Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
03 Dekabr 2009-cu il Rusiya Əhmədinejadı hiddətləndirdi            Atəşkəs pozulub            Dəvəçidə yanğın             GUAM XİN başçılarının növbəti sammiti keçirildi             Azərbaycan öz demokratik institutlarını inkişaf etdirmək yolundadır            Polşanın XİN başçısı Bakıya gələcək            ATƏT monitorinq keçirəcək             TƏBRİK            İsveçrəyə ardıcıl 3-cü dəfə qadın rəhbərlik edəcək            ABŞ Rusiyaya nəzarəti itirir     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Azad Rəhimov Kubada bir sıra görüşlər keçirib
    Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov Kuba Respublikasının İdman, Fiziki Tərbiyə və İstirahət Milli İnstitutu sədrinin dəvəti ilə bu ölkədə səfərdə olub.
       
       
       
       Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİAya verilən məlumata əsasən, səfər zamanı Azad Rəhimov Kuba İdman Fiziki Tərbiyə və İstirahət Milli İnstitutunda, Kuba Beynəlxalq İdman Mütəxəssisləri Mübadiləsi Təşkilatında, Milli Dopinqə Nəzarət laboratoriyasında, idmançıların hazırlığı üzrə "Serra Pelado" ali məktəbində bir sıra görüşlər keçirib. Səfər çərçivəsində "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Kuba Respublikasının İdman, Fiziki Tərbiyə və İstirahət Milli İnstitutu arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında saziş" imzalanıb. Gənclər və idman naziri Azad Rəhimov Kubada olduğu müddətdə bu ölkənin Gənc Kommunistlər Təşkilatının rəhbərləri ilə də görüşüb. Azad Rəhimov səfər əsnasında Kuba hökuməti baş nazirinin müavini, Milli Olimpiya Komitəsinin prezidenti Xose Ramon Fernandes və digər rəsmilərlə də bir araya gəlib.
    Bu yazı 166 dəfə oxunmuşdur.
    "Neftçi"də baş məşqçi dəyişikliyi
    "NeftÇi"nin aşağı yaş qrupları üzrə komandalarına yeni baş məşqçi təyin olunub. Klubun mətbuat xidmətindən "SİA"ya verilən məlumata əsasən, "Sabahın ulduzları" adlı paytaxt çempionatında iştirak edən 1999/2000-ci il təvəllüdlü uşaqlardan ibarət komandanın baş məşqçisi Rüfət Quliyev bundan sonra 17 yaşlı futbolçulara rəhbərlik edəcək. İndiyədək "Neftçi"nin U-17 komandasının baş məşqçisi olmuş Rəhman Tağıyev Respublika Olimpiya-İdman Liseyində çalışmaqla yanaşı, "Neftçi"nin ROİL-də fəaliyyət göstərən komandalarına kuratorluq edəcək. 1999/2000-ci il təvəllüdlü uşaqlardan ibarət komandanın baş məşqçisi postu isə Arif Abasova tapşırılıb. A.Abasov eyni zamanda "Neftçi"nin U-13 komandasının baş məşqçisi vəzifəsindəki işini də davam etdirəcək.
       
       
    Bu yazı 140 dəfə oxunmuşdur.
    "Rabitə" Avropa kuboklarında uğurlu start götürdü
    Voleybol üzrə Avropa kuboklarında mübarizəyə start verilib. "Lent.az"ın məlumatına görə, Azərbaycan klubları arasında ilk olaraq çıxışlara "Rabitə" klubu başlayıb. "Rabitə" Avropa Voleybol Konfederasiyasının (CEV) kubokunun 1/16 final mərhələsinin ilk görüşündə Polşanın "İmpel Qvardia" komandası ilə qarşılaşıb. Vrotslav şəhərində 96 dəqiqə davam edən və 950 tamaşaçının izlədiyi görüş Bakı klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk seti 25:20 hesablı üstünlüklə tamamlayan komandamız sonrakı setdə uduzub - 24:26. Lakin ardınca setlərdə xeyli inamlı təsir bağışlayan voleybolçularımız böyük fərqlə qalib gəliblər - 25:15, 25:11. "Rabitə"nin heyətində yalnız bir azərbaycanlı voleybolçu - Fəridə Rəsulova çıxış edib. Qalan idmançılar Ukrayna, Serbiya, Belarus, Bolqarıstan və Qazaxıstandan olublar. Cavab görüşü dekabrın 8-də Bakıda keçiriləcək.
       
       
    Bu yazı 205 dəfə oxunmuşdur.
    "Simurq"da daha bir zədə
    "Simurq"un heyətində daha bir futbolçu zədələnib. "SİA"nın məlumatına görə, klubun rəsmi saytında yayımlanan xəbərdə bildirilir ki, qarşılaşmaöncəsi məşqdə zədələnən hücumçu Nikolay Petrov dekabrın 6-da "Salyan"da keçiriləcək matçı buraxacaq. Qeyd edək ki, onunla yanaşı, məşqlərdə əvvəlkitək Teymuraz Qonqadze, Camal Məmmədov və Vüsal Qarayev iştirak etmirlər. Adıçəkilən 4 futbolçudan əlavə, cəzalı Aleksandr Malıgin də "Muğan"a qarşı görüşdə komandaya kömək edə bilməyəcək.
       
       
       
       
    Bu yazı 142 dəfə oxunmuşdur.
    Dünya çempionatının püşkatma mərasimi üçün səbətlər müəyyənləşdi
    Fransa və Portuqaliya dünya çempionatının qrup rəhbərliyindən kənarlaşdırıldı. Futbol üzrə 2010-cu il dünya çempionatının final mərhələsində iştirak edəcək ölkələr püşkatma mərasimi üçün səbətlərə bölünüblər. "Lent.az"ın "Assoşieyted-press"ə istinadən verdiyi məlumata görə, 8 qrupa rəhbərlik edəcək komandalar sırasına Fransa və Portuqaliya yığmaları düşməyib. Əvəzində əsas səbətə dünya çempionatının təşkilatçısı Cənubi Afrika Respublikası (CAR) ilə yanaşı, Argentina, Braziliya, İngiltərə, Almaniya, İtaliya, Hollandiya və İspaniya daxil edilib. CAR istisna olmaqla ilk səbətdəki digər 7 ölkə FİFA-nın son reytinq cədvəli və dünya çempionatlarındakı tarixi nəticələrə əsasən müəyyənləşdirilib. Hazırda Portuqaliya FİFA reytinqində 5-ci, Fransa isə 7-ci pillədədir. Dünya çempionatında 32 komanda iştirak edəcək. Onlar 8 qrupa bölünəcəklər. Turnirin püşkü dekabrın 4-də atılacaq. Püşk zamanı qrupların tərkibi 4 səbətin hər birindən bir ölkənin adı çıxarılmaqla müəyyənləşəcək.
       
       Səbətlərin tərkibi:
       
       
       
       1-ci səbət:
       
       CAR, Argentina, Braziliya, İngiltərə, Almaniya, İtaliya, Hollandiya, İspaniya.
       
       
       
       2-ci səbət:
       
       Avstraliya, Yaponiya, KXDR, Cənubi Koreya, Honduras, Meksika, ABŞ, Yeni Zelandiya.
       
       
       
       3-cü səbət:
       
       Əlcəzair, Kamerun, Qana, Kot-d""İvuar, Nigeriya, Çili, Paraqvay, Uruqvay.
       
       
       
       4-cü səbət:
       
       Danimarka, Fransa, Yunanıstan, Portuqaliya, Serbiya, Slovakiya, Sloveniya, İsveçrə.
    Bu yazı 210 dəfə oxunmuşdur.
    "Muğan"ın artıq yeni baş məşqçisi var
    Salyanın "Muğan" futbol klubu Əsgər Abdullayevin komandanın baş məşqçi postuna namizəd olduğu və onunla danışıqlar aparıldığı barədə məlumatları təkzib edib. "Lent.az"ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, indiyədək Abdullayevlə, ümumiyyətlə, görüş olmayıb və danışıq aparılmayıb. Bu barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bəyan edən klub artıq "Muğan"ın yeni baş məşqçisinin olduğunu da vurğulayıb. Bu, Kemal Alispahiç istefaya göndərilənədək onun köməkçisi işləmiş Almir Hurtiçdir.
       
       
    Bu yazı 144 dəfə oxunmuşdur.
    Kanoeçilərimiz Bolqarıstanda təlim-məşq toplanışı keçəcəklər
    Kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycan milli komandası dekabrın 8-də Bolqarıstana təlim-məşq toplanışına yollanacaq. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən "SİA"ya verilən məlumata görə, yığmamızın baş məşqçisi Aleksandr Kolıbelnikov toplanışa 3 kanoeçimizi - Maksim Prokopenko, Sergey Bezuqlıy və Andrey Kraytoru aparacaq. Hazırlıq prosesi üçün Bolqarıstan paytaxtı Sofiyadan 200 km uzaqlıqda olan Bilmiken kurort bazası seçilib. Bu da təsadüfi deyil. Dəniz səviyyəsindən 2000 metr hündürlükdə olan bu bazada kanoeçilərimiz fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi istiqamətində müxtəlif tapşırıqları yerinə yetirəcəklər. Onlar əsasən xizəklə, ştanqla və üzgüçülüklə məşğul olacaqlar. Toplanış dekabrın 29-dək davam edəcək. Azərbaycan Milli Avarçəkmə Federasiyası qış aylarında avarçəkənlərimizin fiziki hazırlıq səviyyələrini daha da artırması istiqamətində əlverişli məkanlarda təlim-məşq toplanışında iştirakına xüsusi önəm verir. Bu da avarçəkmənin ilk növbədə yüksək fiziki hazırlıq, dözümlülük tələb edən idman növlərindən olması ilə əlaqədardır. Xatırladaq ki, 2009-cu ilin yanvarında 13 avarçəkənimiz Almaniyanın Braytenburn şəhərində 3 həftəyədək hazırlıq prosesi keçib. 2010-cu ilin yanvarında da bir qrup avarçəkənimizin Almaniyada analoyi toplanışda iştirakı nəzərdə tutulub.
       
       
    Bu yazı 154 dəfə oxunmuşdur.
     


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    İsrail Azərbaycan qazını almaqda maraqlıdır

    - Siz Azərbaycan və İsrail arasındakı hazırkı siyasi, iqtisadi və mədəni əlaqələri necə qiymətləndirirsiniz? - Mən düşünürəm ki,


    2009-11-03 Orta Asiya Konqresi təşkil olunacaq (5091)


    2009-11-05 Ağac kəsənlər 800 - 1500 manat civarında cərimə ödəyəcəklər (5050)


    2009-11-04 Erməni mediası yenidən ifşa edildi (4963)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17