Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
03 Fevral 2010-cu il Eynulla Fətullayevin qanında heroin aşkarlanıb            Atəşkəs pozulub             Əsgər özünə xəsarət yetirib            "Delfin-hotel"in naməlum taleyi            Baş prokurordan açıqlama            Eks-prezidentlərin statusu ilə bağlı qanun layihəsi müzakirəsinə çıxarıla bilər            Monitorinq baş tutsa da, atəş səsləri eşidilib            Daha bir nardaranlı azadlıqda            Dövlət gənclər siyasəti diqqət mərkəzindədir             Hərbi hazırlıq dərslərinə xüsusi diqqət yetirilməlidir     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Mobil telefon bazarında islahatlar aparılacaq
    Yararsız telefonlar satışdan çıxarılacaq

    Telefon bazarındakı inhisarçılıq, telefonların keyfiyyətinin aşağı olması, aldadılma və bu kimi problemlər yenə də alıcıları telefon alarkən yanlış seçimə məhkum edir. Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata əsasən, hazırda ölkədəki telefonların sayı 5,2 - 5,3 milyon ədəd təşkil edir.
       
       
       
       Bununla belə, mobil telefon bazarında 1 milyondan çox yararsız telefon aparatı var. Problemi aradan qaldırmaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu sahədə islahatlar aparmağı planlaşdırır. Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblının dediyinə görə, satışa çıxarılan stasionar və mobil telefonlar mütləq şəkildə sertifikatlaşdırılmalıdır: "Nazirlər Kabinetinin xüsusi qərarına əsasən, mütləq şəkildə sertifikatlaşdırılmalı malların siyahısına mobil və stasionar telefon aparatları da daxildir. Məlumdur ki, bu gün Azərbaycanda nə mobil, nə də digər telefon aparatları istehsal olunur. Bu səbəbdən də iş adamları həmin aparatları əksər hallarda respublikamıza Çin və digər ölkələrdən idxal edirlər. Ancaq əksər sahibkarlar həmin malların sertifikatlaşdırılmasının zəruri olduğunu unudurlar. Onu da deyim ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yalnız 1 şirkət qeydiyyata alınıb ki, o da respublikaya gətirdiyi telefonlar üçün sertifikat alır. Təəssüflər olsun ki, digər şirkətlər sertifikatlaşdırmadan yayınırlar. Bu səbəbdən də yaxın vaxtlarda komitə tərəfindən bu məsələ ilə bağlı ciddi tədbirlərin görülməsi planlaşdırılır. Belə ki, həmin şirkətlərin fəaliyyəti ciddi dövlət nəzarətinə götürüləcək və sertifikatlaşdırılma aparılmadan satışa çıxarılacaq məhsullarla bağlı monitorinq keçirildikdən sonra onlar satışdan yığışdırılacaq. Onu da deyim ki, mütəmadi olaraq telefon bazarında reydlər keçirilir. Məsələn, ötən il keçirilən reydlər zamanı bir neçə şirkətə xəbərdarlıq olunmuşdu. Bu il həmin istiqamətdə tədbirlərin görülməsi davam etdiriləcək. Bildirim ki, bu sahədə mənfi hallar aşkarlandıqda cərimələr də tətbiqlənir. Belə ki, sertifikatlaşdırılmamış mobil və stasionar telefonların satışı halları aşkarlandıqda fiziki şəxslər 1500 - 2000 manat, hüquqi şəxslər isə 3000 - 5000 manat məbləğində cərimələnir".
       
       Bəzi sahibkarlar
       
       tələblərə riayət etmir
       
       
       
       F.Talıblının dediyinə görə, bu cür tədbirlər həyata keçirildikdə sahibkarların çoxu satışa çıxardıqları malların sertifikatlaşdırılmasının zəruriliyi ilə bağlı qanunvericiliyin mövcudluğundan xəbərsiz olduqlarını deyir: "Ancaq unutmaq lazım deyil ki, satışa yalnız Azərbaycan Respublikası qanunlarının tələblərinə cavab verən məhsullar çıxarıla bilər. Alıcıların diqqətinə çatdırmaq istərdim ki, telefon aparatı alarkən onun keyfiyyətinə əmin olmaq üçün sənədlərə diqqət yetirilsin. Bu sıraya pasport, zəmanət talonu və uyğunluq sertifikatı daxildir. Telefonun pasportunda isə göstəricilər mütləq surətdə Azərbaycan dilində göstərilməlidir. Ümumiyyətlə, qeyd edim ki, komitə tərəfindən ölkəyə hər hansı məhsul gətirildikdə onun üzərində məhsulun markirovkasının dövlət dilində aparılması tələb edilir. Ancaq bəzi sahibkarlar bu tələblərə riayət etmirlər".
       
       
       
       Telefonlar Dubay
       
       sexlərində yığılır
       
       
       
       Mobil telefon bazarında mütəmadi monitorinq həyata keçirən Keyfiyyətli İnkişaf Araşdırmalar Mərkəzinin rəhbəri Nəriman Ağayev isə bildirdi ki, hazırda bazarda mobil telefonların "xəlvəti dövriyyəsi" 20 faiz təşkil edir: "Bu cür aparatların vətəni Cənub-Şərqi Asiya, Koreya, Dubay və Çindir. Məhz həmin ölkələrdən keyfiyyətsiz telefonların idxal edilməsinə səbəb isə iqtisadi nöqteyi-nəzərdən onların idxalçı üçün sərfəli olmasıdır. Həmin ölkələrdən sərfəli qiymətlərlə gətirilən telefonlar sexlərdə yığılır, daha sonra dövriyyəyə buraxılır. Belə aparatların qiymətinin ucuz olması isə alıcı kütləsini özünə cəlb edə bilir. Mobil telefon bazarında müşahidə edilən digər bir problem ucuz telefonların bir müddət istifadə edildikdən sonra satışa çıxarılmasıdır. Bir çox hallarda keyfiyyətini və görkəmini dəyişmiş telefonlar alıcıya yeni adı ilə təqdimlənir ki, nəticədə də qısa müddət istifadədən sonra həmin aparat tamamilə yararsız vəziyyətə düşür". N.Ağayevin dediyinə görə, keyfiyyətsiz telefonlar orijinallara nisbətən qat-qat ucuz qiymətə satıldığı üçün onların alıcısı daha çox olur: "Çində, Dubayda fəaliyyət göstərən sexlərdə həmin telefonlar üçün təzə qutular hazırlanır, telefonların üzərinə yeni korpus taxıldıqdan sonra ucuz qiymətə satılır. Bununla yanaşı, işbazlar telefonları Avropa ölkələrində keçirilən endirim kampaniyaları zamanı əldə edirlər".
       
       
    Mirvari
    Bu yazı 113 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Digər xəbərlər
    577 nəfər işdən qovulub (78)
    İmran Abdullayev: "494 obyektin fəaliyyətini dayandırmışıq"
    İnvestisiya təkliflərinin qəbuluna başlanıb (69)
    Vərəm dispanserləri fəaliyyətə başlayacaq (85)
    Həkimlər martda imtahan verəcəklər (134)
    Könüllülər bəxtlərini sınaya bilərlər
    Səhiyyə nazirləri Bakıya gələcək (75)
    Su-kanal sahəsi tədbir görməlidir (71)
    "Cəmiyyəti təşvişə salmaq olmaz" (76)
    Həvva Məmmədova: "Ordumuzu gözdən salan çıxışlar yolverilməzdir"
    Mobil telefon bazarında islahatlar aparılacaq (113)
    Yararsız telefonlar satışdan çıxarılacaq


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "Parlamentlər artıq bizə müraciət ediblər"

    Türkdilli ölkələrin parlament sədrlərinin Bakıda keçirilən toplantısında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) katibliyi Bakıda


    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (4698)


    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (4482)


    2010-01-30 "Azərbaycan hər zaman ürəyimdədir" (4439)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17