının rəhbəri Denis Bleyr deyib. Məlumatı "Assoşieyted-press" agentliyi verir. "Ermənistan və Azərbaycan arasında müharibə başlana bilər" - Bleyr kəşfiyyat üzrə senat komitəsi qarşısında dinləmələrdə çıxış edərkən deyib. Onun sözlərinə görə, RF prezidenti Dmitri Medvedyevin keçmiş SSRİ ölkələrini "imtiyazlı maraqlar zonası kimi" görməsi Vaşinqton ilə münasibətləri korlaya bilər. "Rusiya ilə əlaqələr ABŞ-ın postsovet məkanı ölkələri ilə yaxınlaşmasından zərər çəkə bilər", - Amerika kəşfiyyatının rəhbəri deyib. Onun sözlərinə görə, Kosovoda da vəziyyət qeyri-stabildir. "Bosniya müsəlmanları və serblər arasında həll edilməmiş etnik münaqişə 2010-cu ildə Avropanın stabilliyi üçün əsas problem olacaq. Kosova da daimi diqqət tələb edir", - Denis Bleyr deyib.
       
       
    Bu yazı 78 dəfə oxunmuşdur.
    ABŞ dövlət katibinin müavini Ceyms Steynberq regiona səfərə gəlir
    ABŞ dövlət katibinin müavini Ceyms Steynberq fevralın 4-5-də Cənubi Qafqaz regionuna səfər edəcək. "Azadinform" xəbər verir ki, Ceyms Steynberq öncə Ermənistana səfər edəcək. İrəvanda C.Steynberq prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla ikitərəfli və regional məsələləri müzakirə edəcək. Daha sonra o, Tbilisiyə səfər edərək prezident M.Saakaşvili və müxalifət liderləri ilə görüşlər keçirəcək.
       
       Dövlət katibinin müavini Münhen təhlükəsizlik konfransında iştirak etmək üçün Almaniyaya gedəcək. Burada Ceyms Steynberq Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə də görüşlər keçirəcək.
       
       
       
       
       
       
       
       
    Bu yazı 72 dəfə oxunmuşdur.
    Eynulla Fətullayevin qan analizinin nəticələri təsdiqləndi
    Bakı şəhər Prokurorluğu və Polis İdarəsi bununla bağlı birgə məlumat yaydı
    Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətləri həbsdə olan yurnalist Eynulla Fətullayevlə bağlı birgə məlumat yayıb.
       
       
       
       Bakı şəhər Prokurorluğundan aldığımız məlumatda vurğulanır ki, 2009-cu il dekabrın 29-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinə daxil olmuş məlumata əsasən, həmin müəssisədə cəza çəkən E.Fətullayev və Şahin Şəmsiyev üzərində heroin aşkar edilməsi barədə toplanmış materialda Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinin əlamətləri olduğundan qeyd edilən tarixdə Qaradağ rayon Polis İdarəsinin istintaq şöbəsində fakta görə həmin maddə ilə cinayət işi başlanılaraq istintaq aparılıb. İş üzrə bir sıra zəruri istintaq hərəkətləri aparılıb, həmçinin çoxsaylı şahidlər, o cümlədən cəzaçəkmə müəssisəsinin əməkdaşları, həmin müəssisədə cəza çəkən məhbusların dindirilməsi təmin edilib. Onlar ifadələrində E.Fətullayev və Ş.Şəmsiyevin üzərində axtarış aparılarkən qeyd edilən narkotik vasitənin aşkar edilərək götürüldüyünü bildiriblər. Toplanmış sübutlara əsasən, dekabrın 31-də E.Fətullayevə CM-in 234.1-ci maddəsi ilə ittiham elan olunub. Ş.Şəmsiyevin üzərində aşkar edilmiş 0,081 qram çəkidə narkotik vasitə hesab olunan heroin qanunla müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq olmadığına görə ona ittiham elan edilməyib. İstintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən E.Fətullayev üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirildiyini, onun ayaqqabısı və gödəkçəsindən narkotik vasitə aşkar edilərək götürüldüyünü etiraf etsə də, ümumiyyətlə, narkotik vasitə istifadəçisi olmadığını bildirib. Təqsirləndirilən şəxs E.Fətullayevlə aralarında aparılan üzləşdirmələr zamanı şahidlər qeyd olunan narkotik vasitənin E.Fətullayevdən aşkar edilərək götürülməsini bir daha təsdiq ediblər.
       
       İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyinə görə, E.Fətullayev və Ş.Şəmsiyevdən götürülmüş və tədqiqata təqdim edilmiş maddələr tərkibinə görə eyni olmaqla, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmçinin E.Fətullayevin gödəkçəsinin sol qolunun bilək tərəfindən kəmərciyin tikişi arasında, eyni zamanda ayaqqabısının sağ tayının içərisində rezinin altında narkotik vasitə olan heroinin izləri var. Məhkəmə-bioloyi-kimyəvi ekspertizasının rəylərinə görə, istintaq zamanı E.Fətullayevdən götürülmüş qan və sidik nümunələrində diasetil-morfi (heroin), amfetaminil narkotik vasitələri və flunitrozepam-M psixotrop maddəsi, Ş.Şəmsiyevin qan və sidik nümunələrində isə diasetil-morfi (heroin), dihidromorfin, amfetaminil narkotik vasitələri və flunitrozepam-M psixotrop maddəsi aşkar edilib. Göstərilənlərlə yanaşı, məhkəmə-narkoloyi ekspertizasının rəyinə görə, təqsirləndirilən şəxs E.Fətullayevdə narkotik vasitə olan diasetil-morfi (heroin), amfetaminil və psixotrop dərman vasitəsi olan benzodiazepindən istifadə etmə halları olmuş, lakin müayinə zamanı narkomaniya xəstəliyindən əziyyət çəkməməsi baxımından E.Fətullayevin narkomaniyadan məcbüri müalicəyə ehtiyacı yoxdur. E.Fətullayevin narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmə halları nəzərə alınaraq narkoloyi profilaktik qeydiyyata alınması məsləhət görülüb. Qeyd olunub ki, ibtidai istintaqın gedişatında "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa konvensiyası" və cinayət-prosessual qanunvericiliyin tələblərinə tam riayət olunub. Hazırda cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
       
       
    Azad
    Bu yazı 88 dəfə oxunmuşdur.
    "Növbəti zirvə toplantısı Bakıda keçiriləcək"
    İran İslam Respublikasının xarici işlər nazirinin müavini Həsən Qaşqavinin "SİA"ya eksklüziv müsahibəsi
    - Cənab Qaşqavi, Azərbaycan və İran arasında mövcud münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
       
       
    - Bilirsiniz, Azərbaycan və İran İslam Respublikası (İİR) arasında mövcud olan münasibətlərin çox böyük perspektivi mövcuddur. Azərbaycan və İran arasında, siyasi, iqtisadi, mədəni, tarixi dostluq və tərəfdaşlıq əlaqələri var. Bu əməkdaşlıq bu gün də yüksələn xətlə uğurla davam etdirilir. Bundan əlavə, Azərbaycan və İranın xarici işlər nazirləri bir-biri ilə yaxından dostdurlar. Məhz buna görə də 2 ay əvvəl Azərbaycanın xarici işlər naziri, cənab Elmar Məmmədyarov İranda səfərdə olub. Həmin səfər zamanı bütün sahələrdə mövcud olan əməkdaşlığa dair, o cümlədən Azərbaycan və İran arasında vizanın ölkəmiz tərəfindən aradan qaldırılması məsələləri müzakirə olunub. Bu görüşdə ikitərəfli əməkdaşlığa dair münasibətlərin gələcək perspektivləri nəzərdən keçirilib.
       
       Ümumiyyətlə, Azərbaycana səfərim çərçivəsində mən xarici işlər naziri, cənab Elmar Məmmədyarov, Milli Məclisin sədri, cənab Oqtay Əsədov və digər rəsmilərlə görüşlər keçirmişəm. Bu görüşlər çox səmərəli olub.
       
       - Yaxın vaxtlarda iki ölkə arasında hansı səfərlər təşkil olunacaq?
       
       
    - Gələn ay Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədov İran İslam Respublikasına səfər edəcək. Sözügedən səfər cavab xarakteri daşıyır. Çünki 2009-cu ildə İran parlamentinin sədri Azərbaycanda səfərdə olub və cənab Oqtay Əsədovu öz ölkəsinə dəvət edib. Artıq mən cənab Oqtay Əsədova İrana səfər etməsi ilə bağlı dəvəti çatdırmışam. Bu səfər çərçivəsində paytaxt Tehranda Azərbaycan və İran parlament rəhbərlərinin növbəti görüşü də olacaq. Bu ilin fevral ayının 4-də isə İran İslam Respublikasının (İİR) səhiyyə naziri Mərziyyə Vəhid Dəstgerdinin rəhbərlik edəcəyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək. Səfər zamanı Bakıda keçiriləcək İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin səhiyyə nazirlərinin toplantısına qatılacaq. Bundan əlavə, İran nümayəndə heyəti Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və digər rəsmilərlə də görüşəcək. Səfər çərçivəsində keçiriləcək görüşlərdə səhiyyə sahəsində İran - Azərbaycan münasibətlərinin perspektivləri və digər sahələrdə birgə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bundan əlavə, yaxın vaxtlarda İran parlamentinin dostluq qrupu üzvləri Azərbaycana səfər edəcəklər.
       
       - İran dövləti yaxın perspektivdə Azərbaycanda hansı böyük layihələri həyata keçirməyi planlaşdırır?
       
       
    - Ötən gün Bakı şəhərində İranın "Saderat" bankının dəstəyi ilə Azərbaycanda inşa ediləcək 27 mərtəbəli qoşa biznes mərkəzi binasının təməlqoyma mərasimi keçirilib. Həmin binaların reallaşması üçün 200 mln. dollar məbləğində vəsait sərf olunacaq. Bu binanın konstruksiyasının hazırlanmasında bir-birinə boltla bağlanan dəmir və digər tikinti materiallarından istifadə olunacaq. Sözügedən bina inşa olunub başa çatdıqdan sonra burada istənilən adam biznes mərkəzi və ofislər ala bilər. Azərbaycanda ilk dəfə olaraq binanın tikintisində metal konstruksiyalardan istifadə olunur. Ötən gün həmçinin Yasamal rayonu ərazisində yerləşən İranın Azərbaycandakı səfirliyinin yeni binasının açılış mərasimi keçirilib. Mərasimdə mən və İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami iştirak edib. Bu binada səfirliyin konsulluq, mədəniyyət və mətbuat şöbələri yerləşəcək. Məhz mənim Azərbaycana səfərimin də məqsədi səfirliyin binasının açılış mərasimində iştirak etmək və ayətulla Xomeyninin 31 il əvvəl Fransadan İrana qayıdışının ildönümü ilə bağlı tədbirə qatılmaq idi. Biz belə layihələri mütəmadi olaraq Azərbaycanda reallaşdıracağıq.
       
       - Azərbaycanla İran arasında ümumi ticarət dövriyyəsinin həcmi nə qədərdir?
       
       
    - Azərbaycanla İran arasında ümumi ticarət dövriyyəsinin həcmi 600 mln. dollara çatıb. Amma təbii ki, bu bizi qane etmir. Biz Azərbaycanda iqtisadi fəaliyyətimizi daha da artıracağıq.
       
       - İran tərəfi Azərbaycanla vizanı aradan qaldırıb. Amma burada bəzi çətinliklər hələ də qalmaqdadır; məsələn, insanlar tibbi arayış almaq üçün vizanın qiyməti məbləğində əlavə pul ödəməli olurlar...
       
       
    - Biz insanlardan tibbi arayış almırıq. O vəsaiti sizin tərəfin nümayəndələri alır. Bizlik olsa, insanlardan tibbi arayış üçün bir qəpik də istəmərik. Bu sualı öz tərəfinizin nümayəndəsinə ünvanlasan, daha düzgün olardı. Qaldı vizanın aradan qaldırılmasına, artıq 2010-cu il fevralın 1-dən etibarən İran tərəfi Azərbaycanla viza reyimini birtərəfli olaraq ləğv edib. Artıq insanlar İrana 1 ay ərzində sərbəst gedib-gələ bilərlər. Əminəm ki, bizim tərəfdən atılan bu addım Azərbaycanla dosluq əlaqələrimizi daha da gücləndirəcək. Amma viza reyiminin ləğvi barədə qərar İrana səfər edəcək Azərbaycan yurnalistlərinə şamil edilməyəcək. Yurnalistlər üçün viza ləğv olunmur. Onlar İrana getmək üçün viza almalıdırlar. Biz bu yaxınlarda azərbaycanlı yurnalistlərin İrana səfərini də təşkil edəcəyik.
       
       Qərara gəlmişik ki, 30 nəfər yurnalistin İrana və 30 iranlı yurnalistin Azərbaycana səfəri təşkil olunsun. Biz bu barədə Azərbaycan tərəfinə təklif vermişik. Hazırda onların cavabını gözləyirik.
       
       - Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiyanın növbəti iclası ilə bağlı hazırlıq işləri nə yerdədir?
       
       
    - Nəzərinizə çatdırım ki, ötən il Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiyanın iclasları keçirilib. Eyni zamanda Azərbaycanın xarici işlər naziri, cənab Elmar Məmmədyarov və İranın xarici işlər naziri, cənab Mənuçöhr Möttəki müştərək komissiyanın iclasına həmsədrlik ediblər. İclasın gündəliyinin müzakirəsinə keçməzdən əvvəl, tərəflər ölkələrinin iqtisadi vəziyyəti, müxtəlif sahələrdə aparılan islahatlar barədə fikir mübadiləsi aparıblar. Tərəflər dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə əvvəlki iclasların nəticələrinə dair memorandumda əks olunan məsələlərin icra vəziyyətini müzakirə ediblər və gələcəkdə əməkdaşlığın genişləndirilməsi istiqamətində sənaye və energetika, nəqliyyat, iqtisadi və ticarət əlaqələri, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, sərhəd məsələləri, mədəniyyət, turizm, təhsil və səhiyyə sahəsində razılıq əldə ediblər. Müştərək komissiyanın növbəti iclasının yaxın zamanlarda keçirilməsi barədə hazırda bir sıra işlər görülür.
       
       - Xəzər dənizinin hüquqi statusu ilə bağlı növbəti zirvə toplantısının dəqiq tarixi məlumdur?
       
       
    - İlk olaraq onu deyim ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı çox yaxşı müzakirələr aparılır. Bu müzakirələr əvvəl də olub, indi var, gələcəkdə olacaq. Bu məsələ ilə bağlı ötən il Tehranda təşkil olunan zirvə toplantısı çox yaxşı görüş idi. Növbəti zirvə toplantısı isə Bakıda keçiriləcək. Hazırda mütəxəssislər tərəfindən növbəti toplantının vaxtının təyin olunması istiqamətində müvafiq işlər aparılır. Ümüd edirik ki, yaxın vaxtlarda Xəzərin hüquqi statusi ilə bağlı Bakı zirvə toplantısının dəqiq vaxtı məlum olacaq. Biz bu danışıqlarda müsbət irəliləyiş əldə olunmasına ümid edirik. Xəzər dənizinin hüquqi statusunun təyin olunması məsələsi çox mühüm və uzun prosesdir. Çünki adətən qapalı göllərin statusunu təyin etmək daha çox danışıqlar aparılmasını tələb edir. Təbii ki, İran dövləti Xəzər dənizinin hüquqi statusu məsələsinin tezliklə həll olunmasını istəyir. Amma çox təəssüf ki, burada söhbət yalnız İran - Azərbaycan məsələsindən getmir. Burada Xəzər dənizi hövzəsində olan 5 ölkənin bu məsələyə ayrı-ayrı baxışları var. Ona görə də bu 5 ölkə birgə razılığa gəlməlidir.
    Bu yazı 4025 dəfə oxunmuşdur.
     


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "Növbəti zirvə toplantısı Bakıda keçiriləcək"

    - Cənab Qaşqavi, Azərbaycan və İran arasında mövcud münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? - Bilirsiniz, Azərbaycan və



    46 sahibkar cərimələnib

    Müsahibimiz Kənd Təsərrüfatı Nazirliyinin (KTN) ərzaq məhsullarının keyfiyyəti, standartlar və lisenziya şöbəsinin baş məsləhətçisi, respublika



    "Qarabağ münaqişəsi Rusiya üçün təhlükəli sayılmır"

    ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev fevralın 14-də Azərbaycana ikigünlük səfərə gələcək. Cənubi


    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (4699)


    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (4483)


    2010-01-30 "Azərbaycan hər zaman ürəyimdədir" (4439)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17