Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
07 Oktyabr 2009-cu il Qəbul            İlham Əliyev "Caspian Agro-2009" sərgisinə qatılıb            "Nabucco" layihəsinin konsepsiyası dəyişdirilməyəcək            Qarabağ münaqişəsi diqqət mərkəzində            Sarkisyan Obama ilə danışıb            Bakıda marşrut avtobusu körpüdən aşdı             2010-cu ildə Ermənistanda iqtisadi geriləmə 15,6 faiz təşkil edəcək            Slovakiyanın Konstitusiya Məhkəməsinin sədri razılığını bildirib            Güneyli ziyalılar AYB-də olublar            Nazir həmsədri qəbul edib     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Ermənistan müstəmləkəyə çevriləcək
    Ağasəf İmran: "İraqın təklənməsi İran üçün ibrət dərsi olmalıdır"

    Müsahibimiz "İqtisadi fikir" İctimai Birliyinin prezidenti, Azərbaycan Dövlət Neft Akademiyasının dosenti Ağasəf İmrandır.
       
       
       
       - Beynəlxalq münasibətlərin və iqtisadi əlaqələrin genişlənməsi, iqtisadi inteqrasiya proseslərinin sürətlənməsi zəmanəmizin ən aktual problemi olan qloballaşmanı meydana gətirib. Müasir qloballaşmanın iqtisadi aspektləri barədə fikirlərinizi bilmək istərdik...
       
       
    - Müasir qloballaşmanı biznesin rəmzi olan "böyük balığın kiçiyi, onun da özündən kiçiyi udması" simvolu ilə müqayisə etmək olar. Çox böyük sürətlə qloballaşan dünyamızda yaradılan ayrı-ayrı transmilli şirkətlər, korporasiyalar, ayrı-ayrı dövlətlərin birlikdə fəaliyyət göstərdikləri beynəlxalq təşkilatlar - BMT, NATO, OPEK və s. gec-tez onlara qoşulmayan və yaxud digər bloklarda birləşən ölkələrlə və qurumlarla siyasi və iqtisadi maraq baxımından üz-üzə, qarşı-qarşıya durmalı olacaqlar. Bu, həmçinin iqtisadi maraqların toqquşması nəticəsində də baş verə bilər. Belə bir şəraitdə iqtisadi cəhətdən güclü potensialı olan birliklər, bloklar digərlərini, xüsusən də nisbətən zəif olanları və ya bloklara qoşulmayanları sıxışdırıb özünə tabe etmək və ya "əlaltı" etmək yolunu tutacaqlar. Kiçik və zəif dövlətlər iqtisadi işğala məruz qalacaqlar.
       
       - Bu həqiqəti görməyimiz və dərk etməyimiz üçün dünyada baş vermiş və verməkdə olan faktları göstərə bilərsinizmi?
       
       
    - Dünyada və Qafqazda hadisələrin inkişafı göstərir ki, iqtisadi işğalın son nəticəsi siyasi asılılığın güclənməsi və müstəqilliyin tam itirilməsi ilə nəticələnir. Bugünkü Ermənistan buna parlaq misaldır. Diqqət yetirsək görərik ki, hələ də superdövlət sayılan Rusiya özünün Cənubi Qafqazda yaratdığı və bu gün də "forpost" hesab etdiyi Ermənistanı tamamilə iqtisadi işğala məruz qoyub. Çünki Ermənistandakı əsas sənaye obyektləri və digər əhəmiyyətli iqtisadi obyektlər Rusiyanın mülkiyyətinə və tabeliyinə keçib və bu baxımdan da əhalinin sosial durumu tamamilə Rusiyadan asılı vəziyyətə düşüb. Bu isə əslində Ermənistanın Rusiyanın dominionuna çevrilməsi deməkdir ki, bundan sonrakı mərhələdə müstəqilliyin tamamilə itirilməsi və müstəmləkəyə çevrilmək prosesi tamamlanacaq.
       
       - Digər regionlarda da belə faktlar varmı?
       
       
    - Bu baxımdan Əfqanıstan və İraqda baş verənlər heç də təsadüfi və ya ötəri hadisələr kimi qiymətləndirilə bilməz. Əfqanıstan və İraqda törədilən qanlı olaylar ABŞ-ın bir superdövlət olaraq yeritdiyi iqtisadi işğal siyasətinin tərkib hissəsi hesab oluna bilər. Lakin bu dövlətlər və onların xalqları "pambıqla baş kəsmək" və "dinc yolla işğal etmək" taktikasına qarşı ciddi müqavimət göstərdikləri üçün onlar işğalın 2-ci mərhələsinə - hərbi işğala məruz qalıblar. Bu olaylara "demokratiya donu" geyindirmək isə əslində dünya ictimaiyyətini çaşdırmaq və "gözə kül üfürmək"dən başqa bir şey deyil. Həmin ölkələrdə baş verən hərbi işğal faktından əvvəlki və sonrakı dövrləri müqayisə etsək görərik ki, günahsız yerə ölən dinc sakinlərin sayı əvvəlki dövrə nisbətən qat-qat çoxdur. Əgər hər hansı bir demokratiya dinc sakinlərin ölümünü və qırğınını çoxaldırsa, belə "demokratiya" həmin ölkələrin vətəndaşlarına lazımdırmı? Əgər nisbətən zəif və geridə qalmış dövlətlərlə müqayisə etsək görərik ki, dinc yolla "iqtisadi işğalı" qəbul etmiş dövlətlərdə, xüsusən də Afrikada və Latın Amerikasında belə hərbi müdaxilələrə ehtiyac qalmır. Güclü dövlətlər "öz qurbanlarını" yola gətirə bilmədikdə belə tədbirlərə rəvac verirlər. Hazırda Əfqanıstanda və İraqda baş verənlər də bunun təzahürüdür. İranın ABŞ tərəfindən hədəfə götürülməsi də bu istiqamətdə həyata keçirilən strateji məqsədin taktiki tərkib hissəsi sayıla bilər. Çünki əsrlərlə dövlətçilik təcrübəsinə malik olan İran tam müstəqil siyasət yeridən və heç bir dövlətin "patronluğunu" qəbul etməyən, sözün həqiqi mənasında tam müstəqil ölkələrdən biridir və beləcə də öz mövcudluğunu saxlamaq istəyir.
       
       - Əgər ABŞ hədələrdən əməllərə keçərsə, İranda Əfqanıstan və İraqda baş verənlər təkrar edilməyəcəkmi?
       
       
    - Yuxarıdakı misalları ona görə gətirdim ki, müasir dünyamızda baş verən siyasi və iqtisadi hadisələrin biri-biri ilə qırılmaz tellərlə bağlı olduğunu görə bilək. Bu baxımdan hərbi müdaxilə amillərinin də, həm siyasi və həm də iqtisadi faktorlarla bağlı olduğu aşkar və danılmazdır. İran qədim dövlətçilik tarixinə, iqtisadi və hərbi gücə malik olan bir dövlətdir. Özünü supergüc hesab edən ABŞ İranla hərbi münaqişəyə girərsə, İraq və Əfqanıstandan fərqli olaraq təkcə iqtisadi itkilərə yox, həm də digər daha fəlakətli itkilərə məruz qala bilər. Lakin indiki halda İran Rusiya ilə məxfi əlaqələrinə arxayınlaşıb qonşu dövlətlərlə münasibətlərini soyutmamalıdır. Rusiyanın geri çəkilməsi sayəsində zəruri anda İraqın təklənməsi məsələsi İran üçün ibrət dərsi olmalıdır. Hazırkı dövrdə ən təcili və ən ümdə məsələ Azərbaycanın da daxil ola biləcəyi İran - Türkiyə - Əfqanıstan - Pakistan alyansının yaradılmasıdır. Bu dövlətlərin siyasi-iqtisadi-hərbi birliyi, qloballaşan dünyanın aşkar və gizli qüvvələrinin təzyiqlərinə tab gətirə biləcək bir qüvvəyə çevrilə bilər. Əgər bu alyans Orta Asiyadaki yeni müstəqil dövlətləri - Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan əhatə edərsə, onda Yaxın və Orta Şərqdə yeni bir supergüc meydana gələr ki, bu da regionda sabitliyin və kənar qüvvələrə qarşı dura biləcək dirənişin zəmini ola bilər. Belə bir qüvvə həmçinin dünyada sabitlik və təhlükəsizliyin təminatı üçün vacibdir.
       
       - Dedikləriniz utopiyaya bənzəmir ki?..
       
       
    - Yox, nə qədər utopik olsa da, indiki halda reallığın tələbi budur və bu qaçılmazdır. Belə bir alyans nə qədər tez yaranarsa, dünyamız da bir o qədər tez sabitlik və dinclik tapar. Avropa dövlətlərinin birlik səyləri və bu istiqamətdə həyata keçirdikləri tədbirlər dünyanın digər bütün dövlətləri üçün örnək ola bilər. Avropa dövlətləri öz əməlləri ilə, məsələn, Avropa Birliyi və vahid Avropa pulu - "avro" yaratmaqla sübut edirlər ki, qloballaşma dövründə heç bir kiçik və ya orta dövlət, hətta yüksək inkişaf etmiş olsa belə, superdövlətlərin iqtisadi işğalına qarşı təkbaşına mübarizə aparmaq iqtidarında deyil. Latın Amerikasında, Asiyada, Afrikada da buna bənzər iqtisadi birliklər mövcuddur. Lakin onların təşkili, idarə olunması və qorunub-saxlanılması texnologiyası Avropa Birliyi səviyyəsində deyil və bu səbəbdən də ciddi müqavimət qabiliyyətləri yoxdur. Digər tərəfdən isə superqüvvələr bu birliklərə nüfuz etmək və onları pərakəndə salmaq gücünə malikdirlər. Bu da onlar üçün çox böyük təhlükə mənbəyi olaraq qalır.
       
       - Bu baxımdan Azərbaycanın mövqeini necə qiymətləndirirsiniz?
       
       
    - Azərbaycan da bir dövlət və iqtisadi məkan kimi bu olaylardan təcrid olunmayıb və onun da öz konkret mövqeyi olmalıdır. Doğrudur, iqtisadi anlamda Azərbaycan MDB-nin, GUAM-ın, Qara Dəniz Hövzəsi Dövlətləri Birliyinin üzvüdür. Lakin sözügedən birliklərin heç biri kamil stabilliyə malik deyillər və bu baxımdan da tam etibarlı mühafizəçi rolunu oynaya bilməzlər. Ona görə də qloballaşmanın gətirə biləcəyi tərəqqini və törədə biləcəyi fəlakətləri vaxtında düz gün qiymətləndirmək lazımdır.
       
       
    Təbriz Vəfalı
    Bu yazı 2844 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Digər müsahibələr
    Ən çox bal toplamış abituriyentlərimiz (3)
    Dövlət onların xaricdə təhsillə bağlı bütün xərclərini ödəyəcək
    İsa Qəmbərə ağır ittiham (28)
    Əli Əliyev: "Onun oynadığı oyunlar bütün Azərbaycanın əleyhinə yönəlib"
    Borçalının xaç problemi (53)
    Fəxri Hacıyev: "Bu məsələ səfirliklə yanaşı, ictimai təşkilatlar tərəfindən də qaldırılıb"
    AMİP heç kimə satılmayıb (56)
    Yusif Bağırzadə: "AXCP-Müsavat birliyi uğursuz layihədir"
    11.159 nəfər işlə təmin edilib (158)
    Elnur Kələntərli: "51 əcnəbiyə verilmiş fərdi icazə ləğv edilib, 340 əcnəbiyə isə fərdi icazə verilməyib"
    "Televiziya, sadəcə, əyləndirməməli, həm də öyrətməlidir" (174)
    Hüseyn Dinləməz: "Türkiyədə bir televiziyadan digərinə 1 milyon dollara işçi transfer edilir"
    "Güneyin istiqlalına bütün variantlarda baxmalıyıq" (184)
    Sabir Rüstəmxanlı: "Bu istiqamətdəki müxtəlif ideyaları qarşı-qarşıya qoymamalıyıq"
    Bizim üçün ikiqat bayramdır (333)
    Bu gün "Həftə içi"nin 12 yaşı tamam olur
    Müşfiq Əmirov: "Əslində, 22 iyul bütün peşə işçilərinin bayramıdır" (189)
    "Qaynar xətt"ə daxil olan müraciətlər cənab nazirə məruzə olunur və tədbir görülür"
    "Reket" qəzetlər "Azərbaycan" nəşriyyatından çıxarılacaq (198)
    Bəsti İsmayılova: "Mətbuatda təmizlənmə və islahatlar hökmən aparılmalıdır"
    "Ermənilər müharibədən daha çox çəkinir" (215)
    Arif Əliyev: "Ermənistanda nadir ailə tapmaq olar ki, kənardan gələn yardımdan həyat səviyyəsini qaldırmaq üçün istifadə etməsin"
    "Azərbaycan muğamına vurğunam" (221)
    Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiçin "Həftə içi"nə eksklüziv müsahibəsi
    "Ali media" mükafatının qalibləri artıq bəllidir (198)
    Əflatun Amaşov: "Güman edirəm ki, bu seçimdən çoxları razı qalacaq"
    Həmsədrlər münaqişənin həllində maraqlı deyillər (214)
    Eldar İbrahimov: "Beynəlxalq təşkilatların nümayəndələri bizə deyirlər ki, ermənilər yazıqdır, onlara kömək edin"
    "Ali media" mükafatının qalibləri artıq bəllidir (193)
    Əflatun Amaşov: "Güman edirəm ki, bu seçimdən çoxları razı qalacaq"
    "Qurdlar vadisi"nin nəhəng üçlüyü (277)
    "Tamaşaçıları ən çox maraqlandıran qırmızı kitabın içində KPSS imtahanlarının sual kitabçası var idi"
    İmkanım olsaydı, azərbaycanlıların ruhu qarşısında diz çökərdim (281)
    Vladimir Mixayloviç Litvin: "Biz ədalətin zəfər çalması üçün əlimizdən gələni etməyə hazırıq"
    "Azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb" (329)
    Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iyulun 22-də qeyd ediləcək milli mətbuatın yaranmasının 135 illik yubileyi ilə bağlı "Trend"ə müsahibəsi
    "Jurnalist üçün iş günü və iş otağı olmur" (336)
    Bəxtiyar Sadıqov: "Mərhum Heydər Əliyevin bu fikirlərində doğrudan da həqiqət var"
    "Nazirlikdəkilərin əksəriyyətinin teatr haqda təsəvvürləri belə yoxdur" (330)
    "Pro-Sent"in rəhbəri Ələkbər Tağızadə hesab edir ki, Rusiyadan dəvət olunanlar arasında bizə istehza ilə yanaşan rejissorlar var
    1   2   3   4   5   6   7   8   9   10   11   12   13   14   15   16   17   18   19   20   21   22   23   24   25   26   27   28   29   30   31   32   33   34   35   36   37   38   39   40   41   42   43   44   45   46   47   48   49   50   51   52   53   54   55   56   57   58   59   60   61   62   63   64   65   66  


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "Prezident Əliyevin Sarkisyana çox sualı var"

    Bir neçə gündən sonra Kişinyovda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin


    2009-11-03 Orta Asiya Konqresi təşkil olunacaq (5091)


    2009-11-05 Ağac kəsənlər 800 - 1500 manat civarında cərimə ödəyəcəklər (5050)


    2009-11-04 Erməni mediası yenidən ifşa edildi (4963)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17