Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
02 Fevral 2010-cu il Gənclərin vətəndaş aktivliyi yüksəkdir            Təbrik            Təmas xəttində monitorinq keçiriləcək            Vizanın ləğvi jurnalistlərə aid deyil            İrəvana getməyəcəyimiz rəsmən təsdiqləndi             Xrici ticarət dövriyyəsi 3 dəfə artıb            Veteranların pensiyası artırıldı             Fəhlələr qan tökdülər            Hindistanlı farmasevtlər Bakıya gəlir            Ermənilər təlimlərə başlayıblar     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    İKT Xocalı faciəsini soyqırım kimi tanıdı

    Xarici İşlər Nazirliyindən aldığımız məlumata görə, dünən İslam Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin Parlament Birliyi (İKT PB) konfransının Uqandanın paytaxtı Kampala şəhərində təşkil edilən 6-cı sessiyası öz işini başa çatdırıb.
       
       
       
       51 dövlətin parlament heyətləri başçılarının iştirak etdiyi konfransda İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə "İKGF ilə KT PB arasında əməkdaşlıq" haqqında qətnamə qəbul edilib. İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "insanlığa qarşı cinayət" kimi qiymət verilib. İKGF-nin Uqandada adıçəkilən tədbirdə iştirak edən nümayəndə heyətinə istinadən bildirilir ki, qətnamədə "Xocalıya ədalət!" kampaniyasına tam dəstək ifadə edilərək, quruma üzv olan 51 dövlətin parlamentindən qırğını insanlığa qarşı cinayət" kimi tanımağa və kampaniyaya həm milli, həm də beynəlxalq səviyyələrdə dəstək verməyə çağıran bənd də öz əksini tapıb. Qətnamənin qəbul edildiyi toplantıda 10-dan artıq ölkənin parlament başçıları, 100-ə yaxın parlament üzvləri, eləcə də bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Ermənistanın da üzv oldugu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Birliyinin nümayəndələri də iştirak ediblər. Sənədi şərh edən İKGF baş katibi səfir Elşad İsgəndərov bildirib ki qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini "insanlıga qarşı cinayət" kimi tanıyan ilk sənəddir: "Nəzərə alsaq ki İKT PB öz sıralarında dünya parlamentlərinin dörddəbirini cəmləşdirir və dünyanın ən böyük parlamentlərarası beynəlxalq qurumlarındandır, sözügedən termin Xocalı faciəsinin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırım siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması və bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün keyfiyyətcə yeni mərhələ açacaqdır". Qətnamənin qəbul olunması ilə bağlı ideya İKGF baş koordinatoru Leyla Əliyeva tərəfindən ötən il Bakıda kampaniyanın milli koordinatorlarının görüşü zamanı irəli sürülüb və ötən müddət ərzində kampaniyanın İKT ölkələrindəki fəallarının milli parlamentlərinə yönəlmiş lobbiçilik fəaliyyəti nəticəsində uğurla qəbul edilib. Bu prosesə İKGF-nin bir sıra İKT ölkələri parlamentləri və ilk növbədə Milli Məclis və onun katibliyi ilə əməkdaşlıgı xüsusi dəstək verib. "Xocalıya ədalət" kampaniyasına 2009-cu ilin fevralında start verilib və hazırda 30-dan artıq ölkədə yüzlərcə könüllünun iştirakı ilə uğurla davam etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. İKT PB-nin konfransı qurumun ali qərarverici orqanıdır, sessiyaları 2 ildə 1 dəfə müvafiq olaraq təşkilata üzv Afrika, Asiya və ərəb ölkələrinin birində keçirilir. Qeyd edək ki, Xocalıya beynəlxalq səviyyədə hüquqi qiymətin verilməsi istiqamətində diaspor təşkilatlarının fəvliyyəti tək bununla yekunlaşmır. ABŞ-da fəavliyyət göstərən Amerika - Azərbaycan Şurası da Konqresin üzvlərinə, prezident Obamaya elektron məktublar ünvanlayıb. Təşkilatdan aldığımız məlumata görə, bu kampaniya Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı aparılır. Müraciətdə Ağ Ev rəhbəri və Konqres üzvlərindən soyqırıma hüquqi qiymət verilməsi və onun qurbanlarının anılması istənilir. Həmçinin bəşəriyyət əleyhinə törədilən ən qanlı cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı müstəqil komissiyanın və beynəlxalq tribunalın yaradılmasında Vaşinqtonun dəstəyinə ehtiyac duyulduğu vurğulanır.
       
       
    Azad Əliyev
    Bu yazı 57 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Digər xəbərlər
    Azərbaycanlı zəvvarların vəziyyəti normaldır (58)
    Qarabağ məsələsi müzakirə olunub (50)
    Deputat həmkarını qınadı (61)
    Cinayət işi istintaqa qaytarılıb (57)
    Mer azərbaycanlı tələbələrlə görüşüb (64)
    Nazirlik açıqlama yayıb (72)
    İKT Xocalı faciəsini soyqırım kimi tanıdı (57)


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "Qarabağla bağlı bir neçə araşdırmam var"

    Misirlə Azərbaycan arasında hərtərəfli əlaqələrin tarixi antik dövrlərə təsadüf edir. Sovetlər dönəmində iki dost xalq arasında



    "İranın vasitəçi kimi müzakirələrə qoşulması lazımdır"

    Fevralın 11-də İranda islam inqilabının 31-ci ildönümü keçiriləcək. Bu hadisə ərəfəsində "Trend" İranın Azərbaycandakı səfiri


    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (4699)


    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (4483)


    2010-01-30 "Azərbaycan hər zaman ürəyimdədir" (4439)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17