Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
02 Fevral 2010-cu il Gənclərin vətəndaş aktivliyi yüksəkdir            Təbrik            Təmas xəttində monitorinq keçiriləcək            Vizanın ləğvi jurnalistlərə aid deyil            İrəvana getməyəcəyimiz rəsmən təsdiqləndi             Xrici ticarət dövriyyəsi 3 dəfə artıb            Veteranların pensiyası artırıldı             Fəhlələr qan tökdülər            Hindistanlı farmasevtlər Bakıya gəlir            Ermənilər təlimlərə başlayıblar     N 044(1945)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    "Qarabağla bağlı bir neçə araşdırmam var"
    "Suriya ilə Livan Azərbaycanla Ermənistan arasında vasitəçilik etməlidir"

    Misirlə Azərbaycan arasında hərtərəfli əlaqələrin tarixi antik dövrlərə təsadüf edir. Sovetlər dönəmində iki dost xalq arasında münasibətlərə Moskva körpü olsa da, öz qüvvəmizlə tarixi bağlarımızı qoruyub-saxladıq və hətta inkişaf etdirdik. Azərbaycan müstəqilliyinə qovuşduğu ilk vaxtdan isə qapılarımızı bir-birimizin üzünə açdıq.
       
       
       
       Elə bunun nəticəsidir ki, ölkələrimiz arasında prezidentlər səviyyəsində başlanan səfərlər ictimaiyyətin bütün təbəqələrinə sirayət etməkdədir. Misirin tanınmış Ayn-Şəms Univesitetinin professoru Əl-Səfsafi Əhməd əl-Morsinin 3 nəfərlik alimlər qrupu ilə Bakıya gəlişi də məhz bu qəbildəndir. Onun türkoloq-alim olduğunu nəzərə alıb, xalqlarımız arasında mənəvi, hətta bir sıra məqamlarda siyasiləşmiş əlaqələrə işıq salmaq məqsədi ilə görüşüb-söhbətləşməyi qərara aldıq. Əvvəlcə ondan qışın bu qarlı-şaxtalı havasında Azərbaycana səfərinin məqsədini soruşduq.
       
       - Bura da Misir Mədəniyyət Nazirliyinin proqramı çərçivəsində gəlmişəm. 3 nəfərik, düşündük, azərbaycanlı həmkarlamızla görüşüb elmi-ədəbi, tarixi sahələrdə fikir mübadiləsi aparaq, bir sıra müştərək problemlərimizdən çıxış yolları arayaq. Bakı Dövlət Universitetində, Yazıçılar Birliyində olduq - tədbirlərimiz çox möhtəşəm keçdi, danışıqlarımız uğurla nəticələndi. Başlıca nailiyyətimiz budur ki, razılığa əsasən, Azərbaycanda ərəb dilinin tədrisi həyata keçiriləcək. Biz isə qarşılığında Misirdə Azərbaycan dili və ədəbiyyatının tanıdılması üçün səylərimizi artıracağıq.
       
       - Yanınızda bir xanım görürəm, onun missiyası nədən ibarətdir?
       
       
    - Halə İbrahim əl-Bədrini deyirsiniz - o, yazıçıdır. O, Misir Mədəniyyət Mərkəzində keçirdiyimiz konfransda qadın problemlərinə dair çıxış etdi. Bilirsiniz, istər Misir, istərsə də Azərbaycan qadınlarının problemləri çoxdur. Çalışıb onları həll etməliyik və xanım Halənin də məqsədi budur. Məncə, bu cür birgə tədbirləri nə qədər çox keçirsək, müştərək problemlərdən də bir o qədər asanlıqla can qurtara bilərik.
       
       - Bu, Bakıya ilk səfərinizdir, yoxsa əvvəl də gəlmisiniz?
       
       
    - Əvvəl də Bakıda olmuşam. Diasporlarla bağlı tədbir keçirilirdi, mən də ora dövlət xətti ilə qatılmışdım. Əslində, mən ürəyi həmişə Azərbaycanla döyünən insanam. Misirdə də hər zaman tələbələrə Azərbaycanla bağlı daha çox bilgi verməyə çalışıram. Əsas odur ki xalqlarımızın dostluğu naminə əlimdən gələni etmişəm və edəcəyəm də.
       
       - Misirli tələbələri ökəmizlə bağlı məlumatlandırdığınızı deyirsiniz. Sirr deyilsə, Azərbaycan həqiqətlərini çatdırmaq üçün nələr etmisiniz?
       
       
    - Onlara Azərbaycanın müsəlman dünyasının bir parçası olduğunu, tarixi, ədəbiyyatı və sair barədə məlumatlar veririk. Amma bu, məqsədimizin tam mahiyyəti deyil. Yəni biz əsas baza kimi 20 ildir misirli tələbələrə Azərbaycan dilini mükəmməl öyrətməyə çalışırıq. Əgər onlar azəri türkcəsində yaxşı danışa bilsələr, sonradan bu xalqın ədəbiyyatını, tarixini sərbəst öyrənə biləcəklər. İlkin məqsədimiz budur və Allaha şükür ki, hələlik işimizdə axsamırıq.
       
       - Maraqlıdır, belə müqəddəs missiyanı həyata keçirdiyiniz halda, Azərbaycan tarixinə nə dərəcədə bələdsiniz?
       
       
    - Həyatımın neçə ilini Azərbaycan tarixinin tədqiqinə həsr etmişəm. Bununla bağlı bir "Azərbaycanın keçmiş və gələcək vəziyyəti arasında vəziyyət" adlı kitab da yazmışam. Əsər Azərbaycanın həm keçmişi, həm də müasir dövrünü əhatə edir. Çalışacağam bu il həmin əsəri çap etdirim.
       
       - İndiyədək tələbələriniz arasında ermənilər olub?
       
       
    - Xeyr, təsadüf etməmişəm. Hansı ki Misirdə doğrudan da xeyli sayda erməni mənşəli vətəndaş yaşayır. Özü də onlar Misirə dünən-srağagün yox, lap çoxdan gələnlərdir. Amma açıq desəm, onlar türkoloq olmaq istəmirlər.
       
       - Eşitdiyimizə görə, Misirdə erməniləri azərbaycanlılardan daha yaxşı tanıyırlar, səbəb nədir?
       
       
    - Mən bu fikirlə razı deyiləm. Sonra da ermənilərin daha çox tanındığını deyən insanlar bunun cavabını gərək özləri versinlər. Əgər ermənilər özlərini daha çox tanıdıb reklam edirlərsə, məktəbləri, mədəniyyət mərkəzləri fəaliyyət göstərirsə, hər tərəfdə, hətta şəhərarası avtobusların üzərinə Ermənistanla bağlı reklamlar yapışdırırlarsa, deməli, səbəb aydındır.
       
       - Dağlıq Qarabağ münaqişəsinə dair nə bilirsiniz?
       
       
    - Düzünü desəm, siyasətlə məşğul olmaqdan xoşlanmıram. Buna baxmayaraq Dağlıq Qarabağla bağlı bir neçə araşdırmam var. Bunlardan biri həmin ərazinin tarixinə dair idi. İkinci məqaləni isə əsasən təkliflər üzərində qurmuşdum. Orada göstərmişdim ki, Suriya ilə Livan həm Azərbaycanla Ermənistan, həm də Türkiyə ilə Ermənistan arasında vasitəçilik etməlidirlər. Çünki Suriya ilə Livanın adını çəkdiyim ölkələrin hər biri ilə yaxşı əlaqələri mövcuddur. Eyni zamanda bu dövlətlərin hamısı bir məkanda yerləşdiklərindən tarixən bir-birinin xeyir-şərlərində iştirak ediblər, pis-yaxşı qonşudurlar, ona görə də sözləri tez tutar.
       
       - Suriya və Livanın adını çəkirsiniz, bəs niyə ərəb aləminin ən böyük dövləti olan Misirin vasitəçilik etmək imkanlarını xatırlatmırsınız?
       
       
    - Misir də vasitəçilik edə bilər və buna şansı daha çoxdur. Çünki Misir həm Afrika Dövlətləri Təşkilatının, həm də Ərəb Dövlət Liqasının ən nüfuzlu üzvlərindəndir. Buna görə də təsir qüvvəsi də böyükdür. Üstəlik, Azərbaycan müstəqillik qazandıqdan sonra Misirdə Heydər Əliyev adına park açılıb, məktəb istifadəyə verilib. Bakıda da həmçinin, eyni addımlar atılıb. Bu cür əlaqələr isə dövlətlərimizin bir-birini bütün səviyyələrdə dəstəkləməsinə zəmin yaradır.
       
       - Siz alimsiniz, yəqin bilirsiniz ki, İsgəndəriyyə kitabxanasında saxlanılan qədim xəritələrdən birində nəinki Qarabağ, hətta indiki Ermənistan torpaqlarının böyük hissəsi Azərbaycan ərazisi kimi göstərilib?
       
       
    - Şəxsən mən bu xəritəni görməmişəm, amma onun mövcudluğuna şübhə də etmirəm. Çünki neçə yüzilliklər ərzində Misir də daxil olmaqla bütün ərəb dünyası, hətta Balkanlar Osmanlı imperiyasının tərkibinə daxil idi. Yəni bölgənin tarixi kimi, ictimai-siyasi həyatı da vəhdət təşkil edirdi. Bu baxımdan o dövrün xəritəsini tək Qarabağ deyil, eyni zamanda, Fələstin və Kipr problemlərini də isbatlamaq üçün əsas götürmək olar.
       
       - Yeri gəlmişkən, siz, eləcə də həmkarlarınız ərəb və türk alimləri olaraq niyə bir konfrans keçirib adlarını çəkdiyiniz münaqişələrə çözüm yolları aramırsınız? Məncə, siz alimlərin gəldiyi nəticəni siyasətçilər də qəbul edə bilər?
       
       
    - Razıyam, istər biz alimlərin, istərsə də bölgə ölkələrinin mədəniyyət nazirləri və səfirlərinin iştirakı ilə belə tədbirlər düzənlənsə, mütləq çıxış yolu tapılar. Düzdür, bu, sadəcə, ümumi fikrin nəticəsi olacaq, yəni nəzəriyyə sayılacaq. Çünki bizim əlimizdə nə qanunverici, nə də icraedici səlahiyyəti var. Amma bütün hallarda problemin həllinə köməyimiz dəyə bilər.
       
       - Şəxsi müşahidəmə əsasən deyə bilərəm ki, bəzən Fələstin - İsrail danışıqları müsbət nəticə verməyə yaxınlşır. Hətta az qala sülh sazişi imzalanacaqdı ki, qəfil nə isə baş verir və tərəflər yenidən geri çəkilir. Ərəb alimi olaraq millətinizin üzləşdiyi bu problemin sirrini açasınız bəlkə?
       
       
    - Cavab aydındır: Yaxın Şərqi sülhə gəlməyə qoymayan Qərb dövlətləridir. Bütün bəşəri dinlər bu bölgədə meydana gəlib. Mən deyərdim Yaxın Şərq Yer kürəsinin mərkəzidir. Avropa və Birləşmiş Ştatlar bilir ki, İsrail - Fələstin münaqişəsi çözülsə, onların bölgədə hökmranlığı sona çatacaq. Ona görə də bu cür münaqişə ocağını saxlamaqla qılınclarını ərəb - müsəlman hümmətinin başı üzərində saxlamaq istəyirlər. Elə Kipr, Qarabağ, Darfur, İraq və Somali problemləri də eyni ssenari əsasında yaradılıb.
       
       - Məsələ ondadır ki, 22 mustəqil ərəb dövləti nəinki zərurət yarananda bir-birini dəstəkləmir, əksinə, düşmənə çevrilirlər. Fələstin, İraq, Livan, Suriya, Liviya kimi ölkələr zaman-zaman Ərəb Dövlət Liqasının gözləri qarşısında düşmən hücumuna məruz qalır?
       
       
    - Bütün bunların əsas günahı ABŞ və Avropadadır. Onlar ərəb millətini birləşməyə qoymurlar, tarixən bölgə dövlətlərini zəiflətmək üçün hər cür çirkin planlara əl atırlar. Axı Yaxın Şərq inkişaf etsə, Qərbin müasir texnologiyasını kim alacaq? Hətta ərəb dünyası sabah bir bayraq altında birləşə də bilər ki, bu da Qərb üçün xoşagəlməz vəziyyət olardı.
    Vüsal Tağıbəyli
    Bu yazı 2059 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Digər müsahibələr
    "Qərb Qarabağda vəziyyəti gərginləşdirir" (0)
    İnal Pliyev: "Siz bizə yad deyilsiniz"
    "Həll olunmamış münaqişələr baha başa gəlir" (40)
    Qoran Lenmarker: "Mən nikbin əhvali-ruhiyyədəyəm"
    ABŞ-ın son qərarı türk milli qürurunu yenidən dirçəldib (40)
    Mehmet Şahin: "Türk xalqı Qarabağ münaqişəsini özünün problemi kimi görür"
    "Azərbaycanda universal televiziya yoxdur" (24)
    Qulu Məhərrəmli: "AzTV"də işləmək mənim üçün heç vaxt rahat olmayıb"
    "Uğurlarımız bir qisim insanı qısqandırır" (274)
    Ənvər Özərən: "Bəs bu illər ərzində siz nə iş gördünüz?"
    "Türkmənistan və Özbəkistanı da TürkPA-da görəcəyik" (313)
    İlham İsmayılov: "Mehmet Əli Şahin bu dövlətlərin quruma cəlb olunmasına səy göstərəcəklərini bildirib"
    Loğman da təbiətdədir, dərman da... (383)
    Süleyman Qaradağlı: "Elə bir dərd yoxdur ki, onun təbiətdə müalicəsi olmasın"
    "Milli fəaliyyət planının qəbulunu alqışlayıram" (391)
    Tomas Hammarberq: "Bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə hazıram"
    "Qarşımızda çox böyük işlər durur" (384)
    Hüseyn Bağırov: "Bu ilin "Ekologiya ili" elan olunması dövlət başçısının əməyimizə verdiyi yüksək qiymətdir"
    "Bu ordeni mənə Fransa dövləti verib" (526)
    Larisa Reyxrudel: "Ramiz Mehdiyev bizi Bakıda yerlə təmin etdi"
    Ermənistan müstəmləkəyə çevriləcək (634)
    Ağasəf İmran: "İraqın təklənməsi İran üçün ibrət dərsi olmalıdır"
    "ATƏT separatçı reyimlər tərəfindən keçirilmiş seçkiləri tanımayıb" (625)
    Bahar Muradova: "Növbəti dəfə də təşkilatdan belə rəy gözləyirik"
    "Dağlıq Qarabağda müharibə uzun sürə bilər" (662)
    Sergey Mixeyev: "Münaqişə hazırda Rusiya üçün mərkəzi problem deyil"
    "İran Azərbaycandakı casuslarının sayını artıra bilər" (1266)
    Abdulla Amir Haşimi: "Rəsmi Tehran hizbullahçıları Azərbaycana, Əfqanıstana göndərir"
    "Uşaq bətnimdə olanda DNT analizi aparılıb" (836)
    Şəmsiyyə Bəylərqızı: "Əfşar Süleymani cərrahi əməliyyatdan sonra normal cinsi həyat yaşayıb"
    "Müxalifəti Rauf Arifoğlu parçalayıb" (930)
    Nurəddin Məmmədli: "Bu gün baş verən qarşıdurmaları qınayırıq"
    "Reketçilik Mətbuat Şurasını da özünə bağlayıb" (925)
    Yadigar Məmmədli: "Hər yerindən duran bir mükafat, diplom düzəldir"
    "Budapeşt Ramil Səfərovu azad etməyi düşünmür" (1227)
    Jeno Boros: "Bakı bizi inandırmalıdır ki, gələcəkdə məhkumun cəzasında dəyişiklik etməyəcək"
    "Məmurlar bizim "çörək ağacı"mızdır" (1154)
    Rauf Arifoğlu: "Tirajımız azalanda Kəmaləddin Heydərovla bağlı material axtarırıq"
    DİN rəhbərliyinin mühafizənin polislə təmin olunmasında marağı yoxdu (1085)
    Mədət Quliyev: "Əksinə, bu xidmətdə polisin sayını azaldırıq"
    1   2   3   4   5   6   7   8   9   10   11   12   13   14   15   16   17   18   19   20   21   22   23   24   25   26   27   28   29   30   31   32   33   34   35   36   37   38   39   40   41   42   43   44   45   46   47   48   49   50   51   52   53   54   55   56   57  
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Qarabağla bağlı bir neçə araşdırmam var"

    Misirlə Azərbaycan arasında hərtərəfli əlaqələrin tarixi antik dövrlərə təsadüf edir. Sovetlər dönəmində iki dost xalq arasında münasibətlərə Moskva körpü olsa da, öz qüvvəmizlə tarixi bağlarımızı qoruyub-saxladıq və hətta inkişaf etdirdik. Azərbaycan müstəqilliyinə qovuşduğu ilk



    "İranın vasitəçi kimi müzakirələrə qoşulması lazımdır"

    Fevralın 11-də İranda islam inqilabının 31-ci ildönümü keçiriləcək. Bu hadisə ərəfəsində "Trend" İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhramidən ölkədə hazırkı vəziyyət, ölkənin Azərbaycanla ikitərfli əlaqələrin səviyyəsi, həmçinin xarici siyasətin digər


    2010-01-28 "Nənəm Perə ərə getməyimi istəmirdi" (2263)

    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (2247)

    2010-01-27 1580 qanunsuz REV aşkarlanıb (2243)

    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (2234)

    2010-02-05 "İrandakı vəziyyət beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur" (2234)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17