KİVDF-nin yeni müsabiqəsi
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yeni müsabiqə elan edib. "Həftə içi"nin qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni müsabiqə jurnalist təşkilatları və mətbuat fondları üçündür. Müsabiqənin məqsədi Azərbaycan milli mətbuatının az tədqiq olunmuş sahələrinin araşdırılmasına, müasir beynəlxalq standartların ölkəmizdə tətbiqinə, mətbuat və teleradio əməkdaşlarının peşəkarlığının artırılmasına kömək etməkdir. Müsabiqə milli mətbuat tarixinin araşdırılması, mətbuat antalogiyasının hazırlanması, müasir mətbuatın fəaliyyətinin marketinqinin monitorinqinin aparılması, jurnalistlərin peşəkarlığının artırılması məqsədilə həm dövri mətbuatda, həm də televiziya və radioda çalışanlar üçün treninqlərin təşkili kimi istiqamətləri əhatə edir. Müsabiqədə iştirak etmək istəyənlər layihə təklifini aşağıdakı sənədlərlə birlikdə elan çap olunan gündən oktyabrın 10-na qədər saat 17:00-dək fondun ofisinə təqdim etməlidir. Hər layihə üçün maksimum məbləğ 20 min manat müəyyənləşdirilib. Hər qurum bir layihə təqdimləməlidir. Fondun şərtinə görə, müsabiqədə yalnız bu sahədə təcrübəsi olan qurumlar iştirak edə bilərlər.
Naibə