
DünƏn axşam Heydər Əliyev adına sarayda "Bu şəhərdə" estrada teatrının 9 illiyinə həsr olunan "CoRaf" adlı konsert proqramı keçirilib. "SİA"nın konsertdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, konsert ilk olaraq "Bu şəhərdə"nin üzvləri - Rafael İsgəndərov və Coşqun Rəhimovun ifasında Azərbaycanı "Eurovision-2009" beynəlxalq mahnı yarışmasında təmsil edən Aysel Teymurzadə və Araşın ifa etdiyi "Always" mahnısının parodiyası ilə başlayıb. Sonra "Bu şəhərdə"nin ayrılmaz cütlüyü bir-birindən maraqlı parodiya və çıxışları ilə yadda qalıblar. Hazırda konsert proqramı davam edir. Konsertin eksklüziv video və foto görüntülərini "Səs" informasiya agentliyi əldə edib. Qeyd edək ki, "CoRaf" adlı konsertin məlumat dəstəyini "Səs" informasiya agentliyi (SİA) həyata keçirir.