Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
20 Noyabr 2009-cu il Millət vəkilinin çantası hava limanında yoxa çıxıb            Sərəncam             İlham Əliyev Rusiyaya səfər edəcək            SES-in açılışı olub             Görüşdən nə gözləmək olar?            Azərbaycan NATO üçün çox vacibdir            Korrupsiya cinayətlərinin sayı artıb             Korrupsiya ilə mübarizə AŞ üçün prioritetdir            Azərbaycanda yeni təşkilatın nümayəndəliyi yaradılacaq            Müsabiqənin yeni variantı ictimai müzakirəyə təqdim edilib     N 045(1946)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    QHT-lər MFP-dən necə istifadə edir?

    Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 28 dekabr 2006-cı ildə imzalanmasından sonra hökumət tərəfindən MFP-nin icrasına yönəlik bir sıra addımların atıldığını görmək olar. Bu prosesdə insan haqları ilə məşğul olan QHT-nin işinə gəldikdə isə bunu onların özündən soruşmaq istədik.
       
       
       
       ı Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin (AQHMC) sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu rəhbərlik etdiyi QHMC-nin gördüyü işlər barədə danışarkən bunları bildirdi: "Biz ölkə prezidentinin 2006-cı ildə imzaladığı insan haqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planından istifadə edirik. Amma MFP-dəki bir sıra məsələlərə əməl edilmir. Misal üçün, qadınların zorakılığa məruz qalmasının qarşısını almaq məqsədilə hüquqi bazanın yaradılması vacibdir. Bu yöndə qanunun qəbul ediləcəyi də bildirilib. Hətta demişdilər ki, oktyabr - noyabrda bu yöndə qanun müzakirəyə çıxarılacaq. Biz bu qanunun adının qadınların zorakılığa məruz qalmasının qarşısının alınması ilə bağlı olmasını istəyirdik. Amma dedilər ki, qanunun adı "Məişət zorakılığı haqqında" olacaq. Biz bununla da tam razılaşdıq. Ancaq konkret demirlər ki, bu qanun nə zaman qəbul ediləcək, mexanizm necə işləyəcək, kim buna cavabdeh olacaq. İcrasına nəzarət necə olacaq, hamısı bilinməlidir. Ümumi mexanizm olmadan qanunun qəbulunun əhəmiyyəti itə bilər. Bu yöndə mövcud vəziyyət ictimaiyyətə bəlli deyil. Mən hesab edirəm ki, qanunun qəbulundan öncə ictimai müzakirələr keçirilməli və əhali bu yöndə maarifləndirilməlidir".
       
       Hüquq müdafiəçisi rəhbərlik etdiyi təşkilatın MFP-dən irəli gələn məsələləri necə yerinə yetirdiyinə gəldikdə isə vurğuladı ki, QHMC əsasən qadınlara qarşı zorakılığın aradan qaldırılması yönündə seminarlar, konfranslar, "dəyirmi masa"lar, qadınların iştirakı ilə treninqlər keçirmək yolu ilə müəyyən işlərə üstünlük verir: "Eyni zamanda, erkən nikahların qarşısının alınması, bu yöndə maarifləndirmə işinin sürətləndirilməsinin də həyata keçirilməsində aktiv rol oynaya bilirik. Həmçinin qadınların seçkilərdə aktiv rolunun artırılması işini həyata keçiririk. Yəni qadınlar seçkilərdə aktiv olsunlar, namizədliklərini irəli sürmə qaydalarına yiyələnsinlər". Hüquq müdafiəçisi qeyd etdiyi işləri reallaşdıran zaman dövlət qurumları ilə əməkdaşlıq edib-etmədiklərinə gəldikdə isə vurğuladı ki, QHMC vasitəsilə keçirilən bütün seminarlar, treninqlər, "dəyirmi masa"lar dövlət qurumlarının iştirakı ilə reallaşdırılır: "Bizim üçün vacib olan odur ki, dövlət qurumları mövcud problemlərə görə onları dinləyə bilsinlər. Mən sizi əmin edim ki, elə dövlət qurumları var ki, məhz bizim keçirdiyimiz həmin tədbirlər zamanı 2006-cı ildə ölkə prezidenti tərəfindən belə bir MFP-nin imzalandığı haqqında məlumatlanırlar. Erkən nikahlarla bağlı olan tədbirlərimizdə paytaxt rayonlarının, eyni zamanda əyalət rayonlarında yerləşən Vətəndaş Vəziyyəti Aktları Qeydiyyatı Şöbəsinin (VVAQ) əməkdaşları da iştirak edirlər. Ona görə də həmişə çalışmışıq ki, dövlət orqanları ilə işləyək".
       
       ı Azadlığın və Sülhün Müdafiəsi (ASM) Beynəlxalq Hüquq Təşkilatının sədri Mətləb Mütəllimli isə MFP-dən irəli gələn işləri təşkilat olaraq gördüklərini bildirsə də, əsasən dövlət qurumları ilə deyil, beynəlxalq təşkilatlarla əməkdaşlığa üstünlük verdiklərini bildirdi. Təşkilat rəhbəri bütün bunlara baxmayaraq, insan hüquqularının pozulması yönündə qarşılaşdıqları məsələlərlə bağlı dövlət qurumlarına müraciət etdiklərini də vurğuladı. M.Mütəllimli hazırda bir sıra sahələr üzrə layihələrinin olduğunu desə də, bu layihələrin maliyyələşməsi üçün beynəlxalq donor fondlara müraciət etdiklərini və onların ayıracağı maliyyə dəstəyi hesabına bu işlərin görülməsini vacib saydı.
       
       ı İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı da QHT olaraq MFP-dən irəli gələn məsələlər və görülən işlər barədə məlumat verdi: "İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planında bir çox aspektlər öz əksini tapıb. Amma orada əsas vurğulanan odur ki, Azərbaycanın hər bir vətəndaşının konstitusiya ilə təsbit edilən hüquqları müdafiə edilməlidir. Təəssüflər olsun, ölkəmizdə bu mümkün olan məsələ deyil. Hər bir vətəndaşın hansısa anda hər hansı bir dövlət məmuru tərəfindən hüquqları tapdalanır. Yəni bu gün MFP-nin üzərində işləmək lazımdır. İşləyən də bizlər olmalıyıq, vətəndaş cəmiyyətinin təmsilçiləri. Belə hallarla qarşılaşan, üzə çıxaran, insanlara yardım əlini uzadan bizlərik. Çünki etiraf etmək lazımdır ki, dövlət strukturları bir çox hallarda məhz o planın əksinə olaraq insanların hüquqlarının müdafiəsini ləngidirlər. Ona görə də sözsüz, bizə müraciət edən vətəndaşların pozulan hüquqları ilə bağlı işlər görürük. Yəni biz də öz səlahiyyətlərimizdən istifadə edərək müvafiq orqanlara, Ombudsmana, DİN-ə, Respublika Prokurorluğuna, məhkəmələrə, Ədliyyə Nazirliyinə müraciət edib çalışırıq ki, o halları aradan qaldıraq". Hüquq müdafiəçisi dövlət orqanları ilə görülən işlər zamanı əməkdaşlıq edib-etmədiklərinə gəldikdə isə vurğuladı ki, bir çox nazirliklər QHT-lərlə, xüsusilə də hüquq müdafiəsi ilə məşğul olan QHT-lərlə əməkdaşlıqdan qaçırlar: "Bunu etiraf etmək lazımdır. Yəni onlar hələlik MFP-nin qiymətini anlamırlar. Amma həmin nazirliklərə örnək Ədliyyə, DİN ola bilər. Bildiyiniz kimi, ƏN ilə İctimai Komitə çərçivəsində bir çox məsələləri həll edirik. Misal üçün, hər hansı bir pozuntu olanda DİN-ə müraciət edəndə onlar çalışırlar ki, həmin halı nəzarətə alsınlar, mümkün qədər kömək etsinlər. Amma elə nazirliklər var ki, bizi qabağa belə buraxmır. Belə halların qarşısını almaqdan ötrü MFP ilə bağlı həmin nazirliklərdə iclaslar, toplantılar keçirilməlidir ki, o məmurlar anlasın ki, MFP nədir? Ümumiyyətlə, insan hüquqları nədir?".
       
       ı Qadın Konsensus Mərkəzinin rəhbəri, millət vəkili Aynur Quliyeva (Camalqızı) ilə danışaraq onun rəhbərlik etdiyi QKM-in bu yöndə fəaliyyəti ilə maraqlandıq. A.Camalqızı bildirdi ki, rəhbərlik etdiyi mərkəzin Prezident yanında QHT-lərə Dəstək Şurasının dəstəyi ilə bölgələrdə həyata keçirdikləri insan hüquqları, gender balansının qorunmasına dair layihələri qalib gəlib: "Bu da ondan ibarət idi ki, biz bilək ki, gender bərabərliyi haqqında Azərbaycan Respublikası qanunu barədə bölgələrdə insanlar nə dərəcədə məlumatlıdırlar. Biz bu yöndə monitorinqlər keçirdik. Eyni zamanda, bölgələrdə vətəndaşlarla "dəyirmi masa"lar və seminarlarda bu yöndə müzakirələr apardıq".
       
       Millət vəkilinin sözlərinə görə, layihənin birinci mərhələsində əhali arasında sorğular aparıblar. Bu sorğularda vətəndaşlara gender, qadın-kişi bərabərliyi ilə bağlı hökumət tərəfindən görülən işlər barədə suallar veriblər: "Amma çox təəssüflər olsun, nəticə ürəkaçan olmadı. Demək olar əksər rayonlarda keçirdiyimiz sorğularda insanların əksəriyyəti gender haqqında qanunun mövcudluğundan xəbərdar deyildilər. Hətta onlar Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin fəaliyyət göstərdiyindən də xəbərsiz idilər". A.Camalqızı seminar və konfransları əsasən Şirvan şəhərində, Tərtər rayonunda keçirdiklərini bildirdi. Onun sözlərinə görə, Tərtərdə keçirilən konfransda Ombudsman Elmira Süleymanova da iştirak edib. Bu tip tədbirləri mərkəz olaraq həyata keçirən zaman dövlət və hökumət orqanları ilə əlaqəli işləyib-işləmədiklərinə gəldikdə isə mərkəz rəhbəri vurğuladı ki, QKM bütün keçirdiyi tədbirlərə dövlət və hökumət orqanlarının nümayəndələrini dəvət edir və onlar da bu işdə iştirak edirlər. A.Camalqızı dövlət və hökumət orqanlarının mərkəzin keçirdiyi tədbirlərdə iştirak etmələrinə onun özünün millət vəkili olmasının da müsbət təsir etdiyini vurğuladı. Maarifləndirmə işlərinə gəldikdə isə bildirdi ki, təəssüflər olsun, MFP-nin imzalanmasından sonra mövcud QHT-lərin bolluğuna baxmayaraq, elə də müsbət irəliləyişlərə nail olunmayıb.
       
       
    Nahid Canbaxışlı
    Bu yazı 4396 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Arxiv
    Sahibkarların hüquqları özləri tərəfindən də qorunur (4333)
    Universitetlərdə hüquq klinikaları varmı? (4354)
    Qanunvericilik mütəmadi olaraq təkmilləşdirilir (4345)
    Rəbiyyət Aslanova: "Qanunlar hazırlanarkən Konstitusiyadakı insan hüquq və azadlıqları əsas meyar kimi götürülür"
    Milli azlıqların mədəni irsi qorunur (4352)
    QHT-lər MFP-dən necə istifadə edir? (4396)
    Qəzetlər insan hüquqlarına necə işıqlandırır? (4401)
    Baş redaktorlar nəşrlərində bu məsələyə geniş yer ayırdıqlarını deyirlər
    Uşaqlar bizim gələcəyimizdir (4383)
    Onların hüquqlarının qorunması istiqamətində Heydər Əliyev Fondu mühüm işlər görür
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Siyasətə yenidən qayıdacağam"

    Bir zamanlar Azərbaycanın daxili siyasətində aparıcı qüvvələrdən olmuş Hacı Əbdül həm də eks-prezident Ayaz Mütəllibovu dəstəkləyən əsas simalardan biriydi. Sonradan yaratdığı "Tövbə" cəmiyyəti ilə siyasi çəkisini bir qədər də artıran bu şəxs həm də "İmam Hüseyn"


    2009-01-06 "Azərbaycanla Rusiyanın arasını vurmaq istəyənlər var" (3572)

    2009-01-06 "Türkiyə Ermənistanla əməkdaşlığa məcburdur" (3463)

    2009-01-07 "Konstitusiyaya dəyişiklik zəruridir" (3410)

    2009-01-08 Nic kəndinin yasağı qüvvədədir (3404)

    2009-01-07 "Azərbaycan Avropa Şurasında nümunə göstərilir" (3265)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17