Komitə mütəxəssisləri sınağa
çəkiləcək
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Almaniyanın "GFA Consulting Group" təşkilatı ilə birgə Bakıda təlim kurslarına başlayıb. Komitədən "Həftə içi"nə verilən məlumata görə, seminarla əlaqədar Almaniyanın Keyfiyyət Təşkilatının ekspertləri Bakıya gəliblər. Onlar SMPDK mütəxəssisləri üçün "Keyfiyyət nümayəndəsi və keyfiyyət meneceri"nə məxsus xüsusiyyətlər barədə məruzələr edəcəklər. 2 mərhələdən ibarət kursların 1-ci mərhələsi keyfiyyətin idarə edilməsi sistemi, daxili audit və keyfiyyətin idarə edilməsinin tətbiqinə, 2-ci mərhələ isə statistik üsullar və keyfiyyətin idarə edilməsinin yolları mövzularına həsr ediləcək. Hər mərhələdən sonra imtahan keçiriləcək. İmtahandan müvəffəqiyyətlə çıxan iştirakçıya "Keyfiyyət nümayəndəsi" və "Keyfiyyət meneceri" şəhadətnaməsi veriləcək.
Naibə