Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
07 Oktyabr 2009-cu il Qəbul            İlham Əliyev "Caspian Agro-2009" sərgisinə qatılıb            "Nabucco" layihəsinin konsepsiyası dəyişdirilməyəcək            Qarabağ münaqişəsi diqqət mərkəzində            Sarkisyan Obama ilə danışıb            Bakıda marşrut avtobusu körpüdən aşdı             2010-cu ildə Ermənistanda iqtisadi geriləmə 15,6 faiz təşkil edəcək            Slovakiyanın Konstitusiya Məhkəməsinin sədri razılığını bildirib            Güneyli ziyalılar AYB-də olublar            Nazir həmsədri qəbul edib     N 137(2938)



B
C
C
C
C
S
B
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Bakıda islam mətbəxi kulinariya çempionatı başlandı
    Tədbirə 15 ölkənin peşəkar aşpazları qatılıb

    Mədəniyyət və Turizm Nazirilyi, Bakı İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və "Buta Palas"ın təşkilati dəstəyi ilə dünən Əl Oyunları Sarayında start götürən çempionat 3 gün davam edəcək.
       
       
       
       Azərbaycan Beynəlxalq İslam Mətbəxi Kulinariya Festival-çempionatına 15 ölkənin peşəkar aşpazları qatılıb. Tədbirdə Ümumdünya Kulinariya Təşkilatları Birliyinin prezidenti Qissur Qudmanson və Ümumdünya Xalq Yaradıcılıq Təşkilatının prezidenti Karmen de Padilla iştirak edirdilər.
       
       Qeyd edək ki, məlum festivalın keçirilməsinə artıq neçə illərdir hazırlıq işləri gedirdi. Başlıca problem isə, hər zaman olduğu kimi, maliyyə ilə bağlı idi. Nəhayət, baş tutdu. Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanovun sözlərinə görə, beynəlxalq masştablı festival-çempionatın Azərbaycanda keçirilməsi böyük bir şərəfdir: "Çox şadıq ki, nəhayət, milli mətbəximizi dünya miqyasında təbliğ etmək imkanımız oldu. Bu festival-çempionat ilk dəfədir keçirilir və dünya kulinariya çempionatı tarixində ilk dəfədir hər iki nüfuzlu təşkilatın - Ümumdünya Kulinariya Təşkilatları Birliyi və Ümumdünya Xalq Yaradıcılıq Təşkilatının rəhbərləri Qissur Qudmanson və Karmen de Padilla eyni tədbirdə bir araya gəlirlər. Bu festival-çempionatın reallaşmasında əməyi olan bütün dövlət və özəl təşklatlara minnətdarlığımızı bildiririk...".
       
       Tahir Əmiraslanov həmçinin əlavə etdi ki, Azərbaycan Beynəlxalq İslam Mətbəxi Kulinariya Festival-çempionatına yalnız və yalnız bacarığına və özünə güvənən peşəkar aşpazlar qatılıblar: "g Əks halda telekanallarda reklamlardan düşməyən restoranlar da dəvətimizi qəbul edərdilər. Yerli telekanallarımızda hər gün Avropa, dünya və milli mətbəximizi yüksək səviyyədə hazırlayan restoran reklamları, mətbəx verilişlərində peşəkarlaqdan dəm vuran aşpazların, demək olar, heç biri qorxularından dəvətmizi qəbul elmədi. Çünki bilirdilər ki, 0 xal belə qazana bilməyəcəklər. Ona görə peşəkarlıq haqda yalan nağıllarla camaatın başını yormasınlarg".
       
       Qeyd edək ki, yarışçıların bacarığı 100 ballıq sistemlə dəyərləndiriləcək. Yəni 90-100 arası xal toplayanlar qızıl medal, 80-90 arası xal toplayanlar gümüş medal, 70-80 arası xal toplayanlar isə bürünc medal qazanacaqlar. 60-70 arası xal toplayan dördüncü yerin sahibləri isə diplomlarla təltif ediləcəklər. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyinin xüsusi mükafatı - kubok qalibə təqdim ediləcək.
       
       "Qran-pri" mükafatının kimə çatacağı isə "Qara qutu" adlı yarışdan məlum olacaq. Yarışın şərtlərinə görə, aşpazlara içi ərzaq dolu bir qara qutu veriləcək. Aşpazlar 20 dəqiqə ərzində həmin ərzaqlardan bir menyu hazırlamalı, saat yarıma da xörək bişirib bəzəməlidirlər. Məhz həmin sınaqdan uğurla çıxan yarışmaçı aşpaz "Qran-pri" mükafatının sahibi olacaq. Bütün qaliblər festival-çempionatın sonuncu - üçüncü günü bəlli olunacaq.
       
       
    Sevda Babayeva
    Bu yazı 212 dəfə oxunmuşdur.
    Yazını çap et     Dosta göndər
    Digər xəbərlər
    XXIII beynəlxalq Xarəzmi mükafatı təqdimlənəcək (147)
    Tamaşaçıların qarşısına yeni əsərlərlə (111)
    Aysel və Araş parodiya olundu (305)
    ADA Şirkətlər Qrupunun menecerləri Tbilisidə seminar keçirmişdir (131)
    Gənc ailələrin sosial müdafiəsi (133)
    Bakıda islam mətbəxi kulinariya çempionatı başlandı (212)
    Tədbirə 15 ölkənin peşəkar aşpazları qatılıb


    "Həftə içi" yaxşıların yaxşısını seçdi
    "Best of the Best" mükafatı qaliblərinə təqdim olundu




    "Prezident Əliyevin Sarkisyana çox sualı var"

    Bir neçə gündən sonra Kişinyovda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin


    2009-11-03 Orta Asiya Konqresi təşkil olunacaq (5091)


    2009-11-05 Ağac kəsənlər 800 - 1500 manat civarında cərimə ödəyəcəklər (5050)


    2009-11-04 Erməni mediası yenidən ifşa edildi (4963)








    Yaxın gələcəkdə
    Heç vaxt
    Cavab verməkdə çətinlik çəkirəm
    1
    2
    3
    4
    5
    6
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17