Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
03 Fevral 2010-cu il Eynulla Fətullayevin qanında heroin aşkarlanıb            Atəşkəs pozulub             Əsgər özünə xəsarət yetirib            "Delfin-hotel"in naməlum taleyi            Baş prokurordan açıqlama            Eks-prezidentlərin statusu ilə bağlı qanun layihəsi müzakirəsinə çıxarıla bilər            Monitorinq baş tutsa da, atəş səsləri eşidilib            Daha bir nardaranlı azadlıqda            Dövlət gənclər siyasəti diqqət mərkəzindədir             Hərbi hazırlıq dərslərinə xüsusi diqqət yetirilməlidir     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Baş prokurordan açıqlama
    "Daşkəsəndə baş verən olayın araşdırılması dövlət başçısının gündəlik nəzarətindədir"

    Azərbaycanın baş prokuroru Zakir Qaralov 2010-cu il yanvarın 28-də Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində zabit və əsgərlərin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi ilə əlaqədar "AzərTAc"a açıqlama verib. Baş prokuror vurğulayıb ki, hadisə barədə prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev dərhal məlumatlandırılıb və dövlət başçısının göstərişinə əsasən Müdafiə və Milli Təhlükəsizlik nazirlikləri, Respublika Hərbi Prokurorluğunun rəhbər heyətinə daxil olan məsul şəxslər, habelə yüksək ixtisaslı mütəxəssislər hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün hadisə yerinə ezam olunublar. Faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla, Respublika Hərbi Prokurorluğunun və Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və dərhal təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinin icrasına başlanılıb. Həmin tədbirlər bu gün də eyni intensivliklə davam etdirilir. Z.Qaralovun sözlərinə görə, dövlət başçısının gündəlik nəzarətində olan və araşdırılması üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilən bu faciəli hadisə barədə Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu tərəfindən ictimaiyyətə ilkin məlumatlar çatdırılsa da, bu hadisədən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan ayrı-ayrı şəxslər tərəfindən kütləvi informasiya vasitələrində obyektiv reallığa əsaslanmayan qərəzli çıxışlar edilir, konkret sübutlara əsaslanmayan fərziyyələr irəli sürülməklə ictimai rəy çaşdırılır. Bununla da ağır itkilərə məruz qalmış zabit və əsgərlərin ailə üzvlərinin heysiyyətinə toxunan hərəkətlərə yol verilir: "Baş Prokurorluq bəyan edir ki, cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədlərinə xidmət etməklə müstəqil ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük işlərə kölgə salmağa yönələn bu cür qərəzli və obyektiv reallığa əsaslanmayan fikirlərin kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır". Məlumat üçün ictimaiyyətin diqqətinə çatdırılır ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən hərbi hissənin vəzifəli şəxsləri - diviziya komandirinin müavini mayor Vələd Qurbanov və tağım komandiri baş leytenant Rüstəm Əhmədov 2010-cu il yanvarın 28-də tabeçilikdə olan tağım əsgərlərinə təmizləmələri üçün silahlar paylandıqdan sonra onların mühafizəsini təşkil etməyərək əsgərləri nəzarətsiz qoymaqla diviziyanın ərazisini tərk etmələrinə şərait yaratdıqları, habelə hərbi xidmət üzrə vəzifələrinin icrası zamanı digər sui-istifadə hallarına yol vermələri müəyyən edildiyinə görə, təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub və barələrində hərbi məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilib". Prokuror vurğulayıb ki, hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunmaları üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələr barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.
    Bu yazı 95 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Digər xəbərlər
    Avtomobil qatarla toqquşdu (88)
    "Ukraynada seçkilərin təşkili "0" səviyyədə idi" (97)
    Nizami İsgəndərov: "Təqribən 20-dən çox məntəqədə müşahidə apardıq"
    Göyçayda müxalifət yoxdur (100)
    "Hər partiyanın 5-6 üzvü var ki, onlar da ara-sıra hansısa çayxanada toplaşırlar"
    Hərbi hazırlıq dərslərinə xüsusi diqqət yetirilməlidir (92)
    Dövlət gənclər siyasəti diqqət mərkəzindədir (120)
    Daha bir nardaranlı azadlıqda (85)
    Monitorinq baş tutsa da, atəş səsləri eşidilib (94)
    Eks-prezidentlərin statusu ilə bağlı qanun layihəsi müzakirəsinə çıxarıla bilər (97)
    Baş prokurordan açıqlama (95)
    "Daşkəsəndə baş verən olayın araşdırılması dövlət başçısının gündəlik nəzarətindədir"
    "Nabukko" həddindən artıq siyasiləşdirilir (91)
    "Biz özümüzü, eləcə də, tərəfdaşlarımızı ən azı yüz il qazla təchiz edə bilərik"
    Əsgər özünə xəsarət yetirib (104)
    Atəşkəs pozulub (85)
    Artıq gözləməyə səbrimiz qalmayıb (99)
    "Minsk qrupu İrəvandan Qarabağ münaqişəsinin ədalətli həllini tələb etməlidir"


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "Parlamentlər artıq bizə müraciət ediblər"

    Türkdilli ölkələrin parlament sədrlərinin Bakıda keçirilən toplantısında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) katibliyi Bakıda


    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (4698)


    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (4482)


    2010-01-30 "Azərbaycan hər zaman ürəyimdədir" (4439)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17