Ürək xəstələrinin sayı çoxalıb
GƏNCƏ Rayonlararası Kardioloji Dispanserindən "Həftə içi"nə verilən məlumata görə, cari ilin 9 ayı ərzində adıçəkilən dispanserə müraciət edən ürək xəstələrinin sayı 1176 nəfər olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz çoxdur: "Bu il ürək xəstəliklərindən ölənlərin sayı 25 nəfər olub. Dispanserə daxil olan xəstələrdən 345 nəfəri infarkt, 422 nəfəri isə stenokardiya diaqnozu ilə gətirilib. Həmin xəstəliklərin göstəricilərində də ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz artım olub. Cari ildə ürəyin xroniki işemik xəstəliyi ilə 240, hipertoniyalı xəstələr isə 89 nəfər olmaqla qeydə alınıb. Onu da bildirək ki, əgər 5 il bundan qabaq xəstəxanamıza bu qədər xəstə 1 il ərzində daxil olurdusa, indi 9 ayda olur. Bu artım ötən ilin 9 ayı ilə müqayisədə 22 faiz təşkil edir".
Təbriz Vəfalı