Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
02 Fevral 2010-cu il Gənclərin vətəndaş aktivliyi yüksəkdir            Təbrik            Təmas xəttində monitorinq keçiriləcək            Vizanın ləğvi jurnalistlərə aid deyil            İrəvana getməyəcəyimiz rəsmən təsdiqləndi             Xrici ticarət dövriyyəsi 3 dəfə artıb            Veteranların pensiyası artırıldı             Fəhlələr qan tökdülər            Hindistanlı farmasevtlər Bakıya gəlir            Ermənilər təlimlərə başlayıblar     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    "Qarabağla bağlı bir neçə araşdırmam var"
    "Suriya ilə Livan Azərbaycanla Ermənistan arasında vasitəçilik etməlidir"
    Misirlə Azərbaycan arasında hərtərəfli əlaqələrin tarixi antik dövrlərə təsadüf edir. Sovetlər dönəmində iki dost xalq arasında münasibətlərə Moskva körpü olsa da, öz qüvvəmizlə tarixi bağlarımızı qoruyub-saxladıq və hətta inkişaf etdirdik. Azərbaycan müstəqilliyinə qovuşduğu ilk vaxtdan isə qapılarımızı bir-birimizin üzünə açdıq.
       
       
       
       Elə bunun nəticəsidir ki, ölkələrimiz arasında prezidentlər səviyyəsində başlanan səfərlər ictimaiyyətin bütün təbəqələrinə sirayət etməkdədir. Misirin tanınmış Ayn-Şəms Univesitetinin professoru Əl-Səfsafi Əhməd əl-Morsinin 3 nəfərlik alimlər qrupu ilə Bakıya gəlişi də məhz bu qəbildəndir. Onun türkoloq-alim olduğunu nəzərə alıb, xalqlarımız arasında mənəvi, hətta bir sıra məqamlarda siyasiləşmiş əlaqələrə işıq salmaq məqsədi ilə görüşüb-söhbətləşməyi qərara aldıq. Əvvəlcə ondan qışın bu qarlı-şaxtalı havasında Azərbaycana səfərinin məqsədini soruşduq.
       
       - Bura da Misir Mədəniyyət Nazirliyinin proqramı çərçivəsində gəlmişəm. 3 nəfərik, düşündük, azərbaycanlı həmkarlamızla görüşüb elmi-ədəbi, tarixi sahələrdə fikir mübadiləsi aparaq, bir sıra müştərək problemlərimizdən çıxış yolları arayaq. Bakı Dövlət Universitetində, Yazıçılar Birliyində olduq - tədbirlərimiz çox möhtəşəm keçdi, danışıqlarımız uğurla nəticələndi. Başlıca nailiyyətimiz budur ki, razılığa əsasən, Azərbaycanda ərəb dilinin tədrisi həyata keçiriləcək. Biz isə qarşılığında Misirdə Azərbaycan dili və ədəbiyyatının tanıdılması üçün səylərimizi artıracağıq.
       
       - Yanınızda bir xanım görürəm, onun missiyası nədən ibarətdir?
       
       
    - Halə İbrahim əl-Bədrini deyirsiniz - o, yazıçıdır. O, Misir Mədəniyyət Mərkəzində keçirdiyimiz konfransda qadın problemlərinə dair çıxış etdi. Bilirsiniz, istər Misir, istərsə də Azərbaycan qadınlarının problemləri çoxdur. Çalışıb onları həll etməliyik və xanım Halənin də məqsədi budur. Məncə, bu cür birgə tədbirləri nə qədər çox keçirsək, müştərək problemlərdən də bir o qədər asanlıqla can qurtara bilərik.
       
       - Bu, Bakıya ilk səfərinizdir, yoxsa əvvəl də gəlmisiniz?
       
       
    - Əvvəl də Bakıda olmuşam. Diasporlarla bağlı tədbir keçirilirdi, mən də ora dövlət xətti ilə qatılmışdım. Əslində, mən ürəyi həmişə Azərbaycanla döyünən insanam. Misirdə də hər zaman tələbələrə Azərbaycanla bağlı daha çox bilgi verməyə çalışıram. Əsas odur ki xalqlarımızın dostluğu naminə əlimdən gələni etmişəm və edəcəyəm də.
       
       - Misirli tələbələri ökəmizlə bağlı məlumatlandırdığınızı deyirsiniz. Sirr deyilsə, Azərbaycan həqiqətlərini çatdırmaq üçün nələr etmisiniz?
       
       
    - Onlara Azərbaycanın müsəlman dünyasının bir parçası olduğunu, tarixi, ədəbiyyatı və sair barədə məlumatlar veririk. Amma bu, məqsədimizin tam mahiyyəti deyil. Yəni biz əsas baza kimi 20 ildir misirli tələbələrə Azərbaycan dilini mükəmməl öyrətməyə çalışırıq. Əgər onlar azəri türkcəsində yaxşı danışa bilsələr, sonradan bu xalqın ədəbiyyatını, tarixini sərbəst öyrənə biləcəklər. İlkin məqsədimiz budur və Allaha şükür ki, hələlik işimizdə axsamırıq.
       
       - Maraqlıdır, belə müqəddəs missiyanı həyata keçirdiyiniz halda, Azərbaycan tarixinə nə dərəcədə bələdsiniz?
       
       
    - Həyatımın neçə ilini Azərbaycan tarixinin tədqiqinə həsr etmişəm. Bununla bağlı bir "Azərbaycanın keçmiş və gələcək vəziyyəti arasında vəziyyət" adlı kitab da yazmışam. Əsər Azərbaycanın həm keçmişi, həm də müasir dövrünü əhatə edir. Çalışacağam bu il həmin əsəri çap etdirim.
       
       - İndiyədək tələbələriniz arasında ermənilər olub?
       
       
    - Xeyr, təsadüf etməmişəm. Hansı ki Misirdə doğrudan da xeyli sayda erməni mənşəli vətəndaş yaşayır. Özü də onlar Misirə dünən-srağagün yox, lap çoxdan gələnlərdir. Amma açıq desəm, onlar türkoloq olmaq istəmirlər.
       
       - Eşitdiyimizə görə, Misirdə erməniləri azərbaycanlılardan daha yaxşı tanıyırlar, səbəb nədir?
       
       
    - Mən bu fikirlə razı deyiləm. Sonra da ermənilərin daha çox tanındığını deyən insanlar bunun cavabını gərək özləri versinlər. Əgər ermənilər özlərini daha çox tanıdıb reklam edirlərsə, məktəbləri, mədəniyyət mərkəzləri fəaliyyət göstərirsə, hər tərəfdə, hətta şəhərarası avtobusların üzərinə Ermənistanla bağlı reklamlar yapışdırırlarsa, deməli, səbəb aydındır.
       
       - Dağlıq Qarabağ münaqişəsinə dair nə bilirsiniz?
       
       
    - Düzünü desəm, siyasətlə məşğul olmaqdan xoşlanmıram. Buna baxmayaraq Dağlıq Qarabağla bağlı bir neçə araşdırmam var. Bunlardan biri həmin ərazinin tarixinə dair idi. İkinci məqaləni isə əsasən təkliflər üzərində qurmuşdum. Orada göstərmişdim ki, Suriya ilə Livan həm Azərbaycanla Ermənistan, həm də Türkiyə ilə Ermənistan arasında vasitəçilik etməlidirlər. Çünki Suriya ilə Livanın adını çəkdiyim ölkələrin hər biri ilə yaxşı əlaqələri mövcuddur. Eyni zamanda bu dövlətlərin hamısı bir məkanda yerləşdiklərindən tarixən bir-birinin xeyir-şərlərində iştirak ediblər, pis-yaxşı qonşudurlar, ona görə də sözləri tez tutar.
       
       - Suriya və Livanın adını çəkirsiniz, bəs niyə ərəb aləminin ən böyük dövləti olan Misirin vasitəçilik etmək imkanlarını xatırlatmırsınız?
       
       
    - Misir də vasitəçilik edə bilər və buna şansı daha çoxdur. Çünki Misir həm Afrika Dövlətləri Təşkilatının, həm də Ərəb Dövlət Liqasının ən nüfuzlu üzvlərindəndir. Buna görə də təsir qüvvəsi də böyükdür. Üstəlik, Azərbaycan müstəqillik qazandıqdan sonra Misirdə Heydər Əliyev adına park açılıb, məktəb istifadəyə verilib. Bakıda da həmçinin, eyni addımlar atılıb. Bu cür əlaqələr isə dövlətlərimizin bir-birini bütün səviyyələrdə dəstəkləməsinə zəmin yaradır.
       
       - Siz alimsiniz, yəqin bilirsiniz ki, İsgəndəriyyə kitabxanasında saxlanılan qədim xəritələrdən birində nəinki Qarabağ, hətta indiki Ermənistan torpaqlarının böyük hissəsi Azərbaycan ərazisi kimi göstərilib?
       
       
    - Şəxsən mən bu xəritəni görməmişəm, amma onun mövcudluğuna şübhə də etmirəm. Çünki neçə yüzilliklər ərzində Misir də daxil olmaqla bütün ərəb dünyası, hətta Balkanlar Osmanlı imperiyasının tərkibinə daxil idi. Yəni bölgənin tarixi kimi, ictimai-siyasi həyatı da vəhdət təşkil edirdi. Bu baxımdan o dövrün xəritəsini tək Qarabağ deyil, eyni zamanda, Fələstin və Kipr problemlərini də isbatlamaq üçün əsas götürmək olar.
       
       - Yeri gəlmişkən, siz, eləcə də həmkarlarınız ərəb və türk alimləri olaraq niyə bir konfrans keçirib adlarını çəkdiyiniz münaqişələrə çözüm yolları aramırsınız? Məncə, siz alimlərin gəldiyi nəticəni siyasətçilər də qəbul edə bilər?
       
       
    - Razıyam, istər biz alimlərin, istərsə də bölgə ölkələrinin mədəniyyət nazirləri və səfirlərinin iştirakı ilə belə tədbirlər düzənlənsə, mütləq çıxış yolu tapılar. Düzdür, bu, sadəcə, ümumi fikrin nəticəsi olacaq, yəni nəzəriyyə sayılacaq. Çünki bizim əlimizdə nə qanunverici, nə də icraedici səlahiyyəti var. Amma bütün hallarda problemin həllinə köməyimiz dəyə bilər.
       
       - Şəxsi müşahidəmə əsasən deyə bilərəm ki, bəzən Fələstin - İsrail danışıqları müsbət nəticə verməyə yaxınlşır. Hətta az qala sülh sazişi imzalanacaqdı ki, qəfil nə isə baş verir və tərəflər yenidən geri çəkilir. Ərəb alimi olaraq millətinizin üzləşdiyi bu problemin sirrini açasınız bəlkə?
       
       
    - Cavab aydındır: Yaxın Şərqi sülhə gəlməyə qoymayan Qərb dövlətləridir. Bütün bəşəri dinlər bu bölgədə meydana gəlib. Mən deyərdim Yaxın Şərq Yer kürəsinin mərkəzidir. Avropa və Birləşmiş Ştatlar bilir ki, İsrail - Fələstin münaqişəsi çözülsə, onların bölgədə hökmranlığı sona çatacaq. Ona görə də bu cür münaqişə ocağını saxlamaqla qılınclarını ərəb - müsəlman hümmətinin başı üzərində saxlamaq istəyirlər. Elə Kipr, Qarabağ, Darfur, İraq və Somali problemləri də eyni ssenari əsasında yaradılıb.
       
       - Məsələ ondadır ki, 22 mustəqil ərəb dövləti nəinki zərurət yarananda bir-birini dəstəkləmir, əksinə, düşmənə çevrilirlər. Fələstin, İraq, Livan, Suriya, Liviya kimi ölkələr zaman-zaman Ərəb Dövlət Liqasının gözləri qarşısında düşmən hücumuna məruz qalır?
       
       
    - Bütün bunların əsas günahı ABŞ və Avropadadır. Onlar ərəb millətini birləşməyə qoymurlar, tarixən bölgə dövlətlərini zəiflətmək üçün hər cür çirkin planlara əl atırlar. Axı Yaxın Şərq inkişaf etsə, Qərbin müasir texnologiyasını kim alacaq? Hətta ərəb dünyası sabah bir bayraq altında birləşə də bilər ki, bu da Qərb üçün xoşagəlməz vəziyyət olardı.
    Vüsal Tağıbəyli
    Bu yazı 4152 dəfə oxunmuşdur.
    Deyim, yoxsa deməyim?
    Bir nəfərdən soruşurlar, dəli olmaq yaxşıdır, yoxsa ağıllı? Deyir, dəli. Soruşurlar, niyə? Deyir, ağıllı olub başqasının dərdini çəkməkdənsə, dəli ol, başqaları sənin dərdini çəksinlər...
       
       Bir nəfər toyda yeyib-içib keflənir, deyir, kimsə döyüləcək. Onu birtəhər sakitləşdirirlər. Bu hal bir neçə dəfə təkrarlanır. Sonuncu dəfə kefli yenə "kimsə döyüləcək" deyəndə, masabəyi əsəbiləşir, başlayır onu döyməyə. Camaat onu masabəyinin əlindən güc-bəla ilə alır. Ağzının qanını silən kefli asta səslə dillənir ki, dedim axı kimsə döyüləcək...
       
       Allahı sevərsiniz, məni qınamayın, keçin günahımdan. Vallah, billah, qaşınmayan yerdən qan çıxarmaq xislətimə yaddır. Uşaqlıqdan yalanı sevmirəm, dilim doğru sözü deməyə öyrəşib. Amma doğru sözü deyəndə az qalırlar məni dar ağacından assınlar, dərimi qarış-qarış soyub istiotla duz səpsinlər, dərimi boğazımdan çıxarsınlar. Haqsızlığa qarşı barışmaz mövqeyimə görə atam məni həmişə danlayır. Deyir, a bala, ehtiyatlı ol, at bu haqq-ədalət uğrunda mübarizə əqidəsini. Yoxsa bir gün başını "yeyəcəklər". Hər dəfə söz verirəm ki, haqsızlığa, ədalətsizliyə göz yumacağam, ağıllı deyil, dəli olacağam. Amma xeyri yoxdur. Necə deyərlər, harda aş, orda başam. Harda nahaq bir şey görsəm, mütləq ona qarşı olmalıyam. Neyləyim, ilan qabığını dəyişib xasiyyətini dəyişə bilmədiyi kimi, hər dəfə söz versəm də, əqidəmdən vaz keçə bilmirəm. Nə isə. Keçək mətləbə. KİV-də oxudum ki, ötən il ölkədə baş vermiş 2792 avtoqəzada 930 nəfər ölüb, 3044 nəfər yaralanıb. Ölüm hallarının 20 - 30 faizi ilk tibbi yardımın doğru göstərilməməsi, maşınlarda tibbi çanta olmadığından digərlərinin zərərçəkənlərə vaxtında və lazımi yardım göstərə bilməməsi üzündən baş verib. Bu xəbəri oxuyandan sonra reyd keçirdim ki, görüm Bakıdakı maşınlarda yanğınsöndürmə balonu, aptek çantası, sürücülərin ilk tibbi yardımla bağlı savadı var, ya yox. Qanuna görə, hər bir maşında yanğınsöndürmə balonu ilə yanaşı, içərisində sıxıcı rezin, bint, yod, spirt, ağrıkəsici dərmanlar və naşatır spirti kimi tibbi dərmanlar və ləvazimatlar yerləşdirilmiş aptek çantası da olmalıdır. Amma reyd zamanı çanta və balona rast gəlmədim, sürücülərin savadsız və ehtiyatsız olduğunu dəqiqləşdirdim. Bərk əsəbiləşdim, amma dillənmədim. Çünki bir dəfə gedişhaqqını qanunsuz artıran sürücüyə irad bildirəndə məni necə döydüsə, bir neçə gün sümüklərim sızıldadı. "Qorxan gözə çöp düşər" deyirlər. Yəni qorxudan sürücülərə bir şey demədim ki, məni xurd-xəşil edərlər. Daxili İşlər və Nəqliyyat Nazirliklərinin, Baş Dövlət Yol Polisi İdarəsinin, Nəqliyyat Müfəttişliyinin və "Bakı şəhər sərnişin nəqliyyatı" MMC-nin rəsmilərinə də bir şey deyə bilmədim. Yenə qorxdum - yəni nəsə deyərəm, aləm dəyər bir-birinə, qulağımın dibinə saz şapalaq qoyar, deyərlər sənə nə, öz işinlə məşğul ol. Amma tibbi savadsızlıq, balonsuzluq və çantasızlıq üzündən ölənlərin sayının bu il artacağını dəqiq bilirəm. Bizi Allah qorusun!
    Təbriz VƏFALI
    Bu yazı 72 dəfə oxunmuşdur.
     


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "Qarabağla bağlı bir neçə araşdırmam var"

    Misirlə Azərbaycan arasında hərtərəfli əlaqələrin tarixi antik dövrlərə təsadüf edir. Sovetlər dönəmində iki dost xalq arasında



    "İranın vasitəçi kimi müzakirələrə qoşulması lazımdır"

    Fevralın 11-də İranda islam inqilabının 31-ci ildönümü keçiriləcək. Bu hadisə ərəfəsində "Trend" İranın Azərbaycandakı səfiri


    2010-02-09 "Bank of Azerbaijan" iki böyük layihə hazirlayıb (4698)


    2010-01-23 Əlillərə verilən evə görə pul alına bilməz (4482)


    2010-01-30 "Azərbaycan hər zaman ürəyimdədir" (4439)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17