Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
20 Noyabr 2009-cu il Millət vəkilinin çantası hava limanında yoxa çıxıb            Sərəncam             İlham Əliyev Rusiyaya səfər edəcək            SES-in açılışı olub             Görüşdən nə gözləmək olar?            Azərbaycan NATO üçün çox vacibdir            Korrupsiya cinayətlərinin sayı artıb             Korrupsiya ilə mübarizə AŞ üçün prioritetdir            Azərbaycanda yeni təşkilatın nümayəndəliyi yaradılacaq            Müsabiqənin yeni variantı ictimai müzakirəyə təqdim edilib     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Rusiya və Ukrayna DÇ-2010-dan kənarda
    Avropa zonası
       
       Sloveniya - Rusiya - 1:0
       
       Qol: Dediç, 44
       
       İlk oyun - 1:2
       
       
       
       Gələn il CAR-da təşkil olunacaq dünya çempionatına vəsiqə əldə edən son 6 yığmanın adı müəyyənləşib. Afrika, Avropa və Amerika zonasında keçirilən pley-off oyunlarında azarkeşlər maraqlı mübarizənin şahidi olublar.
       
       
       
       "Qara qitə"də qrupda eyni xal toplayan iki yığma - Misirlə Əlcəzair Sudanda qalibi müəyyən edib. Yəhyanın 40-cı dəqiqədə vurduğu qol Əlcəzair komandasına dünya çempionatında oynamaq imkanı verib. Son 2 Afrika kubokunun qalibi Misir isə növbəti dəfə azarkeşlərini məyus edib.
       
       Avropa zonasında seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Rusiya komandası uğursuzluqla üzləşib. Sloveniya yığması ilə matçlarda şimal qonşularımızın şansları yüksək qiymətləndirilsə də, sonda slovenlər gülən tərəf olub. Öz meydanında 1:0 hesabı ilə qalib gələn Sloveniya yığması Moskvada vurduğu 1 qolun sayəsində tarixində ilk dəfə dünya çempionatına yollanıb. Bosniya və Herseqovina isə eyni tarixi uğura imza ata bilməyib. Blayeviçin komandası hər iki görüşdə Portuqaliyaya uduzub.
       
       Fransa - İrlandiya görüşü maraqlı keçməsi ilə diqqəti çəkib. Səfərdən qələbə ilə dönən fransalıların doğma azarkeşlər qarşısında çətinlik çəkməyəcəyi gözlənilirdi. Amma Robbi Kinin vurduğu qol irlandiyalılara böyük ümid verib. Matç 1:0 hesabı ilə başa çatdığından əlavə vaxt təyin olunb. 113-cü dəqiqədə Fransa meydan amilindən istifadə edərək lazımi qolu vurub.
       
       Səfərdən heç-heçə ilə dönən Ukrayna isə öz meydanında bu üstünlükdən istifadə edə bilməyib. Yunanlar 1-ci hissədə hesabı açaraq dünya çempionatına yollanmaq şanslarını qaçırmayıblar.
       
       
       
       DÇ-2010, seçmə mərhələsi
       
       Pley-off matçları
       
       
       
       Afrika zonası
       
       Misir - Əlcəzair - 0:1
       
       Qol: Yəhya, 40.
       
       
       
       Avropa zonası
       
       Bosniya və Herseqovina -
       
       Portuqaliya - 0:1
       
       Qol: Raul Meyreleş, 56.
       
       İlk oyun - 0:1
       
       
       
       Fransa - İrlandiya - 1:1
       
       əlavə vaxtda
       
       Qollar: Qallas, 103 -
       
       Robbin Kin, 32.
       
       İlk oyun - 1:0
       
       
       
       Amerika zonası
       
       Uruqvay - Kosta-Rika - 1:1
       
       Qollar: Abreu, 70 - Senteno, 74.
       
       İlk oyun - 1:0
    Bu yazı 169 dəfə oxunmuşdur.
    DÇ-2010: 32 xoşbəxt
    Futbol üzrə növbəti dünya çempionatında iştirak edəcək bütün yığmaların adları müəyyənləşib. 2010-cu ilin yayında Cənubi Afrika Respublikasında təşkil olunacaq ən böyük futbol bayramında 32 komanda qələbə uğrunda mübarizə aparacaq. Dünya çempionatında Avropa zonası 13 yığma ilə təmsil olunacaq. Sloveniya ilə Slovakiya isə yarşların debütantı olacaqlar.
       
       Asiya zonası
       
       Yaponiya, Avstraliya, C. Koreya, KXDR.
       
       Cənubi Amerika zonası
       
       Braziliya, Argentina, Paraqvay, Çili, Uruqvay.
       
       Avropa zonası
       
       Hollandiya, İngiltərə, Fransa, İtaliya, Danimarka, Almaniya, Slovakiya, Serbiya, İspaniya, İsveçrə, Yananıstan, Portuqaliya, Sloveniya.
       
       Afrika zonası
       
       CAR, Nigeriya, Kamerun, Qana, Kot-d""İvuar, Əlcəzair.
       
       Mərkəzi Amerika və Karib hövzəsi
       
       Mesika, ABŞ, Honduras.
       
       Okeaniya zonası
       
       Yeni Zelandiya
    Bu yazı 182 dəfə oxunmuşdur.
    Anri etiraf etdi, bütün dünya Fransa - İrlandiya matçını müzakirə edir
    DÇ-2010-a vəsiqə verən Fransa - İrlandiya pley-off matçında baş verənlər uzun müddət müzakirə olunacaq. Öz meydanında 0:1 hesabı ilə məğlub olan irlandlar səfərdə bu qolun əvəzini çıxa bildi. Əlavə vaxtda isə Fransa yığmasının vurduğu qol zamanı qayda pozuntusu hakimin diqqətindən yayındı. İsveçli Mattias Hanssonun Anrinin topu əli ilə qarşısına necə atdığını görməməsi böyük polemikalara səbəb olub. Məhz Anrinin ötürməsindən sonra Qallas topu başı ilə qapıdan keçirərək "üçrənglilər"i dünya çempionatına çıxıran qolu vurub. İrlandiya yığmasının baş məşqçisi Covanni Trapattoni oyundan sonra danışmağa söz tapmayıb: "Mən çox üzgünəm. Çox xoşagəlməz axşam oldu. Yaxşı olardı ki, penalti zərbələrində uduzaydıq. Hakimin köməkçisi ilə vəziyyəti müzakirə etmək imkanı var idi. Əminəm ki, əllə oyuna görə hakim Anrini meydandan da qova bilərdi". İtaliyalı mütəxəssis "Fair play" haqqında çox danışıldığını və bütün dünyanın ədalətli oyun prinsiplərinin necə pozulduğna şahid olduğunu bildirib. Hadisənin səbəbkarı Tyerri Anri əli ilə oynadığını etiraf edib. O, həmin anda hakimin oyunu saxlamadığı üçün bütün suallara onun cavab verməli olduğunu qeyd edib.
    Bu yazı 176 dəfə oxunmuşdur.
    Bir qırmızı vərəqə və yenə 4 qol
    21 yaşadƏk futbolçulardan ibarət yığmamız Avstriyadan böyükhesablı məğlubiyyətlə dönür. 4 gün əvvəl Bakıda Şotlandiya komandasına 0:4 hesabı ilə uduzan millimiz bu dəfə də eyni aqibəti yaşayıb. Hər hissədə qapısından 2 top buraxan yığmamız uğursuz seriyanı davam etdirib. Qeyd edək ki, komandamız matçı 10 nəfərlə bitirib. Oyunun 34-cü dəqiqəsində qapıçımız Elçin Sadıqov qırmızı vərəqə alaraq millimizi çətin vəziyyətdə qoyub. Yer aldığı 10-cu qrupda keçirdiyi bütün oyunlarda məğlubiyyətlə üzləşən millimiz qrupda sonuncu yeri tutur. Növbəti qələbəsini qazanan Avstriya yığması isə 1-ci pilləyə yüksəlib.
       
       
       
       Avstriya (U-21) - Azərbaycan (U-21) - 4:0
       
       Qollar: Nihui, 10; 20; 79. Veymenn, 83.
       
       
    Bu yazı 153 dəfə oxunmuşdur.
    "Neftçi" hazırlıq matçı keçirib
    "NeftÇi" klubu "İnter"lə oyuna hazırlıq məqsədi ilə əvəzedici heyətlə yoxlama matçı keçirib. Klubun mətbuat xidmətindən "SİA"ya verilən məlumata əsasən, oyunçular milli və müxtəlif yaş qrupları üzrə yığmaların düşərgəsində olduğuna görə baş məşqçi Vafiq Sadıqov cəmi 12 futbolçunu sınaya bilib. Qeyd edək ki, əvəzedici heyətin üzvləri ilə görüş olduqca maraqlı və məhsuldar keçib. Belə ki, oyunda 6 qol qeydə alınıb. Əsas heyətdən Rəşad Abdullayev (2 qol), Samir Əliyev, Marian Aliuta və Vladimir Miçoviç, əvəzedicilərdən isə Kamil Nurəhmədov fərqlənib. Əsas heyət 5:1 hesabı ilə qalib gəlib.
       
       
    Bu yazı 148 dəfə oxunmuşdur.
    "Biz daha yaxşı oyun nümayiş etdirdik"
    BirlƏşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq turnirdə 3-cü yeri tutan futbol üzrə yığmamızın baş məşqçisi Berti Foqts Çexiya ilə matçdan sonra oyun haqqında danışıb. AFFA-dan verilən xəbərə görə, almaniyalı mütəxəssis futbolçularımızın çıxışından razı qalıb: "Bugünkü qələbəyə görə ilk növbədə futbolçuları təbrik etmək lazımdır. Çünki Çexiya millisinin güclü olmasına baxmayaraq, biz daha yaxşı oyun nümayiş etdirdik. İkinci qolun vurulmasına çox sevindim. Dəfələrlə künc zərbələri ilə bağlı məşq etmişik. Bu dəfə istəyimizə nail olduq - Vaqifin küncdən zərbəsini Ruslan qola çevirdi. Güman edirəm futbolçular öz klublarında məşqlərini bu səviyyədə davam etdirəcəklər". Baş məşqçi İraq yığması ilə oyuna da toxunub. Foqts həmin görüşün 1-ci hissəsində daha yaxşı oynadıqlarını bildirib.
       
       
       
       
    Bu yazı 192 dəfə oxunmuşdur.
     


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "Siyasətə yenidən qayıdacağam"

    Bir zamanlar Azərbaycanın daxili siyasətində aparıcı qüvvələrdən olmuş Hacı Əbdül həm də eks-prezident Ayaz Mütəllibovu dəstəkləyən


    2009-11-03 Orta Asiya Konqresi təşkil olunacaq (5091)


    2009-11-05 Ağac kəsənlər 800 - 1500 manat civarında cərimə ödəyəcəklər (5050)


    2009-11-04 Erməni mediası yenidən ifşa edildi (4963)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17