Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
16 Oktyabr 2009-cu il Bakı - Ucar qatarı niyə 2 saat ləngiyib?            Qəbul            Təbrik             Türkiyəli zabitlər Azərbaycanı tərk edib            Şeyxülislam iranlı qonağa hədiyyə verib            Litvayla gələcək planlar müzakirə olunub             Yeni Olimpiya kompleksi açıldı            Bakı etirazını bildirdi            Sülhməramlılarla bağlı qanun müzakirəyə çıxarılacaq             "Dağlıq Qarabağ işğaldan əvvəl və sonra"     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Şəhadətnamə olmadan vərəsəlik hüququ necə tələb olunmalıdır?

    "Yasadığım mənzil anamın şəxsi mülkiyyəti olub, onun vəfatından 5 il keçməsinə baxmayaraq, mən vərəsəlik haqqında şəhadətnamə açdırmamışam. İndi mən vərəsəlik hüququmu necə tələb edə bilərəm?"
       
       (Tural Qasımov, Bakı sakini, 40 yaş)

       
       
       
       Oxucunun sualını Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin hüquqşünası Azər Quliyev cavablandırır:
       
       - Əgər vətəndaş vəfat edibsə, mənzil və şəxsi mülkiyyət hüququ həmin şəxsin adına özəlləşibsə, ilk növbədə həmin mənzil orada yaşayanların şəxsi mülkiyyətinə keçə bilər. Mülki Mənzil Məcəlləsinin 77-ci maddəsinə əsasən, ümumiyyətlə, mülki işlərə hər hansı bir iddianı, faktı sübut etmək ücün şikayət vermiş iddiaçi tərəfindən sübutedici sənədlər təqdim olunmalıdır. Bunu həyata keçirməyin isə bir necə yolu var. Birinci yol ondan ibarətdir ki, vəfat edən şəxsə vərəsəlik haqqında şəhadətnamə açılmalı və 6 ay müddətində həmin mənzilin yerləşdiyi rayon ərazisində notarial orqana ərizə verilməlidir ki, bu ərizə əsasında da 6 ay müddətində notariusda vərəsəlik haqqında, bir də əmlak haqqında iş açılsın. Bu 6 ay müddəti tamam olan vaxt əgər digər vərəsələr müraciət etməzsə, bu halda həmin əmlak (yəni mənzil) həmin vərəsələrin adına birgə mülkiyyət kimi keçir. Əgər vərəsə 1 nəfərdirsə, bu halda da 1 nəfərin adına vərəsəlik haqqında şəhadətnamə verilir. Ancaq vəfat etmiş şəxsin mülkiyyəti uzun müddət onun adında qalarsa, həmin vaxt vərəsələr qanunla nəzərdə tutulan qaydada notariusa müraciət etməyibsə, bu halda bu işə məhkəmə qaydası ilə baxılmalıdır. Qanunla Mülki Məcəllənin nəzərdə tutulan qaydası belədir ki, 6 ay müddətinə notariusa müraciət etməli və vərəsəlik haqqında şəhadətnamə açılmalıdır. Artıq bu müddət keçdiyinə görə istənilən halda bu cür mübahisəli məsələyə məhkəmədə baxılmalıdır. Belə ki, həmin mənzilə iddia edən vəfat etmiş şəxsin övladı, yaxud övladları hüquqi faktın müəyyənləşdirilməsi barədə məhkəməyə müraciət etməlidir. Şubhəsiz, o (və ya onlar), sübut etməlidir ki, bu mənzili almaq hüququna malikdir. Bu məsələnin başqa formada həlli mümkün deyil.
       
       İkinci variant ondan ibarətdir ki, həmin şəxs vəfat edib və vərəsələr müəyyən olunub. Bu zaman birinci növ, ikinci növ va üçüncü növ vərəsələr nəzərdə tutulur. Birinci növ vərəsələr mülkiyyət adına olan, vəfat etmiş şəxsin uşaqları, valideynləri və ya onun himayəsində olan şəxslərdir. Sonrakı vərəsələr isə digər qohumlar hesab olunur. Əgər vəfat etmis şəxsin yalnız 1 vərəsəsi varsa, bu vərəsə qanunla nəzərdə tutulan qaydada ölmüş şəxsin miras və əmlakına 6 ay müddətində sahib olmursa, bu işə məhkəmə qaydasında baxılaraq həmin şəxsin miras və əmlaka vərəsə olması təsdiqlənməlidir.
       
       Rayon məhkəmələrində bu iş üzrə məsələyə 3 ay müddətində baxılıb qərar çıxarılır. Burada əsas problem yaradan məsələ bu işin uzanması səbəbini aydınlaşdırmaqdır. Belə ki, şəxs məhkəməyə müraciət edərkən öz iddiasını sübut etmək üçün buna əsas verən sənədlər təqdimləməlidir və o, vəfat etmiş şəxsin mülkiyyətinə vərəsəlik haqqında hüququnun olduğunu bu sənədlər vasitəsilə məhkəmədə sübut etməlidir.
       
        Onu da qeyd edim ki, iddia qaldıran şəxs bu sənədləri müvafiq orqanlardan və vətəndaşlardan əldə etməyə çətinlik çəkərsə, o halda bu sənədlər məhkəmə qaydası ilə alına bilər.
       
       Xüsusi vurğulamaq istəyirəm ki, həmin şəxs vərəsəlik hüququnun olduğunu bu sənədlər vasitəsilə məhkəmədə sübut edəcəksə, məhkəmə heç bir halda onun əleyhinə qərar çıxara bilməz, həmin mənzilin iddiaçının olması faktını təsdiq etməlidir. Bu haqda, şübhəsiz, şikayət olmazsa, məhkəmə qətnaməsi müvafiq qaydada 1 ay müddətində qanunla qüvvəyə minir və bundan sonra həmin qətnamənin icra olunması üçün məhkəmə nəzarətçilərinə icra vərəqi verilir. Növbəti mərhələdə məhkəmə qətnaməsində həmin əmlakın şikayət etmiş şəxsin adına özəlləşdirilməsi üçün müvafiq orqanlara tapşırıq verilir. Yəni məhkəmə qətnaməsinin qərar hissəsində bilavasitə göstərilməlidir ki, bu qərarı hansı orqan həyata keçirməlidir. Bu isə Dövlət Reyestr Xidmətində həyata keçirilməlidir.
       
       
       
       
       
       "Həftə içi" qəzeti "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə milli fəaliyyət planının icrasında kütləvi informasiya vasitələrinin rolunun artırılması" adlı layihə çərçivəsində "Hüquq məsləhətxanası" rubrikası təşkil edib. Gündəlik dərc olunacaq bu rubrikada redaksiyamıza müraciət edən hər bir vətəndaş pulsuz hüquqşünas məsləhəti ala bilər. Bu rubrika Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2009-cu ildə KİV və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi əsasında həyata keçirilir. Telefon: 502-58-15. Faks: 502-58-17. E-mail: hafta-ici@rambler.ru
    Arif
    Bu yazı 318 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Arxiv
    "İnsan hüquqlarının öyrənilməsinə xüsusi diqqət ayrılır" (8661)
    Aytən Mustafayeva: "1 istiqamət, 6 problem, 6 mövzu və 8 iş üzrə araşdırmalar davam etdirilib"
    Yaxın qohumlar kimlərdir? (140)
    Qan və qan komponentlərinin donorluğu pulludur, yoxsa pulsuz? (453)
    Nazilə Rəhimova, Bakı şəhəri (35 yaş)
    Uzunmüddətli borclar bağışlanmayıb (172)
    Tanrıverdi Mustafayev: "Prezidentin fərmanında sayğacların pulsuz quraşdırılması məsələsi yer alıb"
    Ailədə əmlak üzərində sahiblik kimə məxsusdur? (343)
    İnsan alveri qurbanlarına verilən birdəfəlik müavinətlər artırılacaq (122)
    Mehriban Zeynalova: "Bununla bağlı müzakirələr gedir"
    Kompensasiya hansı əsaslarla verilməlidir? (219)
    QHT-lər MFP-dən necə istifadə edir? (121)
    Qəzetlər insan hüquqlarına necə işıqlandırır? (123)
    Baş redaktorlar nəşrlərində bu məsələyə geniş yer ayırdıqlarını deyirlər
    Uşaqlar bizim gələcəyimizdir (112)
    Onların hüquqlarının qorunması istiqamətində Heydər Əliyev Fondu mühüm işlər görür
    Milli azlıqların mədəni irsi qorunur (119)
    Yetkinlik yaşına çatmayan qızlar "boşandıqda" hüquqlarını necə qorumalı? (145)
    Avropa İnsan Haqları Məhkəməsinə necə müraciət etməli? (141)
    İsaxan Aşurov: "İlkin olaraq vətəndaş yerli məhkəmə instansiyalarını keçməlidir"
    Tibbi xidmət müqaviləsi necə hazırlanmalıdır? (196)
    İstirahət hüququnuz pozulubsa, nə etməli? (205)
    Fariz Əhmədov: "Mən bir müəssisədə fəhlə işləyirəm. Çox vaxt bayram günlərində də işləmək məcburiyyətində qalırıq. Bu cür vəziyyətdə istirahət hüququmuzun bərpası ilə baglı nə etməliyik?"
    Məhbus hüququ necə qorunmalıdır? (119)
    Əmlak payı nə zaman artırılır? (177)
    Sahibkarların fəaliyyəti hansı əsasla yoxlanılmalıdır? (164)
    Hicablı şəkillə şəxsiyyət vəsiqəsi almaq olarmı? (192)
    Erkən ailə qurmağa məcbur edilən şəxs hüquqlarını necə qorumalıdır? (150)
    Sahibkarların hüquqları özləri tərəfindən də qorunur (111)
    Universitetlərdə hüquq klinikaları varmı? (106)
    Qanunvericilik mütəmadi olaraq təkmilləşdirilir (94)
    Rəbiyyət Aslanova: "Qanunlar hazırlanarkən Konstitusiyadakı insan hüquq və azadlıqları əsas meyar kimi götürülür"
    Təzminat hansı halda tələb olunur? (156)
    "Əhalinin sağlamlığının qorunması haqqında" qanun mükəmməldirmi? (172)
    Attestasiya kimlərə şamil olunmur? (199)
    Sahib Məmmədov: "Attestasiyadan yalnız müvafiq iş yerlərində azı 1 il çalışan işçilər keçirilə bilər"
    Qanun istənilən məlumatı almaq hüququ verir? (168)
    Miqrasiya üçün hansı sənədlər lazımdır? (223)
    Kirayə müqaviləsi bağlanmalıdır? (221)
    Boşanarkən uşaqlar kiminlə qalmalıdır? (224)
    Birgə əmlak necə bölünməlidir? (181)
    Məhkum ölkəsinə necə ekstradisiya oluna bilər? (155)
    Sahib Cəlili: "Bu, ölkələr arasında imzalanan sənədlərlə mümkündür"
    Bələdiyyə torpaqları necə sənədləşdirilməlidir? (230)
    Şəhadətnamə olmadan vərəsəlik hüququ necə tələb olunmalıdır? (318)
    Nikah müqaviləsi nə zaman bağlanılır? (205)
    Boşanma üçün hansı hüquqlardan və sənədlərdən istifadə etməli? (276)
    Satılan məhsul haqqında məlumat almaq qanunidir? (205)
    İstehlakçıların hüququ necə qorunur? (198)
    Sənədin əslinin məhkəməyə təqdimatına ehtiyac var? (199)
    "Sənədlərin əslinin, yaxud təsdiqlənmiş surətlərinin məhkəmələrdə tələb olunması nə dərəcədə düzgündür"? (Nurlana Seyidova, Bakı şəhəri, 30 yaş)
    Əmək kitabçasını necə almaq olar? (292)
    Sahib Məmmədov: "İşdən əmək kitabçasının dəyərinin alınması istisna deyil"
    Məhkəmə icraçısının vəzifəsi (191)
    Məhkəmə qərarlarının icra olunmaması zamanı nə etməli? Yaxud bu zamanı hansı hüquqlardan istifadə etmək mümkündür? (Bəxtiyar Rəhimov Tərtər rayonu, 32 yaş)


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "Bakı Kıprısla əlaqələrini Qarabağa görə təxirə salıb"

    Rauf Denktaş Quzey Kıprıs Türk Cümhuriyyətinin (QKTC) prezidenti olarkən bu qardaş ölkə barədə Azərbaycanda daha çox danışılardı. Bü gün isə


    2009-11-03 Orta Asiya Konqresi təşkil olunacaq (5091)


    2009-11-05 Ağac kəsənlər 800 - 1500 manat civarında cərimə ödəyəcəklər (5050)


    2009-11-04 Erməni mediası yenidən ifşa edildi (4964)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17