Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
02 Fevral 2010-cu il Gənclərin vətəndaş aktivliyi yüksəkdir            Təbrik            Təmas xəttində monitorinq keçiriləcək            Vizanın ləğvi jurnalistlərə aid deyil            İrəvana getməyəcəyimiz rəsmən təsdiqləndi             Xrici ticarət dövriyyəsi 3 dəfə artıb            Veteranların pensiyası artırıldı             Fəhlələr qan tökdülər            Hindistanlı farmasevtlər Bakıya gəlir            Ermənilər təlimlərə başlayıblar     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    "Simurq" finiş xəttinə Yevlaxda çıxır

    1 aydan çox davam edən fasilə başa çatır və artıq çərşənbə axşamından etibarən "Unibank" premyerliqası finiş xəttinə qədəm qoyur. Birinci və ikinci "altılıq"larda qərarlaşacaq komandaları birdəfəlik müəyyənləşdirmək üçün daha 5 tur oynanılmalıdır.
       
       
       
       Avrokuboklara vəsiqə, bu üzdən də, təbii ki, ilk "altılıq" uğrunda mübarizə aparan "Simurq" finiş xəttinə Yevlaxda çıxır. Məhz bu oyundan "Simurq"un mübarizəyə nə dərəcədə hazır olduğunu sezmək mümkün olacaq.
       
       Bir vaxtlar "Karvan" "sarı-qaralar" üçün ən arzuolunmaz rəqiblərdən idi. "Simurq" yevlaxlılar üzərində ilk qələbəsini qazanmaq üçün təsis olunduğu gündən sonra 3 il gözləmək məcburiyyətində qaldı. Amma 2008-ci ilin oktyabrında baş tutan o qarşılaşmadan bu yana Roman Pokoranın yetirmələri "Karvan"a şans vermir: 3 oyun - 3 qələbə.
       
       Bu, tərəflər arasında yubiley oyunu olacaq və indiyədək baş tutan 9 qarşılaşmanın balansı tamamilə simmetrikdir: 3 qələbə "Simurq"un, 3 qələbə "Karvan"ın aktivində var. Digər 3 qarşılaşma isə heç-heçə nəticələnib (hamısı - 1:1!)
       
       
       
       2006/07. Premyerliqa. "Simurq" - "Karvan" - 1:1 (Ramin Hacıyev - Yakuba Bamba)
       
       
       
       "Karvan" - "Simurq" - 3:0 (Süleyman Kamara - 2, Mətləb Məmmədov)
       
       
       
       Azərbaycan kuboku. "Simurq" - "Karvan" - 1:1 (İlqar Əbdürrəhmanov - pen. - Yakuba Bamba)
       
       
       
       "Karvan" - "Simurq" - 1:0 (Yakuba Bamba)
       
       
       
       2007/08. Premyerliqa. "Simurq" - "Karvan" - 0:1 (Roman Axalkatsi)
       
       "Karvan" - "Simurq" - 1:1 (Aqşin Ömərov - pen. - Roman Axalkatsi)
       
       
       
       2008/09. Premyerliqa. "Simurq" - "Karvan" - 2:0 (Tural Cəlilov - 2)
       
       
       
       "Karvan" - "Simurq" - 1:3 (Murad Ağakişiyev - Vladimir Mazyar - 2, Tural Cəlilov)
       
       
       
       2009/10. Premyerliqa. "Simurq" - "Karvan" - 2:0 (Elşən Məmmədov, Ruslan Qunçak)
       
       
       
       Ölkə çempionatlarının gümüş və bürünc mükafatçısı, Azərbayca kubokunun finalçısı, UEFA kubokunda mərhələ adlayan ilk Azərbaycan klubu indi çətin dövrlərini yaşayır. Komandanı yenə tarixinin ən uğurlu məşqçisi Yunis Hüseynov çalışıdırsa da, bugünkü "Karvan" dərin böhran içindədir; komanda 17 turdan sonra cəmi 7 xal toplayıb və sonuncu pillədə qərarlaşıb. İndi kollektivin qarşısına yalnız bir məqsəd qoyulub: premyerliqada qalmaq. Bu istiqamətdə fasilə dövründə müəyyən işlər görülüb və komandanın heyəti Zaur Ramazanov, Emin Quliyev, Füzuli və Xaqani Məmmədovlar kimi ölkə çempionu olmuş, Azərbaycan yığmasının şərəfini qorumuş futbolçularla gücləndirilib. Bundan əlavə, Rövşən Əmiraslanov, Şəhriyar Rəhimov və Murad Xamroyev də mövsümün sonuna qədər yevlaxlıların şərəfini qoruyacaq. Bir sözlə, Yunis Hüseynov müəyyən qədər rəqabətə davamlı heyət toplaya bilib və təcrübə hesabına "Karvan"ı belə çətin vəziyyətdən çıxarmağa çalışacaq. İlk imtahan isə bürünc mükafatçı "Simurq" qarşısında veriləcək.
       
       "Simurq"un da heyətində bir futbolçu var ki, bu komandaların duelində əhəmiyyətli mövqeyə malikdir, amma hazırda start heyətinə düşməkdə çətinlik çəkir. Roman Axalkatsi "Karvan"da çıxış etdiyi vaxtlarda 2 dəfə "sarı-qaralar"ı məyus edib, indi isə özü sarı-qara formanı geyinir. Yəqin, Axalkatsi üçün Yevlaxda "Karvan"la qarşılaşma xüsusi prinsipiallıq daşıyar və gürcüstanlı futbolçu vaxtilə ona doğma olan tribunalara özünü bir daha göstərməyə çalışacaq.
       
       Amma istənilən halda start heyəti qurmaq baş məşqçinin səlahiyyətlərinə daxildir və şübhə yoxdur ki, həmin heyətin qarşısında yalnız bir məqsəd qoyulacaq: qələbə!
    Bu yazı 80 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Digər xəbərlər
    Qaliblər mükafatlandırıldı (73)
    Fərid Mansurov medalsız qaldı (67)
    AFFA FİFA-ya zəmanət sənədi göndərdi (91)
    Cüdoçularımızdan 9 medal (82)
    Seleksiyaçı-məşqçilərin təyinatı (71)
    Ponomaryov qol vurdu, "6" aldı (50)
    "Simurq" finiş xəttinə Yevlaxda çıxır (80)


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "Qarabağla bağlı bir neçə araşdırmam var"

    Misirlə Azərbaycan arasında hərtərəfli əlaqələrin tarixi antik dövrlərə təsadüf edir. Sovetlər dönəmində iki dost xalq arasında



    "İranın vasitəçi kimi müzakirələrə qoşulması lazımdır"

    Fevralın 11-də İranda islam inqilabının 31-ci ildönümü keçiriləcək. Bu hadisə ərəfəsində "Trend" İranın Azərbaycandakı səfiri


    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (4698)


    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (4482)


    2010-01-30 "Azərbaycan hər zaman ürəyimdədir" (4439)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17