
ABŞ-da 2010-cu ilin gözəli 22 yaşlı Karessa Kemeron seçilib. "The Washington Post" qəzetinin yazdığına görə, Virciniya sakini olan Kemeron müsabiqədə iştirak edən 50 xanım arasında ilk yeri tutub. "Miss Amerika - 2010" titulu ilə yanaşı, o, 50 min dollar mükafat da əldə edib. "Miss Amerika" Virciniya universitetinin yurnalistika fakültəsində təhsil alır və teleaparıcı olmağı planlaşdırır. O, dünya gözəllik müsabiqəsində də ABŞ-ı təmsil etmək hüququ qazanıb. Müsabiqə Las-Veqasda təşkil olunub və ABŞ gözəli titulunu qazanan xanım qaradərilidir.