Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
03 Dekabr 2009-cu il Rusiya Əhmədinejadı hiddətləndirdi            Atəşkəs pozulub            Dəvəçidə yanğın             GUAM XİN başçılarının növbəti sammiti keçirildi             Azərbaycan öz demokratik institutlarını inkişaf etdirmək yolundadır            Polşanın XİN başçısı Bakıya gələcək            ATƏT monitorinq keçirəcək             TƏBRİK            İsveçrəyə ardıcıl 3-cü dəfə qadın rəhbərlik edəcək            ABŞ Rusiyaya nəzarəti itirir     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Atəşkəs pozulub
    ErmƏnistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 1-də saat 20:30-dan 20:50-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21:45-dən 22:20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, dekabrın 2-də saat 02:45-dən 03:00-dək Ağdam rayonunun Şurabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bütün hallarada düşmən cavab atəşi ilə susdurulub.
    Bu yazı 180 dəfə oxunmuşdur.
    Dəvəçidə yanğın
    DünƏn Təbii Sərvətlər və Ekologiya Nazirliyinin Dəvəçi rayonunda yerləşən ovçuluq ərazisində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətiin yaydığı məlumatda vurğulanır ki, yanğın birmərtəbəli tikilinin 140 kvadratmetr ərazisini əhatələyib. Alov tikilidə olan bütün əşyaları məhv edib.
    Bu yazı 172 dəfə oxunmuşdur.
    GUAM XİN başçılarının növbəti sammiti keçirildi
    ATƏT Xarici İşlər Nazirləri Şurasının 17-ci iclası çərçivəsində GUAM Xarici İşlər Nazirləri Şurasının 11-ci iclası keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, toplantıda Afinada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova XİN başçıları əməkdaşlıq, təşkilat çərçivəsində keçiriləcək tədbirlər, bundan sonra atılacaq addımlar, GUAM-ın daha da gücləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. İclas çərçivəsində həmçinin "GUAM-Vişeqrad dördlüyü" (Macarıstan, Çexiya, Polşa və Slovakiya arasında əməkdaşlıq formatı) formatında da görüş keçirilib. Qeyd edək ki, nazir sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirib. Latviyanın xarici işlər naziri Maris Reikstintslə görüşdə tərəflər Azərbaycan - Latviya əməkdaşlığının cari vəziyyətini yüksək qiymətləndirib, əlaqələrin daha da dərinləşdirilməsi üçün siyasi, iqtisadi, humanitar və digər sahələrdə təmasların intensivləşdirilməsinin vacibliyini qeyd ediblər. Xarici işlər naziri Elmar Məmmədyarov növbəti görüşü ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerlə keçirib. Görüşdə əsas etibarilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Münaqişənin nizamlanması ilə bağlı əsas maneənin Azərbaycan ərazilərinin işğalı faktının olduğunu bildirən nazir E. Məmmədyarov münaqişənin nizamlanmasında müsbət irəliləyiş kimi ilkin mərhələdə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini bildirib. Bu fikrə tam şəkildə razılığını ifadə edən Qoran Lenmarker Azərbaycan torpaqlarının işğaldan azad olunması və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasının zəruriliyini qeyd edib. Azərbaycanın getdikcə qüdrətləndiyini və regionun aparıcı dövlətinə çevrildiyini vurğulayan Qoran Lenmarker ümumilikdə regionun inkişafı və çiçəklənməsində Azərbaycanın müstəsna rolunu vurğulayıb.
       
       
    Azad
    Bu yazı 152 dəfə oxunmuşdur.
    Azərbaycan öz demokratik institutlarını inkişaf etdirmək yolundadır
    Azərbaycan demokratik institutların möhkəmləndirilməsi yolunu keçir. Bu fikri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Yanes Lenarçiç dünən Afinada keçirdiyi brifinqdə səsləndirib. İnformasiya agentliklərinin məlumatına görə, Azərbaycanı öz demokratik institutlarını inkişaf etdirmək yolunda olan ölkə adlandıran Y.Lenariç bu işdə Azərbaycan hakimiyyəti ilə sıx əməkdaşlıq etdiklərini, prosesin düzgün istiqamətdə aparılması üçün köməklik göstərdiklərini söyləyib.
       
       Bununla yanaşı, büro rəhbəri hesab edir ki, Azərbaycanda demokratikləşmə tempi daha yüksək ola bilərdi. Ötən il ölkədə keçirilmiş prezident seçkisində bəzi xırda pozuntulara yol verildiyini iddia edən Y.Lenarçiç həmin seçkinin nəticələrinə dair hesabatda qeyd olunan məqamların yer aldığını söyləyib. Y.Lenarçiç bildirib ki, hazırda indi sözügedən sahədə vəziyyətin daha da yaxşılaşdırılması üçün ən uyğun vaxtdır. "Növbəti seçkinin daha yaxşı keçəcəyinə ümidvarıq və Azərbaycan hakimiyyətinin də bunu istədiyinə inanıram", - deyə o qeyd edib.
       
       
    Cahangir
    Bu yazı 157 dəfə oxunmuşdur.
    Polşanın XİN başçısı Bakıya gələcək
    Bakıda səfərdə olan Polşanın milli müdafiə naziri Boqdan Klix baş nazir Artur Rəsizadə ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən aldığımız məlumata görə, baş nazir Azərbaycanla Polşa arasında siyasi əlaqələrin çox yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Bildirib ki, dövlət başçılarının intensiv və məhsuldar qarşılıqlı səfərləri və görüşləri buna zəmin yaradıb. "Azərbaycan Polşa ilə hərtərəfli əlaqələrin genişləndirilməsində maraqlıdır". İqtisadiyyatın müxtəlif istiqamətləri üzrə hər iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığının artırılmasının vacibliyini diqqətə çatdıran baş nazir bunun üçün hər cür şəraitin olduğunu vurğulayıb. Səmimi qəbula görə təşəkkürünü bildirən Boqdan Klix deyib ki, hazırda Azərbaycan və Polşa dinamik inkişaf edən ölkələrdir. Boqdan Klix Polşanın xarici işlər naziri Radoslav Sikorskinin də yaxın zamanlarda Azərbaycana səfər edəcəyini diqqətə çatdırıb.
       
       
    Bu yazı 168 dəfə oxunmuşdur.
    ATƏT monitorinq keçirəcək
    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 3-də Azərbaycanın Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Caslan Nurtazin keçirəcəklər. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, İrce Aberle və Vladimir Çontulov keçirəsəklər.
       
       
    Bu yazı 154 dəfə oxunmuşdur.
    TƏBRİK
    Bu gün çağdaş Azərbaycan jurnalistikasının parlaq simalarından biri, tanınmış telejurnalist, aparıcı və publisist, nüfuzlu ziyalı, alim-pedaqoq, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin 55 yaşı tamam olur. 1978-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan televiziyasının "Xəbərlər" redaksiyasında reportyor kimi fəaliyyətə başlayan tanınmış telejurnalist bir sıra ictimai-siyasi verilişlərin, publisistik proqramların aparıcısı və şərhçisi, beynəlxalq mövzuda dolğun icmalların müəllifi kimi tamaşaçıların rəğbətini qazanıb. Ekranda siyasi publisistikanın cilalanmasında və yeni veriliş formatlarının inkişafında mühüm rol oynayıb. 30-a yaxın sənədli filmin müəllifi olan Qulu Məhərrəmli Azərbaycanda jurnalistika elminin inkişafına da layiqli töhfələr verib. "Həftə içi" qəzetinin kollektivi də başda baş redaktor Sevinc Seyidova olmaqla tanınmış telejurnalisti 55 yaşı münasibətilə təbrik edir və səbəbkara gələcək fəaliyyətində uğurlar arzulayır.
    Bu yazı 163 dəfə oxunmuşdur.
    İşğal altındakı rayonlar tezliklə boşaldılmalıdır
    Elmar Məmmədyarov: "Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün açar ola bilər"
    Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Afinada keçirilən 17-ci iclasında çıxışı zamanı iştirakçıların diqqətini növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinə çəkib. O, münaqişənin regionun qeyri-sabit inkişafının, həmçinin Avropaya inteqrasiyasının əsas maneəsi olaraq qaldığını bəyan edib. Azərbaycan torpaqlarının 20 faizinin hələ də işğal altında qaldığını xatırladan E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşadığını, Azərbaycana məxsus mədəni-tarixi abidələrin dağıdıldığını qeyd edib. Nazir bildirib ki, bu il münaqişənin həllinə dair aparılan danışıqlar prosesində intensivlik müşahidə olunur. Onun fikrincə, bu intensivlik razılaşdırılmamış məsələlərin müzakirəsinin daha dərindən aparılmasına şərait yaradır. E.Məmmədyarov son danışıqlardakı müsbət dinamikanı xüsusilə qeyd edib.
       
       "Münaqişə tərəfləri ilə yanaşı, vasitəçilər də intensivlik nümayiş etdirirlər. Bakı Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında normal münasibətlərin yaradılmasına hesablanmış konstruktiv siyasət yürüdür. Hesab edirik ki, icmalar arasında qurulacaq bu münasibətlər Azərbaycanla Ermənistan arasında əlaqələrin də normallaşmasına əsas yaradır", - deyə xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
       
       E.Məmmədyarov bəyan edib ki, Dağlıq Qarabağın öz müqəddəratını Azərbaycanın tərkibində təyin etməsi münaqişənin tezliklə çözülməsinə imkan verər, regionda gərginliyi aradan qaldırardı. Nazirin sözlərinə görə, ermənilər qoşunlarını müəyyən olunmuş tez bir vaxtda və müəyyən çərçivədə Azərbaycanın işğal altındakı ərazilərindən çıxararsa, bu, münaqişənin həllinə və regionun inkişafına böyük töhfə verəcək. "Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün açar ola bilər", - deyə E.Məmmədyarov qeyd edib.
       
       Dünən toplantıda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da çıxış edib. Türkiyənin "Hürriyyət" qəzetinin yazdığına görə, o, Azərbaycan və Gürcüstan ərazisində həll olunmamış qalan münaqişələrin bütünlükdə Avropa üçün təhlükə yaratdığını söyləyib. Münaqişələrin müxtəlif səbəblərdən yarandığını xatırladan türkiyəli nazir hesab edir ki, hər münaqişənin parametrinə diqqətlə yanaşılmalıdır. Bununla yanaşı, o, problemlərin həllində ümumi beynəlxalq prinsiplərə əsaslanmanın da vacibliyini vurğulayıb. "Ölkələrin ərazi bütövlüyünə riayət olunması bütün nizamnamələrin əsasını təşkil edir" deyən Ə.Davudoğlu Ankaranın Minsk Qrupunun fəaliyyətini dəstəklədiyini xüsusi qeyd edib: "Biz münaqişə tərəflərindən təcili şəkildə nəticəyə nail olmalarını xahiş edirik. Türkiyə hesab edir ki, münaqişənin çözülməsi məqsədi ilə cəhdlərin artırılması bölgədə möhkəm sülh və sabitliyə səbəb olacaq. Bu isə öz növbəsində ölkələr arasında qarşılıqlı yaxınlaşmanı gücləndirəcək".
       
       Toplantıdakı çıxışdan sonra jurnalistlərə verdiyi açıqlamada Ə.Davudoğlu Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən danışıb. Tərəflər arasında qarşılıqlı səfərlərə toxunan nazir bildirib ki, Bakı ilə Ankara arasındakı münasibətlərin yaxınlığı səfər üçün xüsusi dəvətə ehtiyac qoymur. E.Məmmədyarovla tez-tez görüşdüyünü nəzərə çatdıran Ə.Davudoğlu həmkarının Türkiyəyə səfərinin bu ay baş tutacağını söyləyib. Nazir səfər çərçivəsində bir sıra məsələlərin müzakirə olunacağını vurğulayıb. "İki ölkə arasında viza rejiminin ləğvi də müzakirə ediləcək məqamlardan biridir. İnanıram ki, bu məsələlər müsbət həllini tapacaq", - deyə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bildirib.
       
       
    Cahangir Həsənli
    Bu yazı 140 dəfə oxunmuşdur.
    "Bakı koalisiyanın göstərdiyi səylərdə vacib rol oynayır"
    ABŞ prezidenti Barak Obamanın Əfqanıstana sabitlik gətirmək və "əl-Qaida" və "Taliban" terrorçularını məğlub etmək məqsədilə Amerikanın bu ölkə ilə bağlı açıqladığı yeni strategiyada Azərbaycan da xüsusi önəm daşıyır.
       
       ABŞ-ın Azərbaycandakı səfirliyindən "Həftə içi"nə daxil olan məlumata görə, bu ölkənin Bakıdakı müvəqqəti işlər vəkili Donald Lu Nyu-York, Madrid, Moskva, London, Bali və Əmmanda günahsız insanların həyatına son qoyan qlobal terrorçuluq hədələrinə qarşı mübarizə apardıqları vaxtda NATO-nun koalisiya müttəfiqlərinin dəstəyinə arxalana biləcəyini açıqlayıb: "Azərbaycan koalisiyanın göstərdiyi səylərdə vacib rol oynayır. Azərbaycanın cəsarətli əsgərləri 2002-ci ildən NATO qüvvələri ilə Əfqanıstanda qulluq etmişlər. Əfqanıstanda Azərbaycanın hərbi qüvvələrinin sayının iki dəfə artırılması Azərbaycanın bu istiqamətdə götürdüyü öhdəliyinin əyani təzahürüdür. Bununla yanaşı, Azərbaycan Əfqanıstanda qulluq edən koalisiya qüvvələrinin təchizat sahəsində də öz dəstəyini artırır". Prezident Obama Nyu-Yorkda yerləşən Vest-Poynt Hərbi Akademiyasında etdiyi çıxışda qeyd edib ki, söhbət, sadəcə, Əfqanıstanın gələcəyi deyil, dünyanın ümumi təhlükəsizliyindən gedir. Prezident Obama deyib ki, Əfqanıstanda 8 il davam edən müharibəni Birləşmiş Ştatlar deyil, 11 sentyabr 2001-ci il tarixdə təyyarələri qaçırdaraq 3000-ə yaxın günahsız kişi, qadın və uşağın həyatına son qoyan 19 terrorçu başlayıb.
       
       Qeyd edək ki, bu gün 43 dövlətlə yanaşı, Azərbaycan da tərəfdaş ölkə kimi Əfqanıstanda sabitliyin bərpa olunması işində yaxından iştirak edir. Bu məqsədlə rəsmi Bakı Əfqanıstana özünün sülhməramlılarını da göndərib. Koalisiya qüvvələri isə azərbaycanlı hərbçilərin nümunəvi xidmətlərini nəzərə alaraq onların sayının daha da artırılmasını istəyirlər.
       
       
    Azad
    Bu yazı 134 dəfə oxunmuşdur.
    Komitə sədri şeyxə müraciət etdi
    Rəbiyyət Aslanova: "Həmin mollalar cəzalandırılmalı və onların belə fəaliyyətinə son qoyulmalıdır"
    Dünən Milli Məclisdə parlamentin vitse-spikeri Bahar Muradovanın sədrliyi ilə "Qadınlara qarşı zorakılığa yox deyək!" adlı dinləmələr keçirildi. Dinləmələrdə hüquq-mühafizə orqanları ilə yanaşı, eyni zamanda, vətəndaş cəmiyyətinin üzvləri, ölkəmizdə akkreditə olunan beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri və KİV nümayəndələri iştirak edirdilər. B.Muradova çıxış edərək qadın zorakılığının qarşısının alınması istiqamətində Avropa Şurası Parlament Assambleyası (AŞ PA) tərəfindən başlanan kampaniyaya ölkəmizin 2006-cı ildən qoşulduğunu və bu sahədə müxtəlif tipli tədbirlərin keçirildiyini qeyd etdi. Vitse-spiker eyni zamanda bu sahədə müvafiq qanunun qəbulu istiqamətində atılan addımlar haqqında da məlumat verdi. B.Muradova vurğuladı ki, Milli Məclisin gələn ilin əvvəllərində qadın zorakılığının, ümumiyyətlə. məişət zorakılığının qarşısını ala biləcək qanunu qəbul edə biləcəyi qənaətindədir.
       
       Dinləmələrdə iştirak edən AŞ-nin baş katibinin ölkəmizdəki xüsusi nümayəndəsi Veronika Kotek, BMT-nin ölkəmizdəki nümayəndəsi Mark Hervard, ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Gültəkin Hacıyeva, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov çıxış edərək bu sahədə mövcud problemlər, eyni zamanda görülən işlər barədə geniş fikir bildirdilər. Ölkəmizdə qadınlara qarşı 2007-2008-ci illərdə və bu ilin 10 ayı ərzində 17 min 354 cinayət hadisəsinin qeydə alındığını, bunlardan 11 min 389-nun şəxsiyyət əleyhinə baş verdiyini isə dinləmələrdə daxili işlər nazirinin müavini Oruc Zalov bildirdi. O qeyd etdi ki, şəxsiyyət əleyhinə olan cinayətlərin 7 min 974-ü daimi, 1865-i qəsdən sağlamlığa zərər vurma, 388-i 16 yaşına çatmayanların cinsi əlaqəyə cəlb edilməsidir. O.Zalov dedi ki, sonuncu hal ölkənin cənub bölgəsində üstünlük təşkil edir. Bundan başqa, həmin müddət ərzində 92 zorlama, 54 işgəncə faktı qeydə alınıb: "Qeyd olunan müddətdə baş verən cinayətlərin 20 faizi qısqanclıq zəminində olub. Bu cinayətlərdən 45-i qadınların ölümü ilə nəticələnib, o cümlədən 4 azyaşlı qız ölüb". Nazir müavini qadınlara qarşı baş verən cinayətlərin 90-95 faizinin üstünün açıldığını da qeyd etdi.
       
       Dinləmələrdə iştirak edən respublika baş prokurorunun müavini Namiq Əsgərov da çıxış etdi. O bildirdi ki, bu gün qadın zorakılığı ilə bağlı hallarla əlaqədar prokurorluq orqanlarında kifayət qədər cinayət işi açılıb. O, eyni zamanda qadınlar tərəfindən törədilən cinayət halları ilə bağlı cinayət işlərinin açıldığını da vurğuladı. Hüquq-mühafizə orqanlarının Quba rayonunda 15 yaşlı qızın intihar etməsi faktına aydınlıq gətirməsini isə millət vəkili, insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova tələb etdi: "Bu baş verən hadisəyə görə kim cəzalandırılacaq? Niyə buna bəsit yanaşılır? Niyə mətbuatda məsələnin səbəbləri araşdırılmır? Əvvəllər belə hadisələrə görə rayon rəhbəri dərhal işdən çıxarılardı. Bu kimi halların səbəblərini araşdırmadan Azərbaycanda qadın zorakılığına qarşı qanun qəbul olunmasının əhəmiyyəti yoxdur". Millət vəkili onu da qeyd etdi ki, ölkəmizdə qızların erkən ərə verilməsi ilə bağlı daha çox cənub zonasının adı hallanır: "Mən şeyxə müraciət edirəm. Niyə bu mollalar barədə ölçü götürmürlər ki, onlar da şəriət normalarını gerçəkləşdirməsinlər? Həmin mollalar cəzalandırılmalı və onların belə fəaliyyətinə son qoyulmalıdır". Dinləmələrdə iştirak edən baş prokurorun müavini Namiq Əsgərov komitə sədrinin sorğusuna cavab olaraq bildirdi ki, ölkədə baş verən hər intihar faktı ilə bağlı cinayət işi açılır, araşdırmalar aparılır: "Məsuliyyət daşıyanlar cəzalandırılacaqlar. Qubadakı fakta gəlincə, bu, faciədir. Həmin qız özünü ərə verildiyinə görə öldürməyib. Ölümqabağı yazdığı məktubda intiharın səbəbinə toxunub. İndi həmin məsələ araşdırılır. Hazırda bundan artıq məlumat verməyi düzgün saymıram". Aparılan dinləmələrin sonunda ölkə ictimaiyyətinə müraciət qəbul olundu.
       
       
    Nahid Canbaxışlı
    Bu yazı 171 dəfə oxunmuşdur.
    İsrail Azərbaycan qazını almaqda maraqlıdır
    "Bu məsələ indi müzakirə olunur"
    İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Lavon-Lotemin "Trend"ə eksklüziv müsahibəsi
    - Siz Azərbaycan və İsrail arasındakı hazırkı siyasi, iqtisadi və mədəni əlaqələri necə qiymətləndirirsiniz?
       
       - Mən düşünürəm ki, hazırkı vəziyyəti çox müsbət və çox şey vəd edən kimi qiymətləndirmək olar, çünki biz bir çox sahələrdə məhsuldar əməkdaşlığı davam etdiririk. Hər iki ölkədə əldə olunan uğurlarla kifayətlənməmək istəyi var və mən bizim prezidentin rəsmi səfərindən sonra konkret addımlar görürəm. Əməkdaşlığın yeni mərhələsini ifadə edən bu səfər zamanı Azərbaycanın obrazı İsrailin KİV-də olduqca müsbət təqdim olunub ki, bu da israillilərə sizin ölkənizə yeni baxışla baxmağa imkan yaradıb.
       
       Bizim ticari əməkdaşlığımız müəyyən aspektlərdə mərkəzləşsə də, çiçəklənir.
       
       Son aylar bu, qaz və neft sahələrindən savayı, iqtisadiyyatın başqa sektorlarına da sirayət edir. Mən bu sahələrə qarşı deyiləm, əksinə, biz sizdən böyük həcmdə neft alırıq və mən istərdim gələcəkdə əməkdaşlığımız başqa sahələrdə də inkişaf etsin.
       
       - İsrail Azərbaycanla ticari və iqtisadi əməkdaşlığın inkişafı üçün hansı addımları atmağa hazırdır? Sizin fikrinizcə, hansı sahələr İsrail üçün daha perspektiv və prioritetdir?
       
       - Siz layihələri burada - Azərbaycanda müzakirə edəndə prioritetlər sizin tərəfinizdən, sizin istəyinizlə müəyyən olunur. Biz İsraildə hansısa layihələri müzakirə edəndə bizim istəklərimiz daha prioritetdir. Lakin bu, maraq və imkan məsələsidir.
       
       Biz sizin böyük diqqət ayırdığınız və bizim liderlərdən biri olduğumuz energetika və telekommunikasiya sahəsində əməkdaşlıq edirik.
       
       Bundan əlavə, Azərbaycanda kənd təsərrüfatı inkişaf edir və mənim sələflərimin məlumatına əsasən, bu sahənin 5 il bundan əvvəlki və indiki vəziyyəti arasında əhəmiyyətli dərəcədə fərq nəzərə çarpır. Mən son 3 ayda ölkənin müxtəlif regionlarında oldum və real layihələr və proqramların həyata keçirilməsinin, kənd təsərrüfatına kapital qoymağa qərar verən işgüzar adamların konkret addımlarının şahidi oldum ki, bu da bir qayda olaraq neft çıxaran ölkələrə xas deyil. Mən bu cür mühüm qərarlar verən insanları yüksək qiymətləndirirəm.
       
       Beləliklə, bizim kənd təsərrüfatında, sizin üçün əhəmiyyətli olan və bizim ümumi ixracımızın həcminin 50 faizindən çoxunu təşkil edən yüksək texnologiyaların müxtəlif sahələrində ümumi maraqlarımız var. Həmçinin güman edirəm ki, digər sahələrdə də əməkdaşlıq mümkündür.
       
       - Azərbaycan kimi, İsrail də münaqişədən əziyyət çəkir. Regionda sülhün və stabilliyin bərqərar olması üçün hər iki ölkə hansı birgə addımlar ata bilər?
       
       - Bu suala cavab vermək bir qədər yersiz səslənə bilər, çünki biz hələ öz problemimizi həll edə bilməmişik, ona görə digərinə məsləhət verə bilmərik. Lakin biz çox dəyərli təcrübə əldə etmişik və heç olmasa bəzi qonşularımızla problemlərimizi qismən həll etmişik.
       
       Biz danışıqlar prosesi, keçirilmə dinamikası və təfərrüatı ilə tanışıq. İsrail problemlərin aradan qaldırılması məsələsinə yeni ideyalar gətirib. Təəssüf ki, digər tərəflərin nəyi isə vəd verməsi və son nəticədə sözündən dönməsi kimi məsələlər bizim də başımıza gəlib. Hər dəfə uzunsürən üzücü danışıqlardan sonra bir daha geri qayıtmaq lazım gəlir.
       
       Biz bu sahədə, xüsusən də son 16 il ərzində Osloda sülh müqaviləsinin imzalanmasından bu yana zəngin təcrübə əldə etmişik. Biz danışıqlar, onların keçirilmə üsulları, görüş yerinin təşkil edilməsi, həmçinin danışıqlar prosesini izləməyin müxtəlif növlərini təsnif edə bilərik. Mən düşünürəm ki, bu, qiymətli məlumatlardır.
       
       - Necə fikirləşirsiniz, İsrailin sənaye, ticarət və əmək naziri Benyamın Ben-Elizerin Türkiyəyə səfəri iki ölkə arasındakı gərginliyin aradan qaldırılmasına nə dərəcədə kömək edib?
       
       - Mən belə düşünürəm ki, bu suala İsrailin Ankaradakı səfiri cavab versə daha yaxşı olar. Hər iki tərəf sülhsevərlik nümayiş etdirib. Məncə, nazirin Türkiyəyə səfəri vəziyyətin dəyişməsinə hansısa təsir göstərəcək.
       
       - Siz Azərbaycan neftinin Eylat - Aşkelon boru kəməri ilə nəql edilməsi layihəsini necə qiymətləndirirsiniz?
       
       - Bütün ekspertlər hesab edirlər ki, iqtisadi nöqteyi-nəzərdən bu layihə neftin Uzaq Şərqə tədarük edilməsində mühüm və sərfəli yoldur. Məsələ müxtəlif ixracatçıları ondan istifadə etməyə inandırmaqdan ibarətdir və biz indi bunun üzərində işləyirik. Hesabat bu layihənin gəlirli olduğunu göstərir.
       
       - Azərbaycan qazını əldə etməkdə İsrail nə qədər maraqlıdir?
       
       - Əlbəttə, bu məsələ indi müzakirə olunur. Bu, nəqletmə, İsraildəki terminalın inşasının dayandırılması və bizim eneryi sektorundakı inkişaf məsələləri ilə bağlı bir qədər çətin layihədir. Buna baxmayaraq biz bunun üzərində işləyirik. Lakin alternativ mənbələri təmin etməyə müvəffəq olmasaq, qaz əldə etmək vacib olacaq.
    Bu yazı 4380 dəfə oxunmuşdur.
    Yağışlar Qubadakı kütləvi məzarlıqda problem yaradıb
    Aramsız yağan yağışlar Qubadakı kütləvi məzarlıqda problem yaradıb. Məsələylə bağlı "Həftə içi"nə açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qubaya ezam olunmuş ekspedisiya qrupunun rəhbəri Qəhrəman Ağayev bildirdi ki, nəmişlik həddən artıq çoxdur. Onun sözlərinə görə, aramsız yağışlara baxmayaraq, məzarlıığın qorunması davam etdirilir: "Məzarlığı primitiv üsulla qoruyuruq. Burada 2 fəhlə və rayon icra hakimiyyətinin ayırdığı bir mühafizəçi var. Fəhlələr daim məzarlığı nəzarətdə saxlayırlar. Əraziyə axan yağış sularının qarşısını almaq üçün suyun axarını dəyişirlər. Fəhlələr məzarlığın üst tərəfində arx qazıblar. Yağış sularının məzarlığa dolmaması üçün həmin arxın böyük köməyi var. Bildiyiniz kimi, əvvəllər məzarlıqda olan iki quyunun biri yağış sularının ora axması nəticəsində sıradan çıxdı. Digər quyunu isə ətrafının betonlanması yolu ilə qoruyub-saxlaya bildik". Ərazidə tikintiyə nə vaxt başlanacağı barədə məlumatı olmadığını deyən Q.Ağayev hazırda heç bir tikinti aparılmadığını diqqətə çatdırdı. O həmçinin əlavə etdi ki, hazırda tikintinin smetasının hazırlanması barədə onda məlumat var: "Biz artıq sümüklərin bir hissəsini -təxminən 3 minə yaxınını nömrələyərək Respublika Məhkəmə-Tibbi Ekspertiza və Patoloyi Anatomiya Birliyinin şimal bölgəsinə təqdim etmişik. Orda sümüklər yuyulur və dərman çəkilir. Hazırlanan dərman sümüklərin uzun müddət salamat qalmasına kömək edəcək. Prosesdən sonra sümüklər təzədən yerinə qoyulur". Ekspedisiya qrupunun rəhbəri həmçinin diqqətə çatdırdı ki, 7-8 minə yaxın sümüyün bu cür dərmanlanması nəzərdə tutulub. Yerindən götürülə bilməyən sümüklərə gəlincə isə ekspedisiya rəhbəri həmin sümüklərin dərmanlanması üçün məzarlığın yaxınlığında laboratoriya yaradılmasının və həmin sümüklərin də yerindəcə dərmanlanmasının nəzərdə tutulduğunu önə çəkdi: "Əvvəllər dərmanın İrandan gətiriləcəyi gözlənilsə də, bu baş tutmadı. Naxçıvanda olarkən İrandan gəlmiş bir alim Qubadakı məzarlığın dərmanlanması üçün bizə məhlul göndərəcəyinə söz versə də, bu gəlib çıxmadı. Sümüklərin dərmanlanması iki istiqamətdə aparılır. Üzdə olan sümüklər Respublika Məhkəmə-Tibbi Ekspertiza və Patoloyi Anatomiya Birliyinə göndərilir. Amma dərində olan və yarısı çöldə qalan sümükləri ora göndərmək mümkün deyil. Çünki uzun illər torpağın atında qalan sümüyün tam çıxarılması onun məhvinə gətirib-çıxara bilər. Ona görə də dərində olan sümüklərin dərmanlanması yerində aparılır".
       
       
    Əli Zülfüqaroğlu
    Bu yazı 135 dəfə oxunmuşdur.
     


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    İsrail Azərbaycan qazını almaqda maraqlıdır

    - Siz Azərbaycan və İsrail arasındakı hazırkı siyasi, iqtisadi və mədəni əlaqələri necə qiymətləndirirsiniz? - Mən düşünürəm ki,


    2009-11-03 Orta Asiya Konqresi təşkil olunacaq (5091)


    2009-11-05 Ağac kəsənlər 800 - 1500 manat civarında cərimə ödəyəcəklər (5050)


    2009-11-04 Erməni mediası yenidən ifşa edildi (4964)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17