Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
02 Fevral 2010-cu il Gənclərin vətəndaş aktivliyi yüksəkdir            Təbrik            Təmas xəttində monitorinq keçiriləcək            Vizanın ləğvi jurnalistlərə aid deyil            İrəvana getməyəcəyimiz rəsmən təsdiqləndi             Xrici ticarət dövriyyəsi 3 dəfə artıb            Veteranların pensiyası artırıldı             Fəhlələr qan tökdülər            Hindistanlı farmasevtlər Bakıya gəlir            Ermənilər təlimlərə başlayıblar     N 045(1946)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    "İranın vasitəçi kimi müzakirələrə qoşulması lazımdır"
    Məhəmməd Bagir Bəhrami: "Tehran Qarabağ probleminin həllinə dair müzakirələrə müsbət təsir etmək imkanına malikdir"

    Fevralın 11-də İranda islam inqilabının 31-ci ildönümü keçiriləcək. Bu hadisə ərəfəsində "Trend" İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhramidən ölkədə hazırkı vəziyyət, ölkənin Azərbaycanla ikitərfli əlaqələrin səviyyəsi, həmçinin xarici siyasətin digər tərəfləri barədə məlumat verməsi üçün müsahibə götürüb.
       
       - İran və Azərbaycan arasında əlaqələrin mövcud vəziyyətini və gələcək perspektivlərini necə görürsünüz? Bu il iki ölkə arasında nə kimi proqramlar icra olunacaq?
       
       
    - İran və Azərbaycan arasında əlaqələr strateyi əlaqələrdir. İran öz siyasətində Azərbaycanla əlaqələrin inkişafına xüsusi yer ayırır. İranın regiondakı rolu, qonşu ölkələrlə, xüsusilə Azərbaycanla yaxşı münasibətləri, Azərbaycanla müştərək mədəniyyət, din və dilə sahib olması Azərbaycanın İran üçün xüsusi əhəmiyyət kəsb etməsinə dəlalət edir (bilirsiniz ki, İranın bəzi sərhəd regionlarında Azərbaycan dilində danışılır). Şükürlər olsun ki, ötən illərdə iki ölkə arasında yaxşı münasibətlər qurulub və cənab İlham Əliyevin ötən il Tehrana səfərindən sonra bütün sahələrdə siyasi, ictimai, iqtisadi, mədəni, təhlükəsizlik sahələrində iki ölkə arasında əməkdaşlıqlar üçün yeni səhifə açıldı.
       
       Ümid edirəm ki, hazırlanmış proqramlar hər iki prezidentin iradəsi ilə həyata keçiriləcək. Cari ildə iki ölkə arasında imzalanmış müqavilə və razılaşmalar (müştərək komissiyalar və prezidentlər tərəfindən imzalanmış razılaşmalar) icra olunacaq. Yeni təkliflər də mövcuddur ki, çalışmalar nəticəsində icra olunacaq, inşallah. İki ölkənin rəsmiləri və qurumları arasında əlaqələrin inkişaf etdirilməsi də çox əhəmiyyətlidir. Ötən il ərzində iki ölkənin rəsmilərinin qarşılıqlı səfərləri haqda deyə bilərəm ki, İranın yüksəkçinli rəsmilərindən 30 nəfər, o cümlədən prezidentin müavinləri, nazirlərin müavinləri və parlament nümayəndələri Azərbaycana səfər edib. Azərbaycanın xarici işlər naziri cənab Elmar Məmmədyarovun Tehrana səfəri də çox əhəmiyyətli səfər idi. Cənab İlham Əliyevin İranın Dağlıq Qarabağ probleminin həllində dost və qardaş Azərbaycan dövlətinə kömək etməsinə razılıq verməsi və İranın Azərbaycandan qaz alması məsələləri də gündəmdədir. Bir müddət öncə İran və Azərbaycan arasında qaz alınmasına dair müqavilələrdən biri imzalandı. Ümid edirəm ki, Azərbaycandan alacağımız qazın miqdarı 2 milyard kubmetrə kimi artırılacaq. Hazırda İran və Azərbaycan arasında üç ay ərzində qazın alınması məqsədi ilə müqavilə imzalanıb. Müqavilənin 100 gün ərzində icrası zamanı əlavə 2 milyard kubmetr qazın alınmasına görə də müqavilənin imzalanmasına nail olacağıq. Əlbəttə, biz Azərbaycandan alınacaq qazın miqdarının 5 milyard kubmetrədək artırılmasını istəyirik. Bunun üçün yeni boru kəmərinin çəkilməsinə ehtiyac var və bu haqda da müzakirələr aparılıb. Ötən ildə diqqət mərkəzində olan və həyata keçirilən məsələlərdən biri də idman, mədəniyyət və elm sahələri üzrə nümayəndə heyətlərinin İrana səfər etməsidir. İran tərəfindən atılmış əhəmiyyətli addımlardan biri də viza reyiminin birtərəfli ləğvi məsələsidir ki, bu, İranın Azərbaycandakı səfirliyi tərəfindən təklif olunmuş və mənim davamlı səylərimlə həyata keçirildi. Viza reyiminin ləğvi İran İslam İnqilabının qələbə çalmasının ildönümü və İranda "Fəcr ongünlüyü" bayram tədbirlərinin başlanması münasibətilə fevralın 1-dən etibarən həyata keçiriləcək. Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov cənabları İran parlamentinin spikeri tərəfindən İrana dəvət olunub. Ümid edirəm ki, bu səfər fevral ayının 20-nə kimi baş tutacaq. Eləcə də İran İslam Respublikasının Milli Təhlükəsizlik məsələləri üzrə Ali Şurasının katibi Səid Cəlili Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi İrana səfərə dəvət edib. Bu səfərin vaxtı hələlik dəqiq deyil. Bunun üçün mən cənab Mehdiyevlə görüşüb səfərin vaxtını müzakirə etməsliyəm.
       
       - Sizin fikrinizcə, İran və Azərbaycan əlaqələrinin inkişaf etdirilməsinə mane olan amillər mövcuddurmu? İki ölkə arasında siyasi dialoqları artırmaq üçün nə kimi işlər görülməlidir?
       
       
    - Mən iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində heç bir maneə görmürəm. İnşallah, iki ölkə prezidentlərinin təşəbbüsü ilə hazırlanmış proqramlar həyata keçiriləcək və bu, iki ölkə arasındakı əlaqələrin inkişafında sıçrayış olacaq. Ölkələrimiz arasında siyasi dialoqların artırılması üçün qarşılıqlı səfərlər, görüşlər və danışıqlar davam etdirilməlidir.
       
       - İran Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ konfliktinin həllində hansı köməyi göstərə bilər?
       
       
    - İran Dağlıq Qarabağ probleminin ilk başlandığı gündən bu problemin ancaq region ölkələrinin özü tərəfindən həll oluna biləcəyinə inanır. İran İslam Respublikasının fikrincə, regiondan kənar ölkələrin hər biri yalnız öz mənafelərini güdür, Qarabağ problemini öz mənafelərini təmin etmək üçün vasitə kimi görürlər. Regionun xaricində olan ölkələr regionda nüfuzunun artırılması, eneryi məsələləri və etnik məsələlər kimi hədəflər güdürlər. Bu baxımdan münaqişə tərəfləri özləri ayrıca qərar qəbul etməklə problemin həllinə çalışmalıdırlar. İran müxtəlif səbəblərdən bu problemin həllinə dair müzakirələrə müsbət təsir etmək imkanına malikdir. Birincisi, İran münaqişə zonasına ən yaxın ölkədir və münaqişənin başvermə səbəblərinə bələddir. Eləcə də İran problemin ədalətli həlli üçün əvvəllər fəaliyyət göstərib. İran münaqişənin başlandığı gündən həmişə çalışıb ki, münaqişə tərəfləri arasında maneələr aradan götürülsün və hər iki tərəfi qane edəcək nəticə əldə olunsun. Regionda əldə olunmuş hər hansı razılığın birbaşa və ya dolayısı ilə İrana təsiri olacaq. Bu baxımdan İranın da ədalətli vasitəçi kimi bu müzakirələrə qoşulması lazımdır. İran müxtəlif səbəblərdən tərəflərlə müzakirə aparmaq üçün çox yaxşı potensiala malikdir. Azərbaycan İranın bu potensialından münaqişənin müsbət həllinə təsir göstərmək üçün istifadə edə bilər. İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən strateyi siyasət yürüdür və Azərbaycan İranın regiondakı məsələlərdəki roluna ümid bəsləyə bilər. İran münaqişə tərəfləri olan hər iki ölkə ilə qonşu olduğundan, təbii ki, öz sərhədlərinin yaxınlığında baş verən münaqişəyə laqeyd yanaşa bilməz. Region hazırda kənar ölkələrin bir-biri ilə hesablaşma meydanına çevrilib. İran təklifləri bu problemin reallıqlarını görmək və münaqişənin uzanmasına səbəb olan amilləri araşdırmaqdır. İran inanır ki, münaqişə tərəflərinin özləri ilə müzakirə etməklə, ölkələrin ərazi bütövlüyünü qorumaq və qarşılıqlı ehtiram şəraitində və ədalətli vasitəçiliklə problemin həlli yönündə müsbət addımlar atmaq olar. Yuxarıda qeyd etdiyim kimi, İran həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və problemin həlli üçün hər hansı bir layihədə bu şərtin vacibliyini vurğulayıb. Münaqişənin həlli üçün geosiyasi detallarla birlikdə müxtəlif layihələr var, lakin hər halda, İran münaqişənin müzakirə və qarşılıqlı anlaşma yolu ilə həllini istəyir. İranın şərti budur ki, problemin həllində ədalətə riayət olunsun.
       
       - İranın Xəzər dənizi ilə bağlı hazırkı mövqeyi necədir? Bu il Xəzəryanı ölkələrin Xəzərin hüquqi statusu ilə bağlı razılığa gəlməsi üçün ümid varmı?
       
       
    - Fikrimcə, Xəzərin hüquqi statusu məsələsində heç bir mübahisə yoxdur. Xəzəryanı ölkələr bu məsələ ilə bağlı bir çox razılığa gəliblər və bu sahədə xüsusi nümayəndələr çalışır. Xəzərin statusu ilə bağlı xüsusi nümayəndələrin sonuncu görüşü iki ay öncə Bakıda keçirilib. İclaslarda Xəzərin hüquqi məsələləri müzakirə olunur və indiyədək Xəzərin hüquqi statusu məsələlərindən 70 faizi ölkələr arasında razılaşdırılıb. Azərbaycan xarici işlər nazirinin Tehrana səfəri zamanı müzakirə olunmuş məsələlərdən biri də Xəzərin hüquqi statusu məsələsi idi. Cənab Elmar Məmmədyarovun İran prezidenti Mahmud Əhmədineyadla görüşündə bu məsələ müzakirə olunmuş və prezident razılaşdırılmamış məsələlərin tez bir zamanda həllinə göstəriş vermışdir. Ümid edirəm ki, yaxın gələcəkdə Xəzəryanı ölkələr su hövzəsinin hüquqi statusu məsələsini həll edəcək və 5 ölkə "qarşılıqlı anlaşma"nı bayram edəcək.
       
       - Bu il İran İslam İnqilabının 31-ci ildönümü keçiriləcək. Sizcə, İslam İnqilabının ilkin şüarları (istiqlal, azadlıq) bu gün nə dərəcədə həyata keçirilib?
       
       
    - Bu bir danılmaz həqiqətdir ki, dünya ölkələri arasında bu gün siyasi baxımdan ən müstəqil ölkə İran İslam Respublikasıdır. İran İslam Respublikasında konstitusiya çərçivəsində çoxlu azadlıqlar mövcuddur. İranda prezident seçkilərindən sonra baş vermiş hadisələrə nəzər salsaq, elə bu özü İranda azadlığın olmasına nümunədir. Bu, İran xalqının nə dərəcədə azad olmasını göstərir. İranda qanun çərçivəsində azadlıq olub və olacaq. Fikrimcə, İran İslam Respublikasının ötən 30 il ərzində gördüyü işlərlə inqilabın ilkin şüarları daha da rəngarən və möhkəm olub. Xalq daha mətinləşib, xüsusilə gənc nəsil ölkənin inkişafı və dəyərləri uğrunda çalışır. İranda bir çox sahələrdə, o cümlədən sənaye, əkinçilik, kosmos, tibb və müdafiə texnologiyaları və sülh yönlü nüvə texnologiyası sahəsində böyük nailiyyətlər qazanılıb. Həmin nailiyyətlərin əksəriyyəti ölkənin gənc alimləri tərəfindən əldə olunub. Fikrimcə, bu il İran xalqı İslam İnqilabının 31-ci ildönümünü daha da güclü və baş ucalığı ilə keçirəcək. İran İslam İnqilabı mədəni inqilabdır. İlahi dəyərlər, müstəqillik, azadlıq, ədalət və zülmə boyun əyməmək bu inqilabın xüsusiyyətlərindəndir. Fikrimcə, dünya xalqları bu inqilabdan çox dərslər və nümunələr götürüb. "Sionist reyiminin" silhalı qüvvələri dünyanın beşinci böyük ordusu hesab edilir, lakin Livanın dindar və mübariz xalqı "Hizbullah"ı dəstəkləməklə dünyanın beşinci ordusunu diz çökməyə məcbur etdi. Bu göstərir ki, onların qələbəsinə nəsə mühüm bir amil səbəb olub. Tarixə nəzər salsaq, görərik ki, ərəblər İsrail ilə mübarizədə dəfələrlə məğlubiyyətə uğrayıblar. Lakin "Hizbullah" İran İslam İnqilabını və İran xalqını özünə nümunə seçərək dünyanın ən güclü ordularından birini diz çökməyə məcbur etdi. Bu gün Latın Amerikası ölkələrindəki dəyişikliklər də buna nümunə ola bilər. Biz inanırıq ki, daha ədalətsizlik, hegemonluq, insan haqları ilə bağlı ikili standartlar üzərində qurulmuş Qərb mədəniyyətinin sonu çatıb və dünya xalqları oyanıblar, dünya xalqlarının oyanışına ən təsiredici səbəb İran xalqının islam inqilabıdır.
    Bu yazı 2189 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Digər müsahibələr
    "Mirəlioğlunun təklifi ölü doğulmuşdu" (15)
    Sərdar Cəlaloğlu: "Ona görə də bu birlik baş tutmadı"
    "Yanukoviç Qarabağ məsələsindən uzaq duracaq" (16)
    Vladimir Kornilov: "Kiyev və Tbilisi Bakını avantürist layihələrə cəlb etmək istəyirdilər"
    "Qərb Qarabağda vəziyyəti gərginləşdirir" (80)
    İnal Pliyev: "Siz bizə yad deyilsiniz"
    "Həll olunmamış münaqişələr baha başa gəlir" (46)
    Qoran Lenmarker: "Mən nikbin əhvali-ruhiyyədəyəm"
    ABŞ-ın son qərarı türk milli qürurunu yenidən dirçəldib (52)
    Mehmet Şahin: "Türk xalqı Qarabağ münaqişəsini özünün problemi kimi görür"
    "Azərbaycanda universal televiziya yoxdur" (36)
    Qulu Məhərrəmli: "AzTV"də işləmək mənim üçün heç vaxt rahat olmayıb"
    "Uğurlarımız bir qisim insanı qısqandırır" (294)
    Ənvər Özərən: "Bəs bu illər ərzində siz nə iş gördünüz?"
    "Türkmənistan və Özbəkistanı da TürkPA-da görəcəyik" (332)
    İlham İsmayılov: "Mehmet Əli Şahin bu dövlətlərin quruma cəlb olunmasına səy göstərəcəklərini bildirib"
    Loğman da təbiətdədir, dərman da... (404)
    Süleyman Qaradağlı: "Elə bir dərd yoxdur ki, onun təbiətdə müalicəsi olmasın"
    "Milli fəaliyyət planının qəbulunu alqışlayıram" (406)
    Tomas Hammarberq: "Bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə hazıram"
    "Qarşımızda çox böyük işlər durur" (399)
    Hüseyn Bağırov: "Bu ilin "Ekologiya ili" elan olunması dövlət başçısının əməyimizə verdiyi yüksək qiymətdir"
    "Bu ordeni mənə Fransa dövləti verib" (543)
    Larisa Reyxrudel: "Ramiz Mehdiyev bizi Bakıda yerlə təmin etdi"
    Ermənistan müstəmləkəyə çevriləcək (646)
    Ağasəf İmran: "İraqın təklənməsi İran üçün ibrət dərsi olmalıdır"
    "ATƏT separatçı reyimlər tərəfindən keçirilmiş seçkiləri tanımayıb" (638)
    Bahar Muradova: "Növbəti dəfə də təşkilatdan belə rəy gözləyirik"
    "Dağlıq Qarabağda müharibə uzun sürə bilər" (669)
    Sergey Mixeyev: "Münaqişə hazırda Rusiya üçün mərkəzi problem deyil"
    "İran Azərbaycandakı casuslarının sayını artıra bilər" (1280)
    Abdulla Amir Haşimi: "Rəsmi Tehran hizbullahçıları Azərbaycana, Əfqanıstana göndərir"
    "Uşaq bətnimdə olanda DNT analizi aparılıb" (852)
    Şəmsiyyə Bəylərqızı: "Əfşar Süleymani cərrahi əməliyyatdan sonra normal cinsi həyat yaşayıb"
    "Müxalifəti Rauf Arifoğlu parçalayıb" (941)
    Nurəddin Məmmədli: "Bu gün baş verən qarşıdurmaları qınayırıq"
    "Reketçilik Mətbuat Şurasını da özünə bağlayıb" (933)
    Yadigar Məmmədli: "Hər yerindən duran bir mükafat, diplom düzəldir"
    "Budapeşt Ramil Səfərovu azad etməyi düşünmür" (1238)
    Jeno Boros: "Bakı bizi inandırmalıdır ki, gələcəkdə məhkumun cəzasında dəyişiklik etməyəcək"
    1   2   3   4   5   6   7   8   9   10   11   12   13   14   15   16   17   18   19   20   21   22   23   24   25   26   27   28   29   30   31   32   33   34   35   36   37   38   39   40   41   42   43   44   45   46   47   48   49   50   51   52   53   54   55   56   57  
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Qarabağla bağlı bir neçə araşdırmam var"

    Misirlə Azərbaycan arasında hərtərəfli əlaqələrin tarixi antik dövrlərə təsadüf edir. Sovetlər dönəmində iki dost xalq arasında münasibətlərə Moskva körpü olsa da, öz qüvvəmizlə tarixi bağlarımızı qoruyub-saxladıq və hətta inkişaf etdirdik. Azərbaycan müstəqilliyinə qovuşduğu ilk



    "İranın vasitəçi kimi müzakirələrə qoşulması lazımdır"

    Fevralın 11-də İranda islam inqilabının 31-ci ildönümü keçiriləcək. Bu hadisə ərəfəsində "Trend" İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhramidən ölkədə hazırkı vəziyyət, ölkənin Azərbaycanla ikitərfli əlaqələrin səviyyəsi, həmçinin xarici siyasətin digər


    2010-01-28 "Nənəm Perə ərə getməyimi istəmirdi" (2283)

    2010-01-27 1580 qanunsuz REV aşkarlanıb (2260)

    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (2260)

    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (2254)

    2010-02-05 "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırıq" (2246)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17